Please Wait
6478
Müxtəlif məktəb və dinlər xüsusilə İlahi dinlər müştərək şəkildə elə bir şəxsin müjdəsini vermişlər ki, bir çox dəyərlərə sahibdir. Dünyaya hakimiyyəti altında ədalət, sülh və əmniyyət gətirəcək və zülm və müstəmləkədən əsər belə qalmayacaq. O məzlumların köməyinə gələcək və ruzigar onların xeyrinə dövran edəcək. O öz ədalət taxtına oturacaq və bütün dünya öz razılıqları ilə bir- birləri ilə qardaşlıq və bərabərliklə yaşayacaqlar.
Bununla belə bu barədə bir çox fərqlər də mövcuddur. Xilsakarın şəxsiyyəti bəzi dinlərdə həmin dinin peyğəmbəri və bəzi dinlərdə isə məlum deyil. Onun şəxsiyyəti, xüsusiyyətləri, canl olması, zühurun vaxtı, vəd edilmiş xilaskarın hüzuru, onun intizarında olmaq, ad və ləqəbləri və bir çox digər məsələlər barəsində ixtilaflar mövcuddur.
Axırıncı vəd olunmuş həyatın qədim dövrlərindən müxtəlif məktəb və dinlərin səy göstərdikləri əmr olmuşdur. Lakin bir sıra dinlər bir tərəfdən bu mövzunu sual altına almış digər tərəfdən bu mövzu barəsində araşdırmaları mümkünsüz etmişdir. Digər tərəfdən saysız- hesabsız təhriflər və bu dinlərin (İslamdan savayı) ilkin səmavi kitab və mənbələrinə əl çatmağın mümkünsüz olması nəticəsində bu barədə dinlərin kamil və tam baxışlarını öyrənmək mümkün deyil.
Bu qısa yazıda bir sıra dinlərin İslam, Xristiyan, Yəhudiyyət, Zərdüşt və Buddizmın bu sahədə olan fikirlərini qəsa şəkildə bəyan edəcəyik.
Bu bəhsi ümumi şəkildə bir neçə qrupa bölmək mümkündür:
A) Dinlərin müştərək baxışları:
1. Zühurun vəd edilməsi
2. Yeksək şəxsiyyətə və xilsakarın seçilmiş olması
3. Bütün düyaya hökumət etməsi
4. Sülhün və ədalətin bərqərar edilməsi və zülmün kökünün məhvi
5. Varislərininm yerin saleh və məzlumları olması
B) Dinlərin fərqli baxışları:
1. Vəd olunmuş xilaskarın şəxsiyyəti və onun ləqəbləri
2. Vəd olunmuşun yer və mənəvi dərəcəsi
A) Dinlərin müştərəkləri
1. Zühurun müjdəsinin verilməsi
İslam
Bu məsələ İslamın əqaidinin bir hissəsidir. Quran və rəvayətlərdə (xüsusilə şiəlikdə) bu barədə müfəssəl şəkildə bəhs edilmişdir. [1]
Allah təala “وعدالله الذین آمنوا منکم و عملوا الصالحات لیستخلفنهم فی الارض...” [2] ayəsində zühurun vədəsini vermişdir.
İmam Məhəmməd Təqidən (ə) belə rəvayət olunur ki, buyurur: “ Bizim Qaimimiz həmin Mehdi vəd edilmişdir. O Allaha ki, Məhəmmədi peyğəmbər göndərdi və bizi xüsusi İmamlar etdi, and olsun ki, əgər dünyanın ömrü bir gündən artıq qalmasa belə Allah o günü uzun- uzadı edər ki, Mehdi zühur etsin və yeri ədalət və xeyirlə doldursun, necə ki, zülm və cinayətlərlə dolmuşdur. [3]
Yəhudiyyət
Yəhudiyyət dinində də dəfələrlə Maşiahın (mashiah) zühuru müjdə edilmişdir. [4] “O gün böyk rəhbər Mikayili ayağa qalxacaq və... torpaqda yatanların (ölüləri) əksəriyyəti oyanacaq. Bəziləri əbədi həyata görə və bəziləri əbədi xəcalət və həkarətdən”. [5]
Bu cümlədə Mehdinin (ə.c) zühuru zamanı rəcətə işarə edilir ki, İslam əqaidində də təsdiq edilmişdir.
Xristiyanlıq
Xristiyan dininin ardıcılları (Katoliklər, Ortodokslar və Protestantlar) da vəd olunmuş xilaskarın intizarındadırlar. “İnsan övladı öz cəlalı ətrafında toplaşdığından, müqəddəs Mələklərin cəmi öz böyek kürsülərində qərar tutacaqlar...”.[6]
“Və mən papadan soruşuram və digər təsəlli verən sizə əta edəcək ki, həmişə olsun. Yəni düzgün ruh ki, dünya onu görə bilmir...”.[7]
Zərdüştlük
Bu dinin ardıcılları üç vəd edilmişin intizarındadırlar ki, hər biri bir- birlərindən min il ara ilə zühur edəcəklər. Bunların hamısı Zərdüştün övladlarından olacaq ki, bunların sonuncusu Sumi (Astut Arte) vəd edilmişdir.
“Ən uca qüdrətli varlıq Mozda yaradılmışına qalxırıq. o zaman ki, dünyanı yenidən düzəldir... o vaxt ki, ölülər əgər ayaqa dursalar və ölümsüz dirilərə öz tutsalar...”. [8]
2. Yüksək və seçilmiş şəxsiyyət
Bütün dinlərdə vəd olunmuş xilaskarın şəxsiyyəti yüksək dərəcəli hesab edilmişdir. Amma İslam Həzrət Mehdi (ə.c) barəsində fövqaladə məqam nəzərdə tutmuşdur.
İslam baxımından (xüsusilə şiə ) Xilaskar sonuncu dövrdə insanlığın ən yüksək müsbət xüsusiyyətinə sahib Allahın seçdiyidir. İsmət, İlahinin feyzinə bağlı, Allahın bərəkət və mərhəmətinin kişik qapısı, varlığın əsası və varlıq qanunlarının rahatlığının səbəbi həmçinin ən yüksək göstəricidir ki, İslam onu Həzrət Vəli Əsr (ə.c) seçmişdir. Digər dinlərdə də vəd edilmiş barəsində gözəl və dəyərli sözlər söylənmişdir. Bunların bir hissəsi bu mənbələrdən götürülə bilər.
3. Bütün dünyada hökuməti
Əksər dinlər xilaskarın hakimiyyətinin bütün dünyanı əhatə edəcəyini bildirirlər. Belə ki, btün millətlər bir bayraq altında öz razılıqları ilə toplaşacaqlar.
İslam
“Allah öz rəsulunu hidayət və haqq dini ilə göndərmişdir ki, bütün dinlər üzərində qələbə çalsın. Müşriklərin xoşuna gəlməsə belə.” [9]
Bu ayədən aydınlaşır ki, Mehdinin (ə.c) zühuru ilə İslam nuru bütün dünyaya saçacaq və bütün dünya onun fərmanına təslim olacaq yaxud da ədalət qılıncı altında həlak olacaqlar. İslam bayrağı hər yerdə dalğalanacaq.
Yəhudiyyət
Davidun Zəburunda belə qeyd edilmişdir: “Ey Allah! Öz şər və əhkamını və öz mülk və qanunlarını Şahzadəyə əta et ... ki, dənizdən dənizə, göllərdən gölə yerin ən uzaq nöqtələrinə hakim olsun...”. [10]
Xristiyanlıq
“... Bütün qəbilələr onun yanında cəm olacaqlar...”[11]
4. Dünyada sülh və ədalətin yaradılması
Xilaskardan söhbət açılan hər bir yerdə dünyada ədalətin və sülhün bərqərar olunmasına və zülmün kökünün kəsilməsinə təkid edilir.
İslam
Möminlərə verilən ən gözəl müjdələrdən biri yer üzünə hökumət, zülmün məhv edilməsi, qorxu və vəhşətdən uzaq həyat və ən yüksək əmniyyət və razılıqdır. “ Allah onlara yer üzündə xəlifə ola vədəsi vermişdir... və onlar üçün bəyəndiyi dini möhkəm və qüvvətli edəcək və qorxularını əmniyyətə çevirəcəkdir... ki, sən ibadət edib, müşriklik etməyəsən.” [12]
Yəhudiyyət
“Və o sənin qövmünü ədalətlə idarə edəcək və sənin məkanlarını insaf... və zalımları zəlil edəcək... onun zamanında salehlər xoşhal olacaqlar ... və bütün yerin ümmətləri onu xoşhal çağıracaqlar”. [13]
“... Kimdir ədaləti onun ayaqlarının yanına çağırır... və onu padışahlar üzərində hakim edir...”.[14]
Hinduzim dinində də belə qeyd edilmişdir: Axirul zamanda ruzigarın dövran adil padışaha çatacaq...”.[15]
5. Yerin varisləri məzlum və salehlər
Bu mövzu da əksər dinlərdə qeyd edilmişdir. Ümid edilir ki, hər yerdə bir güm zülm məğlub olacaq, məzlumlar qüvvətlənəcəklər.
İslam
Biz istəyirik yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.” [16]
“Biz Tövratdan sonra Zəburda da varislərimin yerdə yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.”[17]
Yəhudiyyət
Zəbur “... Amma Allaha təvəkkül edənlər yerin varisləri olacaqlar... Amma təvazökarlar yerin varisi oluşlar, sağlamlığın çoxluğundan ləzzət alacaqlar... Sadiqlər varis olmuşlar, orada əbədi sakinlərdir.” [18]
Zərdüşt
“... Suşyanın qalib və digər dostlarına aid olacaq... tamahkarlar nabud olacaq və yalançılar məhv ediləcək”.[19] Suşyan həmin xilaskardır.
B) Fərqlər
Cavabın həcminin məhdud olması ilə əlaqədar bütün məktəb və dinlər arasında bu sahədə iki əsas fərqin olması barəsində söhbət açacağıq.
1. Xilaskarın şəxsiyyət və ləqəbləri
Bəşər yaradılışdan pənah və pərəstiş etmək üçün məbud və rəhbər dalınca olmuşdur. Amma əksər vaxtlarda yolundan çıxmış və inhiraflara məruz qalmışdır. Vahidlik yolundan azmışlar. Vəd olunmuş xilaskar bəhsi də bəşəriyyət üçün belə əhəmiyyətə malik hesab etmək olar ki, həmişə haqqın qələbə çalmağının intizarında olmuşdur. Amma əksəriyyət xilaskar vəd olunmuşun tanınmasında da səhvlərə yol vermişlər. Məsələn: İslam xilaskar vəd olunmuşu Həzrət Mehdinin (ə.c) olduğunu hesab edir. O sonuncu Məsum İmamdır ki, həyatda və gözlərdən gizlindədir. İslamda o həzrət üçün bir çox ad və ləqəblər qeyd edilmişdir. Bir kitabda 182 ad qeyd edilmişdir. [20]
Yəhudiyyətdə onun əksər adı “Maşih”- dir. Xristiyanlar da həzrət İsanın (ə) zühurunun intizarındadırlar. Əksər ləqəbləri müqəddəs kitablarında “Şilo”, “Doğru ruh”, Allahın oğlu və insanın oğlu” kimi qeyd edilmişdir. [21]
Zərdüşlükdə də sonuncu (xilaskarı) “Suşiyans”- larını “Astut Arte” adlandırırlar. Hinduizm dinində “Kalki” vəd edilmiş nicat vericidir və s...
2. Dinlərin intizarda olan vəd edilmişə diqqəti və onun yeri
Təəssüflər olsun ki, xilaskarın zühuru məsələsinin çax mühüm və həyatı olduğuna baxmayaraq İslamdan savayı dinlər buna kifayyət qədər önəm verməmişlər. Bu dinlərin ardıcılları da bu qədər mövzuya diqqət etməmişlər. Bu məsələni kənara qoyaraq özlərində heç bir məsuliyyət hiss etmirlər.
İslamda isə həm əzəmət və uca məqamına əsasən həzrət Mehdinin (ə.c) intizarında olmuşlar buna çox önəm və özlərində məsuliyyət hiss etmişlər. İslam nöqtey nəzərində həzrət Mehdinin (ə.c) mübarək şəxsiyyəti məsum (hər növ günah və xətadan pak), [22] İlahı feyzinin vasitəsi,[23] haqqın rəhmət qapısı, dünyanın rahatlıq səbəbi ki, əgər yer üzü bir an ondan boş olsa, yer bütün əhlini özündə udacaq. [24]
Xülasə
Baxmayaraq ki, bir çox oxşarlıqlar qeyd edildi ki, bütün din və məktəblər xilaskarın zühurunun intizarındadırlar. Ruzigar ədalət və mehribanlıqa dolmasının, zülm və sitəmin məhvinin intizarındadır. Amma fərqlər də qeyd edildi. Bu dinlərin əksər ardıcılları yoldan azmaqla, xilaskar vəd olunmuşun əzəmətli vücud və şəxsiyyətinin və həmçinin onun qeybət dövründə öz vəzifələrinin məsuliyyətini hiss etməyərək, zühurdan öncə qəflətə düşərək yollarını azmışlar.
Ümid edirik ki, Qurana söykənərək həqiqət və aydınlıq bulağında İlahi maarifni daha çıx və yaxşı kəsb etməyə səy göstərək.
[1] - Əllamə Məclisi, Qurani Kərimdən həzrət Mehdi (ə.c) barəsində 130 ayə qeyd etmiş və onları rəvayi təfsir etmişdir. «یملأ الارض عدلاً و قسطاً» Üç yüzdən artıq bu barədə rəvayət qeyd etmişdir.
[2] - Allah təala o kəslər ki, iman gətirib və yaxşı işlər görmüşlər yerin xəlifəsi olmalarına vədə vermişdir.
[3] - Bəharul ənvar, cild 51, səh 156.
[4] - “Dər goncineye telmud” bir çox ayələrdə Maşiahın şəxsiyyəti bəyan edilmişdir. (İbrahim Kohn, Firuddin Qorqani, səh 352- 354. Bəd olunmuşun intizarı fəslində nəql etmişdir. Danyal peyğəmbərin kitabı, nömrə 15, fəsl 6, il 1384 hicri günəş ili ilə.
[5] - Müqəddəs kitab, Danyal peyğəmbərin kitabı, Tərcümeye Fazil Xan Həmədani, səh 1567, bənd 1-3. Be nəqle dərshameye Mehdəviyyət, Xoda mərde Səlimiyan, 1385, səh 24.
[6] - Həmin, Muti incili, bab 25, bənd 31- 33. Müqəddəs kitab, Darul solte London, 1914.
[7] - Yuhənna incili, 14:17.
[8] - Yəşteha 2: 349 həmin mənbənin nəqli ilə. 4, səh 160.
[9] - Səf surəsi, ayə 9. Tövbə surəsi, ayə 33.
[10] - Umide Səbzin nəqli ilə, Məhəmməd Əli Fərzi Xorasani, səh 77.
[11] - Məta incili, bab 25, səh 60, bənd 31- 33.
[12] - Nur surəsi, ayə 54.
[13] - Davudun (ə) zəburu, Məzamir 2- 18: 72, 10- 13: 96.
[14] -Müqəddəs kitab, əhdi ətiq, Ketabe əşyae Nəbi, səh 1031, həmin mənbənin nəqli ilə, 4, səh 140.
[15] - Ümide səbzdən götürüşmüşdür, səh 76.
[16] - Qəsəs surəsi, 5.
[17] - Ənbiya surəsi, ayə 105.
[18] - Müqəddəs kitab, məzamire Davud, məzmur 37, bəndlər 9- 37.
[19] - Yəşteha, səh 160.
[20] - Nəcmul saqib, səh 55- 133.
[21] - Yuhənna İncili, bab 41, ayə 26, 7- 13: 16, 8: 19, 2: 7.
[22] - Məsumluq: Səlim Bin Qeys deyir: Səlmandan eşitmişəm ki, deyirdi: Dedim ya peyğəmbər! hər peyğəmbərin canişini (vəsi) olmuşdur. Sizin canişin və ya vəsiniz kimdir? Buyurdu: Şəhadət verirəm ki, ey Salman! Əli bin Əbi Talib mənim vəsim və canişinimdir. və sonra oğlum Həsən və Hüseyn və qalanları Hüseynin övladlarıdır. Onlar Quranladırlar və Quran da onlarla. Bu iki barmaq kimi bir- birlərindən ayrılmazlar... Hər kəs onlara itaət etsə Allaha itaət etmişdir və hər kəs itaət etməsə Allaha itaət etməmişdir. Onların hamısı hidayətedici və Mehddirlər. Və bu ayənin nazil olması mənim, qardaşım və qızım Fatimə, övladları Həsən, Hüseyn və bir- birlərinin ardınca mənim və qardaşımın övladları haqqındadır.
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً اتدرون ما الرجس یا سلمان قلت لا قال الشک لایشکون... مطهرون معصومون من کل سوء»
(Ey əhli- beytim! Səni hər növ çirkinlikdən pak etmək istərəm Ey Süleyman! Bundan şəkk etmə. hər cəhətdən pak və məsumdurlar. Onlar hər çirkinlikdən və hər pislikdən məsumdurlar. Sonra Həzrət mübarək əllərini Hüseynə (ə) vurdu və buyurdu: Ümmətimin Mehdisi bunun övladlarındandır. İmam bin İmam və Alim bin Alim və bin vəsidir... (Kitabe Səlim Bin Qeys, səh 429).
[23] - Məfatihul cinan, ziyarəte came, səh 548,
«... بکم فتح الله و بکم یختم و بکم ینزل الغیث»
Sizin vasitənizlə Allah rəhmət qapılarını açır və sizin vasitənizlə əmri sona çatdırır və sizin vasitənizlə yağışı yağdırır.
[24] - Kafi, cild 1, səh 179.
«لولا الحجة لساخت الارض باهلها»