Please Wait
12035
"Ümmətin iftiraqı" (Peyğəmbər dünyadan gedəndən sonra müsəlmanların firqə- firqə olması) hədislərini sünni və şiənin hədis alimləri müxtəlif sənədlərlə nəql ediblər.
Bu hədislərin hamısının mətni, müsəlmanların İslam Peyğəmbərindən sonra firqı- firqə olması və parçalanmasından xəbər verir və bir növ məna cəhətdən mütavatirdirlər. Ən azı bu hədislərin biri sənəd baxımından doğru və müttəsildir.
Təəssüflə deməliyik ki, İlahi Peyğəmbərlərin hər biri dünyadan gedəndən sonra, onların ardıcıllarının çoxu, Peyğəmbərləri tərəfdən təyin olunmuş əsas yoldan azdılar. Peyğəmbər (s) Peyğəmbərlik elmi ilə öz ümmətinin gələcəyini açıqca görürdü. Müxtəlif rəvayətlərdə (ümmətin parçalanması hədisləri) bu məsələdən xəbər veribdir. "Ümmətin parçalanması" hədislərini şiə və sünni hədis alimləri müxtəlif sənədlərlə nəql edibdir. [1] Bu hədis şiə mənbələrində o cümlədən şeyx Səduqun xisali, təfsiri- əyyaşi və Təbərisinin ehticacında gəlibdir. [2] Qeyd edək ki, hədis mənəvi cəhətdən mütəvatirdir, yəni mətndəki kəlmələr cəhətdən bir- birindən fərqlənsələr də, amma onların hamısının mənası eynidir.
Bu rəvayətlərə əsasən, Peyğəmbər (s) ümmətinin ondan sonra yetmiş üç firqəyə parçalanacağını qabaqcadan söyləmişdir.
Ümmətin parçalanması hədisinin sənədlərinin ən doğrusu Kuleyninin Kafi kitabında imam Məhəmməd Baqir (ə) dan nəql etdiyi bir hədisdir. Bu hədisin sənəd və mətnini nümunə olaraq araşdırırıq.
Hədisin sənədi:
Məhəmməd ibn Yəhya ən Əhməd bir Məhəmməd bin İsa ən ibn Məhbub ən Cəmil bin Saleh ən Əbi Xalid əl- Kabuli ən Əbi Cəfər (ə).
« مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِیسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ جَمِیلِ بْنِ صَالِحٍ عَنْ أَبِی خَالِدٍ الْکَابُلِیِّ عَنْ أَبِی جَعْفَرٍ(ع) »
Hədislərin sənəd cəhətdən müxtəlif qisimləri var. hədisin ravilərinin hamısı şiə və siqə- (inanılmış sonlar)- lərdən olsalar, hədis hədisşunaslıq termini nəzərindən "səsis"dir. [3] Əgər sənəddə olan şəxslərin hamısı öz dövrünün böyük şəxslərindən olsalar, belə olduqda hədisə inam daha çoxalır. İmam Baqir (ə)- ın hədisi də belə hədislərdəndir, çünki sənəddə olan şəxslərin hamısı böyük şəxslərdəndirlər. Məhəmməd bin Yəhya böyük insanlardandır ki, Nəccaşi onun barəsində deyir: "O öz zamanında bizim səhabələrimizin böyükü idi ki, çox inanılmış bir şəxsdir". [4] Əhməd bin Məhəmməd bin İsa da deyir: "Əbucəfər Qumluların şeyxi və onların fəqihidir." [5] Həsən bin Məhbub bizim rical mənbələrdə siqə və əshabi icmadandır. [6] Cəmil bin Saleh və Əbu Xalid Kabuli də böyük şəxslərdən sayılıblar. [7]
Buna əsasən, hədis sənəd cəhətdən səhih və müttəsildir.
Hədisin mətni:
Bu hədis Zümər surəsinin 29- cu ayəsinin təfsirində gəlibdir ki, İmam (ə) onda buyurur: "Yəhudilər Musadan sonra yetmiş bir firqəyə bölündülər ki, yalnız o firqələrin biri behiştdə, qalanları isə cəhənnəmdədirlər. Məsihilər də İsa (ə)- dan sonra yetmiş iki firqəyə döndülər ki, bir firqə behiştdə, digər firqələr isə cəhənnəmdədirlər. Amma bu ümmət İslam Peyğəmbəri (s)- dən sonra yetmiş üç firqəyə bölündülər ki, onların yetmiş iki firqəsi cəhənnəmdə yalnız bir firqə behiştdədir. Bu yetmiş üç firqənin on üç firqəsi biz Əhli- beytə məhəbbət və vilayəti qəbul edirlər [8] , amma onlardan yalnız bir dəstəsi behiştə gedəcək və digər on üç firqə cəhənnəmdədirlər. Buna əsasən, bu on iki firqə və altmış firqə cəhənnəmdədirlər." [9]
Nəticə budur ki, bu hədisin sənəd və mətni doğrudur və bu barədə olan digər hədislərlə təqsirlənir.
Diqqət etmək lazımdır ki, bu barədə qeyd olunan çoxlu rəvayətlərdə, nicat tapan dəstəni İmam Əli (ə)- ın şiələri bildirirlər. [10]
Öz suallarınızın digər cavablarını öyrənmək üçün, aşağıdakı göstəricilərə baxın:
- Sual 11026 (sayt: 11149) (İslam firqələrinin yaranmasının səbəbləri).
- Sual 4932(sayt: 5182) (Məzhəblərin yaranmasının hədəfi).
[1] - Təba təbayi, Məhəmməd Hüseyn, Əl- mizan, tərcümə Musəvi Həmədani cild 3, səh 588, Qum, İslami nəşrlər dəftəri, 1374, Cəfəri, Yəqub, Təfsiri- kovsər, cild 3,səh 443, Bica, Bita.
[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 28, səh 4, Əlvəfa müəssisəsi, Beyrut. 1404.
[3] - Dirayətun- nur diskindən istifadə etməklə, Hədis terminləri.
[4] - Nəccaşi, Ricali- nəccaşi, səh 353, İslami nəşrlər dəftəri, Qum, 1407.
[5] - Həmin, səh 83.
[6] - Baxın: Ricali Kəşi, səh 556.
[7] - Baxın: Ricali Nəccaşi, səh 127 və Ricali Kəşi, səh 10, Məşhəd universitetinin nəşriyyatı, 1348.
[8] - Bəlkə şiənin on iki imamçı olmayan firqələrinə işarə edir.
[9] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 8, səh 224, Darul- kutubul- islamiyyə, Tehran, 1368.
[10] - Biharul- ınvar, cild 28, səh 2, babu iftiraqil- umməti bədən- nəbi.