Please Wait
5725
Allah Taala, müxtəlif ayələrdə Quranın möminlər üçün şəfa vəsiləsi olduğunu bildirmişdir.[1] Bir çox ayə və rəvayətlərdən və o cümlədən təfsirlərdən istifadə olunur ki, şəfadan məqsəd, çirkin əxlaqların məhv olunması və mənəviyyata doğru qədəm götürüb Allaha yaxın olmaqdır.[2]
Amma bir çox rəvayətlər də vardır ki, cismi xəstəlikləri Quran vasitəsiylə müalcə etmək mümkündür; əlbəttə bu mövzunun insanların, inam və etiqadına bağlılığı vardır.[3]
Bu barədə İmam Sadiq (ə) buyurur: Hər bir mömin xəstələnsə və xalis niyyətlə bu ayəni:
«وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ ما هُوَ شِفاءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَ لا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَساراً»
Oxusa xəstəlikdən qurtarar.[4]
Amma aya rəvayət vardır ki, Quranın hər bir ayəsi müəyyən bir xəstəliyin şəfası üçün nəzərdə tutulsun və xəstəlikdən qurtarsın?
Cavabında demək lazımdır: Bizim rəvayətlər toplumunda bu cür rəvayət yoxdur və bəzi rəvayətlərə əsaslanaraq bu mövzuda kitab yazmaq mümkün deyildir. Bu nöqtəni də açıqlamaq lazımdır ki, hətta o yerlərdə ki, Məsumlar (ə) xəstəliklərdən qurtarmaq üçün bəzi ayə və duaları oxumağı tövsiyə etmişdirlər. Məqsəd o deyildir ki, xəstəlikləri öz təbii yoluyla müalicə deyil başqa bir yolla Quran ayəsi və dua ilə müalicə edək. Əlbəttə öz təbii səyimizi etməklə bərabər təmiz niyyətlə öz Rəbbinizlə rabitə yaradaraq o ki, həqiqi şəfa verəndir[5] ondan öz dərdimizin dərmanını istəyək; və bu da həkimə müraciət etməklə heç bir ixtilafı yoxdur, bəlkə bir çox rəvayətlər vardır müsəlman olmayan həkimlərə müraciət etməyi bildirir.[6]
Bəs Quranın hər bir ayəsi, insanların mənəvi şəfası ola bilər, amma buna dəlilimiz yoxdur ki, Quranın hər hansı bir ayəsi insan cisminin bir hissəsi üçün dərmandır. Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Yunis surəsi, ayə 57, İsra surəsi, ayə 82, Fussilət surəsi, ayə 44.
[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 1, səh 217. Əl- Vəfa müəssisəsi. Beyrut, 1404 hicri qəməri; Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 10, səh 81. Cameətul Müdərrisin nəşriyyatı, Qum 1417 hicri qəməri.
[3] - Kuleyni, Məhəmməd ibni Yəqub, Kafi, cild 6, səh 200, hədis 7. Darul kitab əl- İslamiyyə Tehran 1365. Hicri şəmsi.
[4] - Hürr Amuli, Məhəmməd ibni Hüseyn, Vasailüş- şiə, cild 2, səh 424. Hədis 2537, Alul- beyt müəssisəsi, Qum 1409 hicri qəməri.
[5] - Şuəra surəsi, ayə 80
«وَ إِذا مَرِضْتُ فَهُوَ يَشْفين»
[6] - Həmin, cild 7, səh 118, hədis 8898.