Ətraflı axtarış
Baxanların
10918
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
"Biharul-ənvar"ın xüsusiyyətləri, imtiyazları və tənqidləri nədən ibarətdir?
Sual
“Biharul-ənvar”ın xüsusiyyətləri, imtiyazları və tənqidlərdən nədən ibarətdir?
Qısa cavab

Böyük rəvayət məcmuəsindən (ensiklopediyadan) ibarət olan dəyərli “Biharul-ənvar” kitabı Əllamə Məhəmməd Baqir Məclisinin (rəhmətullah əleyh) ən mühüm əsəridir. Bu kitab şiənin böyük rəvayət ensiklopediyasıdır ki, bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. məsələləri əhatə edir. Bu kitabın mühüm xüsusiyyətlərdən bəziləri aşağıdakılardan ibarətdir:

Hər bölmənin əvvəlində Quran ayələrinin zikr olunması, müxtəlif mövzularda hərtərəflilik, müstəqil risalələrin zikr olunması, nadir mənbələrdən bəhrələnmək, islah və təshih olunmuş nüsxələrdən istifadə edilməsi, hədislərin izahı və təfsiri.

Əlbəttə, bunların varlığı o demək deyildir ki, bu kitabda mövcud olan rəvayətlərin hamısı tam mənada dəstəklənir, sənəd və məzmun cəhətindən tədqiqə ehtiyacı yoxdur.

Ətreaflı cavab

"Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar” – “pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryaları” mənasınadır. Bu rəvayət məcmuəsi mərhum Əllamə Məhəmməd Baqir Məclisinin ən mühüm əsərlərindən sayılır. Bu kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. O, bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir.

a) İmtiyazları

"Biharul-ənvar" kitabının mühüm imtiyaz və xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1. Tənzim və təsnif.

Bu məcmuə şiə hədis elminin ən əhatəli və ümdə məcmuəsidir. Hədis kitablarının rəvayətlərini bab-bab bölmələrə salmış və təqribən kamil bir tənzimatla cəm etmişdir.

2. Hər babın (bölmənin) başlanğıcında Quran ayələrinin zikr olunması.

Mərhum Əllamə Məclisi bu böyük məcmuənin bölmələrinin hər birini, həmin babın ünvanına mütənasib olan ayələrlə başlamış, bundan sonra ayələrin təfsirə ehtiyacı olduğu halda müfəssirlərin bu barədəki nəzərlərini qeyd etmiş, daha sonra bölmənin uyğun rəvayətlərini qələmə almışdır.

3. Müxtəlif mövzularla əlaqədar "Biharul-ənvar”ın hərtərəfli olması.

"Biharul-ənvar"dakı ünvanların və rəvayətlərin tədqiqi göstərir ki, bu əsər müxtəlif dini əsərləri əhatə edir. İslamın müxtəlif mövzularından təqribən elə biri (heç olmazsa onun əsrində) yoxdur ki, Əllamə Məclisi onu tədqiq etməmiş və onun rəvayətlərini həmin kitabda cəm etməmiş olsun.

4. "Biharul-ənvar"da müstəqil risalələrin zikr olunması.

Mərhum Əllamə Məclisi bu əsərdə öz bəhslərini irəli çəkməklə eyni zamanda bəzən müəyyən kitablara və risalələrə rastlaşmışdır ki, müxtəsər və mövzu ilə sıx əlaqəyə malik olduğuna görə o risaləni kamil şəkildə və bir yerdə nəql etmişdir. Misal üçün, “cəbr və təfviz”lə əlaqədar İmam Hadi (əleyhis-salam)-ın cavablarının risaləsi, İmam Səccad (əleyhis-salam)-ın “Hüquq” risaləsi, “Tovhidi Müfəzzəl” və sair

5. Nadir mənbələrdən və təshih olunmuş nüsxələrdən bəhrələnmək.

Əllamə Məclisinin ixtiyarında çoxlu kitablar olmuşdur ki, hal-hazırda onların bəziləri aradan getmiş və bizim əlimizə çatmamışdır. Buna görə də Əllamə bu kitabın mətləbini bir yerə toplamaq üçün ixtiyarında olan çoxlu imkanlara diqqət yetirməklə hər kitabın mövcud olan ən mötəbər və ən yaxşı nüsxəsini əldə etmişdir. Əgər bu rəvayətləri məcmu şəkilində bir yerə toplamasaydı, hal-hazırda həmin rəvayətlər bizim ixtiyarımızda olmazdı.

6. Hədislərin izah və təfsiri.

Əllamə bir çox hallarda hədisi nəql etdikdən sonra onu şərh və hədisdəki çətin kəlmələri izah etmişdir. O rəvayətlərin şərh və təfsirində lüğət, fiqh, təfsir, kəlam, tarix, əxlaq və sair kimi müxtəlif mənbələrdən istifadə etmişdir. Həmin şərhlər bu rəvayət toplumunun imtiyazlarından biri hesab olunur.

7. Hər mövzu ilə əlaqədar çoxlu sənədlərin və mətnlərin təqdimi.

"Biharul-ənvar"ın digər xüsusiyyətlərindən biri budur ki, hər mövzu ilə əlaqədar rəvayətlər bir yerdə nəql olunmuşdur. Buna görə, tədqiqatçılara belə bir imkan verir ki, bu mövzunun rəvayətlərinin hansı dərəcədə etibara malik olduğunu araşdırıb ayırd edə bilsin.[1]

8. Təkrar olunan rəvayətlər üçün müxtəlif mənbələrdən ünvan verilməsi.

Əllamə Məclisi təkrar olunan rəvayətlər üçün bir neçə mənbənin ünvanını vermiş, sənədlərdəki ixtilafları, yaxud mətnləri müxtəlif kitablarda mövcud olan oxşar rəvayətlərin mətnlərini xatırlatmışdır.

b) Tənqidlər

Bu rəvayətləri toplamaqda Əllamə Məclisinin əsas və ümdə hədəflərindən biri onların məhv olub aradan getməsinin qarşısını almaq olmuşdur ki, şiənin rəvayət mirası sonrakı nəsillərə nəql oluna bilsin. Təbiidir ki, belə bir böyük və geniş həcmə malik olan işin zəif cəhətləri də ola bilər. Bu əsər də bəşər övladının işi olduğuna görə, insanların digər felləri və əməlləri kimi xəta və səhvdən amanda qala bilməzdi. Əlbəttə, din alimləri və böyük şəxsiyyətlərimiz öz işlərinin eyibsiz və nöqsansız olmasını heç vaxt iddia etməmişlər.

Eyni halda bəzi alimlər "Biharul-ənvar"da zəif, mötəbər sayılmayan, kifayət etməyən və səhv olan bəzi rəvayətlərin mövcud olduğunu demiş, Əllamə Məclisinin bu məcmuə ilə əlaqədar bəzi izahlarını zəif hesab etmişlər. Onlar inanırlar ki, Əllamə Məclisinin hədis üçün nəql etdiyi izahlar, bəyanlar və təfsirlərdən çoxu tələm-tələsik olmuş və bu da səhvin baş verməsi, faydalarının azalması ilə nəticələnmişdir.[2]

Rəvayətlərin nəqlində təkrara yol verilməsi də bu məcmuənin zəif cəhətlərindən biri sayıla bilər. Əlbəttə, Əllamənin ibarələrini mülahizə etməklə başa düşmək olar ki, onun özü təkrar məsələsinə diqqət yetirmişdir. Lakin müxtəlif amillər, o cümlədən sənədlərdə ixtilafın varlığı, rəvayətin mətnlərinin fərqli olması və bir hədisin iki, yaxud daha çox müxtəlif bəhslərlə əlaqəli olması nəqldə təkrara səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, rəvayətləri mövzu əsasında bölmələrə ayrılan məcmuələr təkrarı tələb edir. Əllamə Məclisi də mövcud rəvayətləri mövzu əsasında təsnif edərək bablara və bölmələrə ayırmaq məqamında idi. Rəvayətlərin bəziləri müxtəlif mövzuları əhatə etdiyindən müəllif naçar olaraq belə rəvayətlərin təkrarından qaçmaq məqsədi ilə ya onları hissələrə ayırmalı və hər bölməsini münasib bir ünvan altında qeyd etməli, ya da rəvayəti kamil şəkildə hər ünvanın daxilində qeyd və təkrar etməli idi. Bu da kitabın həcminin daha artmasına və oxucunun yorğunluq hissi keçirməsinə səbəb olur.

Mərhum Məclisi yaxşı şəkildə bilirdi ki, çox hallarda bir rəvayətin əvvəli onun axırını, yaxud əksinə axırı onun əvvəlini izah edər bilər, nəticədə rəvayət hissələrə bölündükdə belə dəlil və şahid aradan gedə bilər. Buna görə də çox hallarda rəvayətin hamısını bir yerdə nəql etmiş, başqa bölmədə isə yalnız mövzu ilə əlaqəli olan hissəni qeyd etmişdir. Bunu da qeyd edərək “hədisin hamısı filan bölmədə nəql olunmuşdur” deyə buyururdu ki, şahidin aradan getmə problemini aradan qaldırmış olsun.



[1] Bax: “Camiul-əhadis” CD proqramı, islam elmləri – “Nur” kompüter mərkəzi; hədis elmləri institutunun müdərrisləri, “Hədis elmi”, səh, 250-251, “Camal” nəşriyyatı, Qum, 1-ci çap, 1389-cu şəmsi il

[2] Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 9-cü cild, səh. 183; “Darut-təaruf lil-mətbuat”, Beyrut, 1406-cı hicri qəməri ili

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...