Ətraflı axtarış
Baxanların
8510
İnternetə qoyma tarixi: 2011/10/20
Sualın xülasəsi
Fatimənin müshəfi nə idi? Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt ondan agah idilərmi?
Sual
Fatimənin müshəfi nə idi? Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt ondan agah idilərmi?
Qısa cavab

Bu müshəf (kitab) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra və Fatimeyi-Zəhranın həyatında – Əli (əleyhiməs-salam)-ın əli ilə yazılmışdır. Bu kitabın məzmunu məxsus bir mələyin və ya həzrət Cəbrəilin tərəfindən Fatiməyə təqdim olunurdu. Qeybi hadisələrdən, Ali-Muhəmmədin sirlərindən ibarət olan bu kitab imamət nişanələrindən biri sayılır və imamların ixtiyarında olmaqla birindən digərinə ötürülür. Hal-hazırda həzrət imam Zaman (əleyhis-salam)-ın ixtiyarındadır. Əksər rəvayətlərin dediyinə görə bu kitab Peyğəmbərin vəfatından sonra yazıldığına görə, o həzrət bunun barəsində heç bir şey deməmişdir. Lakin bu, Peyğəmbərin o müshəfdən məlumatsız olması mənasına deyildir. Çünki bizim əqidəmiz budur ki, Peyğəmbər Allahın izni ilə gələcək hadisələrin hamısından xəbərdar idi. Bu müshəf imamətin nişanələrindən biri və imamətə məxsus olduğuna görə onun məzmunu camaata deyilməmiş, ümumxalqın ixtiyarına verilməmişdir.

Ətreaflı cavab

Fatimənin müshəfi

Ərəb dilində iki cild arasında toplanmış olan hər bir yazıya “müshəf” deyilir. Buna görə də hər bir kitaba müshəf demək olar. İslamın əvvəllərində Qurana da müshəf deyirdilər.[1]

İslam mənbələrində yalnız məsumlara məxsus olan və varlığından yalnız imamlar xəbərdar olan bəzi kitabların adı deyilmişdir. Misal üçün, “Əli (əleyhis-salam)-ın kitabı”, “Əli (əleyhis-salam)-ın müshəfi”, “Fatimənin müshəfi” və sair. Bu mənbələr arasında “Müshəfi Fatimə” adı ilə məşhur olan sonuncu kitab “Fatimənin səhifələri” və “Fatimənin kitabı” adı ilə də qeyd olunmuşdur.[2] Bu müshəf ilə əlaqədar nəql olunan və sayı da az olmayan rəvayətlərin bəziləri sənəd cəhətindən zəif olsalar da, (cüzi ixtilaflara malik olan) başqa rəvayətlərlə belə kitabların əslinin varlığına yəqin etmək olar.

 

Fatimə müshəfi necə yazılmışdır?

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Fatimə (əleyha salam) atasını əldən verdiyinə görə çox narahat idi, atasının ayrılığına və ondan uzaqlığa dözmək Fatimə üçün çox çətin idi. Mötəbər rəvayətlərdə deyilir ki, həzrət Peyğəmbərin vəfatı ilə Zəhranın şəhadəti arasındakı zaman fasiləsində Allah tərəfindən bir mələk Peyğəmbərin qızına nazil olur, ona təskinlik verirdi ki, qəlbi aramlıq tapsın. Bəzi rəvayətlərdə bu mələyin Cəbəril olduğu deyilir.[3] O mələk Fatimeyi-Zəhranı, atasının bərzəx aləmindəki vəziyyətindən agah edir və gələcək hadisələr barəsində ona müəyyən məlumatlar verirdi. İmam Sadiq (əleyhis-salam) nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbər (səlləllahu əleyhi və alih) vəfat etdikdən sonra Fatimə atasının ayrılığından o qədər kədərlənmişdi ki, onun qəm-qüssəsinin və kədərinin şiddətindən yalnız Allah-taala xəbərdar idi. Buna görə də Allah-taala bir mələyi göndərdi ki, ona təskinlik versin, qəm-qüssəsini aradan qaldırsın. Fatimə də Əlini bu məsələdən xəbərdar etdi və Əli (əleyhiməs-salam) o sözlərin hamısını yazdı. Bununla da Fatimənin müshəfi əmələ gəldi.”[4]

Bu və digər rəvayətlərdən məlum olur ki, bu müshəf Peyğəmbərin vəfatından sonra və Əli (əleyhis-salam)-ın əli ilə yazılmışdır. Onun məzmunu ilahi mələklərdən birinin Həzrət Fatiməyə dediyi sözlərin məzmunundan ibarətdir. Əlbəttə, əvvəlki rəvayətlərlə müqayisədə az olan digər rəvayətlərdə deyilir ki, bu müshəf Peyğəmbərin dövründə yazılmışdır. Seyid Cəfər Mürtəza Amili (nəqllər arasındakı ixtilafı aradan aldırmaq və onların düz olduğunu isbat etmək üçün) yazır: “Müshəf Peyğəmbərin dövründə yazılmağa başlamışdır. Onun bir hissəsi Peyğəmbərin dövründə yazılmış, davamı isə o həzrətin vəfatından sonra qələmə alınmışdır.”[5]

İlahi bir mələyin Fatimeyi-Zəhra (əleyha salam) ilə danışmasına gəldikdə isə, bu çox da qeyri-adi və təəccüblü iş deyildir. Çünki Quranın özündə deyilir: “Mələk dedi: “Ey Məryəm! Həqiqətən, Allah-taala səni seçmiş, pak-pakizə etmiş və bütün dünya qadınlarından üstün etmişdir.”[6] Halbuki, Həzrət Məryəm yalnız öz dövrünün qadınlarının sərvəri idi, lakin Fatimeyi-Zəhra əvvəldən axıra qədər olan bütün varlıq aləm qadınlarının seyyidəsidir.”

 

Müshəfin məzmunu

Rəvayətlərin mütaliəsindən aydın olur ki, bu şərif kitabda aşağıdakı mövzular irəli çəkilmişdir:

1. Gələcək hadisələrdən xəbər;[7]

2. Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın vəsiyyəti;[8]

3. Qiyamətə qədər bu dünyada hakimiyyətə gələcək bütün hakimlərin adları;[9]

4. Həzrət Zəhranın övladları barəsində məlumat;[10]

5. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra onun bərzəxdəki vəziyyəti və məqamının Fatimeyi-Zəhraya xəbər verilməsi.[11]

Burada nümunə üçün aşağıdakı rəvayəti qeyd edirik:

İmam Sadiq (əleyhis-salam) buyurur: “Həqiqətən Fatimeyi-Zəhra Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra 75 gün yaşadı. Bu müddət ərzində atasını əldən verdiyinə görə çox qəmli, qüssəli idi. Bu günlərdə Cəbrəil onun yanına gəlir və Fatiməyə, atası ilə əlaqədar başsağlığı verir və onu aram edir, atasının (bərzəxdəki) məqam və mənzilətini Fatiməyə xəbər verir, onu gələcək övladlarının vəziyyətindən agah edirdi. Əli də onları yazırdı. Nəhayət, “Fatimə müshəfi” adlı bir kitab əmələ gəldi.”[12]

 

Bu kitabın Quranla fərqli olmasına dair imamların ciddi təkidləri

Bəzi rəvayətlərdən aydın olur ki, Fatimənin müshəfi əhli-sünnət alimlərinin də nəzərində məlum bir məsələ idi. Onlar belə güman edirdilər ki, Əhli-beytin təlimlərinə əsasən şiələr inanırlar ki, Quranın bəzi ayələri təhrif olunmuş, bəziləri ondan çıxarılmış və çıxarılan həmin hissələr bu müshəfdə gəlmişdir. Buna görə də imamlar bu müshəfdə hər hansı bir Quran ayəsinin olduğunu şiddətlə inkar edirdilər.[13]

Mərhum Əllamə Əsgəri yazır: “Bəzi sünnü alimləri Əhli-beyt məktəbinin müdafiəçilərinə digər bir töhmət vuraraq deyirlər ki, onların “Fatimə müshəfi” adlı digər bir Quranları da vardır! Çünki kitabın adı Fatimə müshəfidir və islamın əvvəllərində müsəlmanların bəziləri Qurana “müshəf” deyildilər.”[14]

İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir hədisdə deyilir: “Allaha and olsun! Fatimənin müshəfi bizim ixtiyarımızdadır və onda Qurandan heç bir ayə yoxdur.”[15]

 

İmamət əlamətləri

İmam Riza (əleyhis-salam) uzun bir hədisdə imamın əlamətlərini sadalayaraq buyurur: “İmamın əlamətlərindən biri də budur ki, Fatimənin müshəfi onun ixtiyarında olsun.”[16]

İmam Sadiq (əleyhis-salam) buyurur: “İmam Baqir (əleyhis-salam) şəhid olmazdan əvvəl Fatimənin müshəfini mənə tapşırdı.”[17]

Bu müshəf yazıldığı dövrdən etibarən imamlarının ixtiyarında olmuş və imamların biri digərinə təhvil vermişdir. Hal-hazırda da imam Zaman (əleyhis-salam)-ın ixtiyarındadır.

 

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu müshəfdən agahlığı

Əksər rəvayətlərin məzmununa görə Fatimənin müshəfi Peyğəmbərin vəfatından sonra və imamların dövründə yazıldığından Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) ona işarə etməmişdir. Bu da Peyğəmbərin ondan agah olmaması mənasına deyildir. Çünki biz inanırıq ki, Peyğəmbəri-Əkrəm Allahın izni ilə gələcəkdəki bütün hadisələrdən xəbərdar idi, hal-hazırda da Quran ayələrinə uyğun olaraq bütün aləmə nəzarət edir, bütün insanlarını əməllərinə və dünyanın hadisələrinə şahiddir. Bu kitab yalnız imamlara məxsusdur və imamət əlamətlərindən biridir.

Yuxarıda qeyd etdiyimiz kimi, bəzi rəvayətlərə əsasən bu müshəfin bəzi hissəsinin Peyğəmbərin dövründə və o həzrətin imlası ilə yazıldığını qəbul etsək, şübhəsiz, o həzrətin bu müshəfin varlığından agah olmasını deməliyik.

Bundan əlavə, Fatimənin müshəfi Quran ayələri deyildir ki, Peyğəmbər onu təbliğ etməyə vəzifəli olsun. Digər tərəfdən, Peyğəmbəri-Əkrəm dini məsələlərin də bir çoxunu bəyan etməmiş, onun bəyanını öz Əhli-beytinə həvalə etmişdi.[18] Buna əsasən, xəbər verməmək məlumatsız olmamaq mənasına deyildir.



[1] “Lisanul-ərəb”, 9-cu cild, səh. 186

[2] İbni Babəveyh Qummi, “Əl-imamətu vət-təbsirə”, səh. 12

[3] “Kafi”, 1-ci cild, səh. 241

[4] “Kafi”, 1-ci cild, səh. 238

[5] Seyid Cəfər Mürtəza, “Xəlfiyyatu kitabi məasatiz-Zəhra”, 6-cı cild, səh. 57-58

[6] “Ali-İmran” surəsi, ayə: 42

[7] “Əl-ehticac”, 2-ci cild, səh. 134

[8] Yenə orada, 1-ci cild, səh. 241

[9] Yenə orada, 2-ci cild, səh. 134

[10] “Kafi”, 1-ci cild, səh. 241

[11] “Kafi, 1-ci cild, səh. 241

[12] “Kafi, 1-ci cild, səh. 241

[13] Muğniyə, Məhəmməd Cavad, “Əş-şiə fil-mizan”, səh. 61

[14] “Məamilul-mədrətəseyn”, 2-ci cild, səh. 32

[15] “Kafi”, 1-ci cild, səh. 238

[16] “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 419

[17] "Biharul-ənvar", 26-cı cild, səh. 47

[18] Mütəvatir “Səqəleyn” hədisində deyilir:

إِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ مَا إِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا کِتَابَ اللَّهِ وَ عِتْرَتِی أَهْلَ بَیْتِی وَ إِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabı və Əhli-beytim olan itrətim. Bu ikisi hovuzun yanında mənə qovuşana qədər bir-birindən ayrılmayacaqdır.” “Vəsailuş-şiə”, 27-ci səh. 33

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8023 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...
  • Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
    11074 Təfsir 2012/01/18
    Quran ayələrinə və rəvayətlərə əsasən, İslam dini haram aylarda (zil-qədə, zil-həccə, məhərrəm və rəcəb) müharibəni əsla rəva bilməmiş, üstəlik bu məsələ ilə əlaqədar daha ciddi reaksiya göstərmişdir ki, bir şəxs bu aylarda müharibə etmək fikrində olmasın. Hətta sual olunan ayədə olduğu kimi, haram aylarda müharibə aparmaq böyük ...
  • Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
    6183 Əməli əxlaq 2012/07/22
    Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi. Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan ...
  • İmam Məhdi (əc) günah və səhvə yol vermir?
    6056 Qədim kəlam 2010/11/10
    Bu şübhənin mənşəyi üç yerdən qaynaqlana bilər: Birincisi, imamlar arasında fərq qoymaq; ikinci, o həzrətin imaməti uşaqlıq dövründən başlaması; üçüncüsü isə o həzrətin uzun ömürlü olmasıdır. Əgər birinci bənd bu suala səbəb olmuşdur lazımdır deyək: Şiə nəzərində bütün on iki imam vahid nurdurlar və onların arasında heç ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9210 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Quranın adları hansılardır?
    16081 Quran elmləri 2011/04/14
    Quran üçün çoxlu adlar qeyd olunub ki, onların yalnız bəzisi müsəlmanlar arasıbda məşıhurdur. Quranın adları olaraq işlədilən bəzi kəlmələr, Quranda Quranın sifəti kimi zikr olubdur. Ad və sifəti müəyyənləşdirməkdə olan nəzər müxtəlifliyinə görə, Quran elmləri alimləri arasında Quranın adlarının sayı və zikri barəsində çoxlu nəzər müxtəlifliyi var. Məcməül- bəyan ...
  • Namazda qiblədən inhirafın şəri ölçüsü nə qədərdir?
    5302 Nizamlar hüquq və əhkam 2015/05/27
    Əgər namazda dəqiq qiblə ardıncasızsa, onda sizə iki yol təklif edirik: Birinci yol: Qibləni dəqiq tapmaq yollarından biri, xordad ayının 7-si və tir ayının 25-i arasında Məkkədə zöhr olan zaman ən sadə gölgədən istifadə etməklə ələ gətirməkdir. Bu mənada ki, ən sadə kölgədən istifadə etməklə, bu iki ...
  • Nə ücün şiə azanda “Əşhədu ənnə Əliyyən vəliyullah” cümləsini oxumağa təkid edirlər?
    25479 Qədim kəlam 2012/10/03
    “Vəli” kəlməsi bir cox mənalarda istifadə olunmuşdur, onlardan daha cox əhəmiyyət daşıyan mənalarına işarə edirik. A: Rəhbər və himayəci B: Dost mənasında C: Həmdəm və yar (köməkci) mənasında Baxmayaraq ki, bu üc mənanın hər biri Əli (ə) barəsində düzgündür, lakin bu barədə bizə catan ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6862 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Şiədə olan ədllə Mötəzilə ədlinin fərqi nədir?
    7648 Qədim kəlam 2012/04/17
    Şiə və Mötəzilə hər iki məktəb ədli öz məzhəbinin əsaslarından biri kimi tanıtdırırlar və hər iki məktəbin hüsnü qubhi əqliyə etiqadı vardır. Bu mənada kı bir sıra mövzular var ki, hətta müqəddəs şəriət tərəfindən onlarla əlaqədar bir hökm nazil olmasa da, əqil tək başına onların yaxşı və ya ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163996 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160080 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118947 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112199 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106835 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92838 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54331 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50530 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45224 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44703 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...