Please Wait
5981
Bəzi rəvayətlərə əsasən İslam Peyğəmbərinin (s) və məsum İmamların (ə) ünsüri bədənləri həmin dəfn olunan yerdə deyil. Bəlkə bir müddətdən sonra onların pak bədənləri Allah ərşinə intiqal olur. Bu rəvayətlərdən bir sıra nümunələr geniş cavabda gəlibdir.
Bəzi rəvayətlərə əsasən İslam Peyğəmbərinin (s) və məsum İmamların (ə) ünsüri bədənləri həmin dəfn olunan yerdə deyil. Bəlkə bir müddətdən sonra onların pak bədənləri Allah ərşində.[1] Allahın yanındadır; amma o yer, Peyğəmbərin (s) və İmamların (ə) pak cisimləri əvvəl o yerdə olduğu üçün, şərafət tapır. Məlaikələrin o yerə nazil olmasına xatir və onların öz ziyarətçilərinə nəzər saldıqları üçün o məkan şəfaətli və mübarəkdir. Baxmayaraq ki, onların pak cəsədləri Allah ərşinə intiqal olubdur.[2]
Necə ki, rəvayətlərdə oxuyuruq:
- İmam Sadiq (ə) buyurur: "Heç Peyğəmbər və heç bir Peyğəmbər canişini üç gündən[3] artıq yer üzərində qalmır. Sonra onun ruhunu sümüyünü və ətini göyə aparırlar. Qəbirlərinin ziyarətçiləri gəlib uzaqdan onlara salam verirlər və salamlarını qəbirlərinin yaxınlığından onlara eşitdirirlər.[4]
- Əbdullah ibni Bəkir Ərcanni, İmam Sadiqdən (ə) soruşur: Əgər həzrəti İmam Hüseynin (ə) qəbrini açsalar orada bir şey taparlar? O həzrət ona buyurdu: Ey Bəkirin oğlu! Böyük bir sual etdin!... Əgər həmin günlərdə qəbri açsaydılar o həzrəti orada tapardılar. Amma bu gün o həzrət diri ikən Allahının yanında ruzi yeyir qoşununa və ərşə baxır... və deyir: Ey Rəbbim! Mənə verdiyin vədəyə əməl et: Ziyarətçilərinə baxır.
O onlara və atalarının adlarına onların Allah yanında dərəcələrinə, sizin və övladlarınıza və evdəki şeylərinizə nisbət, daha çox agahdır.
O həzrət ona ağlayanları görür. Onlar üçün Allahdan bağışlanmaq istəyir... göydə və hairdə olan mələklərin hamısı ağlayan ziyarətçilərinin səsini eşidirlər və onun üçün tövbə edirlər, ziyarətçi oradan çıxır və bir halda ki, heç bir günahı qalmayıb".[5]
[1] - R. K. Göstəricilər "Ərş və kürsü", sual 7678 (sayt: 7755): Ərşin və kürsünün məfhumu", sual 254 (sayt: 2004)"Allah və Ərşdə istiqrar" sual 4987 (sayt: 5441).
[2] - R.K. İsfərayini, Molla İsmail, Ənvarul- irfan, təhqiq: Nəzəri, Səid, səh 338 və 339. Dəftəri təbliğatı İslami, Qum, birinci çap, 1388 hicri şəmsi: Əstər abadi, Muhəmməd Cəfər Əlbərahinil- qatiəh fi şərhi təcridil- əqaidil- satiəh, cild 4, səh 240, Məktəbul- əlamul- İslami, Qum, birinci çap, 1382 hicri şəmsi; Feyz Kaşani Əşşafi fil- əqaidi vəl- əxlaq vəl- əhkam, səh 901 və 902, darul- lövhul- məhfuz, birinci çap, 1425 hicri qəməri.
[3] - Bəzi rəvayətlərdə dörd gün gəlib: (Şeyx Tusi, Təhzibul- əhkam, cild 6, səh 106, darul- kutubul- İslamiyyəh, Tehran, 1365 hicri şəmsi).
[4] - (İbni Quluviy, kamiluz- ziyarat, səh 329 və 330, Murtəzəvi nəşri, Nəcəf, birinci çap, 1356 hicri qəməri; Şeyx Səduq, mən la yəhzurhul- fəqih, cild 2, səh 577, Came Müdərrisin nəşri, Qum, ikinci çap, 1404 hicri qəməri).
«مَا مِنْ نَبِيٍّ وَ لَا وَصِيٍّ حَتَّى يُرْفَعَ بِرُوحِهِ وَ عَظْمِهِ وَ لَحْمِهِ إِلَى السَّمَاءِ وَ إِنَّمَا يُؤْتَى مَوَاضِعُ آثَارِهِمْ وَ يُبَلِّغُونَهُمْ مِنْ بَعِيدٍ السَّلَامَ وَ يُسْمِعُونَهُمْ فِي مَوَاضِعِ آثَارِهِمْ مِنْ قَرِيب»
[5] - Məclisi, Muhəmməd Baqir, Bəharul- ənvar, cild 25, səh 376 İslamiyyə nəşri, Tehran, çap ili; Müxtəlif, təkrar çaplar; kamiluz- ziyarat səh 329.