Ətraflı axtarış
Baxanların
5951
İnternetə qoyma tarixi: 2008/01/03
Sualın xülasəsi
İnsanın öz həyat yoldaşı, övladları və sair insanlarla yaxşı rəftarda olması onların tərəfindən sui-istifadəyə səbəb olmur?
Sual
İnsanın öz həyat yoldaşı, övladı, şagirdləri və başqa insanlarla gözəl əxlaqa davranması və tamamilə gözəl rəftara, güzəştə malik olması onların sui-istifadə etməsinə və insana etinasız olmağına səbəb olmurmu? Ümumiyyətlə, gözəl əxlaqla übühhətə, heybətə və sairə malik olmağı necə cəm etmək olar?
Qısa cavab

Əvvəla, müqəddəs islam dini  bütün insanlarla, o cümlədən həyat yoldaşı, övlad, şagird və s. gözəl əxlaq və rəftarın tərəfdarıdır. Buna görə də Quran ayələrində və məsumların (əleyhimus-salam) rəvayətlərində gözəl əxlaqa və bəyənilən rəftara çoxlu tövsiyələr edilmişdir.

İkincisi: Əhli-beyt (əleyhimus-salam)-ın göstərişlərinə diqqət yetirməklə insani rəftarın əsli və əsası olan gözəl əxlaqa malik olmaqla eyni zamanda insan gərək ehtiyatlı olsun ki, bu gözəl əməldə normal həddən xaric olmasın. Yəni, bu əməldə orta mövqedə olmaq lazımdır ki, başqaları tərəfindən sui-istifadəyə səbəb olmasın. Başqa sözlə desək, haqq-həqiqət ilə yanaşı olan gözəl əxlaq başqalarının sui-istifadəsinə mane olmamalıdır. Əlbəttə, diqqət yetirmək lazımdır ki, kobud rəftar və yaramaz əxlaqın übühhət, heybət və əzəmətlə fərqi vardır. Bu ikisinin arasında fərq qoymaq və nəticə etibarı ilə məhəbbət və gözəl əxlaqın həddini-hüdudunu tanımaq və riayət etmək lazımdır.

Ətreaflı cavab

Müqəddəs islam dininin bariz xüsusiyyətlərindən biri də bütün hallarda orta mövqedə, normal həddə olmaqdır. İqtisadiyyatda, siyasətdə, ictimaiyyətdə, başqaları ilə rəftar və davranışda və s. bu həddə riayət edilməlidir.

İnsanların əksəriyyəti fikirləşir ki, gözəl əxlaq və davranışa sahib olmaq və hazırkı terminlə desək, “ictimai olmaq” bununladır ki, insan hamını özü ilə dost etsin. Misal üçün, bəzi məsihilər öz dinlərini bəşəriyyətə məhəbbət simvolu kimi təqdim və iddia edirlər ki, kamil insan o kəsdir ki, yalnız məhəbbətə malik olsun. Bəzi Hindistan dinləri də sırf məhəbbət qanununun tərəfdarıdırlar.

Halbuki, təkcə məhəbbət və gözəl əxlaq kifayət deyildir, əksinə haqq və həqiqət hissi ilə yanaşı olan məhəbbət başqalarının sui-istifadəsinin qarşısını ala bilər. İslam məhəbbət dinidir və Qurani-məcid Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-i “Bütün aləmlərə rəhmət” ünvanı ilə təqdim etmişdir.[1] Quran mömin şəxslərə də göstəriş verir ki, camaatla gözəl davranıb rəftar etsinlər.[2] Əgər nadan və cahil insanlar onlara ihanət və hörmətsizlik etsələr, onlara göz yumub keçsinlər.[3] Quranın göstəriş verdiyi məhəbbət bu mənaya deyildir ki, qarşı tərəfin istək və meyllərinə uyğun rəftar edək və insanları öz meyllərində tam azad qoyaq, yaxud onların istəklərini təsdiqləyək. Əksinə, islam həmişə həyatın bütün sahələrində haqqa tərəfdarlıq ilə müvafiqdir. Həyat yoldaşı, şagird, övlad və s. ilə münasibətlərdə və rəftarlarda bu prinsipə riayət etməyə tövsiyə edir.

Möminlərin xislətləri sadalanan bəzi rəvayətlərdə deyilir: “Möminin xüsusiyyətlərindən biri budur ki, haqqı hətta düşmənindən belə, qəbul etsin; batili hətta dostundan (təqdim olunsa) belə, rədd etsin.”[4]

İnsan əgər ictimai rəftar və davranışlarda belə əməl edərsə, həm islamın qəbul etdiyi bir üsluba malik olmuş, həm də başqalarının sui-istifadəsinin qarşısını almış olur. Çünki başqaları ya həqiqi istəklər və təvəqqelərə malikdir və onların qəbul edilməsinə haqlıdırlar, ya da öz rəftar və davranışlarında başqasının gözəl əxlaqından sui-istifadə etmək qərarındadırlar və nahaq və yersiz istəkləri tələb edirlər. Sizin haqq əsasında olan rəftar və davranışlarınız ilə öz istəklərinə çatmadıqları halda, misal üçün, əgər bir şəxs sizin gözəl rəftarınızdan istifadə etməklə sizə və ya başqalarına ehtiramsızlıq və təhqir etmək, sizin və ya başqalarının bir haqqını tapdalamaq istəyirsə, hətta sizə ən yaxın insan olsa da belə, gərək onun qarşısında dayanasınız. Bundan əlavə, həqiqi məhəbbət odur ki, insanın xeyri və məsləhəti onda olsun. Çox hallarda tədbir üzündən olmayan, fikirləşmədən əncam verilən gözəl rəftar və məhəbbətlər həmin şəxslə düşmənçiliklə nəticələnir.[5]

İmam Baqir (əleyhis-salam) buyurur: “Ən pis ata o kəsdir ki, övladlarına ehsan və məhəbbətdə həddi keçmiş olsun.”[6]

Əlbəttə, bu iş insanların kobud əxlaqlarına və bəzi hallarda təkəbbür üzündən olan rəftar və davranışlarına səbəb olmamalıdır; əksinə, insan bacardığı qədər gözəl rəftar və davranışa malik olmalı və camaatın istəklərinə müsbət cavab verməlidir.

Deməli, ümumi şəkildə haqq əsasında olan rəftar və davranışlarda normal vəziyyət həmişə dəstəklənir. Bəzi rəvayətlərdə təkid edilir ki, insan özünün tabeçiliyində olan şəxslər ilə (həyat yoldaşı, övlad və s.) mehriban rəftar etməlidir.[7]

İmam Zeynul-abidin (əleyhis-salam) kiçiklərlə rəftar barəsində buyurur: “Kiçiyin haqqı budur ki, elm öyrətdiyin zaman ona rəhm edəsən, xətalarından güzəştə gedib üstünü örtəsən, onlarla müdara edib kömək göstərəsən.”[8]

Hər bir halda münasibətlərdə orta həddə riayət edilməlidir. Aydındır ki, həmişə orta səviyyədə, ifrat və təfritdən uzaq olan bir yolu ayırd etmək asan deyildir və çox hallarda onu tapmaq üçün mütəxəssislərlə məşvərət etmək və onların nəzərlərindən istifadə etmək lazımdır.

 


[1] “Ənbiya” surəsi, ayə: 107

[2] “Bəqərə” surəsi, ayə: 83

[3] “Fürqan” surəsi, ayə: 63

[4] Məclisi, Məhəmməd Baqir,  “Biharul-ənvar”, 64-cü cild, səh. 310

[5] Mütəhhəri, Mürtəza, “Əli (əleyhis-salam)-ın cazibə və dafiəsi”, səh. 10-13

[6] Yəqubi, Əhməd ibni Əbi Yəqub ibni Cəfər ibni Vəhəb, “Tarixi Yəqubi”, 2-ci cild, səh. 320, Beyrut, “Darus-sadir”, bi. ta

[7] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 4-cü cild, səh. 11

[8] “Töhəful-üqul”, 1-ci cild, səh. 270, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1404-cü hicri qəməri il

وَ اَمَّا حَقُّ الصَّغِيرِ فَرَحْمَتُهُ وَ تَثْقِيفُهُ وَ تَعْلِيمُهُ وَ الْعَفْوُ عَنْهُ وَ السّتْرُ عَلَيْهِ وَ الرِّفْقُ بِهِ وَ الْمَعُونَةُ لَهُ

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) pak cəsədini kim dəfn etdi?
    8074 تاريخ بزرگان 2011/12/25
    Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur: Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    5501 Siyasət fəlsəfəsi 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6867 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    16067 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9194 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6617 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
    10727 تاريخ کلام 2012/03/14
    Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır: a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir; b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6954 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".
    7641 Təfsir 2011/11/19
    Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir. Çünki bu ayələr:Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta ...
  • Bu ibarətdən məqsəd nədur?
    6420 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164002 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160136 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118956 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112213 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106913 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92851 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50566 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45236 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44720 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...