Ətraflı axtarış
Baxanların
5692
İnternetə qoyma tarixi: 2011/10/22
Sualın xülasəsi
İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
Sual
İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
Qısa cavab

İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi təkamül yolunda daha artıq səy göstərməli və daim ehtiyatlı olmalıdırlar ki, Allah etməmiş, nalayiq əməllərlə, yaramaz işlərlə o həzrəti özlərindən narahat və narazı etməsinlər.

İmam Zaman (əleyhis-salam) nəinki insanlara, hətta bütün varlıqlara qarşı belə, həddindən artıq mehriban, ürəyi yanan insandır. Çünki imamların proqram və hədəfləri eynilə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in hədəf və proqramlarından ibarətdir. Qurani-məcid Peyğəmbərimiz barəsində buyurur:

لَقَدْ جَاءَکُمْ رَسُولٌ مِنْ أَنْفُسِکُمْ عَزیزٌ عَلَیْهِ مَا عَنِتُّمْ حَریصٌ عَلَیْکُمْ بِالْمُؤْمِنینَ رَؤُفٌ رَحیمٌ

“Şübhəsiz, özünüzdən olan bir Peyğəmbər sizə doğru gəlmişdir, sizə əzab-əziyyət verən şeylər ona ağırdır, sizin (mənəvi təkamülünüz və xeyirxahlığınız) üçün çox hərisdir, və o möminlərə qarşı mehriban və rəufdur.” [1]

İmam Zaman (əleyhis-salam)-ın mehribanlığına diqqət yetirməklə bilməliyik ki, o həzrət bizdən çox ağır və çətin işləri təvəqqe etmir. O həzrətin mehriban qəlbinin bizdən razı olmasına səbəb olan şey – məhz Allahın vacib buyurduğu işləri yerinə yetirib haram etdiyi işləri tərk etməkdən ibarətdir. Buna əsasən, əgər bir şəxs Allah-taalanın buyurduğu göstərişlərə, qayda-qanunlara düzgün şəkildə riayət və vəzifələrə əməl etsə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) ondan razı olacaqdır. Bu barədə İmam Sadiq (əleyhis-salam)-dan belə bir rəvayət nəql olunmuşdur:

اَنَّ رَجُلاً قَالَ لِلصَّادِقِ (ع) یَا ابْنَ رَسُولَ اللهِ فِیمَ الْمُرُوءَةُ فَقَالَ: "أَلاَّ یَرَاکَ حَیْثُ نَهَاکَ وَ لاَ یَفْقُدَکَ مِنْ حَیْثُ أَمَرَکَ

Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan “mürüvvət – mərdanəlik, alicənablıq nədədir?” – deyə soruşdu, həzrət buyurdu: “Allah-taala səni nəhy etdiyi (məsiyət, günah) işdə görməsin və əmr etdiyi yerlərdə sənin yerini boş görməsin.” [2]

رَوَى الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ سَعْدِ بْنِ أَبِی خَلَفٍ عَنْ أَبِی الْحَسَنِ مُوسَى بْنِ جَعْفَرٍ (ع) أَنَّهُ قَالَ: "لِبَعْضِ وُلْدِهِ یَا بُنَیَّ إِیَّاکَ أَنْ یَرَاکَ اللَّهُ عَزَّ وَ جَلَّ فِی مَعْصِیَةٍ نَهَاکَ عَنْهَا وَ إِیَّاکَ أَنْ یَفْقِدَکَ اللَّهُ تَعَالَى عِنْدَ طَاعَةٍ أَمَرَکَ بِهَا

Həzrət Musa ibni Cəfər (əleyhiməs-salam) öz övladlarından bəzilərinə belə tövsiyə etmişdi: “Ey oğlum! Ehtiyatlı ol ki, Allah-taala səni nəhy (qadağan) etdiyi bir (məsiyət, günah) işdə görməsin; Allah səni, yerinə yetirməyə əmr etdiyi itaətdə (yerini boş) görməsin.”

Amma namaz, oruc, hicab, xüms, zəkat və s. vacib əməl və vəzifələri yerinə yetirməyən, haram işlərdən çəkinməyənlərə gəldikdə isə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) onlardan narazıdır – hətta ziyarətə getmək, İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq etmək, “Cəmkəran” məscidinə getmək və s. müstəhəb əməllərdə fəal şəkildə iştirak etsə də belə.

Bu məqalədə xülasə şəkildə deyə bilərik ki, İmam Zaman (əleyhis-salam)-ın razılığı Allahın razılığında, Allahın razılığı da ilahi göstərişlərə əməl etməkdədir. Bu da vacib əməlləri yerinə yetirmək, haram işləri tərk etməkdən ibarətdir. Çünki İmam Zaman (əleyhis-salam) özü müqəddəs islam şəriətlərinin göstəriş və hökmlərinə mükəlləf və dini dəyərlərinin qoruqçudur.

Bu barədə əlavə məlumat almaq üçün bu görünüşə baxın: “Allah tərəfindən necə sevilə bilərik?” – Sual 7333(7481)



[1] “Tövbə” surəsi, ayə: 128

[2]   “Fiqhhur-Riza (əleyhis-salam)”, səh. 358

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163883 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159520 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118833 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112022 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106148 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92686 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54203 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49984 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45069 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44517 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...