Ətraflı axtarış
Baxanların
11892
İnternetə qoyma tarixi: 2011/06/27
Sualın xülasəsi
Peyğəmbərimiz öz zamanında azanın sözlərində özünün nübüvvətinə və İmam Əlinin vilayətinə şəhadət verirdimi?
Sual
Peyğəmbərimiz necə azan verirdi? Azan verərkən öz Peyğəmbərliyinə və İmam Əlinin haqq vilayət olmasına şəhadət verirdimi?
Qısa cavab

Bu sualda iki sual anlamı olduğu üçün biz onu iki dəstəyə ayırırıq.

A). Görəsən Peyğəmbər öz nübüvvətinə azan verərkən şəhadət verirdimi?

Bu sualın cavabında deyirik ki: Peyğəmbər azan verərkən öz adını şəkərək Peyğəmbərliyinə şəhadət verməli idi. Çünki o, adi insanlar kimi öz şəri vəzifələri yerinə yetirirdi. (Risalə hökümlərinə). Əgər bunun əksinə olaraq dəlilimiz olsa bu iddianı edə bilərik. Amma Peyğəmbərimiz nəin ki, şəri vəzifələrinə əməl edirdi, hətta hədislərə əsasən hər dəfə azanda Allahın vahidliyinə və öz Peyğəmbərliyinə iqrarla şəhadət verirdi.

B). Görəsən Peyğəmbər (s) azan verərkən İmam Əlinin (ə) vilayətinə şəhadət verirdimi?

Peyğəmbərimizin (s) azan verərkən İmam Əlinin vilayətinə şəhadət verməsi haqqında əlimizdə heç bir dəlil və sübutumuz yoxdur.

Hətta İmamlarımızdan nəql olunan hədislərdə belə bu məsələnin xırdalığına işarə edilməmişdir. Amma bir çox hədislərimizdə Peyğəmbərin (s) adından sonra İmam Əlinin (ə) də adını çəkməyin savab olduğu nəql olunmuşdur. Bu səbəbdən şiə alimləri azan ibadət olduğu üçün İmam Əlinin (ə) adını azan da savab niyyəti (azanın sözü niyyəti ilə deyil) ilə söyləməyi buyurmuşlar.

Ətreaflı cavab

Bu mövzuda iki sual verildiyi üçün cavabları və sualları iki hissəyə bölürəm:

A). Peyğəmbər Azanın sözlərində öz adını deyirdimi?

Cavab: Sözsüz ki, Peyğəmbərimiz (s) azanın sözlərində öz adını çəkirdi. Çünki Peyğəmbərimiz də başqaları kimi dinin buyurduqlarını əməl edirdi. Əgər Peyğəmbərə bu əməllərin vacib olmaması haqqında sübutumuz varsa o vaxt bu sualın yeri vardır. Amma hədislərə istinad edərək deyə bilərik ki, Peyğəmbərə dinin vacibləri vəzifə olaraq vacib idi və o (s) bütün azanlarında Allahın və özünün haqq olmasını açıq- aşkar təkrar edirdi.

İmam Baqir (ə) buyurub:

"Peyğəmbər (s) meraca gedəndə "Beytul- məmura" (məmur ani) yetişərkən namaz olur. Cəbrail (ə) azan və iqamə deyir. Bu zaman Peyğmbər önə keçir və mələklər onun arxasında sıraya düzülürlər. bir nəfər Peyğəmbərdən soruşur: Cəbrail necə azan verdi? Həzrət buyurur:

«الله اکبر، أشهد ان لا إله إلاّ الله، أشهد أن محمّداً رسول الله (تا آخر اذان)»

Allahu əkbər, əşhədu ənla ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsuləllah (axıra kimi).[1]

Ayrı bir hədisdə isə buyrulub: İmam Hüseyn (ə) buyurub: Atam Əli ibn Əbu Talibdən eşitdim ki: Allah Taala Peyğəmbəri meraca aparmaq üçün bir mələk göndərdi o mələyi nə ondan qabaq nə də ondan sonra səmada görən olmayıb. O azan və iqamə dedi: Elə bu zaman Cəbrail mələk Peyğəmbərə dedi: Namaz üçün belə azan de".[2] Bundan belə başa düşülür ki, Peyğəmbərin azan və iqaməsi başqalarından fərqli deyildi.

B). Peyğəmbər azan verərkən İmam Əlinin vilayətinə şəhadət verirdimi?

Bu barədə birbaşa əlimizdə bunu sübuta yetirə biləcək bir hədis və ayəmiz yoxdur. Amma bu mövzuda "əl- səlafətu bi əmr- əl xlasə kitabında belə gəlmişdir ki: İlk dəfə Salman Farsi Alaha və Peyğəmbərə şəhadət verdikdən sonra İmam Əlinin (ə) də vilayətinə şəhadət vermişdir. Onun bu əməlindən sonra səhabələr Peyğəmbərə şikayətə gedirlər. Peyğəmbər isə onların sözünə etina etməmiş və bu əməli öz möhürü ilə təsdiqləmişdir. Həmçinin bu kitabda nəql olunmuşdur ki, "böyük Qədir xum" hadisəsindən sonra Əbuzər Qəffari Allahın varlığına və Peyğəmbərin Peyğəmbərliyinə şəhadət verəndən sonra İmam Əlinin də vilayətinə şəhadət vermişdir. Amma onun da bu əməli münafiqlərin xoşuna gəlmədi və etiraz əlaməti olaraq şikayət üçün Peyğəmbərin hüzuruna gəldilər. Peyğəmbər onları dinlədikdən sonra dedi:

«اما وعیتم خطبتی یوم الغدیر لعلی بالولایه»

"Bəs sizin üçün istinin altında uzun- uzadı oxuduğum xütbənin anlamı və mənası nədir? Xütbənin mənası bu deyildi ki "Əli sizin vəlinizdir"? Sonra isə sözünə davam edir: Bəs eşitməmisiniz ki, nə səma beləsinin başına kölgə salmış və nə də yer özündə belə bir şəxs görmüş. Əbuzər heç vaxt yalan danışmaz. Amma yenə də bunun üstündən siz ondan mənə şikayətə gəlmisiniz.

«انکم لمنقلبون بعدی علی اعقابکم»[3] 

Amma bu mətinlərin sənədi nəql olunmamışdır. Hətta yeddinci əsrə kimi də kimdənsə eşidilməmişdir.

Bundan əlavə İmamlarımız elə bir hədis söyləməmişdir ki, o hədisdə azanın və iqamənin sözlərinin xırdalığına kimi işarə edilsin.

Yəni onlar da azanı məlum məsələdir ki, Peyğəmbərin zamınında verildiyi kimi vermişlər. Amma Allahın və Peyğəmbərin haqq olmasına şəhadət verəndən sonra və ya Peyğəmbərin (s) adından sonra İmam Əlinin (ə) adını çəkməyin savab olması barəsində xeyli hədislərimiz vardır. Bu hədislərin bəzilərini aşağıda qeyd edirik:

İmam Sadiq (ə) buyurmuşdur: "Allah Taala yeri göyü yaradandan sonra bu üç şəhadətin deyilməsini əmr etmişdir".[4]

«اله الا الله محمد رسول الله علی امیرالمؤمنین»

Yəni: Əşhədu ənla ilahə illəllah.

Əşhədu ənla Muhəmmədən rəsulallah və əşhədu ənla əliyyən vəliyullah.

«فاذا قال احدکم لا اله الا الله محمد رسول الله فلیقل علی امیرالمؤمنین ولی الله»

Amma ayrı bir hədisdə isə buyurmuşdur: "Allah- Taala ərşi və kürsünü yaradandan sonra onlara belə yazdı. La ilahə İlləllah, Məhəmmədən rəsulallah, əli əmir əl möminin.[5]

Bəzi rəvayətlərə istinad edərək deyə bilərik ki, İmam Əlinin adını istər azanda və istərsə də qeyri- azanda Allahın və Peyğəmbərin adından sonra çəkilərsə böyük savabı vardır.[6]

Bundan əlavə azan ibadətdir. Şiə alimləri azanda, azanın tərkib hissəsi deyil, savab niyyəti ilə söylənməsini caiz bilirlər.[7]

 



[1] - Təhzib- əl əhkam, Tusi, darul əzva nəşriyyatı, Beyrut, cild 2, səh 60, haşiyə 3.

[2] - Dəam- əl İsbami, Qazi Noğman ibni Məhəmməd təmimi, dar əl- maarif nəşriyyatı, Qahirə cild 1, səh 142.

[3] - Əl- islami fi əmr- əl xlafə.

[4] - Biharul- ənvar, cild 37, səh 295, 10- cu hədis, 45- ci bab.

«ان الله اخذ من بنی آدم من ظهورهم ذریتهم فقال الست ربکم و محمد رسولی و علی امیرالمؤمنین قالو بلی .»

[5] - Yenə də ora, cild 27, səh 1, bab 1.

[6] - Yenə də ora səh 38,hədis 318- 319- 27- ci hədis, 67- ci bab və cild 27, Biharul- ənvar səh 8, cild 16, bab 10.

[7] - Tozihul məsail, cild 1, 919- cu məsələ, səh 519.

(Zəncani əlbəttə əmir- əl mömininin və digər İmamların vilayəti imamın vacib şərtlərindəndir. İslam dini bunlarsız öz zahiri gözəlliyini itirir. Yaxşı olar azanda Peyğəmbərin adından sonra İmam Əlinin (ə) və digər İmamların adları təbərrük niyyəti ilə deyilsin. Amma elə deyilməlidir ki, azanın sözlərinə oxşamasın.

(Məkarim) Təbərrük niyyəti ilə elə deyilməlidir ki, azanın tərkib hissəsindən seçilsin.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5289 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Bərzəx aləmində yaxud da qiyamətdə azan deyilirmi?
    6322 Hədis elmləri 2012/03/11
    1. Azanın bərzəx aləmində deyilməsi barəsində rəvayətlərdə qeyd edilməmişfir. 2. İmam Baqirdən (ə) rəvayət olunur ki, “Peyğəmbər əkrəm (s) merac zamanı keçmiş bütün peyğəmbərlərin onun yanında olduqları zaman, Cəbrail (ə) Allahın əmri ilə onlara azan və iqamə dedi.”[1] 3. Qiyamətdə ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    6936 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5689 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Mələklərin varlığının səbəbi nədir və onların vasitə olmasına nə ehtiyac vardır?
    9759 Qədim kəlam 2012/07/22
    Məlaikələr Allahın məxluqlarından olan bir növ varlıq, Allah ilə şəhadət aləmi arasında vasitədirlər. Allah onları təkvin və təşri aləminin işlərini idarə etmək üçün təyin etmişdir. Qurani-kərimdə məlaikələr üçün çoxlu işlər sadalanmışdır: vəhyin nazil edilməsində, Allahın sözünün Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmasında, aləmin işlərinin tədbir ...
  • Bir Avropalı üçün İslam və şiəni olduğu kimi tanıtdırın.
    6744 Qədim kəlam 2011/05/15
    İslam lüğətdə təslim olmaq və boyun əymək deməkdir. Bunun üçün də İslam dinini, İslam adlandırmışdırlar ki, onun bütün göstərişləri aləmlərin Rəbbi olan Allahın qarşısında təslim olmaqdır ki, insan yeganə Allahdan başqasına itaət etməsin və yalnız o Allahın əmrlərini yerinə yetirsin. Həqiqətdə İslam dini bütün keçmiş ...
  • Nəyə görə İmam Əlinin (əleyhissalam)Nəhcül-Bəlağədəki 31-ci məktubundan vəsiyyətnamə kimi ad aparılır?
    5282 روایات و دعاهای برجای مانده 2015/05/30
    Vəsiyyət kəlməsi ərəb dilindən mənsı " sifariş" kimi mənalanır. İmam Əlinin (əleyhissalam)yazdığı məktub şəri vəsiyyətnamə hesab olunmur. Şəri vəsiyyətnamədə insan öz malına, sərvətinə görə sifarişlər edir ki, onun ölümündən sonra necə rəftar və sərf etsinlər. Bu məktub, zahirdə İmam Həsənə (əleyhissalam)və ya keçən bəhsdə cavabında dediyimiz
  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    8642 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Qeyri İslami dövlətlərin banklarından kredit götürməyin hökmü nədir?
    7214 Nizamlar hüquq və əhkam 2011/11/12
    Kredit götürməyin əsası hakimi şərin icazəsinə bağlı deyil. Hətta əgər dövləti bir bankdan olmuş olsa belə. Vəzi hökm nəzərindən də düzgündür. Baxmayaraq ki riba və sələm də olmuş olsa. Amma riba və sələm olarsa təklifi nöqteyi nəzərdən haramdır. İstər müsəlmandan almış olasan və istərdə qeyri müsəlmandan. İstər İslami dövlətdən olsun ...
  • Yerdə və göydə Allahın qüdrət nişanələri hansılardır?
    7739 Qədim kəlam 2011/11/24
    Asiman, yer və bu ikisində olan hər bir şey və ümumiyyətlə vücud aləmində olan şeylərin hamısı Allahın qüdrət nişanələrindəndir. Bu nişanələr o qədər çoxdur ki, heç kəs onları sayıb qurtara bilməz. Qurani-Kərim insanları dəfələrlə bu ayələri müşahidə etməyə çağırmışdır. Kəhkəşanların, müxtəlif günəş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163821 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158946 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118700 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111835 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105485 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92540 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54108 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49298 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44890 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44342 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...