Please Wait
5887
Quran ayələrinin məcmusunun araşdırılmasından belə nəticə almaq olar ki, bir tərəfdən cəhənnəm əhlinin siması, güclü yanıq nəticəsində, qorxulu formada və bir- birinin üstünə çəkilmiş dairələr və parçalanmış dodaqlarla görünərlər. Digər tərəfdən də, Allah cəzasının onlar üçün yenidən və neçə dəfə baş verməsi üçün, bədən və üzvlərinin dərisinin daimi olaraq yenilənməsinə qərar veribdir.
Ona görə də, cəhənnəm əhlinin simasının elə xüsusiyyətləri varıdır ki, əvvəlki dost və tanışları (istər həmin cəhənnəmdə olanlar və istərsə də əbədi behiştdə yaşayırlar) onları tanıya bilirlər.
Quran ayələrinə əsasən, cəhənnəmdə olan insanların xüsysiyyətləri varlarıdır. Onların simasını dəqiq təsəvvür etmək olmasa da, amma bu xüsusiyyətlərə diqqət etdikdə, onların vəziyyəti barəsində müəyyən bir görüntüyə əl tapmaq olar. Həmin xüsusiyyətlərin bəzisi bunlardan ibarətdir:
- Cəhənnəm əhlinin bütün bədəni, o cümlədən üzləri cəhənnəm odunu alovlandırmaq üçün odun olar.
Qutani kərimin ayələrinə əsasən, cəhənnəm odunun odunu daşlardan və cəhənnəm əhlinin bədənindən ibarətdir.[1]
- Onların hər tərəfini yandırıcı lavalı örtüklər əhatə edər. Ondan əlavə, əridilmiş maddələr onların baş və üzlərinə tökülər.[2]
- Cəhənnəm əhlinin üzünün odda yaşamağa uyğunlaşdırılıb və ondan heç bir zərərin dəyməyəcəyi təsəvvür edilməməlidir. Çünki heç bir zərərin dəyməyəcəyi təsəvvür edilməməldir. Çünki Quranın buyurduğuna əsasən, odlar[3] ki, təfsirçilərin çoxu onu belə məna ediblər:
Odun alovblarının təsirindən, onların üzünün dərisi bir- birinin üstünə qarışıq çəkiilər belə ki, dodaqlar bir- birindən aralı qalar.[4]
Həmçinin, alınları, böyürləri və arxalarına, haramdan əldə etdikləri və doğru yolda işlətmədikləri mallarla, damğalanacaq və onun təsiri üzlərində qalacaq.[5]
- Bununla belə, cəhənnəm əhlinin bədən qurluşu, dünyadakı kimi bir dəfə yanmaqla aradan getməyəcək.
Əksinə hətta əsirlərlə cəhənnəmdə qalma və onların daxili üzvlərini tikə- tikə edən müxtəlif əzablar[6], onların bədəninin əsas quruluşunu aradan aparıb və onların ölümünə səbəb ola bilməyəcək.[7] Cəhənnəm əhli, bu çətin vəziyyətdən təngə gəlib və bəzən ölümlərinin çatmasına yalvararlar, amma onların istəyi qəbul olunmaz.[8]
Onların üzlərinin və bədənlərinin dərisi, Allahın qüdrəti ilə, yenilənən xüsusiyyəti olacaq və əzab olunmaları üçün həmişə əvvəlki vəziyyətinə qayıdacaq.[9] Bəlkə də, keçmişdə belə bir məsələnin təsəvvürü çətin idi amma indiki, insan- da öz məhdud elmi ilə elə bir maddə istehsal ediblər ki, zərər görən zaman, yeniləmək qüdrəti var. Bununla cəhənnəm əhlinin vəziyyətini asanlıqla anlamaq olar fvə Allahın qeyri- məhdud qüdrətini bəşərin gücündən az saymaq olmaz.
- Ona görə də, cəhənnəm əhlinin siması dostları və tanışları üçün tanınmalı olacaq, belə ki, bir- biri ilə danışacaqlar,[10] və onların fikrində pis insanlar olan bəzi xoşbəxt insanları öz yanlarında görməyəndə, təəccüblənərlər.[11] Hətta Quranın buyurduğuna əsasən, behişt əhli də cəhənnəmə baxıb, keçmiş dostlarının vəziyyətini görüb[12] və cəhənnəm əhli ilə danışa da bilərlər.[13]
Əlbəttə, bəzi rəvayət işarə edir ki, günahkarlar günahlarına uyğun vəziyyətlə, axirət dünyasına gedərlər. Məsələn, özlərini üstün sayanlar təhqirli formada insan kimi üzlə və qarışqa boyda bədənlə məşhur olarlar.[14] Amma həmin rəvayətdə işarə olubdur ki, bu vəziyyət sorğu- sualın sonuna və insanların behiştdə ya cəhənnəmdə olmaları məlum oana kimi davam edər.[15] Bizim araşdırdığımız həddində, cəhənnəm əhlinin simasına açıqca işarə edən bir rəvayət tapa bilmədik və belə bir rəvayətlə qarşılaşdıqda, sizi məlumatlandıracağıq.
Sonda, ümid edirik ki, mehriban Allah bizi və sizi cəhənnəm əzabından saxlayıb və öz rəhmətində qərar versin.
[1] - Bəqərə surəsi, ayə 24; Təhrim 6; « وَقُودُهَا النَّاسُ وَ الْحِجارَةُ » Ali- imran surəsi, ayə 10.
[2] - Həcc surəsi, ayə 19,
«فَالَّذينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيابٌ مِنْ نارٍ يُصَبُّ مِنْ فَوْقِ رُؤُسِهِمُ الْحَميم»
[3] - Mominun surəsi ayə 104.
«تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَ هُمْ فيها كالِحُون»
[4] - Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 14, səh 330, Darul- kutubul- islamiyyə, Tehran, 1374 hicri şəmsi.
[5] - Tövbə surəsi, ayə 35.
«يَوْمَ يُحْمى عَلَيْها في نارِ جَهَنَّمَ فَتُكْوى بِها جِباهُهُمْ وَ جُنُوبُهُمْ وَ ظُهُورُهُم»
[6] - Məhəmməd surəsi, ayə
«سُقُوا ماءً حَميماً فَقَطَّعَ أَمْعاءَهُم»
[7] - Fatir surəsi, ayə 36
«وَ الَّذينَ كَفَرُوا لَهُمْ نارُ جَهَنَّمَ لا يُقْضى عَلَيْهِمْ فَيَمُوتُوا وَ لا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذابِها»
[8] - Zuxruf surəsi, ayə 77
«وَ نادَوْا يا مالِكُ لِيَقْضِ عَلَيْنا رَبُّكَ قالَ إِنَّكُمْ ماكِثُونَ»
[9] - Nisa surəsi, ayə 56.
«إِنَّ الَّذينَ كَفَرُوا بِآياتِنا سَوْفَ نُصْليهِمْ ناراً كُلَّما نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْناهُمْ جُلُوداً غَيْرَها لِيَذُوقُوا الْعَذابَ»
[10] - Sad surəsi, ayə 55- 61.
[11] - Sad surəsi, ayə 62,
«وَ قالُوا ما لَنا لا نَرى رِجالاً كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرار»
[12] - Saffat surəsi, ayə 51- 55.
«قالَ قائِلٌ مِنْهُمْ إِنِّي كانَ لي قَرينٌ ....فَاطَّلَعَ فَرَآهُ في سَواءِ الْجَحيم»
[13] - Mudəssir surəsi, ayə 40- 47.
[14] - Hürr Amuli, Məhəmməd bin əl- Həsən, vəsailuş- şiə, cild 15, səh 378, h 20795, Muəssisətu Aləl- beyt, Qum, 1409 hicri qəməri.
[15] - Şeyx Səduq, Səvabul- əmal, cild 1, səh 280, Şərif Rəzəvi, nəşriyyatı, Qum, 1364, hicri şəmsi.