Please Wait
7701
Cövhər lehsikologiya nəzərindən gövhər (ərəbləşmiş kəlmə) kəlməsinin tərcüməsidir.
Ərəz, peyda olma, üz vermə, ərz etmək və ... mənasındadır.[1]
Filosoflar cövhərin tərifində belə deyiblər:
«الجوهر ماهیة اذ وجدت فی الخارج وجدت لا فی موضوع مستغن عنها»
"Əl- cövhəru mahiyyətun iza vucudət fil- xaric vucudət la fi mövzuin müstəğinin ənha".[2]
Ərəzin tərifində isə deyiblər:
«ان العرض ماهیة اذا وجدت فی الأعیان وجدت فی موضوع مستغن عنه»
"İnnəl- ərəzə mahiyyətun iza vucudət fil- əyani vucudət fi mövzuin mustəğənin ənhu".[3]
Fəlsəfi kitablarda da cövhər və ərəz belə tərif olunubdur: Xarici əşya və varlıqları araşdırdığımız zaman, varlıqların bəzisinin müstəqil və qalan bəzisinin isə müstəqil olmayıb və digərinə əsaslanır. Onların bəzisinin müstəqil vücudları var, bəzisi tabeli vücud və ümumiyyətlə varlıqların bəzisinin vücudu isə alınmadır. Məsələn, məfhumlar və izafələr. Onların bəzisinin məhəllə ehtiyacı var, bəzisinin isə məhəllə ehtiyacı yoxdur. Müstəqil olub və vücudun qərarlaşmasında məhəllə ehtiyacı olmayan varlıqlar cövhərdirlər və onların vücud haqqı odur ki, mövzuların heç birində olmasın. Amma tabeli olan və məhəllədən birində olan xarici vücud haqqı olan varlıqlar, ərəzdirlər.[4]
Başqa sözlə, ərəz o şeydir ki, ərəzə bağlı olmayan bir şeydə olan mövcud bir şeydir. Qaranlıq və ağlıq kimi ki, onların vücudu öz özlüyündə öz məhəlləri ilə eyni varlıq və məhəlli olmadan mövcud olmazlar. Xaricdə tapılan zaman bir məhəldə olmalıdırlar.
Misal: Əql bir cöhərdir ki, tapıldığı zaman bir məhəldə tapılması üçün məhəllə bağlı deyil. Amma rənglər qalxıb- oturmaları və onun kimilər ki, xaricdə tapılmaları üçün, cismə ehtiyacı varlarıdır. Baxmayaraq ki, onların məhəlli olan cismlər, yaranmalarında o ərəzlərin heç birinə bağlı deyil.
Müştərək və fərqləri:
Cövhər və ərəzin müştərək olduqları şeyi
a). Mümkünlük.
b). Onların hər ikisinin mahiyyətinin olması.
Fərqləri:
1. Ərəz yaranan zaman məhəllə ehtiyaclıdır. Yəni xaricdə yaranan zaman mövzuların birində tapılmalıdır və zata bağlı deyil və vücudunda müstəqil və digər bir şeyə ehtiyaclı deyil.
2. Ərəz öz- özlüyünd ərəzdir, cövhər olması mümkün deyil. Çünki, ərəz elə bir varlıqdır ki, şeyin zatından xaricdir. Xarici şey digər bir şeyin zatında daxil ola bilmir.
3. baxmayaraq ki, cövhər cə ərəz vücudun formasından alınan bir məfhumdurlar, amma cövhər silsiləvi vücudların ən uca dərəcəsindədir, belə ki, əgər mümkün varlıqların hamısı ərəz olsalar, mümkün və məhdud varlıqların qeyri məhdud olmaları lazım gələcək. Halbu ki, mümkün varlıqların məhdud olmaları məlumdur.
Deməli cövhər varlıqlar silsiləsinin məhdudlaşmasına səbəb olur, ərəzin əksinə olaraq.