Please Wait
7282
Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını "Məknun" və "Məxzun" kimi də adlandırmışdırlar.
"İstisar" lüğətdə təyin etmək və özünə məxsus etmək deməkdir. Mustəəsər isə bunun məsdəridir və seçilmiş mənasını daşıyır.
Rağib İsfəhani, Müfrədat kitabında deyir: " الاستیثار التفرد بالشیء من دون غیره» "[1] və Biharul- ənvarda gəlmişdir: " استاثر بالشیء ای استبد به و خص به نفسه"[2]
Rəvayətlərdən istifadə olunur ki, "Mustəəsərə" adları İsmi əzəmin qeyb mərtəbələrindəndir ki, heç bir kəsin onlardan xəbəri yoxdur. İmam Baqir (ə) bu barədə buyurur: İsmi Əzəmdən yetmiş iki hərif bizim (Əhli- beytin) yanımızda vardır. (Onlara məlumatımız var) və onlardan yalnız biri Allah yanındadır ki, onu qeyb elmində özünə məxsus etmişdir (heç bir kəsin ondan xəbəri yoxdur).[3]
Usuli Kafi kitabının "hudusi- əsma" babında olan rəvayətlərdən istifadə olur ismi Mustəəsər ki, onu ismi "Məknun" və "Məxzun" kimi adlandırmışdırlar, onun üçündür ki, Allahın ilk qeyb adlarındandır. Bunun üçün də bir tərəfdən ad və təyin olunmuş və başqa bir tərəfdən isə təyin olunmamış, qeyb və başqa adların aşkar olunması üçün bir vasitədir.[4]
Bu rəvayətə əsasən, İmam Xomeyni (rəh) ismi Əzəmi açıqlayarkən, ismi Mustəəsəri ismi Əzəmin qeyb mərtəbəsindən bilir və buyurur: Amma ismi Əzəm qeybin həqiqəti əsasında ki, Allahdan başqa hər kim onu bilmir, buna əsasən ki, irəlidə ona işarə olundu. Həmin yetmiş üçüncü hərfdir ki, Allahın qeyb elminə məxsusdur.[5]
İrfan kitablarında da yenə işarə olunmuşdur ki, Allah Taalanın haqq qeyb zatı qeybin şiddətindən, vasitəsiz heç bir adları və sifətləri üçün aşkar olmur və o adların aşkar olması üçün bir vasitəyə ehtiyacı vardır ki, zatın aşkar olması üçün onun canişini olsun ki, sifət və adlar onda aşkar olsun. Allahın zatının kamil sifətləri, iki cürdür, bir hissəsi Allahın zatının qeybinə ixtisas tapmışdır ki, bunun üçün də qeyb və təyin olunmazdır və başqa bir hissəsi isə o adları əhatə edir ki, ona görə adlarda təyin edilmiş və zahirdir.[6] İmam Xomeyni (rəh) adların aşkar olması vasitəsini "Allahın xəlifəsi" və "xilafətin özü" kimi adlandırmışdır. İrfan kitablarında onu "həqiqi vəhdət" adlandırmışdırlar. O məhdudiyyət ki, Allah Taalanın zatı üçün etibar olunmuşdur buna həqiqi vəhdət lazım olur. "birinci təyin olunmuş" və yaxud "Məhəmməd həqiqəti" adlandırılmışdır.[7] Allahın ilk təyini ki, Allahın adlarının aşkar olmasında vasitədir və qeyb məqamındadır,"mütləq vəhdət" və həqiqi vəhdətdir ki, onun üç cəhətini "birliyini" və onun aşkar olması cəhətini "tək olmasını" və adlarının aşkar olunması adlandırırlar. Əhədiyyət zatı məqamı ki, Alahın ilk qeyb adlarındandır. Həmin Allahın Mustəəsər adıdır.[8]
Amma Mustəəsər və seçilmiş hansı mənayadır? Aya bu adın seçilməsi bu deməkdir ki, dünyada aşkar olunmamış və bu aləmdə aşkar deyildir? Yaxud bu deməkdir ki bu adın özü kimi məzhəri və varlığı da seçilmiş və heç bir kəs üçün məlum olmayacaqdır?
Ümumi olaraq ariflər Mustəəsərə adları o adlardan bilirlər ki, gizli, örtülü və qeybdə olmağı tələb edir və onlardan heç bir əsər bu dünyada aşkar olmur və zahirdə heç bir varlığı yoxdur.
Sədrəddin Qunəvi "Məfatihul qeyb əlcm və əl vucud" kitabında Allahın zatı adlarını iki hissədə bilir: Bu adlardan bir hissəsi, bu dünyada hökm və təsiri aşkar olur ki, həmin aşkar olmağın vasitəsiylə aşkar və zahir olmaq pərdə arxasından yaxşı əməli olan insanlar üçün məlum olur və yaxud da şhud və kəşf yoluyla arif insanlar üçün məlum olur. İsmi zatidən başqa bir dəstəsi isə o adlardır ki, bu aləmdə onlardan heç bir əsər yoxdur. Bunun üçün də heç bir kəs üçün məlum deyil.
Bu ikinci dəstə adlar həmin Allahın Mustəəsərə adlarıdırlar.[9] Bu adlar baxmayaraq ki, bu aləmdə aşkar deyildirlər. Amma onların varlığı sabit həyatda (İlahi elmində ki, ariflərin nəzəridir) vardır. Buna əsasən, bu adlar çərçivəsində onları müşahidə etmək qadağan "Mumtəniat" olunmuşdur.
Mumtəni- nin ariflərin terminində olan mənası həkimlərin (söz- söhbətlərinin) terminində olan mənadan daha geniş mənaya malik olmuşdur.
Ariflərin terminində mumtəniat o surətə deyilir ki, olduğu halda belə zahirdə aşkar olunmur və varlığı yoxdur və yaxud vucud və varlğın şiddətindən (Mustəəsərə adlarının surəti kimi) və yaxud batil olduğu və zahirdə olmadığı üçün mumtəniat (qadağan olunmuş) deyilir. Amma həkimlərin terminində mumtəni yalnız ikinci hissəyə şamil olur.[10] Bu nəzəriyyə əsasında ki, zahirdə varlığı yoxdur və heç bir kəsə də məlum deyil. Bunlar Allahın özü üçün təyin etdiyi adlardır.
İsmi Mustəəsərin (Mustəsir adları) Allahın zatı məqamına şamil olması: İmam Xomeyni (rəh) səhər duasının şərhində " اللهم انی اسئلک من اسمائک باکبرها" ibarətinin şərhində bu mətləbi açıqladıqdan sonra bu İlahi sifət və adlar ki, İlahi zatın nurunun pərdəsidir və hər bir varlıq və həqiqət yalnız sifət və adı vasitəsiylə məlum olur. Allahın qeybzatı məqamında ad və sifət üçün heç bir hədd yoxdur, buyurur: "Mustəəsər adlarının mənalarından biri də budur ki, bu addan məqsəd həmin qeybməqamı olsun.
Bu adınqeybməqamına şamil olması ondan ötrüdür ki, zat və həqiqətin əzəməti zat üçün bir nişanədir".[11]
O "Misbahul ins" kitabına şərh yazarkən, zat adlarının bölünməsi və onun zahirdə hökm və təsiri olmaması barəsində ki, Qunəvi söz açmışdır; bundan sonra deyir: Bu nəzəriyə ki, Mustəəsər adları, həmin zatın qeyb məqamıdır, öz müəllimi mərhum Şah Abadiyə nisbət verib buyurur? Qünəvinin sözünün mənası budur ki, Mustəəsərə adları, dünyada varlığı yoxdur. Bizim irfan ustadımız buyurdu ki, Mustəəsər adları, həmin haqq Taalanın zatıdır, çünki Allahın zatı bütün adların mənşəyidir. Amma Allahın mütləq zatı təyin və ixtilaf olarsa, adların zahir olma mənşəyi olmayacaqdır. Bu adların zat məqamına şamil olması, bir növ təbir və adlandırmaq kimi istifadə olunmuşdur, nəin ki, həqiqi olsun.[12]
Allahın Mustəəsər adları barəsində olan bəhs, irfanda olan ən böyük bəhslərdən biridir ki, onu dərindən dərk etmək üçün fəlsəfə, və irfana ehtiyac vardır.
Əlavə məlumat üçün, bax: Mətin fəslnaməsi, nömrə 5, imam Xomeynininnəzərində Əsmai Mustəəsərərinin zahir və təcəlli tapması, Seyyid Qəvvamuddin Hüseyni.
[1] - Rağib İsfəhani, Əl- mufrədat fi ğərayibul- Quran, səh 10. Nəşre kitab intişaratı, ikinci çap, 1404, h. Q.
[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 85, hədis 1, səh 255. Beyrut, yeni çap.
[3] - Usuli Kafi, cild 1, "höccət" kitabı, səh 334. "Ma əta əl- Əimmə (ə)- ın İsmil- lahil Əzəm" babı:
«ما اعطی الائمه - علیهم السلام – من اسم الله الاعظم»: و نحن عندنا من الاسم الاعظم اثنان و سبعون حرفا و حرف واحد عند الله تعالی استأثر به فی علم الغیب عنده»
təfsir alimlərinin çoxu bu rəvayəti bu ayənin " قال الذی عنده علم من الکتاب" təfsirində gətirmişdirlər. Biharul- ənvar kitabının təzə çapıyla 27 cildində bu başlıq " ان عندهم الاسم الاعظم به یظهر منهم الغرایب" altında, bütün bu rəvayətlər toplanmışdır.
[4] - Kuleyni, Məhəmməd Yaqub, Usuli Kafi, cild 1, "hudusul- əsma babı" səh 152. Fərhənge əhli- beyt (ə) intişaratı:
«عن ابیعبدالله(ع) قال: ان الله تبارک و تعالی خلق اسما... فجعله کلمة تامة علی اربعة اجزاء معا لیس منها واحد قبل الآخر، فاظهر منها ثلاثة اسماء لفاقة الخلق الیها و حجب منها واحدا و هو الاسم المکنون المخزون... و هذه الاسماء الثلاثة ارکان و حجب الاسم الواحد المکنون المخزون بهذه الاسماء الثلاثة.»
[5] - Musəvi Xomeyni, Ruhullah, səhər duasının şərhi, tərcümə Seyyid Əhməd Fəhri, səh 11, Tehran, ittilaat nəşriyyatı, birinci çap, 1374- cü il.
«اما الاءسم الاءعظم بحسب الحقیقة الغیبیة التی لایعلمها الا هو و لا استثناء فیه، فبالاعتبار الذی سبق ذکره، و هو الحرف الثالث و السبعون المستاثر فی علم غیبه»
[6] - Musəvi Xomeyni, Ruhullah, Misbahul hidayə ilil xilafət vəl- vilayət, səh 16- 17, Tehran Tənzim və nəşre asare imam Xomeyni müəssisəsi, ikinci çap, 1373.
«ان الاسماء و الصفات الالهیة ایضا غیر مرتبطة بهذا المقام الغیبی بحسب کثراتها العلمیة غیر قادرة علی اخذ الفیض من حضرته بلاتوسط شیء... فلابد لظهور الاسماء و بروزها و کشف اسرار کنوزها من خلیفة الهیة غیبیة یستخلف عنها فیالظهور فیالاسماء و ینعکس نورها فی تلک المرایا... هذه الخلیفة الالهیة و الحقیقة القدسیه التی هی اصل الظهور لابد ان یکون لهاوجه غیبی الی الهویة الغیبیة ولایظهر بذلک الوجه ابدا، و وجه الی عالم الاسماء والصفات بهذا الوجه یتجلی فیها»
[7] - Sainud- din əla tərkih, əl- qəvaid, səngi çapı, səh 79.
[8] - Təbatəbayi, Seyyid Muhəmməd Hüseyn, Əl- rəsail əl- tohidiyyə, səh 47, bunyade elmi və fərhəngiye ustad Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbayi və nəşre kitab intişaratının təşəbbüsü ilə "Risalətu- əsma".
[9] - Məhəmməd ibni Həmzə Əl- fənari, Misbahul- uns, səh 14, səngi çapı, ikinci çap, 1363, Vezarəte irşade İsami- nin təşəbbüsü ilə Fatihə fəsllərinin dördüncü fəsli.
[10] - Əl- Qeysəri, Davud ibni Məhmud, Fususul hökm kitabının müqəddiməsi, səh 18- 19 qədim səngi çapı.
«و هی الممتنعات قسمان، قسم یختص بفرض العقل ایاه کشریک الباری و قسم لایختص بالفرض، بل هی امور ثابتة فی نفس الامر، موجودة فی العلم، لازمة لذات الحق، لانها صور للاسماء الغیبیة المختصة بالباطن من حیث هو ضد الظاهر، او للباطن وجه یجتمع مع الظاهر و وجه لا یجتمع معه... و تلک الاسماء هی التی قال(رض) فی فتوحاته و اما الاسماء الخارجه عن الخلق و النسب فلایعلمها الا هو، لانه لا تعلق لها بالاکوان و الی هذه الاسماء اشار النبی(ص) او استاثرت به فی علم غیبک»
[11] - Musəvi Xomeyni, Ruhullah, səhər duasının şərhi, səh 114- 115.
« هذا فان اشرت باطلاق الاسم فی بعض الاحیان علی هذه المرتبه التی هی فی عماء و غیب کما هو احد الاحتمالات فی الاسم المستاثر فی علم غیبه، کما ورد فی الاخبار و اشار الیه فی الاثار الذی یختص بعلمه الله، و هو الحرف الثالث و السبعون من حروف الاسم الاعظم المختص علمه به - تعالی - فهو من باب ان الذات علامة للذات، فانه علم بذاته لذاته.»
[12] - Musəvi Xomeyni, Ruhullah, Misbahul uns kitabına şərh, səh 218. Pasdare islami müəssisəsi, ikinci çap:
«قال شیخنا العارف الکامل - دام ظله - ان الاسم المستاثر هو الذات الاحدیة المطلقه، فان الذات بما هی متعینه منشا للظهور دون الذات المطلقه، ای بلا تعین، و اطلاق الاسم علیه من المسامحة و الظاهر من کلام الشیخ و تقسیمه، الاسماء الذاتیه الی ما تعین حکمه و ما لم یتعین، انه من الاسماء الذاتیة التی لامظهر لها فی العین»