Ətraflı axtarış
Baxanların
6323
İnternetə qoyma tarixi: 2012/06/19
Sualın xülasəsi
İstehsan nədir? Və nə üçün Əhli- beyt fiqhində qəbul olunmur?
Sual
İstehsan nədir və nə üçün Əhli- beyt fiqhində qəbul olunmur? İstehsanı necə tanıyaq? Xahiş edirik istehsanın neçə hissədən ibarət olduğunu bizim üçün açıqlayın?
Qısa cavab

Bu Əhli- beyt məzhəbinə vurulmuş bir töhmətdir və deyirlər: Yalnız Əhli- beyt və şiə məzhəbidir ki, istehsanın əksinə və onun dəlil olduğunu qəbul etmirlər; çünki sünnü məzhəbində olan dörd firqənin rəhbərləri də bu əqidədə olmuş və bizimlə bir fikirdədirlər ki, istehsan (höccət) dəlil deyil və heç bir etibarı yoxdur.

İstehsan lüğətdə yaxşı hesab etmək və bəyənmək mənasındadır, termində isə onun üçün müxtəlif təriflər qeyd olunmuşdur:

Hənəfilər istehsanın tərifində deyirlər:

İstehsan bir dəlildir ki, müctəhiddə olsun lakin bəyan və açıqlamaq olmasın; çünki söz və cümlənin onu bəyan etməyə gücü çatmır.

Malikilər deyirlər: İstehsan yəni ümumi dəlil qarşısında məsləhət üzündən kiçik bir hissəyə əməl etmək.

Hənbəlilər deyirlər: Hər vaxt bir məsələdə xüsusi bir hökm ki, digər bir məsələdə də o hökm şamildir, ona əməl etməyə, istehsan deyilir. Misal üçün: Əgər bir səfeh vəsiyyət edə ki, malından bir hissəsini xeyir işdə istifadə etsinlər, bu cür bir vəsiyyət düzgündürmü? Ümumi fiqh qanunu deyir: Səfehin əmvalından istifadə etməyə icazə verilmir, yalnız bu halda ki, onun vəlisi icazə versin. Bu ümumi qaqnuna əsasən şübhəsiz ki, bu vəsiyyət düzgün deyildir, lakin Hənəfi alimləri istehsan qaydasına əsasən onun düzgün olduğunu bildirirlər. Bu açıqlamayla ki, əgər səfehə öz malından istifadə etməyə verilmirsə, onun öz xeyrini olduğu nəzərdə tutulur ki, onun həyatda olduğu bir müddətə aiddir. Bunun üçün də əgər səfeh öz vəfatından sonrası üçün vəsiyyət edərsə ki, var- dövləti xeyir işlərə istifadə olunsun; bu iş səfeh şəxsin zərərinə olmadığı üçün, bəlkə onun xeyrinə də olacaqdır, odur ki, ümumi qanundan keçərək bu cür vəsiyyəti istehsan qanununa əsasən düzgün olacaqdır.

Bu mövzuda ətraflı tərifləri və istehsan məsələsinin açıqlamasını və misallarını ətraflı cavabda mütaliə edin.

Ətreaflı cavab

İlk növbədə bu nöqtəyə diqqət etmək lazımdır ki, Əhli- beyt fiqhinə vurulan bu bir töhmətdir ki, deyirlər: Yalnız şiə məzhəbidir ki, istehsan (höccət) dəlil olaraq qəbul etmirlər; çünki sünnü məzhəbində olan dörd dirqənin rəhbərləri də bu əqidədə bizimlə şərikdirlər ki, istehsanı höccət bilmirlər. O cür ki, gələn bəhslərdə açıqlanacaqdır. Bunun üçün də yaxşı olar ki, burada istehsan məsələsini müxtəlif hissələrdə bəyan edək:

  1. İstehsanın tərifi
  2. İstehsanı höccət (dəlil) bilənlərin sübutları
  3. İstehsanın höccət olmadığını bildirən şəxslərin dəlilləri

O kəslər ki, alimlərin nəzəriyyəsini o cümlədən sünnü məzhəblərinin nəzərlərini qəbul edirlər, nəticədə əldə edirlər ki, onlar İstehsanın tərifində bir- biriylə müxalif və bir- birindən fərqli təriflər etmişdirlər, o cümlədən:

A: Lüğəvi tərifi

İstehsan lüğətdə, bəyənmək və gözəl hesab etməkdir.[1] O ki, ilk növbədə insan fikrinə İstehsan mənasından gəlir, şəri hökmdə istedlal etməyin səliqə və zövqüdür. O vaxt ki, müctəhid bu nəticəyə gəldi ki, insan fitrətiylə uyğundur, buna dəlalət edir ki, bu iş bəyənilmişdir. Amma əgər o iş insan fitrətiylə üst- üstə düşürsə və insan ona rəğbət etmirsə, onu bildirir ki, bu iş həqiqətən haramdır. Əlbəttə bu işin çirkinliyi ən yüksək dərəcədə olsun, amma əgər aşağı bir dərəcədə olarsa bundan hekayət edir ki, bu iş Allah yanında (məkruhdur) xoşa gəlməzdir.[2]

B: Terminaloji tərifi:

Seyyid Məhəmməd Təqi Həkim.

Üsul əl- fiqhil- məqarin kitabının müəllifi, İstehsan barəsində olan tərifləri bu kitabda bəyan etmiş və yazır: Üsul alimlərinin İstehsanın tərifində möhkəm ixtlafları vardır və onlar tərəfindən olunan təriflərin çox bir hissəsi həqiqi tərifin xüsusiyyətlərinə malik deyil, bəlkə bu tərif qafiyə əsasında ki, dinlər arasında onda olan mənaların gözəl olması üçün işlədilmişdir, istifadə edilib və məntiq alimlərinin etdikləri təriflərə uyğundur.

Burada Sərəxsi Məbsut kitabında gətirdiyi təriflərdən bir neçəsini açıqlayırıq:

  1. İstehsan: Müqayisəni tərk etmək və insanların halıyla uyğun olanı təyin etmək.
  2. İstehsan: İnsanların ehtiyacı olan məsələlərdə asanlıq istəmək, istər ümumi istərsə də xüsusi insanlar üçün.
  3. İstehsan: O şeyi qəbul etmək ki, onda atifə və məhəbbət vardır.
  4. İstehsan: O şeyi qəbul etmək ki, onda rahatlıq və mehribanlıq vardır.[3]

Tərif elmindən kənar bu təriflərə oxşar, bir tərif də vardır ki, malikilərə nisbət verilmişdir:

İstehsan yəni: Məsləhət və ədalətə riayət etmək.[4]

Bu bəhsdə belə təriflərə davam etməyin faydası yoxdur; çünki heç bir nəticə əldə olunmayacaqdır ki, ondan bir tərif əldə olunsun ki, İstehsanın dəlil olmasını və ya onun dəlil olmaması üçün faydalı olsun. odur ki, bu mövzuya davam etməyi sona yetiririk.

Bu məsələ barəsində diqqət etməyə ehtyac vardır və daha məntiqli (o cəhətdən ki, müəyyən məna və tərifə malikdir) həmin tərifdir ki, bir çoxları onu bəyan etmişdirlər. O cümlədən Hənəfi alimlərindən bəziləri deyir:

İstehsan, bir müqayisədən dönmək və ya daha güclü müqayisəyə üz çevirməkdir və yamüqayisəni möhkəm dəlil vasitəsiylə ixtisas etməkdir.[5]

Şatibi, Maliki məzhəbinin alimlərindən deyir: İstehsan, iki dəlildən ən möhkəminə əməl etməkdir.[6]

Tufi, Hənbəli məzhəbindən olan alim Müxtəsər kitabında deyir: İstehsan, bir məsələnin hökmündən digər bir məsələyə müraciət etməkdir ki, xüsusi şəri dəlil əsasında.[7]

İbni Qudamə də İstehsan üçün üç məna açıqlamışdır:

  1. İstehsan bir məsələnin hökmündən digər bir məsələyə müraciət etməkdir, Quran və rəvayət əsasında.
  2. İstehsan odur ki, müctəhid öz fikriylə onu gözəl hesab edir.
  3. İstehsan bir dəlildir ki, müctəhidin nəfsində aşkar olur ki, onu bəyan etməyə qüdrəti çatmır.[8]

Bunlar İstehsan mənası üçün bəzi alimlər tərəfindən olan təriflərdir ki, biz onlarda olan nöqsanlara işarə etmirik.[9]

İstehsanın termində olan mənasının daha da ətraflı məlum olması üçün iki misal gətiririk.

Birinci misal

Gər bir səfeh vəsiyyət etsə ki, əmvalından bir hissəsini xeyir işdə istifadə etsinlər, bu cür vəsiyyət düzgündürmü? Fiqhdə ümumi qayda deyir: Səfehlərin əmvalından istifadə etməyə icazə verilmir, yalnız o halda ki, onun vəlisi icazə versin. Bu qaydaya əsasən şübhəsiz i, bu vəsiyyət düzgün deyildir, lakin hənəfi alimləri İstehsan qanununa əsasən onun düzgün olduğunu bildirirlər. Bu mənadakı, əgər səfehin öz malından istifadə etməsinə icazə verilmirsə, onun mal- dövlətinin dağılması üçün məsləhət görülmür ki, özü həyatda olduğu bir vaxta aiddir. Odur ki, əgər səfeh öz vəfatından sonra üçün vəsiyyət edərsə ki, xeyirxah işlərdə istifadə olunsun; çünki ona heç bir zərəri yoxdur və bəlkə onun xeyrinə olacaqdır, bunun üçün də ümumi hökmdən keçərək bu cür vəsiyyət İstehsan qaydasına əsasən düzgün hesab olunacaqdır.

İkinci misal

Əgər hökm olunsa ki, oğrunun sağ əli vurulsun lakin höikmü icra edən şəxs səhvə yol verərək sol əlini kəssə, qiyas qaydasına əsasən hökmü icra edən şəxs zamindir və diyəsini verməlidir. Amma əbu hənifə deyir: baxmayaraq ki, sol əli bilmədən kəsilmişdir amma sağ əl ki, daha faydalıdır sağlam qalmışdır. Bunun üçün də məsləhət və İstehsan qaydasına əsasən (əgər hökm icra edən şəxs ictihad əsasında belə etmişdirsə) onun zamin olmadığına hökm veririk; çünki bu cür bir şəraitdə onun sağ əli ləsilməyəcəkdir.[10]

İstehsanın höccət (sübut) olmasının dəlili

O şəxslər ki, İstehsanın höccət olmasını qəbul edirlər bir neçə dəlil gətirmişdirlər. Seyyid həkim Üsulul- ammə kitabında bu barədə deyir: İstehsanın höccət olması üçün iki ayə, bir rəvayət və icmadan istifadə olunur ki, burada onun dəlillərini və şübhələrini bəyan edirik.[11]

  1. Allah Taala buyurur: "... bəs mənim bəndələrimə bəşarət ver. O şəxslər ki, söz eşidirlər və onlardan ən yaxşısına əməl edirlər ..."[12]
  2. Allah Taala buyurur: "Allah tərəfindən ən yaxşı şey ki, sizə nazil olmuşdur, ondan itaət edin".[13]

Onlar bu ayələrdən necə dəlil gətirdiklərindən deyirlər: Allah Taala birinci ayədə o şəxslər ki, ən gözə sözlərin ardınca gedirlər, onları təşviq edir və ikinci ayədə, onun tərəfindən nazil olan ən gözəl şeylərə əməl etməyi lazım bilir. Bu iki ayə yəni təşviq və lazım bilmək dəlildir ki, Allah istehsanı höccət qərar vermişdir.

Bu iki ayə və bunlara bənzər ayələrdən dəlil gətirməyin şübhə və nöqsanları:

  1. Bu ayələrdə "əhsən" kəlməsi lüğəvi mənasında gözəl və bəyənilmiş mənasında istifadə olunmuşdur lakin siz bundan termini mənanı istifadə etmisiniz ki, şübhə yaransın. əgər qəbul etsək ki, bu ayələr İstehsanın höccət olmasına dəlalət edir, bu mənadan hansı birini daşıyır ki, istehsan üçün dəlalət səlahiyyətini bildirsin! Bir halda ki, bu mənalar bir- biriylə fəırqlidir və bir mənaya dəlalət etmirlər. Amma bu mənalardan birinə nisbət vermək də dəlilsizdir. Əlbəttə mümkündür bəziləri desinlər istehsan yəni iki dəlildən ən möhkəminə əməl etməkdir və bu ayələrdən dəlil gətirsinlər və onlar üçün dəlil olsun.
  2. Birinci ayə baxmayaraq o şəxslərin ki, ən gözəl sözlərdən itaət edənləri təşviq edir, amma hən ayə müxtəlifnəzəriyyələri nəzərdə tutmuş və hesab edir ki, bəziləri dgərlərindən üstün və bir sözün digər sözlərdən üstün olması o zamandır ki, şəriət tərəfindən sadir olunsun və onların əhəmiyyətinə nəzər salaraq (o cür ki, daha gözəl mənasında nəzərdə tutulsa belədir) Quran və rəvayətin məqamındandır. Məlum olur ki, əgər desək ləfzi dəlil arasında ixtilaf və ya biri- digərinə üstünlük təşkil etsə, bu feli höccətə müraciət etməkdir; bu zamandır ki, İstehsan bunların qarşısında müstəqil dəlildir, İstehsanı müstəqil dəlil hesab etmək bu ayələrə oxşaq ayələrlə isbat etmək olmur. Məlum olur ki, iki aəlildən daha çox möhkəminə istidlal etməkdən kənar deyildir. Nəticədə İstehsan o iki dəlil qarşısında müstəqil dəlil sayılmır.

Birinci ayə barəsində bəyan olan mövzu ikinci ayəyə də şamil olur, bundan əlavə bu ayıdə daha gözəl işlərə əməl etməyə işarə olunmuşdur buna işarədir ki, onlara nazil olmuşdur, agah edir. Bəs bu ayə sabit edə bilməz İstehsan o şeylərdəndir ki, bir şeyə şamil olur ya xeyir; çünki heç bir qəziyyənin öz mövzusunu sabit etməməsi məlumdur.

  1. Bu iki ayənin istehsanı höccət qərar verməsi və bunun kimi məsələlərlə heç bir rabitəsi yoxdur; çünki bu iki ayə bu mövzunu bəyan etmək məqamında deyildirlər; çünki əgər "əhsən" daha gözəl kəlməsini (onlar o kəslərdirlər ki, istinbat zamanı istehsana əməl edirlər) mənasında götürsələr, heç bir halda məna düzgün olmayacaqdır.

İstehsanın rəvayət baxımından dəlilləri

Sünnü məzhəbində İstehsanın höccət olması üçün İbni Məsuddan höccət olan bu rəvayəti əsas gətirirlər. Hər o şeyi ki, müsəlmanlar gəzəl bilirlər, Allah yanında da gözəldir.[14]

Bu istidlala şübhələr olunmuşdur ki, ibarətdirlər:

  1. Bu rəvayətin sənədi ibni Məsuda çatır və bir şəxs onun dilindən Peyğəmbərin dediyini nəql etmişdir. Bunun üçün də mümkündür bu söz ibni Məsudun sözü olsun nəinki Peyğəmbərdən (s) rəvayət. Bəs bu ehtimalla bu rəvayətin dəlil olmasına yer verilmir.

«اذا جاء الاحتمال بطل الاستدلال»

  1. Bu rəvayətdə "həsən" (gözəl) kəlməsinin istehsan terminiylə rabitəsinin olmasına heç bir dəlil yoxdur; çünki İstehsan, son hədis alimlərinin istifadə etdiyi bir termindir.

Buna əsasən, necə bunu ibni Məsuda necə nisbət vermək olar? Bundan əlavə İstehsan termini üçün verilən mənalardan hansı birini ibni Məsuda nisbət vermək olar? Bütün bu mənalar ibni Məsudun məqsədi olmuşdur, bir halda ki, bu çənalar bir- birindən fərqlidir, o cür ki, bəyan olundu. Bu rəvayəti mənalardan bəzilərini nəzərə almadan digərinə şamil etməyə də dəlil yoxdur; çünki bu mənalardan heç biri digərindən üstünlük təşkil etmir. Əgər qəbul etsək bu rəvayət (səhih) düzgündür, bu zaman ağıl hökmüylə şəriət hökmünün bir arada lazım olmalarına təkid edir; yəni əgər bir şey insanlar arasında qəbul olunsa Allah tərəfindən də bəyəniləndir. Bu istedlal o zaman kamil olar ki, "müslimin" sözünü, müsəlmanlar elm sahiblərinin sözləri kimi qəbul etsinlər, amma əgər müslimin sözünə etibar versək, rəvayət icma üçün dəlil olacaqdır, əlbəttə ümumi mənalara şamil etdikdən sonra.

Məlumdur ki, ümumi əhatəni ondan əldə etmək mümkün deyildir; çünki bir çox nöqsanlarla qarşılaşacaqdır; o cür ki, əgər müsəlman bir şəxs savadsız olarsa deməyəcəkdir ki, mənim nəzərim şəri hökm və həqiqi hökmü bəyan edir, bu halda son dərəcə heyrətdə qalacaqdır.

İcma

(Alimlərin nəzəri) Sünnü nəzəriyyəsində İstehsanın höccət olmasını sübut edən dəlillərdən biri də icmadır.

Bu iddiayla ki, camaat İstehsanı qəbul edirlər, hamama girdikdə suyu alan zaman onun pulunu həmin an və fasiləsiz ödəmək.

Bu dəlili rədd etmək üçüm demək lazımdır: Əgər bu cür icma düzgün hesab olunsa yalnız bu hökmə məxsusdur, nəinki bunların istehsan olmasına. Odur ki, bütün İstehsanlar (yaxşı işlər) üçün dəlil hesab olunmur və yalnız bu mövzuda kifayət edir.

Bu hökm əsasında ki, ləfziyyədir (sözdür) onda lazımı qədər kifayətlənmək olar. Məlum olduğu kimi bu cür icmanın heç bir əsası yoxdur. Bu cür şəraitdə məsum Əhli- beytin əməlləri ülgüdür ki, Peyğəmbərin dövründən icra olunmuşdur ki, o həzrətin elmi və əməlləri əsasındadır.[15]

İstehsanı inkar edənlər və onların dəlilləri

İstehsan qaydasını inkar edənlərdən ən mərufu Şafiidir ki, dəlilləri belədir: Əgər bir zaman mofti bir məsələdə ki, rəvayət və qiyas onda yoxdur deyə İstehsan icra edirəm, nəzərin udur ki, digərləri də icazə versinlər ki, onun üçün icazə verilsin, onun nəzərinin əksini İstehsan etsin. Nəticədə hər bir hakim və mofti öz şəhərində o şeyə ki, İstehsan etmişdir fətva versin və onun qarşılığında belə fətva versin!

Bə bu zaman bir məsələdə neçə növ hökm və fətva tapılacaqdır.

Əgər bu hökmöz nəzərində düzgün olsa, özlərini təhqir etmiş və öz istəkləri əsasında ona hökm edirlər, əgər onlar üçün zərərli olsa onun haram olmasına hökm verirlər.[16]

Şafeinin bu sözü əsassızdır; çünki əgər düzgün sayılsa mütləq şəkildə ictihad qapısının qadağan olmasına səbəb olacaq. Bəzi yerlərdə mənbələrdən istinbat etmək üçün kiçik ixtilaflarla qarşılaşmaq mümkündür. İstehsan üçün bu yerlərdə heç bir xüsusiyyət yoxdur.

Bu zaman əgər hakimə icazə verilsə ki, ictihad etsin, digərləri üçün də bu icazə verilməlidir, bu zaman bir məsələ müxtəlif fətvalarda bəyan olunacaqdır. Bu cür məsələnin qarşısını almaq üçün, ictihadın qarşısını hər tərəfdən almaq lazımdır, bunu da icra etmək mümkün deyildir.

Bundan əlavə ki, ona işkal olur, ictihadında da İstehsanı qadağan etməsinə əsasən nöqsan vurulur; çünki deyilir əgər ictihadda qadağan etməyə özünüzə icazə verirsinizsə, bəs həqiqətdə özünüzdən başqalarına da caiz bilməkdə icazə vermisiniz; yəni bir şeydə hökm və fətvaya ixtilafın yaranmasına şərait yaradır.

Nəticə: Əgər İstehsandan məqsəd iki dəlildən ən möhkəminə əməl etməkdirsə, yaxşı dəlildir və heç bir maneəsi yoxdur, yalnız bu zaman ki, Quran, hədis və ağlın qarşısında olsa, ona yol verilməlidir.[17]

 


[1] - Vilayi, İsa, Fərhənge təşrihiye istilahate usul, səh 54, Ney nəşriyyatı, Tehran, birinci çap, 1374

[2] - Sənqur, Məhəmməd, Əl- möcəmul- üsuli, istehsan kəlməsi, birinci çap, 1421. Hicri qəməri

[3] - Xəfif, Muhazirat fi əsbabil- ixtilafil- fuqəha, səh 236. Sərəxsidən nəql olunmuşdur, Əl- məbsut

[4] - Fəlsəfətul- təşrii fil- islam, səh 174

[5] - Məsadirul- əl- təşrii, 58

[6] - Həmin

[7] - Həmin

[8] - Həmin

[9] - Bu şübhələrdən tam məlumat əldə etmək üçün Əl- üsul əl- ammə lil- fiqhil- muqarin və əl- möcəm əl- üsuli kitablarına müraciət edin

[10] - Sərəxsi, Şəmsud- din, Məbsut, cild 9, səh 175- 176, Beyrut, nəql edən, Vilayi, İsa, Fərhənge təşrihe istilahate üsul

[11] - Əl- möcəm əl- üsuli kitabının müəllifi bu dəlilləri geniş şəkildə bəhs etmişdir

[12] - Zümər surəsi, ayə 17- 18

«فَبَشِّرْ عِبادِ* الَّذينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُولئِكَ الَّذينَ هَداهُمُ اللَّهُ وَ أُولئِكَ هُمْ أُولُوا الْأَلْباب»

[13] - Zümər surəsi, ayə 55

«وَ اتَّبِعُوا أَحْسَنَ ما أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذابُ بَغْتَةً وَ أَنْتُمْ لا تَشْعُرُون»

[14] - İbtalul- qiyas və əl- rəy, səh 50

[15] - Amədi, Əl- əhkam, səh 3- 38

[16] - Fəlsəfətu əl- təşrii əl- İslami, səh 174- dən sonra

[17] - İrşadul- fuhul, səh 241

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...