Please Wait
6890
Belə mənada rəvayət yoxdur. Lakin «فإذا فرغت فأنصب وإلی ربک فارغب» ayəsinin Burhan və nurul səqəleyn kimi rəvayi təfsirlərdə bu ayənin təvilində belə rəvayət qeyd olunmuşdur. Buyurulur: “Nübuvvət qurtardığı zaman Əlini (ə) imam kimi insanlar üçün seç! Yaxud bu surənin avvəl ayəsi barəsində İmam sadiq (ə) belə buyurmuşdur: “ Peyğəmbərin (s) başlanğıc aydınlaşdırması Əlinin (ə) vilayətidir.
Bu rəvayətlər sənəd baxımından mötəbərdirlər. Çünki bu rəvayətlərin sahiblərini Rical elminin alimləri məsələn, İbn Əbi Umeyr kimi şəxsləri etibarlı hesab etmişlər. Əlbəttə rəvayət kitablarında Əlinin (ə) fəzilətləri fəslində bu məzmunda rəvayət nəql olunmuşdur. Məsələn Höccətul üsuli Kafi kitabının Əmirəl Mömininə (ə) göstərilmə və tanıma fəslində və Baharul ənvar kitabının, 36- cı cildinin 39- cu fəslində Əli (ə) şəninə nazil olan ayələr nəql olunmuşdur.
Bu rəvayətlər ayələrin hansı şəxslərə aid olduğunu bəyan edirlər. Bəyan edilən ayənin təfsirinin mənası o ayənin Quran cümlələrinin mənası demək deyildir.Bu mənada (Biz sənin kürəkənin Əlini (ə) inşirah surəsinə əlavə olmaq üçün yaratdıq.) rəvayət Üsuli kafidə yoxdur. Amma təfsir kitablarında məsələn Burhan təfsiri və nurul səqəleyn kitablarında inşirah surəsinin Əli (ə) barəsində nazil olduğuna dair rəvayətlər mövcutdur. Məsələn Burhan təfsiri kitabında bu barədə təqribən yetmiş rəvayət nəql olunmuşdur. Bunların bəzilərinin doğru olub olmamasını təhqiq etmək lazımdır.
1. Məhəmməd bin Həsən Səffar Əhməd bin Məhəmməddən o da İbn Ümeyrdən o da Cəmil o da Həsən bin Raşiddən o da İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət İnşirah surəsinin birinci ayəsi barəsində belə buyurmuşdur:
«ألم نشرح لک صدرک»
“Məgər biz sənin köksünü açıb genişlətmədikmi?”
«بولایة امیرالمؤمنین»
Yəni Peyğəmbərin (s) ilk aydınlaşdırması Əmirəl Mömininin (ə) vasitəsilə olmuşdur.[1]
2. Digər rəvayət də Məhəmməd bin Həmmam o da İbrahim bin Haşim o da İbn əbi Ümeyrdən nəql etmişdir ki, İmam Sadiq (ə) bu ayə barəsində belə buyurmuşdur:
«بعلی فاجعله وصیاً»
Yəni Peyğəmbərin (s) ilk aydınlaşdırması Əli (ə) olmuşdur. Daha ətraflı belə buyurur: Ey Peyğəmbər! məgər sənin sinəni biz genişlətmədikmi və ilk aydınlaşdırmanı ( Şərh sədr) Əli (ə) vasitəsilə sənə vermədikmi? Onda onu öz vəsin et və sonra yeddinci ayənin “ Elə ki, azad oldun, qalx ( ibadətə)” barəsində
Belə buyurdu: Allah təala Peyğəmbərə (s) namaza, zəkata, oruca, həccə və s əmr etdi sonra bunları həyata keçirtdikdən sonra Əlini (ə) özünə Qəyyum (vəsi) seç deyə əmr etdi![2]
3. Müfəzzəl İbn ömərdən nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “azad olduqdan sonra Əlini (ə) özünə vəli təyin et!” [3]
«فإذا فرغت فانصب علیاً بالولایة»
Bu üç rəvayət nümunə olaraq sizlərə təqdim etdik. Müxtəlif təfsir və rəvayət kitablarında Əlinin (ə) fəzilət və şəninə çoxlu sayda rəvayətlər mövcutdur. Amma İnşirah surəsinin təfsiri barəsində nəql olunan rəvayətlərin hamısının məzmunu Peyğəmbərin (s) ilk aydınlaşdırılmasının Əli (ə) olması və dinin tamamlanması Əlinin (ə) imam və vəsi kimi təyin edilməsi barəsində idi.
Bu rəvayətlərin etibarı baxımından onu qeyd edə bilərik ki, bu rəvayətləri nəql edən İbn əbi Ümeyr kimi şəxslər etibarlı şəxslər kimi tanınmışdır. Bütün rical elminin alimləri onu etibarlı şəxs hesab etmişlər. [4] Bundan əlavə belə rəvayətlər kifayyət qədər olduğundan onun sənədi barəsində şəkki aradan aparır.
Amma ayələrin təfsiri barəsində nəql olunan rəvayətlərin hansı yolla gəldiyinə diqqət etmək lazımdır. Nurul səqəleyn və Burhan rəvayi təfsir kitablarında nəql olunan rəvayətlər təfsir rəvayətləri hesab olunurlar. Çünki təfsir quran cümlələrinin mənalarının bəyan edilməsidir və hədislərin əksəriyyəti bu qəbildən deyil. Bunlar daha çox ayəyə tətbiq və misdaqlarını bəyan edir. Belə rəvayətlər ayənin mənalarının genişliliyini məhdudlaşdırmır. Çünki bir nümunənin qeyd edilməsi digərlərini inkar etmək demək deyildir. Bu təfsir alimlərinin əl- qolunu bağlamır. Çünki Ayə ümumi mənaya malikdir. [5]
Yuxarıda dediklərimizdən belə nəticə çıxartmmaq mümkündür ki, bu qeyd edilən surənin təfsir nümunələrindən biri Əlinin (ə) vilayətə seçilməsinin insanlara çatdırılmasıdır.
Qeyd etmək lazımdır ki, bu barədə həmçinin müxtəlif baxışlar vardır. Daha çox məlumat almaq üçün Ayətullah Geraminin “ Şenaxte Quran” [6] kitabını mütaliə etməyinizi sizə məsləhət görürəm.
[1] - Seyid Haşim Hüseyni Bohrani, Əl borhan bil təfsiril Quran, cild 4, səh 478, İsmayiliyan nəşriyyatı.
[2] - Həmin, Təvilil ayatil zahirə, səh 787. Baharul ənvar, cild 36, səh 136.
[3] - Əl bürhan fil təfsiril Quran, cild 4, səh 475. Həçinin, Kafi, cild 1, rəvayat 3, səh 294.
[4] - Şeyx Məhəmməd Müzəffəri, Əl fvayidul ricaliyyə, qum çapı, səh 73.
[5] - Cavadi Amili, təfsiri təsnim, cild 1, səh 168, mərkəze nəşre əsra.
[6] - Bu kitabda quran məfhumları örf məfhumları ilə müqaisə edilərək təhqiq edilmişdir.