Please Wait
7036
İnsanın xilqəti ilə əlaqədar Quranda çoxlu müxtəlif təbirlər bəyan olunmuşdur. Bu göstərir ki, insanın yaradılışı bir çox mərhələləri keçmişdir. O cümlədən:
1. Torpaqdan yaranış:[1]
“Ey insanlar! Əgər qiyamət günü barəsində şəkk-şübhədəsinizsə, (bilin ki,) Biz sizi torpaqdan ... xəlq etmişik.”[2]
2. Su ilə qarışaraq palçıq şəkilinə düşmüş torpaqdan:
“O Allah sizi palçıqdan xəlq etdi.”[3]
3. Pis iyli və çamır şəkilində olan palçıqdan:
“Pərvərdigarın mələklərə dedi: Mən quru palçıqdan və pis, üfunətli qoxu verən ləcəndən bəşər yaratmaq istəyirəm.”[4]
4. Onda yapışqanlıq halətinin yaradılması:
“Biz onları (insanları) yapışqanlı palçıqdan xəlq etdik”.[5]
5. Qurumuş vəziyyətə düşməsi:
“Adəmi küzə şəkilinə düşmüş quru palçıqdan yaratdıq.”[6]
Bu bəyandan aydın olur ki, insanın qara palçıqdan xəlq olunması dedikdə məqsəd insan xilqətin mərhələlərini bəyan etməkdir. Yəni əvvəldə bir qədər torpağın bir yerə yığılır. (Əlbəttə, heç bir Quranın ayəsində qeyd olunmayıb ki, ilk insanın rəngi qara olmuşdur; əksinə Quran ayələrində torpaqdan mütləq (qeydsiz-şərtsiz) şəkildə xilqət qeyd olunur. Buradan onun hansı növ torpaqdan olması məlum olmur.) Sonra ona bir qədər su əlavə edilərək palçığa çevrilir. Təbiidir ki, palçıq uzun müddət bir yerdə qalanda, hətta ağ torpaqdan hazırlanmış olsa belə, rəngi və iyi dəyişilir: rəngi qaralır, iyi xoşa gəlməz olur. Sonra yavaş-yavaş quruyur, əvvəlcə yapışqanlı halətə düşür, sonra tamamilə quruyaraq kuzə halına düşür.
Deməli, bu ayə həzrət Adəmin qara dərili olmasına heç bir vəchlə dəlalət etmir. Əgər fərz üzrə, Adəmin xilqəti qara torpaqdan olsa da, onun dərisinin qara olmasını necə nəticə çıxarmaq olar?! Çünki bir ovuc qara torpağın qara insana çevrilməsi üçün milyardlarla dəyişkənlik baş verməlidir və bu dəyişikliklər əsnasında onun qara rənginin sabit qalaraq dəyişməməsi məlum deyildir!
Nəticə:
Quran ayələrindən həzrət Adəmin dərisinin qara olduğunu əldə etmək olmaz. O həzrətin dərisinin rənginin necə olmasını bilmək üçün gərək bu sahədə ixtisasçı tədqiqatlar aparılsın və Adəmə məxsus olan bir rəngdən bir-biri ilə fərqli olan qara, ağ, qırmızı və s. rənglərin necə vücuda gəldiyi ayırd edilsin.