Please Wait
8821
Əgər nəcasətin eyni aradan gedəndən sonra, ker su paltarın hər yerinə yetişib və qurudanın fırlanması nəticəsində onun suyu xaric olsa, paltar pak olar.[1]
Aşağıda mərcələrin dəftərlərinin cavabını qeyd edirik.
Həzrət Ayətullah Xamineinin dəftəri:
Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan maşının içindəki paltarlara və maşının hər yerinə yetişsə və ondan ayrılıb və xaric olsa, pak olmasına hökm olunur.
Həzrət Ayətullah Fazil Lənkəraninin dəftəri:
Bəli, qurudanın fırlanması nəticəsində onun suyu xaric olandan sonra, pak olar.
Həzrət Ayətullah Məkarim Şirazinin dəftəri:
Əgər su şıanqını ona qoşub, su onun hər yerini tutsa və artıq sular çölə çıxsa, pakdır.
Həmçinin, özü neçə dəfə paltarı yuyub və onu suya çəkən avtomatik paltaryuyan maşını vasitəsi ilə paltarın pak olması barəsində olan sualın cavabında buyurdular:
"(Paltaryuyan maşının içindəki paltarlar) pakdır. Fərqi yoxdur ki, paltarları yuyan zaman boru sularına birləşmiş olsun ya da, o kəsiləndən sonra yumağa başlasın."[2]