Please Wait
6511
Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur:
- Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
- Bir dəstədə deyirlər ki, "gecənin" "gündüzdən" qabaq deyilməsində, "vav" hərfi tərtibi çatdırmır; çünki Allah gecəni rahatlıq üçün yaratdı, gündüzü isə yaşayışda işləmək və çalışmaq üçün, necə ki, buyurdu: "və gecəni (sizin üçün) örtük və gündüzü yaşayış və məaş üçün".[2] Əgər dünya həmişə gecə olsaydı, bütün şey məhv olardı və o tərəfdən, əgər dünya həmişə gündüz və günəşli olsaydı bütün şey yanardı.[3]
Quranda başqa şahidlər var ki, bu fikri təsdiqləyir; məsələn.
«يا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَ اسْجُدِي وَ ارْكَعِي مَعَ الرَّاكِعِينَ»[4]
Bu mübarək ayədə rukudan əvvəl səcdəyə göstəriş Məryəmin (s) namazında onların tərtibinə dəlil deyil. Bəlkə məqsəd hər iki ibadəti yerinə yetirməkdir; çünki "vav" ilə birləşmə tərtibə dəlalət etmir; necə ki, əgər bir kəsə deyilə namaz qıl və xumus ver və oruc tut yəni bu göstərişlərin hamısını yerinə yetir və itaət et.[5]
Nəticə budur ki, "vav" hərfi tərtibə dəlalət etmir. Məgər qərinə olmuş olsa.[6]
Artıq məlumat üçün aşağıdakı təfsir kitablarına müraciət edin:
- Təba- təbai, Seyyid Muhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 17, səh 90- 91.
- Hüseyniyi Həmədani, Seyyid Muhəmməd Hüseyn, Ənvari derəxşan, cild 13, səh 380.
- Tusi, Muhəmməd ibni Həsən, Əttibyan fi təfsiril- Quran, cild 8, səh 459- 460.
- Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 18, səh 385 və 386.
[1] - Əbul- Ftuh Razi, Hüseyn ibni Əli, rovzətul- cinan və ruhul- cinan fi təfsiril- Quran, təhqiq, yahəqi, doktur Muhəmməd Cəfər və Nasir, dokror Muhəmməd Məhdi, cild 2, səh 270, Bunyadi pejuheşhayi İslamiyi astani qüdsi Rəzəvi, Məhəmməd, 1408 hicri qəməri.
[2] - Nəbə surəsi, ayələr 11 və 10
«وَ جَعَلْنَا اللَّيْلَ لِباساً وَ جَعَلْنَا النَّهارَ مَعاشاً»
[3] - Rovzətul- cinan və ruhul- cinan fi təfsiril- Quran, cild 2, səh 270- 271.
[4] - Ali- İmran, 43: "Ey Məryəm! (Bu nemətin şükrün etmək üçün) öz Allahına xuzu et və səcdə yerinə yetir! Və ruku edənlərlə ruku et!"
[5] - Davud Pənah, Əbul- fəzl, Ənvarul- irfan fi təfsiril- Quran, cild 5, səh 380- 453, Sədr nəşriyyatı, Tehran, birinci çap, 1375 hicri şəmsi.
[6] - Bu şərafətli ayə kimi " فَعِظُوهُنَّ وَ اهْجُرُوهُنَّ فِي الْمَضاجِعِ وَ اضْرِبُوهُنَّ" (Nisa 34) ki, əlac yolları "vav" hərfi ilə bir- birlərinə birləşib və vav hərfi tərtibə dəlalət etmir. Amma ayənin mənasından bilir ki, bu üç əlacın arasında tərtib var. (Təba- təbai, Seyyid Muhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 345, Dəftəri intişarati İslami, Qum, beşinci çap, 1417 hicri qəməri).