Please Wait
6290
Bizim rəvayətlərdə hekayi, irzayi və məcazi"[1] istilahları gəlməyib, amma sadiq (düzgün) yuxu istilahı kazib (yalançı) yaxud mənasız yuxular ibarətinin qarşılığında rəvayətlərdə gəlibdir.
Bəhsin aydın olması üçün bunu qeyd etmək lazımdır ki, yatan zaman insanın ruhu xarici aləmə və başqa işlərə məşğul olmaq üçün hasil olan asudəli təsirində öz aləminə diqqət edir və ruhun maddə aləmindən asudəliyi hər nə qədər çox ola, onun mələklər aləminə bağlılığı da həmin miqdarda çoxalmış olar. Və bu bağlılıq daha aydın olar.
Bəzi yerlərdə zehnini öz xəyallarına məşğulliyyətinin çoxğulu səbəbinə mələklər aləmi ilə bağlılıq baş tutmur və insanın yuxuları ancaq onun zehni oyunları olurlar. Bəzi yerlərdə də bu bağlılıq müəyyən bir dərəcəyə qədər baş verir amma ruhun ələ gətirdikləri şəxsin zehni qüvvələrinin təsvirinə məruz qalaraq dəyişikliyə düçar olur. Bəzi məxsus yerlərdə bu bağlılıq bir cürdür ki, ruh güzgü kimi saf və pak və artıq xəyallar və təsəvvürlərdən azad əməl edir.
Buna əsasən öz müşahidələrində heç bir dəyişikliyə yol vermir.[2]
Yuxunun müxtəlif qismlərə bölünməsi bu üzdəndir. Necə ki, müxtəlif kitablarda yuxunu iki qismə "bihudə, mənasız yuxular və "sadiq, salih, düzgün yuxulara" bölüblər. [3] Bihudə və mənasız yuxular Qurani istlahdır və şəxsin zehni fəaliyyətlərinə məşğul olduğu və düzəltdiyi yuxulara aid edilir.
Amma bəzi yuxularda ruh, öz təhlillərindən daha çox asudəlik tapır və mələklər aləminə bağlanır. Bu bağlılıq isə bir cürdür ki, ruh, mələklər aləminin həqiqətlərini, təlimlərini, nurlarını və müxtəlif şəkillərini ələ gətirəndən sonra, öz zehni və fikri qüvvələri vasitəsi ilə dərk edir. Bu mərtəbədə görülən yuxu yaradıcı (icad edən) güzgü kimi mələklər aləminin həqiqətlərini öz zehni üçün təcəssüm etdirir.
Bu növ yuxular sadiq (düzgün) yuxulardır, amma şərhə (yozulmağa) ehtiyac vardır və şərh olunandan sonra aləmdə olan həqiqi işlərdən xəbər verəcəkdir. Quranda zikr ounan və həzrət Yusifin (ə) şərh etdiyi yuxular kmi.
[1] - Müxtəlif nəzəriyyələrə, yuxuların növü və onların mövzularına əsasən bir neçə növ yuxunu qəbul etmək olar. Məsələn: Bəzən yuxu görən şəxs öz yuxusunu danışır və bəzən başqasının yuxusunu. Mümkündür bu növ yuxuya "hekayi" deyilə. Bu məqaləyə müraciət oluna. İrfani mətnlərdə yuxu və onun rolu, doktor Mənsur sərvət, Təbriz universitetinin insani elmlər fakultəsinin nəşriyatı, 1352- ci il (hicri şəmsi), 211- ci say.
[2] - Götürülüb: Şərhu hikmətil- işraq, Qutbud- din Şirazi səh 503, mədəniyyət xadimlərinin əsərlərinincəmiyyəti nəşriyyatı.
[3] - Səccadi, seyid Cəfər, Fərhənge məarife İslami, cild 1, səh 231, Tehran universitetinin nəşriyyatı.