Please Wait
8333
Böyük mərcə təqlidləri bu suala aşağıdakı kimi cavab vermişlər:
Həzrət ayətullah ul üzma Xamenei:
1. Səkkiz fərsəx[1] olan yolla getmək istəsəniz namazı şikəstə qılınız və əgər səkkiz fərsəx olmayan yolla getsəniz namazı bütöv qılmalısınız.
2. Əvvəl səkkiz fərsəxi şəhərin sonuncu evlərindən hesablamalısınız.
Həzrət ayətullah ul üzma Məkarim Şirazi:
1. Burada meyar hansı yolla getməyindən aslıdır.
2. Burada şəhərin sonuncu evləri şərtdir.
Həzrət ayətullah ul üzma Safi Gülpayiqani:
1. Əgər şəhərdən çıxdıqdan sonra gedəcəyi yol 45 km olarsa, əgər qayıtmaq istəmirsə yaxud da 22.5 km qayıtma yolu olarsa, səfərdə olmuş hesab edilir və namazı şikəstə qılmalıdır və şəhərin axırıncı evləri də onun səfərinin başlanğıcı hesab edilir. Amma bütövlükdə şəhər olan yolla gedərsə və evlər gedəcəyi yerə qədər davam edirsə, səfərdə olmuş hesab edilmir və namazı tam qılmalıdır. Hər şeyi bilən Allahdır.
2. Şəhərin sonuncu yaşayış evləri şəhərin divarları hökmündədir və şəhərin sonu və səfərin başlanğıcı hesab edilir.
[1] - Səkkiz fərsəx 45 kilometrdir. (gediş- gəlişlə birlikdə olsa belə).