Please Wait
6826
Allah ki, mütləq şəkildə fəyyazdır və feyz daimidir, bu fəyyazlıq daimi və ardıcıl yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Allahın fəyyaz və cavad olması yaratmaq və icad etməklə baş verir. Nəticədə fəyyaz olmağın tələbi yaradmaqdır.
Allah heç vaxt feyzindən maneçilik etməyib və etmir, bəlkə onun feyzi həmişə cərəyan edir. Çünki Allahın nə əvvəli var nədə sonu, bəlkə o həmişə olub və olacaq. Nəticədə Allahın feyzidə həmişə olub və olacaq. Allahın feyzi hər zamanda bir nəslin icadıyla olubdur. Bu mövcud olan nəsl Quran və rəvayətlərin bəyanına əsasən bir dəmin zürriyəsindəndir ki, torpaqdan və sudan yaradılıbdır.
Təfsiri Safidə Qaf surəsinin 15- ci ayəsinin təfsirində: "Biz ilk yaradılışda aciz qaldıq (ki, Qiyamət yaradılışına qadir olmayacaq)?!"
Amma onların bu qədər aydın dəlillərlə) yenə təzə yaradılışda şəkləri var".[1] İmam Baqirdən (ə) bir rəvayət nəql olub ki, dəqiq həmin sualın cavabıdır.
İmam Baqirdən (ə) mövcud olan insanlardan sonra təzə insanların yaranışı barədə sual oldu, o həzrət belə cavab buyurdu:
"O zaman ki, Allah bu Adəm nəslinin və bu aləmin ömrünü sona çatdırdı və cənnət əhlini cənnətdə çəhənnəmlikləri cəhənnəmdə sakin etdi təzə insanlar ki, heç bir Ata anadan dünyaya gəlməyiblər yəni bir dünya yaradacaq. Müvəhhid insanlar ki, Allaha ibadət edəcəklər. Onlar üçün bu yerdən başqa bir yer icad edəcək ki, onun üzərində sakin olsunlar və o göy ki, onun sayəsində sığınalar. Siz xəyal edirsiz ki, siz bəşərdən başqa yəni Adəm Əbul- bəşərin nəslindən başqa bəşər yaradılmayıbdır?
Bəli and olsun Allaha Allah minlərlə Aləm və minlərlə Adəm yaradıbdır...
Bu hədisin əvvəlinə əsasən bu dünya sona çatandan sonra, yaradılış bitməyəcək, bəlkə təzə yer və təzə göylə təzə insanlar yaradılacaq.[2]
- Göstərici: Həzrət Adəmin cismi yaradılışı sual nömrə 14040 (sayt: az13816)
- Göstərici: Quran və insanın yaradılışı, sual nömrə 15487 (sayt: az15202)
- Göstərici: Adəm insan nəslinin səkkizincisi, 5901 (sayt: 6471).
[1] - "أَ فَعَيينا بِالْخَلْقِ الْأَوَّلِ بَلْ هُمْ في لَبْسٍ مِنْ خَلْقٍ جَديدٍ"
[2] - Şeyx Səduq, Xisal, cild 2, 652, Camee Müdərrisin Qum, 1403 hicri qəməri; feyz Kaşani, Möhsin, təfsir safi, cild 5, səh 60
«انه سئل هذه الآية فقال تأويل ذالک، ان الله تعالی اذا افنی هذا الخلق و هذه العالم و سکن اهل الجنة الجنة و اهل النار النار جدد الله عالماً غير هذا العالم و جدد خلقاٌ من غير فحولة و لا اناث يعبدونه و يوحدونه و خلق لهم ارضاٌ غير هذه الارض تحملهم و سماء غير هذه السماء تظلهم، لعلک تری ان الله انها خلق هذا العالم الواحد، تری ان الله لم یخلق بشراً غيرکم، بلی و الله لقد خلق الف الف عالم و الف الف آدم، ...»