Ətraflı axtarış
Baxanların
8765
İnternetə qoyma tarixi: 2011/10/20
Sualın xülasəsi
İmam Zaman (əleyhis-salam)-ın həyatda olmasını əqli və nəqli dəlillərlə bəyan edin.
Sual
Biz inanırıq ki, İmam Zaman (əleyhis-salam) sağdır və bizim davranış, əməl və rəftarlarımıza nəzarət edir. Lütfən, bu məsələni (onun həyatda olmasını) bizim üçün isbat edin.
Qısa cavab

İmam Zaman (əleyhis-salam)-ın varlığı və o həzrətin imaməti “xüsusi imamət” bəhslərindən olduğu üçün əqli dəlildən istifadə etməklə onu birbaşa isbat etmək olmaz. Əksinə, “ümumi imamət” bölməsində deyilən “hər bir zamanda İmamın varlığının zərurəti” ilə əlaqədar əqli dəlillərdən istifadə etməklə, habelə, hazırkı dövrdə İmamın yalnız həzrət Məhdi (əleyhis-salam)-dan ibarət olmasını bəyan edən tarix və rəvayətlərə istinad etməklə öz məqsədimizə nail ola bilərik.

Hər bir zamanda Allahın yer üzündəki höccəti və məsum insanın varlığının zərurəti çoxlu əqli dəlillərlə isbat olunan “ümumi imamət” məsələsindədir. Misal üçün, orada deyilir ki, (ümumi) nübüvvət və imamət Allah tərəfindən olan mənəvi bir feyzdir və “lütf qaydası”na əsasən belə bir lütf həmişəlik və əbədi olmalıdır. Hazırkı dövrdə o kamil və məsum insanın yalnız İmam Zaman (əleyhis-salam)-dan ibarət olmasını göstərən rəvayətlər o qədər çoxdur ki, heç bir vəchlə inkar oluna bilməz. Hətta bəzi məşhur sünnü alimləri də onu qəbul etmiş, bu məsələni öz kitablarında xatırladıb demişlər ki, “İmam Həsən Əskəri (əleyhiməs-salam)-ın övladlarından olan movud (vədəsi verilən) Məhdi 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir, hal-hazırda qeyb pərdəsi arxasında yaşayır və bir gün Allahın əmri ilə zühur edəcəkdir.”

İmam Məhdi (əleyhis-salam)-ın uzun ömrü məsələsi də əsla qəribə bir iş və uzaq ehtimal deyildir. Çünki o həzrət Allah tərəfindən verilən elmdən və təbii-elmi üslublardan istifadə etməklə qocalıq və təbii amillərdən təsirlənmədən çox uzun müddət ərzində yaşaya bilər. Eləcə də Allah-taalanın Özünün bəşəriyyətə olan höcətini – ədalətin icrası, zülm və zalımların kökünün cəmiyyətdən kəsilməsi üçün zəxirə saxladığı höccətini tam istisna şəraitində, təbii və zahiri amillərin təsirindən uzaqda saxlaya bilməsi heç bir vəch ilə uzaq nəzər və qəribə deyildir.

Ətreaflı cavab

İmam Zaman (əleyhis-salam)-ın imaməti və o həzrətin vücudu “xüsusi imamət” bəhslərindəndir. Xüsusi imamət bəhslərində birbaşa əqli dəlildən istifadə etmək olmaz.[1] Əksinə, əqli dəlil “ümumi imaməti”, eləcə də “hər bir dövrdə və zamanda imamın vücudunun zərurətini” isbat edir.

“Ümumi imamət” bəhslərində yer üzərində ilahi höccət və məsum insanın varlığının zərurətinə dair əqli dəlil gətirilir. İndi əgər həzrət Məhdi (əleyhis-salam)-ın təvəllüd və həyatda olmasını göstərən tarixi sənəd və rəvayətləri birinci müqəddiməyə əlavə etsək, onda hazırkı zamanda yalnız o həzrətin ilahi feyz vasitəsi olması və həm də həyatda olması isbat olunur.[2]

Dəlilin iki müddəasının araşdırılması:

1. Hər bir zamanda məsum imamın varlığının zərurətinə dair əqli dəlil

a) “Lütf” bürhanı (dəlili)

Nübüvvət və imamət Allah tərəfindən (bəşəriyyətə verilən) mənəvi bir feyzdir və “lütf qaydası”na əsasən həmişə mövcud olmalıdır. Lütf qaydası islam cəmiyyəti arasında haqqın mehvəri olan və cəmiyyəti mütləq (yüz faizlik) xətalardan qoruyub saxlayan bir İmamın olmasını tələb edir.

İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu “Həqiqətən Allah-taala o qədər böyük və əzəmətlidir ki, yer üzünü heç vaxt imamsız qoymaz”[3] cümləsinin bu dəlilə işarə etməsi mümkündür.

Qaib imamın lütflərini aşağıdakılarda xülasə etmək olar:

1. Allah dininin külli şəkildə və dünya səviyyəsində qoruyub saxlamaq;[4]

2. Qabiliyyət və istedadı olan insanları tərbiyə etmək;

3. Haqq məzhəbi qoruyub saxlamaq;

4. Camaata müqtəda (rəhbər) ola bilən diri və canlı bir örnəyin olması.[5]

b). “Ğai (son, yekun) illət və səbəb” bürhanı:

Kəlam elmində sübut olunmuşdur ki, Allah-taala Öz işlərində və fellərində müəyyən hədəfi və məqsədi izləyir. O müqəddəs zat “mütləq (qeyri-məhdud) kamal” olduğundan, heç bir nöqsanın Ona yolu olmadığından, ilahi əməl və fellərin nəticəsi və ğayəti də məxluqlara qayıdır. İnsanın yaradılışının hədəf və məqsədi “kamil insan”dır. Yəni onun xilqəti meyvələri kamil insandan ibarət olan bir ağac kimidir.[6]

v) “Əşrəfin (ən şərafətlinin) mümkünlüyü” bürhanı

Fəlsəfədə “imkani-əşrəf” adlı bir qayda vardır. Onun mənası budur ki, “ən şərafətli mümkün (varlıq) gərək özündən aşağı səviyyəli mümkün varlıqdan irəlidəki vücud mərtəbəsində olsun...”[7]

Vücud aləmində insan məxluqların ən şərafətlisidir. Vücud, həyat, elm, qüdrət, camal və s. sifətlərin Allahın yer üzündəki höccəti olan kamil insana çatmazdan qabaq (ondan aşağı səviyyəli) başqa insanlara çatması qeyri-mümkündür.

v) “Hərtərəfli məzhər” bürhanı

Allah-taalanın zühur məqamındakı mütləq hüviyyəti və göstəricisi, vəhdətin hökmləri Ona qələbə çalmışdır və zati vəhdət məqamında təfzili (üstünlük dərəcəsi olan) isimlərə yer yoxdur. Digər tərəfdən, xarici aləmdə zahir olan təfzili təzahürlərdə kəsrətin (çoxluğun) hökmləri vəhdətə qələbə çalır. Belə olan halda Allah-taalanın fərmanı etidal (orta səviyyəli) bir surəti tələb edir ki, onda zati vəhdət və ya imkani-kəsrət bir-birinə qələbə çalmamış olsun, nəticədə təfzili isimlər və həqiqi vəhdət cəhətindən təzahür yeri ola bilsin. O da həmin kamil insanın mötədil surətidir.[8]

Burada həmin miqdarla kifayətlənir və oxucuları müfəssəl kitabların mütaliəsinə həvalə edirik.[9]

2. İmam Məhdi (əleyhis-salam)-ın təvəllüdü və həyatı ilə əlaqədar tarixi dəlillər və rəvayət olduqca çoxdur. Nümunə üçün, bir neçə tarixi sənədə işarə edirik:

a) Əhli-sünnətin məşhur alimlərindən çoxu qəbul etmiş[10] və öz kitablarında qeyd etmişlər ki: “Vədəsi verilən Məhdi İmam Həsən Əskərinin övladıdır və 255-ci hicri ilində Samirrada dünyaya gəlmişdir. Qeybət pərdəsi arxasında yaşayır və müəyyən bir gündə Allahın əmri ilə zühur edəcəkdir.”[11]

b) İmam Həsən Əksəri (əleyhis-salam) oğlu Məhdinin təvəllüdündən qabaq onun dünyaya gələcəyini xəbər vermişdi. O cümlədən, bibisi Həkimə Xatuna buyurmuşdu: “Şəbanın 15-ci gecəsi övladım Məhdi Nərgis Xatundan dünyaya gələcəkdir.”[12]

Əhməd ibni İshaq deyir: İmam Əbu Muhəmməd Həsən Əskəri (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: “Həmd-səna o Allaha məxsusdur ki, öz canişinim və vədəsi verilən Məhdini mənə göstərməyincə, məni dünyadan aparmadı. O, zahiri quruluş, əxlaq, rəftar və davranış baxımından insanlar arasında Peyğəmbərə ən çox oxşayan şəxsdir. Allah-taala onu bir müddət qeybdə saxlayacaqdır. Bundan sonra zahir edərək, dünyanı haqq-ədalətlə dolduracaqdır.”[13]

Həmçinin, bu mövlud dünyaya gələndən sonra İmam Həsən Əskəri (əleyhis-salam) özünün xüsusi və yaxın adamlarını onun təvəllüdündən agah etmişdi.

Məhəmməd ibni Əli ibni Həmzə deyir: İmam Həsən Əskəri (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: “Allahın bəndələrə höccəti olan İmam və mənim canişinim 255-ci ilin şəban ayının 15-də sübh çağı dünyaya gəldi.”[14]

Əhməd ibni Həsən ibni İshaq Qummi deyir: İmam Məhdi (əleyhis-salam) dünyaya gələn zaman İmam Əskəri (əleyhis-salam)-dan mənə bir məktub gəldi. Həzrət onda belə yazmışdı: “Mənim üçün bir övlad dünyaya gəlmişdir. Bu mövzunu məxfi saxla, çünki onu öz dostlarımızdan və yaxınlarımızdan başqasına göstərməyəcəyəm.”[15]

İbrahim ibni İdris deyir: İmam Əbu Muhəmməd Əskəri (əleyhiməs-salam) mənə bir qoyun göndərdi və buyurdu: “Bunu oğlum Məhdinin təvəllüdünə görə əqiqə kəs, özün və ailən ondan yeyin.”[16]

3. İmam Həsən Əskəri (əleyhis-salam) həzrət Məhdi (əleyhis-salam)-ın təvəllüdündən əvvəl bu məsələni xəbər verdiyi kimi, təvəllüddən sonra da yaxın adamlarına və xüsusi dostlarına xəbər verərək “vədəsi verilən Məhdi dünyaya gəlmişdir” deyə buyurmuşdu. Bundan sonra da şiələrin imanının artması, qəlbən xatircəm olmaları üçün İmam Məhdi (əleyhis-salam)-ı onların bəzilərinə göstərmişdi.

Əhməd ibni İshaq deyir: İmam Həsən Əskəri (əleyhis-salam) üç yaşlı uşağı mənə göstərib buyurdu: “Ey Əhməd! Əgər Allahın nəzərində və imamların yanında əziz şəxs olmasaydın, övladını sənə göstərməzdim. Bil ki, bu uşaq Peyğəmbərlə eyni adda və eyni künyədədir; həmin kəsdir ki, yer üzünü haqq-ədalətlə dolduracaqdır.”[17]

Müaviyə ibni Həkim, Məhəmməd ibni Əyyub və Məhəmməd ibni Osman ibni Səid demişlər: Qırx nəfərdən ibarət bir dəstə ilə İmam Həsən Əsgəri (əleyhis-salam)-ın evinə yığışmışdıq. Həzrət oğlu İmam Məhdini bizə göstərdi və buyurdu: “Bu sizin imamınız və mənim canişinimdir.”[18]

Əli ibni Bilal, Əhməd ibni Hilal, Məhəmməd ibni Müaviyə ibni Həkim, Həsən ibni Əyyub demişlər: Biz bir dəstə şiə ilə İmam Həsən Əsgəri (əleyhis-salam)-ın evinə yığışmışdıq. O həzrətdən özünün canişini barəsində soruşduq, bir neçə dəqiqədən sonra bir uşağı bizə göstərib buyurdu: “Məndən sonra bu sizin imamınızdır.”[19]

Ömər Əhvazi deyir: İmam Həsən Əsgəri (əleyhis-salam) övladını mənə göstərib buyurdu: “Məndən sonra bu oğlum sizin imamınızdır.”[20]

İbrahim ibni Məhəmməd deyir: İmam Həsən Əsgəri (əleyhis-salam)-ın evində gözəl bir uşaq gördüm. Həzrətdən soruşdum: “Ey Rəsulullahın oğlu! Bu uşaq kimdir?” Həzrət buyurdu: “Bu mənim oğlumdur. Bu mənim canişinimdir.”[21]

Yəqub ibni Mənfus deyir: İmam Həsən Əsgəri (əleyhis-salam)-ın hüzuruna gedib onun özündən sonrakı İmam və “əmrin sahibi” barəsində soruşdum. Həzrət buyurdu: “Pərdəni kənara çək!” Mən pərdəni çəkəndə beş yaşlı bir oğlan uşağı gördüm. O, bizə tərəf gəldi, atasına yaxınlaşıb onun dizləri üzərində oturdu. İmam Əskəri (əleyhis-salam) buyurdu: “Bu sizin imamınızdır.”[22]

4. İmam Həsən Əsgəri (əleyhis-salam)-ın bu barədə verdiyi müjdələrdən, əziz övladı Məhdini özünün ən xüsusi və əmin olduğu şəxslərə göstərdikdən sonra növbə xüsusi adamlara çatır ki, İmam Məhdi (əleyhis-salam)-ın vücudunu başqa şiələrə də çatdırsınlar, onlar da şəkk-şübhədən və heyrətdən xilas olsunlar.

Həkimə Xatun, Məhəmməd ibni Əli ibni Musər-Riza (əleyhis-salam)-ın qızı, Osman ibni Səid Əmri, Həsən ibni Hüseyn Ələvi, Əbdullah ibni Abbas Ələvi, Həsən ibni Münzər, Həmzə ibni Əbil-Fəth, Məhəmməd ibni Osman ibni Səid Əmri, Müaviyə ibni Həkim, Məhəmməd ibni Müaviyə ibni Həkim, Məhəmməd ibni Əyyub ibni Nuh, Həsən ibni Əyyub ibni Nuh, Əli ibni Bilal, Əhməd ibni Hilal, Məhəmməd ibni İsmail ibni Musa ibni Cəfər, Yəqub ibni Mənfus, Ömər Əhvazi, Xadim Farsi, Əbu Əli ibni Mütəhhər, Əbu Nəsr Tərif Xadim, Kamil ibni İbrahim, Əhməd ibni İshaq, Əbdullah Məsturi, Əbdullah Cəfər Himiyəri, Əli ibni İbrahim Məhziyar, Əbu Ğanim Xadim çalışırdılar ki, İmam Məhdi (əleyhis-salam)-ın təvəllüdünü şiələrə xəbər versinlər.

Həkimə Xatundan nəql olunan aşağıdakı rəvayətə diqqət yetirin: O deyir: İmam Həsən Əskəri (əleyhis-salam) bir nəfərlə mənə belə sifariş göndərdi: “Bu gecə (nimeyi-Şəban gecəsi) iftar vaxtı bizə gəl. Çünki Allah-taala bu gecə Öz höccətini aşkar edəcəkdir.” Soruşdum: “Bu körpə kimdən dünyaya gələcək?” Buyurdu: “Nərgis Xatundan.” Dedim: “Axı onda hamiləlikdən heç bir əsər-əlamət görünmür?!” Buyurdu: “Məsələ dediyim kimidir!”

Həmin gün mən İmamın evinə getdim. Nərgis gəldi və ayaqqabılarımı çıxardıb buyurdu: “Mənim xanımım, necəsiniz?” Dedim: “Sən mənim və ailəmin xanımısan!” O mənim sözlərimdən narahat oldu, təəccüblə dedi: “Bu nə sözdür?!” Dedim: “Allah-taala bu gecə sənə bir övlad verəcəkdir ki, dünya və axirətin sərvəri, ağasıdır!”

Nərgis mənim bu sözümdən sonra utandı. İftardan sonra işa namazını qılıb yatağa girdim. Gecə yarısı ayağa qalxıb gecə namazını qıldım, namazın təqibatından sonra yenidən yuxuladım. Bir azdan yenidən oyandım və gördüm ki, Nərgis də oyanıb və gecə namazı qılır. Otaqdan çıxıb fəcrin açılmasını görmək istəyirdim. Bu zaman birinci fəcrin baş verdiyi gördüm. Otağa qayıdanda gördüm ki, Nərgis yenidən yatıb. Bu zaman zehnimdən belə bir sual keçdi ki, “nə üçün Allahın höccəti doğulmadı?” Birdən İmam Həsən Əskəri (əleyhis-salam) qonşu otaqdan məni çağırıb dedi: “Bibi! Tələsmə, vədəsi verilən yaxınlaşıbdır.”

Mən oturub Quran oxumağa başladım. Quran tilavət etdiyim zaman birdən Nərgis Xatun nigaran halda yuxudan oyandı. Mən təcili olaraq özümü ona çatdırıb dedim: “Bir şey hiss edirsənmi?!” Dedi: “Bəli!” Dedim: “Allahın adını təkrarla! Bu həmin şeydir ki, gecənin əvvəlindən sənə xəbər vermişdim. Nigaran olma və qəlbin aram et.”

Bu zaman mənimlə onun arasında nur pərdəsi ilə fasilə salındı. Birdən gördüm ki, artıq uşaq dünyaya gəlmişdir. Paltarı Nərgisin üstündən götürəndə gördüm ki, o körpə başını səcdəyə qoyub Allaha zikir deyir. Bu zaman İmam Həsən Əskəri (əleyhis-salam) səsləndi: “Bibi, övladımı mənim yanıma gətir!”

Körpəni imamın yanına apardım. Həzrət onu ağuşuna aldı, əlini uşağın əllərinə, gözünə və oynaqlarına çəkdi, sağ qulağına azan, sol qulağına iqaməni dedi və buyurdu: “Oğlum, mənimlə danış!” Körpə sözə başlayıb şəhadət kəlmələrini dedi. Sonra İmam Əli (əleyhis-salam)-dan başlayaraq imamların hamısına salavat göndərdi, nəhayət atasının adına çatdı, ona da salam verdi. Sonra İmam (əleyhis-salam) mənə buyurdu: “Bibi, oğlumu anasının yanına apar, ona da salam versin. Sonra mənim yanıma gətir.”

Körpəni anasının yanına apardım. O, anasına salam verdi, sonra imamın yanına qaytardım. Həzrət buyurdu: “Yeddinci gün bizim yanımıza gəl!” Yeddinci gün gəldim, həzrət buyurdu: “Bibi can, oğlumu gətir!” Mən körpəni gətirdim, əvvəldəki gündə olduğu kimi şəhadət kəlmələrini və imamlara salamı təkrarlamağa başladı. Sonra bu ayəni tilavət etdi:

وَنُرِیدُ أَن نَّمُنَّ عَلَى الَّذِینَ اسْتُضْعِفُوا فِی الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِینَ

“Biz iradə etmişik ki, yer üzündə müstəzəf olanlara minnət qoyaraq onları yer üzünün imamları və varisləri qərar verək.” (”Qəsəs” surəsi, ayə: 5)

Bu hadisədən sonra bir gün İmamın hüzuruna gəlib pərdəni çəkdim, amma imam Məhdini görmədim. Soruşdum: “Sənə fəda olum! İmam Məhdi nə oldu?!” Həzrət buyurdu: “Bibi can, o Musa (əleyhis-salam) kimi məxfi şəkildə saxlanılır.”[23]

5. İmam Həsən Əskəri (əleyhis-salam) şəhid olandan sonra İmam Məhdi (əleyhis-salam) müxtəlif kəramətli işlər və möcüzələr göstərməklə öz imamətinin doğruluğuna və vücuduna dair şahidlər göstərmiş və höccəti insanlara tamamlaşmışdı.

İmam Sadiq (əleyhis-salam)-ın dövründən etibarən kiçik qeybət dövrünün əvvəllərinə qədər belə bir zaman üçün nəzərdə tutulmuş “gizli vəkalət təşkilatı”nın ən mühüm vəzifələrindən biri bu idi ki, şiələrin şəkk-şübhələrini və heyrətlərini aradan qaldırsın, onları qaib İmam və onun dördlük təşkil edən xüsusi naibləri ilə əlaqədar xatircəm etsinlər. Həzrətin naibləri və vəkilləri öz müddəalarının doğruluğuna dair şahid gətirməklə, o Həzrətin müqəddəs nahiyəsindən verilən kəramət və çox yüksək səviyyəli elmlərlə bu vəzifəni icra edirdilər.

Bu kəramətlər və müddəanın doğruluq şahidləri bəzi hallarda birbaşa İmam Məhdi (əleyhis-salam)-ın özünün vasitəsi ilə, bəzi hallarda isə səfirlərin və elçilərin vasitəsi ilə şiələrə bəyan olunurdu ki, şiələr İmam Məhdi (əleyhis-salam)-ın vücuduna iman gətirməkdən əlavə, dördlük təşkil edən naiblər barədə də xatircəm olsunlar. Öz müddəalarının doğruluğuna daim şahid gətirmək və möcüzəli işlər göstərmək əsas etibarı ilə müqəddəs nahiyənin ilkin səfiri olan Osman ibni Səid Əmrinin dövründə baş verirdi. Çünki bu dövrdə hələ şiələr heyrətdə idilər və İmam Məhdi (əleyhis-salam)-ın vücudunu dərk etməmişdirlər.

Seyid ibni Tavus yazır: “İmam Həsən Əsgəri (əleyhis-salam)-ın səhabələrindən çoxu İmam Zaman (əleyhis-salam)-ı görmüş, ondan şəri hökmləri və hadisələri rəvayət etmişlər. Bundan əlavə, o həzrətin adı, əsil-nəsəbi və vətəni məlum olan çoxlu vəkilləri də var idi. Onlar çoxlu kəramətlər göstərməklə çətin suallara və mürəkkəb məsələlərə cavab verir, o həzrətin öz cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etdiyi qeybi xəbərləri rəvayət edirdilər.”[24]

 

Nümunələr

Burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. Səd ibni Əbdullah Əşəri Qumminin rəvayəti

O deyir: Qum şiələri arasında xüsusi hörmətə və ictimai mövqeyə malik olan Həsən ibni Nəzr İmam Həsən Əskəri (əleyhis-salam)-ın vəfatından sonra (növbəti imamın kim olması ilə əlaqədar) heyrətdə qalmışdı. O, Əbu Səddam və bir neçə nəfər birlikdə qərara aldılar ki, sonrakı İmam barəsində tədqiqat aparsınlar. Həsən ibni Nəzr, Əbu Səddamın yanına gəlib dedi: “Bu il həccə getmək istəyirəm.” Əbu Səddam da ona dedi ki, bu səfəri təxirə sal. Lakin Həsən ibni Nəzr dedi: “Xeyr, mən yuxu görmüşəm və çox qorxuram! Ona görə də hökmən getməliyəm!”

Hərəkətdən qabaq Əhməd ibni Yəla ibni Həmmaddan İmama aid olan mal-dövlət (xüms) barəsində vəsiyyət edib dedi ki, İmam Həsən Əsgəri (əleyhis-salam)-ın canişininin kim olması məlum olana qədər bu əmlakı saxlasın. Sonra Bağdada getdi. Orada müqəddəs nahiyədən ona məktub gəldi. Məktubu oxuduqdan sonra İmam Məhdi (əleyhis-salam)-ın imamətinə və Osman ibni Səid Əmrinin xüsusi vəkalətinə əmin və xatircəm oldu.

 

2. Məhəmməd ibni İbrahim ibni Məhziyarın rəvayəti

O deyir: İmam Həsən Əsgəri (əleyhis-salam) vəfat etdikdən sonra onun canişininin kim olması barəsində şəkkə düşdüm. Atam o həzrətin vəkili idi və onun yanında İmama aid olan çoxlu əmlak (xüms) var idi. Atam o əmlakı (İmama təhvil vermək məqsədi ilə) götürdü, məni çağırdı və birlikdə yola düşdük. Yol əsnasında atam xəstələndi və həmin mal-dövlət barəsində mənə belə vəsiyyət etdi: “Allahdan qorx və bu mal-dövləti sahibinə təhvil ver. Hər kəs bu nişanələri desə, malı ona həvalə et.” Bunu deyib vəfat etdi.

Bir neçə gün İraqda qaldıqdan sonra Osman ibni Səidin tərəfindən mənə bir məktub gəldi. Orada atamın dediyi həmin əlamət və nişanələr bəyan olmuşdu. Halbuki onu məndən və atamdan başqa heç kəs bilmirdi.[25]

Məhəmməd ibni İbrahim ibni Məhziyar bu kəramətli işi və müddəanın doğru olması şahidlərini gördükdə, həm İmamın imaməti, həm də Osman ibni Səidin naib olmasına dair xatircəm oldu.

 

3. Əhməd Dinəvəri Siracın rəvayəti

O deyir: İmam Həsən Əskəri (əleyhis-salam)-ın vəfatından bir-iki il sonra həcc məqsədi ilə Ərdəbildən hətəkət edib Dinəvərə çatdım. Camaat İmam Həsən Əskəri (əleyhis-salam)-ın canişini xüsusunda heyrətdə qalmışlar. Dinəvər əhli mənim gəlişimdən sevindilər. Oranın şiələri imamın səhmindən olan 13 min dinar qızıl pulu mənə verdilər ki, Samirraya aparıb o həzrətin canişininə verəm. Dedim: “Hələ həzrətin canişininin kim olması hətta mənim üçün də aydın deyildir!” Dedilər ki, bizim sənə etimadımız var. Hər vaxt həzrətin canişinini tapsan, pulları ona ver.

Mən 13 min dinarı götürüb özümlə apardım. Kermanşahda Əhməd ibni Həsən ibni Həsənlə görüşdüm. O da min dinar pul və bir neçə top parçanı mənə verdi ki, müqəddəs nahiyəyə çatdırım. Mən Bağdada gəlib həzrətin naibini axtarmağa başladım. Mənə dedilər ki, üç nəfər naiblik iddiası edir. Birincinin – Baqtanınin yanına gedib yoxladım və onun müddəasının doğru olmasında dair şahid istədikdə məni qane edəcək bir şey göstərmədi. Sonra ikincisinin – İshaq Əhmərin yanına getdim, onun da haqq olmadığını gördüm. Üçüncüsünün – Əbu Cəfər Osman ibni Səid Əmrinin yanına getdim. Onunla hal-əhval soruşduqdan sonra ona dedim: “Camaatın əmlakı (xüms) mənim yanımdadır, onu İmam Həsən Əskəri (əleyhis-salam)-ın canişininə təhvil verməliyəm. Mən heyrətdəyəm və nə edəcəyimi bilmirəm.” O dedi: “Samirrada İbni Rizanın (İmam Həsən Əskəri) evinə get. İmamın vəkilini orada görəcəksən.”

Samirrayada İmamın vəkilinin evinə getdim. Qapıçı dedi: “Bir az gözlə, indi gələcəkdir.”

Bir neçə dəqiqədən sonra bir nəfər gəlib əlimdən tutdu və evə apardı. Hal-əhval soruşduqdan sonra ona dedim: “Cəbəl nahiyəsindən bir qədər əmlak (xüms) gətirmişəm və dəlil axtarıram. Hər kəsin niyabətinə dair dəlil tapsam, bunları ona təhvil verəcəyəm.” Mənim üçün yemək gətirdi və dedi: “Yeməyini ye, bir qədər istirahət et, sonra sənin işlərinə baxacağam.”

Gecədən bir qədər keçmiş o kişi mənə bir məktub verdi. Onda belə yazılmışdı: “Əhməd ibni Məhmud Dinəvəri gəldi. O, filan qədər pul, kisə və filan qədər parça gətirib. O kisənin içində filan qədər pul vardır...” Bununla da onun bütün incəliklərini bəyan etmiş, o cümlədən yazmışdı: “Zireh düzəldən filan şəxsin kisəsində on altı dinar vardır. Kermanşahdan da filan kəs tərəfindən bir kisə vardır. Filan parça topu qardaşı yun satan Əhməd ibni Həsən Madəranidəndir....” Bu məktubla şəkk-şübhələrim aradan qalxdı və başa düşdüm ki, Osman ibni Səid Əmri o həzrətin naibidir. Həzrət bu məktubda mənə göstəriş vermişdi ki, həmin əmlakı Bağdada aparıb görüşəcəyim şəxsə təhvil verim.[26]

 

4. Məhəmməd ibni Əli Əsvədin rəvayəti

O deyir: Qeybət-suğranın əvvəllərində bir qoca qarı mənə bir qədər parça verdi və dedi ki, onu müqəddəs nahiyəyə çatdırım. Mən o parçanı başqa parçalarla birlikdə özümlə gətirdim. Bağdada çatanda Osman ibni Səidin yanına getdim, o dedi: “Əmlakın hamısını Məhəmməd ibni Abbas Qummiyə ver.” Mən o qoca qarnın parçasından başqa hamısını ona təhvil verdim. Bundan sonra Osman ibni Səid müqəddəs nahiyədən mənim üçün xəbər göndərdi ki, “qoca qarnın verdiyi parçanı da təhvil ver!”[27]

 

5. İshaq ibni Yəqubun rəvayəti

O deyir: Osman ibni Səidin belə dediyini eşitdim: İraq əhlindən bir kişi mənim yanıma gəldi. O, İmam üçün bir qədər mal (xüms) gətirmişdi. Həzrət onu geri qaytarıb buyurdu: “Öz əmi oğlunun dörd yüz dirhəmdən ibarət olan haqqını ondan götür!” O kişi heyrətdə donub qaldı, öz əmlakını yenidən hesab-kitab etdikdən sonra aydın oldu ki, əmisi oğlunun ondan dörd yüz dirhəm alacağı vardır. Onu qaytardı, qalan məbləği Həzrətə təhvil verdi və Həzrət də qəbul etdi.[28]

 

6. Məhəmməd ibni Əli ibni Şazanın rəvayəti

O deyir: Camaat 480 dirhəm xümsünü mənə vermişdilər ki, onu müqəddəs nahiyəyə çatdıram, özümdən 20 dirhəm əlavə etdim ki, 500 dirhəm olsun. Bir məktub da yazıb pullarla birlikdə İmamın naibi Osman ibni Səidə göndərdim. Bu məktubda əlavə etdiyim məbləğ barədə heç nə yazmamışdım. O yazdı: “500 dirhəm çatdı və onun 20 dirhəmi sənin öz malın idi.”[29]

Müddəanın doğruluğuna dair bu kimi yüksək səviyyəli, dəqiq xəbər, kəramət və şahidlər (bunlar qeybəti-suğranın əvvəllərində baş vermişdi) vasitəsi ilə İmam Həsən Əskəri (əleyhis-salam)-ın şiələrinin hamısı İmam Məhdi (əleyhis-salam)-ın imaməti və Osman ibni Səidin niyabətini dərk etdilər. İmamət məsələsi ilə əlaqədar onların şəkk-şübhələri aradan qalxdı. Bu şəkk-şübhə də İmam Məhdi (əleyhis-salam)-ın gizlində dünyaya gəlib qeybət dövründə olmasından irəli gəlmişdi. Məxfi vəkalət təşkilatında işləyənlərin xalis səyləri nəticəsində qeybəti-suğranın əvvəllərində şiələrdə yaranan bu şəkk-şübhələr tamamilə aradan qalxdı. Onlar həzrət Məhdi (əleyhis-salam)-ın qeyb elmilərindən və kəramətlərindən bəhrələnməklə iki məsələni dərk etdilər: Biri bu idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə təyin olunmuş imamətin əsil yolu düzgün şəkildə ötüb keçmiş və imamət İmam Həsən Əskəri (əleyhis-salam)-dan oğlu Məhdiyə nəql olunmuşdur. Bu qeybət dövründə də həzrət Məhdi (əleyhis-salam) müəyyən vasitələrlə (qeyb pərdəsi arxasından) şiələrə rəhbərlik edir.

İkincisi, əvvəllər imamların rəhbərliyi ilə fəaliyyətdə olan “məxfi vəkalət təşkilatı” hal-hazırda – qeybəti-suğra dövründə də fəaliyyətdədir. Bu təşkilatın idarəsini Osman ibni Səid Əmri müqəddəs nahiyədən öhdəsinə almışdır. Buna əsasən, şiələr həm İmam Məhdi (əleyhis-salam)-ın imamətini, həm də onun xüsusi naiblərinin rəhbərliyinə xatircəm oldular.

Osman ibni Səid Əmrinin vəfatından sonra İmam Məhdi (əleyhis-salam)-ın göstərişi ilə onun oğlu Məhəmməd ibni Osman bu vəzifəni öhdəsinə aldı. Bu zaman şiələrdən bəziləri İmam Zaman (əleyhis-salam)-ın varlığında yox, Məhəmməd ibni Osmanın naib olmağında şəkk etdilər. İmam Məhdi (əleyhis-salam) da onların ixtiyarına bəzi dəlillər qərar verib möcüzə göstərdi, bununla da şiələr Məhəmməd ibni Osmanın naib olmasına dair xatircəm oldular. Yalnız bir neçə nəfər həvayi-nəfsə tabe və rəislik iddiasına olduqlarına görə Məhəmməd ilə müxalifətə qalxdılar. Onlar yalandan naiblik iddiası etdilər. Məhəmməd ibni Osman da möcüzəli işlərdən istifadə etməklə iddiasının doğruluq şahidlərini bəyan və onların iddiasını batil etdi, nəhayət şiələr Məhəmməd ibni Osmanın haqq olmasına daha artıq inandılar.[30]

Onun vəfatından sonra Hüseyn ibni Ruh naib oldu. Onun naiblik dövründə də xüsusi şəxslərdən bəziləri onunla müxalifətə qalxdılar, lakin möcüzəli işləri müşahidə etməklə müxalifətdən əl çəkərək üzrxahlıq etdilər.[31]

Hüseyn ibni Ruhdan sonra naiblik məqamı Əbul-Həsən Əli ibni Məhəmməd Səmuriyə çatdı. Kiçik qeybət dövründə o cənaba çatan axırıncı məktub, digər bir kəramət hesab olunur. İmam Məhdi (əleyhis-salam) 329-cu ilin şəban ayının doqquzunda bir tovqi (məktub) yazaraq Əbul-Həsən Əli ibni Səmuriyə belə xatırlatdı: “Sən altı gündən sonra öləcəksən. Vəkalət təşkilatı işlərini qaydasına sal, camaatın əmlakını özlərinə qaytar. Bundan sonra artıq xüsusi naiblik dövrü sona çatır.”

Ravi deyir ki, Əbul-Həsən Əli ibni Məhəmməd Səmurinin yanına getmişdim. O həmin yazıları mənə göstərdi. Vədəsi verilən gün də yanına getdim: o, can üstə idi.[32]

Bu məktub şiənin haqq olmasına və İmam Zaman (əleyhis-salam)-ın vücuduna dair digər bir dəlidir.

 

İmam Zaman (əleyhis-salam)-ın ömrünün uzun olması

Uzunömürlülük “həyat məsələsi”nin bir şaxəsidir. Həyatın həqiqət və mahiyyəti hələ də bəşəriyyətə məchul qalmışdır. Bəlkə də bəşəriyyət heç vaxt bu sirri kəşf edə bilməyəcəkdir. Əgər qocalığı həyata ariz olan bir hadisə, yaxud insan orqanizminə ariz olan təbii bir qanun hesab etsək və zamanın ötməsi ilə hər bir canlı varlığın qocalıb əldən düşməsini və ölüm mərhələsinə çatmasını qəbul etsək, onun mənası bu deyildir ki, bu hadisə heç bir istisna yönünə malik deyildir və təxirə salına bilməz. Buna görə də bəşər elmiləri qocalığı müalicə etmək yolunda əsaslı tədbirlər görmüşdür. 19-cu əsrin axırlarında elmi inkişaf nəticəsində uzunömürlüyə ümid daha artıq rövnəqlənmişdir. Bəlkə də yaxın gələcəkdə bu şirin röyalar gerçəkliyə çevriləcək, vədəsi verilən Məhdi (əleyhis-salam)-ın uzun ömrü barədə heç bir təəccüb yeri olmayacaq, onun elmi və nəzəri cəhətdən mümkün olduğunda dair heç bir şəkk-şübhə qalmayacaqdır. Həzrət Höccət (əleyhis-salam) Allah tərəfindən verilən elm əsasında, eləcə də elmi və təbii üslublardan istifadə etməklə dünyada üzün müddət yaşaya da, qocalığın təsirləri onda zahir olmaya bilər.

Digər tərəfdən, əgər qısa ömürlülük məsələsini ümumi, yaxud əksər hallarda baş verən bir qanun kimi qəbul etsək də, hər bir işdə, o cümlədən bu maddi aləmin təbii işlərində istisna hallarının olması qaçılmaz bir məsələdir. Təbiətin qoynunda uzun ömrə malik olan bitkilər, ağaclar və sair canlılar olduğu halda, insaniyyət aləmində də haqq-ədalətin icrası, zülmün, ədalətsizliyin, haqsızlığın və zalımların kökünün cəmiyyətdən kəsilməsi üçün bir ehtiyat ünvanı ilə qorunub saxlanan ilahi höccət barəsində bu istisnaya nə üçün inanmamalıyıq?! Əgər hər hansı bir varlığın təbii amillərin fövqündə, zahiri səbəb və amillərin təsir dairəsindən yüksəkdə olduğunu bilsək, onda təbiət qanunları bu varlığın müqabilində müstəsna yönə malik deyildirmi və bu varlıq həmin amillərdən üstün deyildirmi?! Bu məsələ adi nəzərə çarpmasa da, amma mümkün olan şeydir. Mərhum Əllamə Təbatəbainin buyurduğu kimi: “Qaib imamın necə həyatda olmasını xariqul-adə (möcüzə) yolu ilə qəbul etmək olar. Əlbəttə, xariqul-adə (möcüzəli) iş qeyri-mümkün işlərdən tamamilə başqadır. Elm yolu ilə heç vaxt xariqul-adə işləri inkar etmək olmaz. Çünki “təbiət aləmində istifadə olunan səbəb və amillər yalnız bizim gördüyümüz və tanıqlarımızdan ibarətdir və ondan başqa xəbərsiz olduğumuz, əsər-əlamətlərini görmədiyimiz, yaxud başa düşmədiyimiz səbəblər yoxdur” iddiasını heç vaxt isbat etmək olmaz. Buna görə də müəyyən bir və ya bir neçə şəxsdə elə səbəb və amillər ola bilər ki, onun çox uzun ömrə malik olmasını – min, yaxud bir neçə min il həyatını təmin edə bilsin.”[33]

Digər tərəfdən, tarix boyu uzun ömrə malik olan çoxlu insanlar olmuşdur. Onlardan ən çox istinad edilən şəxs Həzrət Nuh (əleyhis-salam)-dır. Quran aşkar şəkildə bəyan edir ki, Həzrət Nuh yalnız 950 il peyğəmbərlik dövründə olmuşdur.[34] Qəti bir məsələdir ki, onun ömrü bundan çox-çox artıq olmuşdur.

Həzrət Xızr (əleyhis-salam)-ın uzun ömrə malik olması da onun nümunələrindən biridir.[35] Buna əsasən, Həzrət İmam Zaman (əleyhis-salam)-ın uzun ömrünə malik olmasını qəbul etmək olar və əqli nəzərdən bu məsələdə heç bir qeyri-mümkünlük nəzərə çarpmır.[36]



[1] Çünki əqli dəlil fərdi təqdim edə bilməz. “Cüzi (konkret varlıq) nə kəsb edəndir, nə də kəsb olunandır” cümləsindən mənası budur.

[2] “Nəhcul-vilayət”, Əllamə Həsənzadə Amuli, səh. 7 və 8

[3] “Bəsairud-dərəcat”, səh. 485, bab 10, hədis 3

[4] “Kəşful-qina”, Şəriful-uləma, səh. 148

[5] Bax: Görünüş: “Məhdəviyyətin kəlam əsasları”, sual 1363

[6] Bax: Görünüş: “Məhdəviyyətin fəlsəfi əsasları”, susal 2262(2405)

[7] “Nihayətul-hikmət”, səh. 319-320

[8] Bax: “Təmhidul-qəvaid”, səh. 172; “Təhriru Təmhidil-qəvaid”, Ayətullah Cavadi Amuli, səh. 548-555

[9] Bu barədə “Vədəsi verilən şəxs barəsində tədqiqat”, Əli Əsğər Rizvani, səh. 267-280-i mütaliə etmək faydalıdır.

[10] Bəzi tədqiqatçılar Həzrət Məhdi (əleyhis-salam)-ın təvəllüdünü öz kitablarında qeyd edən yüzdən çox sünnü aliminin adını çəkmişlər.

[11] Məhəmməd ibni Təlhə Şafei “Mətalibus-su’l” kitabında, İbni Səbbağ Maliki “Əl-fusulul-mühimmə” kitabında, İbni Həcər Şafei “Əssəvaiqul-muhriqə” kitabında və İbni Xulləkan “Vəfəyatul-əyan” kitabında

[12] “Müntəxəbul-əsər”, səh. 398-399

[13] "Biharul-ənvar", 51-ci cild, səh. 161 və 397

[14] Yenə orada, səh. 397

[15] “İsbatul-hudat”, 6-cı cild, səh. 436; “Dad qostəri cəhan”, 103

[16] "Biharul-ənvar", 52-ci cild, səh. 22

[17] "Biharul-ənvar", 52-ci cild, səh. 23 və 24

[18] “Yənabiul-məvəddət” , səh. 460; "Biharul-ənvar", 52-ci cild, səh. 26

[19] “İsbatul-hüdat”, 6-cı cild, səh. 311; “Dad qostəri cəhan”, səh. 107

[20] “Yənabiul-məvəddət”, səh. 46

[21] “Dad qostəri cəhan”, səh. 107

[22] "Biharul-ənvar", 52-ci cild, səh. 25

[23] “Yənabiul-məvəddət”, səh. 449-450

[24] “Ət-təraif fi mərifəti məzhəbit-təvaif”, 1-ci cild, səh. 183-184; “İmam Zaman (əleyhis-salam)-ın xüsusi naiblərinin həyatı”, səh. 93 və 94

[25] Yenə orada, səh. 518, hədis 5; “Ricali Kəşşi”, 2-ci cild, səh. 813

[26] "Biharul-ənvar", 51-ci cild, səh. 300-302

[27] Yenə orada, səh. 335

[28] Yenə orada, səh. 326

[29] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 523-524

[30] "Biharul-ənvar", 51-ci cild, səh. 316-336; “Kəmalud-din”, səh. 398

[31] Bax: “On ikinci İmamın qeybət dövrünün siyasi tarixi”, Casim Hüseyni, səh. 197

[32] “Kəmalud-din”, səh. 516; "Biharul-ənvar", cild, səh. 51 cild, səh. 361

[33] “İslamda şiə”, Əllamə Təbatəbai, səh. 151

[34] “Ənkəbut” surəsi, ayə: 4

[35] “Kəmalud-din”, 2-ci cild, səh. 385

Hövzənin jurnalı, səh. 70-71, Bəqiyyətullahil-ə’zəmə məxsus olan hissə, səh. 46-dan sonra

[36] 584 sualdan iqtibas (imam Zaman (əleyhis-salam)-ın diri olmasının

əqli dəlilləri)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...