Ətraflı axtarış
Baxanların
7966
İnternetə qoyma tarixi: 2010/04/22
Sualın xülasəsi
Бу ҝүн әлимиздә олан Гуран нә вахт топланмыш вә тәнзим олунмушдур?
Sual
Шүбһәсиз ки, Ислам Пејғәмбәри (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) Гуран ајәләрини охујаркән вәһј јазанлар олуб вә бу ајәләри хүсуси олараг јазыблар. Амма, Гуранын үмуми топланмасы вә “Гуран” ады илә әлимиздә олан бу ајәләр вә сурәләр топлусу на вахт ҹәм вә тәнзим олунуб?
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин
Ətreaflı cavab

Гураны ҹәм олунмасы һаггында үч нәзәријјә вар:

а) Гуран, Ислам Пејғәмбәринин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) өз заманында о Һәзрәтин нәзарәти алтында илаһи һидајәтлә ҹәм олунмушдур. Бахмајараг ки, Пејғәмбәрин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) өзү Гуран ајәси јазмамыш вә ајәләри шәхсән ҹәм етмәмишдир.[1]

б) Мөвҹуд Гуран, Ислам Пејғәмбәринин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) вәфатындан сонра әмирәл-мөминин Әли (әлејһиссалам) васитәси илә ҹәм олунмуш вә тәнзимләнмишдир. Бу иш Һәзрәт Әлинин (әлејһиссалам) евдә отурдуғу илләрдә баш вермишдир.[2]

в) Гуран Ислам Пејғәмбәринин и(сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) вәфатындан сонра имам Әли (әлејһиссалам) истисна олмагла бәзи сәһабәләр васитәсилә ҹәм олунмушдур.[3]

Шиә алимләринин, хүсусилә јахын вә мүасир әсрин тәдгигатчыларынын нәзәри будур ки, Гуран Ислам Пејғәмбәринин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) заманында о Һәзрәтин нәзарәти алтында ҹәм вә тәнзим олунмушдур.[4]

Бәзи шиә алимләри исә икинҹи нәзәријјәни гәбул едир вә иддиа едирләр ки, Гуран, әмирәл-мөминин Әлинин (әлејһиссалам) васитәси илә ҹәм олунмушдур.[5] Амма, әксәр әһли-сүннәт алимләри үчүнҹү нәзәријјәни гәбул едирләр. Шәргшүнаслар да адәтән, һәмин нәзәријјәни гәбул едир вә әлавә едирләр ки, имам Әлинин (әлејһиссалам) ҹәм едиб тәнзимләдији Гураны сәһабә гәбул етмәмишдир.

Ајдын олур ки, биринҹи вә икинҹи нәзәријјәјә әсасән, Гуранын ҹәм олунмасы Аллаһ-таалаја нисбәт верилир, сурә вә ајәләрин тәнзимләнмәси исә илаһи вәһј әсасында олмасы гәбул олунур. Неҹә ки, Гурадна охујуруг: “О, кефи истәдијини (һавадан) данышмыр. Бу, анҹаг (Аллаһ дәрҝаһындан) назил олан бир вәһјдир.” [6] Хүсусилә, Ислам Пејғәмбәри (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) дин һаггында нә бујурмушса һамысы илаһи вәһј әсасында бујурмушдур. Мәсум Имамлар (әлејһимуссалам) пејғәмбәр олмасалар да рисаләт јолунун давамчылары олуб илаһи исмәт вә елми ләдуннаја (Аллаһ-таала тәрфиндән дәрс алмадан верилмиш елмә) малик олублар.

Үчүнҹү нәзәријјәни гәбул едәнләр исә Гуранын ајә вә сурәләринин тәртибинин илаһи вәһј әсасында олмадығыны гәбул етмәкдән әлавә, бу мәсәләнин һәм дә сәһабәләрин шәхси сәлигә вә зөвгләринин әсасында олмасыны да гәбул едирләр. Бу мөвзуда бир нечә нөгтәни гејд етмәк јеринә дүшәрди:

1.Әлламә Тәбатәбаи бу ајәнин - “Шүбһəсиз ки, Гур’aны Биз нaзил eтдик вə сөзсүз ки, Биз дə oну гoрујуб сaxлaјaҹaғыг!"[7] –тәфсириндә јазыр: “Гурани-кәрим бәлағәт, фәсаһәт ҹәһәтдән ихтилафынын олмамасы, Гуранын мислинин ҝәтирилмәсинин гејри-мүмүкүн олмасы вә саир кими хүсусијјәтләр бу ҝүн әлимиздә олан Гуранда мөвҹуддур. Нәтиҹә алырыг ки, бу Гуран, Ислам Пејғәмбәринин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) заманында вә Исламын әввәлиндә охунан һәмин Гурандыр.”[8]

Бу сөз, Гуранын тәһриф олунма еһтималыны инкар етсә дә Гуранын индики шәкл, тәртиб вә нәзминин илаһи вәһј әсасында олмасыны исбат етмир. Чүнки, гејд олунан хүсусијјәтләр васитәсилә индики ајә вә сурәләрин мәҹмуәсинин вә нәзминин һамысынын Ислам Пејғәмбәринин (сәлләллаһу әлејһи вә алиһи вә сәлләм) заманында олдуғу кими олмасыны исбат етсин.

2. Әҝәр кимсә Гуранын әдәд еҹазкарлығынын сурә вә ајәләрин тәртибиндә дә олдуғуну исбат едә билсә, јәни, ајә вә сурәләр арасында тәртиб вә нәзмин илаһи вәһј әсасында олуб бәшәр гүдрәтиндән хариҹдә олдуғуну исбат едә билсә, онда бу тәртиб вә нәзмин вәһј әсасында олдуғуну исбәт етмәк олар. Һалбуки, һәтта бунлар исбат олунса да бүтүн сурәләрдә ајәләрин тәртиб вә нәзминин илаһи вәһј васитәсилә олдуғуну исбат етмәк мүмкүн дејил.[9]

 

Даһа чох мүталиә үчүн бах:

Мәһди Һадави Теһрани, Мәбани калами иҹтиһад, мүәссеји фәрһәнҝи Ханеји хирәд, Гум, биринҹи чап, тарих-1377 шәмси или.



[1] Сејјид Әбдүл-Ваһаб Талигани, Улум-Гуран, сәһ-83.

[2] Сејјид Мәһәммәд Рза Ҹәлали Наини, Тарих ҹәм Гурани-Кәрим, сәһ-80.

[3] Бу нәзәријјәни әһли-сүннәт алимләринин әксәријјәти гәбул едирләр. Һәмән мәнабе. Сәһ-19-51.

[4] Сејјид Әбдүл-Ваһаб Талигани, Улум-Гуран, сәһ-83, Сејјид Әли Милани, Әт-Тәһгиг фи нәфјит-тәһриф әнил-Гурани шәриф. Сәһ-41-42-46, Мәһәммәд Һади Мәрифәт, Сијанәтул-Гуран минәт-тәһриф, сәһ-34.

[5] Сејјид Мәһәммәд Рза Ҹәлали Наини, Тарих ҹәм Гурани-Кәрим, сәһ-80.

[6] Нәҹм сурәси, 3-4-ҹү ајә.

[7] Һиҹр сурәси, 9-ҹу ајә.

[8] Әлламә Тәбатәбаи, Әл-Мизан, 12-ҹи ҹилд, сәһ-104-106-138.

[9] Мәһди Һадави Теһрани, Мәбани калами иҹтиһад, мүәссеји фәрһәнҝи Ханеји хирәд, Гум, биринҹи чап, тарих -1377 шәмси или.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla zifaf etmək istəyirdi?
    8818 تاريخ کلام 2012/10/04
    Bizim ixtiyarımızda olan hədis və tarix bənbələrinə əsasən bu cür məsələylə qarşılaşmamışıq bəlkə bizim rəvayətlərdə gəlmişdir ki, həddi buluğdan əvvəl olan zifaf haramdır[1] və Peyğəmbərin (s) Ayişəylə zifafı barəsində olan rəvayətlərimizdə Ayişənin on yaşı olduğunu bildirir.[2] Bundan əlavə bu ...
  • Bəhaiyyət və onların tarixi barəsində izah verin?
    6577 Qədim kəlam 2010/11/10
    Bəhaiyyət firqəsinin yaradanı, Mirzə Hüseyn Əli Nuridir. Əli Məhəmməd babın zühurundan sonra, Molla Hüseyn Bəşrəviyyənin təbliği nəticəsində babi oldu və onun iddialarına iman gətirdi. Babın ölümündən və babın yerinə seçilən qardaşı "Sübhi əzəl"ə itaətsizlikdən sonra, iddia etdi ki, o babın zühur vədəsi verdiyi şəxsdir. (mən yəzhərəhullah). Belə iddialar hər gün ...
  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    7064 Əməli əxlaq 2012/04/09
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • Zehn və zəkanın maddi və mənəvi güclənməsi üçün olan yolları ayə və rəvayətlərdən açıqlayın.
    13102 Əməli əxlaq 2011/07/02
    Bəzi işlər ki, hafizə və düşüncənin güclənməsində təsir qoyur bir çox dəstəyə bölünür: A: Mənəvi işlər: 1.             Allahı yad etmək (şəri vəzifələrə əməl etmək və ibadfətləri yerinə yetirmək xüsusiylə də namazı ilk vaxtında qılmaq). ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    12956 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Şirk nədir?
    14185 Qədim kəlam 2011/05/05
    "Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif ...
  • Qadın məhkəmədə hakim ola bilərmi?
    6955 Əhkam və hüquq fəlsəfəsi 2011/06/18
    Din alimləri və mütəxəssisləri bu mövzuda bir araya gəlməmişdirlər. Yəni bu mövzu barəsində müxtəlif nəzərlər irəli sürmüşlər. bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri və fundamental inancları sırasında deyildir. Qadının hakim olması ilə müxalif olan kəslər icmaya və hədislərə əsaslanırlar. Amma bu ...
  • Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
    6884 تاريخ بزرگان 2012/02/15
    Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri ...
  • İmam Xumeyninin (rəh) nəzərində xoşbəxtlik və bədbəxtliyin mənbəyi nədir?
    6273 Əməli əxlaq 2012/10/03
    İmam Xumeyni (rəh) İslamşunas və arif bir şəxs olaraq, insanlar və cəmiyyətlərin xoşbəxtliklərinin hamısının mənbəyini, onların Allaha diqqət edib və Onun əmrlərini icra etmək üçün çalışmaqda bilir. Bunun qarşısında, bədbəxtliklərin başlanğıcını onların Allahpərəstlik əvəzinə özünə pərəstişə üz tutub axirət əvəzinə dünyanı ilk hədəf seçmələri zamandır. Əkbəttə, O, ...
  • Bankdan götürülən ribanın hökmü nədir? İslam ölkələri və qeyri İslam ölkələrinin banklarından sələmə götürməyin fərqi varmı?
    9443 Nizamlar hüquq və əhkam 2011/05/05
    Qeyri İslami ölkələrdə bank əməliyyatları barəsində böyük inqilab rəhbəri həzrət Ayətullah Xamineyinin fətvası belədir. A). Sələmə vermək haramdır, yəni bankdan borc adı ilə pul alıb və sonradan daha çox məbləğ ödəmək şərtilə, haramdır. Amma o həddə. Amma insan haram iş görməmək üçün, əlavə məbləği ödəməməyi qəsd edə bilər. hərçənd ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163806 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158905 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118685 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111809 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105428 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92524 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54091 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49234 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44874 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44327 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...