Ətraflı axtarış
Baxanların
10964
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Sual
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qısa cavab

Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.

Ətreaflı cavab

Rəcəb ayı haram (hörmətli, toxunulmaz) aylardan biridir və onun fəziləti barəsində çoxlu rəvayət nəql olunmuşdur. Rəvayətlərdə bu ay üçün bəyan olunan əməllər iki qisimdir: Bəzi əməllər bu ayın bütün günlərinə aiddir, o cümlədən: oruc tutmaq, bəzi zikrlər və dualar kimi; bəzi əməllər isə bu ayın məxsus günlərinə aiddir, məsələn bu ayın gecələri üçün qeyd olunan əməllər, dualar və namazlar kimi. Habelə, beyz günləri (hər qəməri ayın 13, 14 və 15-ci günləri) yerinə yetirilən əməllərə tövsiyə olunmuşdur.

a) Rəcəb ayının müştərək əməlləri

Oruc

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Nuh (əleyhis-salam) rəcəb ayının birində gəmiyə mindi və səhabələrinə göstəriş verdi ki, həmin gün oruc tutsunlar.” Sonra  buyurdu: “Hər kəs bu gündə oruc tutsa, cəhənnəm odu bir illik (məsafə qədər) ondan uzaq olar. Hər kəs bu ayın yeddi gününü oruc tutsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs səkkiz gün oruc tutsa, behiştin səkkiz qapısı onun üzünə açılar. Hər kəs bu yada 15 gün oruc tutsa, Allah onun hacətlərini yerinə yetirər. Hər kəs bundan artıq oruc tutsa, Allah ona çoxlu inayət edər (rəhmət nəzəri salar).”[1]

2. İmam Kazim (əleyhis-salam) buyurur: “Rəcəb behiştdə bir çayın adıdır. O, süddən ağ, baldan şirindir. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, Allah ona həmin çayın suyundan içirdər.”[2]

3. Həzrət yenə buyurur: “Rəcəb ayı böyük (əzəmətli) bir aydır. Onda mükafatlar və həsənələr (savablar) bir neçə qat artırılır, insanın günahları bağışlanır. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu yüz illik məsafə qədər ondan uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutsa, behişt ona vacib olar.”[3]

Rəcəb ayının fəziləti barəsində nəql olunan rəvayətlər çoxdur, biz qeyd olunanlarla kifayətlənirik.

Bu ayın məxsus zikrləri

1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)  buyurur: “Hər kəs rəcəb ayında yüz dəfə أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ “əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh” deyib ondan sonra infaq (ehsan) etsə, Allah onun işini (ömrünü) rəhmət və bağışlamaqla sona çatdırar. Qiyamət günü Allahın hüzuruna gələndə Allah ona buyurar: “Mənim səltənətimə iqrar etdin, hər nə hacətin varsa, istə icabət (qəbul) edim. Çünki Məndən başqa heç kəs sənin istəklərini yerinə yetirə bilməz.”[4]

2. Həzrət başqa bir rəvayətdə  buyurur: “Hər kəs bu ayda min dəfə “la ilahə illəllah” desə, Allah onun əməl dəftərində yüz min həsənə yazar.”[5]

Bu ayın zikrləri də çoxdur ki, bu barədə yazılan kitablara müraciət edə bilərsiniz.

b) Bu ayın məxsus əməlləri

Bu ayın məxsus əməlləri onun hər gecəsində qılınmalı olan namazlardır və onun qılınma qaydası rəvayətlərdə gəlmişdir.[6]

O məxsus əməllər: Birinci gecədə, on beşinci gecədə və ayın axır gecəsində qüsl etmək,[7] rəcəb ayının birinci cümə axşamının (leylətur-rəğaib),[8] on üçüncü, on dördüncü və on beşinci gecələrinin (beyz gecələrinin) namazını qılmaq,[9] ümrə əməlini yerinə yetirmək,[10] imam Hüseyn[11] və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.[12]

 


[1] Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal”, səh. 53, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1364-cü şəmsi il

[2] Yenə orada

[3] Yenə orada

[4] Hürr Amili, “Vəsailuş-şiə”, 10-cu cild, səh. 484, hədis 13907, “Alul-beyt (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il

[5] Yenə orada, hədis 13908

[6] “Vəsailuş-şiə”, 8-ci cild, səh. 91,  bab 5

[7] Yenə orada, 3-cü cild, səh. 334, bab 22

[8] Yenə orada, 8-ci cild, səh. 98, bab 6

[9] Yenə orada, 8-ci cild, səh. 24, bab 3

[10] Yenə orada, 14-cü cild, səh. 300, bab 3

[11] Yenə orada, 14-cü cild, səh. 465, bab 50

[12] Yen orada, 14-cü cild, səh. 565, bab 87

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
    7824 Qədim kəlam 2011/04/16
    Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar ...
  • Axirətdəki korluq, hansı mənadadır?
    7409 Təfsir 2010/11/10
    Bu ayədə[i] və buna oxşar digər ayələrdə[ii] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə ...
  • Aya İmam Zamanın (əc) yaşaması üçün ağıl dərk edən dəlillər varmı?
    8049 Qədim kəlam 2013/08/27
    İmam Zamanın (əc) varlığı və o həzrətin imaməti, imamətin xüsusi bəhslərindəndir ki, bir başa ağıl dərk edən dəlillərdən bəhrələnmək olmaz. Bəlkə ağıl dərk edən dəlillərlə imamətin ümumi bəhslərində, hər bir zamanda imamın olması və rəvayət və tarixdən bəhrələnməklə imaməti yalnız həzrət Məhdinin (əc) vücudunda görmək olar və ...
  • Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi?
    24531 Nizamlar hüquq və əhkam 2012/01/18
    Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən ...
  • Dinlə elm arasında necə uyğunluq yaratmaq olar?
    7084 İslam fəlsəfəsi 2011/06/27
    Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi ...
  • İstismarçı qərb dünyasının qadına və onun azadlığına dair nəzəri necədir?
    6040 Nizamlar hüquq və əhkam 2012/04/19
    Qadın azadlığı qərb dünyasında çox əhəmiyyət daşıyan ictimai məsələlərdən biridir. Tarix boyu qadın kişinin əsarəti altında olmuş, həmişə özünün fərdi və ictimai hüquqları tapdalanan bir cəmiyyətdə yaşamışdır. Bəzi cəmiyyətlərdə onu hətta “alçaq bir varlıq” kimi qələmə verirdilər. Amma son dövrlərdə qərbdə baş verən ictimai inqilab və dəyişikliklərlə ...
  • Aya bu məzmunda rəvayət vardır ki, "həzrət Əli (ə) öz xilafəti dövründə öz qırmancını götürüb küçə və bazarda hərəkət edirdi və cinayətkarları cəzalandırırdı, düzgündürmü?
    10102 Nizamlar hüquq və əhkam 2012/04/18
    Ayətullah Məkarim Şirazinin dəftərxanası: Bu məzmunda rəvayət gəlmişdir ki, yalnız səhər vaxtlarına məxsusdur ki, həzrət Kufədə idi və bazarlara nəzarət edirdi amma özüylə qırmanc olması bunun üçün idi ki, camaat tövsiyələrə diqqətli olsunlar. Həzrət Ayətullah Safi Gülpayqaninin dəftərxanası:
  • İmam Sadiqdən (ə) hədisə əsasən o, zühurdan öncə olan hər növ üsyanı Şiə və İmamların bəla və qəminin səbəbi hesab edir. Bu necə İslam inqilabı ilə izah olunur?
    9099 Hədis elmləri 2012/01/08
    Bu sualın cavabında deyilməlidir:Əvvəla: Bu qrup rəvayətlər təqiyyə səbəbi ilə olmuşdur. Xüsusi şəraitdə deyilmişdir ki, silahlı qıyamın heç bir fayda və təsiri olmamışdır. Əlavə olaraq, bizim rəvayətdə bəzi məqamlar vardır ki, bəzi üsyanları təsdiq edir.İkincisi:
  • Cəmiyyətin dini dəyişdirilə bilərmi?
    6775 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    6427 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164183 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161118 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119159 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112561 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    108059 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93139 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54499 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51631 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45454 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45017 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...