Please Wait
12373
"Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı sevən və ona məhəbbət bəsləyən, ya Həzrət Əli (ə)-ı Osmandan üstün hesab edən kəs və ya Həzrət Əli (ə)-ı Osmandan və ilk iki xəlifədən və eləcədə bütün səhabələrdən üstün hesab edən kəs. Həmçinin, Həzərt Əli (ə)-ın Peyğəmbərdən sonra birbaşa O Həzrərtin təyinatı ilə canişin təyin edilməsinə inanc bəsləyən şəxsə də şıə deyilmişdir. Lakin şiə kəlməsinin mənası barəsində ən yaxşı tərif budur: "Şiə Həzrət Əli (ə)-ın çanişinliyinin nəss (Peyğəmbər (s) tərəfindən söylənilib birmənalı şəkldə başa düşülən ifadə) yolu ilə isbat olunmasına inanan və Həzrət Əli (ə)-ın sevimli Peyğəmbərimizdən (s) sonra çanişinliyə ən layiqli şəxs olduğunu qəlbən qəbul edən şəxsdir".
Şiə kəlməsinin geniş ümumi mənası vardır. Söylənilən tərifə əsasən bütün şiə firqə və sektorlarına, məsələn: zeydiyyə, keysaniyyə, ismailiyyə və s. şamil olur.
Əhli-beyt (ə) ardıcıllarını başqa adlarla da adlandırırlar. Məsələn, cəfəri, talibi, ələvi, fatimi, imami və s. deyə müraciət edirlər.
Şiə məzhəbinin əsas firqələrinin sayı barəsində bir necə fikir mövcuddur. Bağdadi öz kitabında şiələrin əsas firqələrinin üç firqədən ibarət olduğunu yazır. Onlar zeydiyyə, keysaniyyə və imamiyyədən ibarətdirlər. Lakin Şəhristani ismailiyyəni də əsas şiə firqələrinin sırasına daxil edir. Xacə Tusi (Allah ona rəhmət etsin) qələmə aldığı "Qəvaidül-əqayid" kitabında Bağdadinin fikri ilə razılaşır və əsas şiə firqələrinin zeydiyyə, keysaniyyə və imamiyyədən ibarət olmasını qeyd edir. Şiə alimləri, tarixçi və etnoqrafların arasında qəbul edilən geniş yayılmış fikir bundan ibarətdir ki, əsas təşəyyö (şiə məzhəbi, şiəçilik) firqələrinin sayı üç firqədən ibarətdir, lakin onun şaxə və sektorları barəsində müxtəlif fikir söylənilmişdir.
"Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir.[1]
Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir:
1. Şiə Həzrət Əli (ə)-ı sevən və ona məhəbbət bəsləyən mənasını daşıyır.
2. Şiə Həzrət Əli (ə)-ı Osmandan üstün hesab edən kəsdir və Əli (ə) şiəsi ifadəsinin qarşılığı Osman şiəsi ifadəsidir.
3. Şiə Həzrət Əli (ə)-ı Osmandan və ilk iki xəlifədən və eləcədə bütün səhabələrdən üstün hesab edən kəsdir.
4. Şiə Həzərt Əli (ə)-ın Peyğəmbərdən sonra birbaşa O Həzrərtin təyinatı ilə canişin təyin edilməsinə inac bəsləyən şəxsdir.
Əlbəttə, bu təriflərin heç biri tam, dolqun və kəskin deyildir. Bəlkədə, tarix boyu mövcud olmuş bütün şiə firqələrini diqqət mərkəzində saxlamaqla, şiə kəlməsinin mənası barəsində ən yaxşı tərifin aşağıdakından ibarət olmasını qeyd etmək olar: "Şiə Həzrət Əli (ə)-ın çanişinliyinin nəss (Peyğəmbər (s) tərəfindən söylənilib birmənalı şəkldə başa düşülən ifadə) yolu ilə isbat olunmasına inanan və Həzrət Əli (ə)-ın sevimli Peyğəmbərimizdən (s) sonra çanişinliyə ən layiqli şəxs olduğunu qəlbən qəbul edən şəxsdir". Bu tərifdə nəss kəlməsinin xüsusi əhəmiyyəti vardır, bu kəlmə şiə məzhəbi və başqa məzhəblər arasındakı məzhəb ayrılığının mənbəyi və dönüş nöqtəsidir. Çünki başqa məzhəblər sevimli Peyğəmbərin (s) çanişinliyinin seçki yolu ilə olduğunu vurğulayırlar, lakin şiələr onun nəss və Həzrət Peyğəmbərin (s) təyinatı ilə baş tutacağını bildirirlər.
Təşəyyönün (şiəlik, şiə məzhəbi) yaranma tarixçəsi
Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, şiəlik sevimli Peyğəmbərin (s) vəfatından sonra əmələ gəlmişdir. Bu tədqiqtçılar bir neçə qrupa bölünürlər:
Bir qrupun fikrinçə şiəlik Səqifə günü yarandı; həmin gün bir dəstə böyük səhabələr açıq-aşkar israrla səsləndilər: Əli (ə) imamət və xilafətə hər bir kəsdən daha layiqdir.
İkinci qrup tədqiqtçılar şiəliyin yaranmasının Osmanın xilafətin axırlarına təsadüf etdiyini söyləyirlər. Onlar bu dövrdə Abdulla ibn Səbanın fikirlərinin yayılmasını şiəliyin əmələ gəlməsi ilə əlaqələndirməyə çalışırlar.
Üçüncü qrup tədqiqatçılar bu fikirdədirlər ki, şiəlik "Əd-dar" fitnəsi günü (üçüncü xəlifənin qətlə yetirildiyi gün) meydana çıxmışdır.
Dördüncü qrup tədqiqatçıların fikrincə şiəlik "həkəmiyyət" məsələsindən Əli (ə)-ın şəhadətinə qədər olan bir müddətdə əmələ gəlmişdir.
Beşinci qrup tədqiqatçılar isə şiəliyin yaranmasını Kərbəla qiyamı və İmam Hüseyn (ə)-ın şəhadəti ilə əlaqələndirmək istəyirlər.
Bu parakəndə və dağınıq fikirlərin qarşısında bir sıra tədqiqatçılar başqa nəzəriyyələr də söyləmişlər. Onların fikrincə şiəliyin kökləri gedib Həzrət Rəsulullah (s)-in dövünə çıxır: O Həzrət dəfələrlə Həzrət Əli (ə)-ın davamçı və köməkçiləri haqqında bu kəlməni işlətmişdir. Şiə alimləri arasında mərhum Kaşifül-qita, Şeyx Məhəmməd Hüseyn Müzəffər və Məhəmməd Hüseyn Zeyn Amuli, sünni alimləri içərisində Məhəmməd Kürd Əli belə qeyd etmişlər: Əziz Peyğəmbərin (s) zamanında bir sıra səhabələr "Əli şiəsi" kimi tanınırdı.[2]
Haqq budur ki, şiəliyin bünövrəsi Peyğəmbərin (s) öz dövründə və Peyğəmbərin (s) öz əli ilə quruldu. Peyğəmbər (s) vəfat etdikdən sonra şiələrin sırası bəlli oldu və Həzrət Əli (ə)-ı Peyğəmbərin çanişini bilən insanlar "Əli şiəsi" adlandırıldılar.
Şiə kəlməsinin geniş ümumi mənası vardır. Söylənilən tərifə əsasən bütün şiə firqə və sektorlarına, məsələn: zeydiyyə, keysaniyyə, ismailiyyə və s. şamil olur. Lakin burada şiələrlə bağlı bir sıra başqa kəlmə və terminlər də işlədmişlər ki, şiə kəlməsinin qeyd etdiyimiz geniş ümumi mənası ilə uyğunluq kəsb etmir. Bəzən Əhli-beyt (ə) davamçılarını o kəlmə və terminlərlə adlandırırdılar. Bu dini terminlərin hər biri barəsində qısa da olsa məlumat verməyi lazım bilirik. Bu kəlmə və terminlərlərın bəzisi aşağıdakılarından ibarətdir:
1. Rafizi: "Rəfz" ərəb dilçiliyində "rədd etmək", "tərk etkək" və "bir işi kənara qoymaq" mənasınadır. Şiəliklə mübarızə aparanlar bu kəlməni, adətən, şiələri məzəmmət və təhqir etmək istədikdə işlədirdilər. Şiələrin bu kəlmə ilə adlandırılmqları barəsində belə deyirlər: Şiələr ilk iki xəlifənin hakimiyyətini qəbul etməyərək rədd etdilər, buna görə də "rafizi" adlandırıldılar. Bəziləri isə başqa faktoru irəli çəkirlər: Rafizi o şiələrə deyilir ki, Zeyd qiyam etdiyi zaman ilk iki xəlifəyə qarşı nisbətən mülayim mövqe tutduğuna görə onun qoşununu tərk etdilər. Hər iki mənadan hər birini qəbul etsək, yenə də rafizi kəlməsi və şiə kəlməsinin ümumi mənası eyni anlamı ifadə etmirlər. Çünki bu kəlmə zeydiyyə firqəsinin bəzi qruplarına aid ola bilmir.
2. Cəfəri: İmam Sadiq (ə) özünün yorulmaz fəaliyyəti ilə məsum imamların (ə) rəhbərliyinə inam bəsləyən şiələrə fiqh və kəlam elmlərində xüsusi bir sima bəxş etdi. Elə buna görə də, o müqəddəs şəxsiyyətin təlimlərindən yararlanan şiələr "cəfəri" adı ilə tanındılar. Bu gün şiə kəlməsi isna əşər (on iki) kəlməsi ilə sinonim kimi işlənir, lakin ismaililərə də şamil olur. Çünki onlar da İmam Sadiq (ə)-ın imamlığını qəbul edirlər.
3. İmami: İmamlardan hər birınin dövründə Həzrət Fatimə (s)-ın övladlarından olan məsum imamın imamətinə iman gətirən və bu yolu on ikinci imama kimi davam etdirən şiələrə "imami" deyirdilər. İmami kəlməsi özünün tarixi seyrində müxtəlif dövrlərin tələbinə uyğun olaraq başqa mənalar da daşımışdır, məsələn Həzrət Əli (ə)-ın zamanında şiə kəlməsinin sinonimi kimi işlədilmişdir. Lakin bu gün isna əşər kəlməsi ilə eyni mənalı kəlmə kimi çıxış edir.
4. Xassə: Bu termin daha çox fiqh və hüquqi mətinlərində, ammə (çoxluq təşkil edən müsəlmanlar) kəlməsinin qarşılığı olaraq işlədilir və şiə mənasını ifadə edir. Bu terminin on iki imamçı şiələrin fiqh kitablarında xüsusi bir anlamı da vardır ki, öz fiqhini və hüquqi məsələlərini on iki məsum imamdan götürən fiqh məktəbinə deyilir.
5. Ələvi: Bəlkə də bu kəlmə bir zamanlar şiələrin kəlam elmində qəbul etdikləri prinsipə (Həzrət Əlinin üstünlüyünə inam) dəlalət etmək üçün işlədilirdi, lakin sonralar daha çox özünün nəsil, nəsəb və soy-kökü mənasında, yəni şəxslərin Həzrət Əli (ə)-a nəsil və soy-kök bağlılığını bəyan etmək üçün işlədilmişdir.
6. Fatimi: Bu kəlmə daha çöz nəsil və soy-kök bağlılığını bildirmək üçün işlədilir. Ondan İmam Həsən (ə) və İmam Hüseyn (ə) övldlarını Məhəmməd Hənəfiyyənin (keysaniyyə firqəsi özlərini onun ardıcılları hesab edirlər) övladlarıdan ayırmaq üçün istifadə edilir. Çünki baxmayaraq ki, Məhəmməd Hənəfiyyə Həzrət Əli (ə)-ın oğullarından biridir, lakin Həzrət Fatimə (s)-ın övladlarından deyildir.
7. Talibi: Bu termin də nəsl və soykök bağlılığını bildirir, lakin əhatə dairəsi əvvəlki iki kəlmədən daha artıqdır. Talibi, Əbu Talibin övladları mənasınadır və o böyük şəxsiyyətin Həzrət Əli (ə)-dan başqa oğullarının sülbündən əmələ gələn övlad və zürriyyətinə də şamil olur. Bu kəlməni dəqiq qavramaq üçün Əbülfərəc İsfəhaninin "Məqatilüt-talibin" kitabını mütaliə etmənizi tövsiyə edərdik. Orada bütün talibilərin qiyamları, o cümlədən Cəfər ibn Əbu Talibin övladlarının qiyamları barəsində də materiallar verilmişdir.
Bunlar tarix boyu şiələrin adlandırıldıqları kəlmə və adların toplusu idi.
Şiə məzhəbi özünün şanlı tarixi boyu enişli-yoxuşlu yolları arxada qoymuşdur. Bəzən tarix bu məzhəbi bütün dünyaya hakim olmaq astanasında qoyan zirvələrə yüksəltmiş, bəzən də süquta uğrada biləcək dərələrin kənarına endirmişdir. Əsrlər boyu bu məzhəbi başqa məzhəblərdən fərqləndirən ünsürlər – İslam təlim-tərbiyə sisteminin müxtəlif sahələrində dərin köklərə, zəngin ənənələrə malik təcrübə, dövlət qurmaq və hökümət təşkil etmək iddiası və bu iddianı tarixin müxtəlif dövrlərində dəfələrlə isbat etmək məharəti və ən nəhayət, tarix boyu müstəqil şəxsiyyət və azad təfəkkürə malik olması olmuşdur. Şiə məzhəbi dərin fəlsəfi, hüquqi, əxlaqi və sxolastik və s. köklərə malikdir. Elə buna görə də onun əleyhinə aparılan bütün təbliğatlar, təzyiqlər və məhrumluqlara baxmayaraq bütün dünyada özünə geniş yer açmış, hər bir yerdə sayları günbəgün artan çoxlu ardıçıllar cəlb etmişdir. Burada ürək ağrısı ilə etiraf etməliyik ki, təfriqəçilik və müxtəlif şaxələrə bölünməyin acınacaqlı fəsadları, qədimdən bütün din və məzhəbləri bürüyən müxtəlif firqələrə parçalanmaq mərəzi az-çox şiə məzhəbinə də sirayət etmişdir. Hər halda, ümüd edirik ki, bütün müsəlmanların, əziz Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) həqiqi davamçılarının günbəgün artan agahlığı sayəsində müsəlmanlar öz birlik və həmfikirlilikləri ilə düşmənin arzusunu ürəyində qoyacaq, batil məzhəblərin hamısını tarixin arxivinə göndərəcək və vahid bayrağın altında toplaşacaqdır.
Şiə məzhəbinin əsas firqələrinin sayına gəldikdə isə, bunun ətrafında bir necə fikir mövcuddur:
Bağdadi öz kitabında şiələrin əsas firqələrinin üç firqədən ibarət olduğunu yazır. Onlar zeydiyyə, keysaniyyə və imamiyyədən ibarətdirlər. O, əvvəl qulat (əliallahi) firqəsini də şiə məzhəbinin qollarından hesab edir, ancaq sonra qeyd edir ki, onlar islamdan çıxdıqlarına görə islam firqələridən sayılmırlar.[3]
Şəhristani ismailiyyəni də əsas şiə firqələrinin sırasına daxil edir və əsas şiə firqələrinin sayını beşə çatdırır.[4]
Xacə Tusi (Allah ona rəhmət etsin) qələmə aldığı "Qəvaidül-əqayid" kitabında Bağdadinin fikri ilə razılaşır və əsas şiə firqələrinin zeydiyyə, keysaniyyə və imamiyyədən ibarət olmasını qeyd edir.[5] Qazi İzzuddin İyci də əsas şiə firqələrinin sayının üçdən ibarət olduğu fikrindədir: keysaniyyə, zeydiyyə və ismailiyyə.
Bəziləri əsas şiə firqələrini dörd firqədən ibarət hesab edirlər: imamiyyə, keysaniyyə, zeydiyyə və ismailiyyə.
Şiə alimləri, tarixçi və etnoqrafların arasında qəbul edilən geniş yayılmış fikir bundan ibarətdir ki, əsas təşəyyö (şiə məzhəbi, şiəçilik) firqələrinin sayı üç firqədən ibarətdir, lakin onun şaxə və sektorları barəsində müxtəlif fikir söylənilmişdir.
Daha ətraflı məlumat əldə etmək üçün "Əl-fərq bəynül-firəq", "Miləl və nihəl" və "Qəvaidül-əqayid" kitablarını mütaliə edə bilərsiniz.
Həmçinin aşağıdakı mövzularda yazılan kitablara müraciət etməniz tövsiyə olunur:
1. Şiə məzhəbinin qol və şaxələri.
2. Şiə məzhəbi ilə tanışlıq.
[1] - "Əl-qamusul- mühit", cild. 3, s. 61-63; "Tacül- ərus", cild. 5, s. 405; "Lisanül- ərəb", cild. 7, s. 258; "Ən- nəhayət", İnb Əsir, cild. 2, s. 246.
[2] - "Tarixi təşəyyö dər İran", Rəsul Cərəian, s. 24-28.
[3] - "Əl-fərq bəynül-firəq", Bəğdadi, Əbdülqahir, s. 21-23.
[4] - "Miləl və nihəl", Şəhristani, cild. 1, s. 147.
[5] - Tusi, Xacə Nəsir, "Qəvaidül-əqayid", Əli Rəbbaninin düzəlişləri ilə, s. 110.