Ətraflı axtarış
Baxanların
8263
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
Sual
Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
Qısa cavab

İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaiminə aşiq olanların və müntəzirlərin görüş yeridir.

Mərhum Mirzə Hüseyn Nuri “Cəmkəran” məscidinin təsis və inşa tarixçəsi ilə əlaqədar Şeyx Səduqun müasiri olan Şeyx Fazil Həsən ibni Həsən Qumminin dilindən “Tarixi Qum” kitabından[1] (“Munisul-həzin fi mərifətil-həqq vəl-yəqin” kitabından nərlən)[2] belə nəql etmişdir:[3]

Saleh Şeyx Həsən ibni Müslə Cəmkərani deyir: Mən 393-cü hicri ilinin mübarək Ramazan ayının 17-də tək günü evdə yatmışdım. Birdən bir dəstə adam evimin qapısına gəlib məni yuxudan oyatdılar və dedilər: “Ayağa qalx və imam Zaman (əleyhis-salam)-ın istəyinə cavab ver! O səni çağırır.” Onlar məni hazırkı “Cəmkəran” məscidinin yerləşdiyi məkana gətirdilər. Həzrət Məhdi (əccələllahu təala fərəcəhuş-şərif) məni öz adımla çağırıb buyurdu: “Get, Həsən ibni Müslimə de ki, bu yer şərafətli bir yerdir, Allah-taala bu yeri digər yerlər arasından seçmiş və ona şərafət bağışlamışdır, (amma) sən onu götürüb öz yerinə qatmışsan ... (Sonra buyurdu:) Camaata de ki, bu məkana rəğbət bəsləsinlər və onu əziz saysınlar.”[4]

Mərhum ayətullah əl-uzma Mər’əşi Nəcəfi də “Cəmkəran” məscidinin müqəddəs bir məkan olmasını təsdiqləyərək buyurmuşdur: “Bu şərafətli məscid üstündən təqribən 1202 il keçdiyi qeybəti-suğradan indiki dövrə qədər bütün şiələr tərəfindən ehtirama layiq görülür. Böyük şeyximiz mərhum Səduq “Munisul-həzin” adlı bir kitab da yazmışdır. Mən onun nüsxəsini görməmişəm, lakin ustadım mərhum Hacı Mirzə Hüseyn Nuri o kitabdan nəql etmişdir. Bir sözlə, müqəddəs “Cəmkəran” məscidi böyük İslam alimləri və mühəddisləri tərəfindən ehtirama layiq görülmüş, ondan çoxlu kəramətlər müşahidə olunmuşdur.”[5]

Amma bu məscidin inşa səbəblərinə gəldikdə isə, qeyd etmək lazımdır ki:

Əvvəla:

İslam mədəniyyətində məscidin özünəməxsus mövqeyi vardır. İslamın mənəvi və tövhid qərargahı ünvanı ilə məscidə verdiyi əhəmiyyət və etibar heç bir başqa qurumlara verilməmişdir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra ilk və mühüm tədbiri məscid tikmək idi. Müqəddəs Qum şəhərinin dünya səviyyəli mövqeyinə, dini-strateji əhəmiyyətinə diqqət yetirməklə, eləcə də rəvayətlərdə ona dair edilən ciddi tövsiyələrə nəzər yetirməklə, imam Zaman (əleyhis-salam)-ın bu əzəmətli-mənəvi qərargahı təsis etməkdə əsas məqsədi qeybəti-kubra dövründə o həzrətin intizarını çəkən möminlərə ruh yüksəkliyi vermək olmuşdur. Bu inayətlər imamların (əleyhimus-salam) müqəddəs Qum şəhərinin şiə dünyasının ilk böyük qərargahı ünvanı ilə təkid etdiklərinə və onların diqqət mərkəzində olduğuna bir əsasdır.

İkincisi:

“Cəmkəran” məscidi buna görə təsis olmuşdur ki, imam Zaman (əleyhis-salam)-ın inayət və kəramətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaimini sevənlər və onun müntəzirlərinin görüş yeri olsun. Bu görüş fitnələrlə dolu olan qeybət dövründə baş verir. Belə ki, insanlar bu nurani məkana müraciət və o həzrətin kəramət və inayətlərini müşahidə etməklə imanlarını gücləndirsinlər, cin və insanlardan olan şeytanların hiylələrindən, düşmənlərin dini sahələrdə icad etdiyi şəkk-şübhələrdən amanda qalsınlar.

Üçüncüsü:

Bu məscidin inşa dəlillərindən bir kimi bu məsələyə işarə etmək olar ki, insanlar bu məscidin xeyir-bərəkətlərindən bəhrələnsinlər, özlərini imam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-in hüzurunda görsünlər, qəlblərində olan dərdlərini o həzrətə təqdim etsinlər və bəşəriyyət aləminin yeganə xilaskarların zühuru üçün dua etsinlər.

Ümumiyyətlə, əhalisinin hamısı şiə olan bir cəmiyyətdə, eləcə də əsil “Məhdilik təfəkkürü”nün tənzim olunması, intizar ruhunun gücləndirilməsi, zühur hərəkatı ilə əlaqədar müxtəlif din və məzhəblərin dünya görüşlərinin sahmana salınması və nəhayət bəşəriyyətin xilaskarı və ilahi şəxsiyyətinin müxtəlif yönlərinin tanımasında müqəddəs “Cəmkəran” məscidi kimi böyük bir mərkəzin varlığının zərurəti inkar olunmur.



[1] Bu kitab Mirzə Hüseyn Nurinin (r) kitablarındandır.

[2] Bu, Şeyx Səduqun kitabıdır.

[3] Mirzə Hüseyn Təbəri Nuri, “Nəcmus-saqib”, 9-cu cild, səh. 5

[4] “Cəmkəran” məscidinin inşası ilə əlaqədar ətraflı məlumat üçün “Nəcmus-saqib”, səh. 383-392 və “Cəmkəran” məscidinin xüsusi saytına müraciət edə bilərsiniz.

[5] Yenə orada, səh. 46

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6616 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Allah təalanın məkrinin mənası nədir?
    9559 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Quranda, yeddi səmadan məqsəd nədir?
    8231 Təfsir 2012/06/13
    Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin ...
  • Namazda səcdə halında farsca söhbət etməyin hökmü nədir?
    5191 Namazı batil edən şeylər 2014/05/20
    1.Namazı batil edən əməllərdən biri namazda qəsdən danışmaqdır. Yəni, namaz qılan şəxs əgər namaz halinda qədsən bir cümlə, bir kəlmə və hətta, iki hərfdən ibraət bir kəlmə də dilinə gətirsə, namaz batildir. Hətta, bəziləri ehtiyat vacib[1] bilirlər ki, mənası olmayan iki hərfdən ibarət bir ...
  • Görmədiyiniz qızla söhbət etməyin iradı varmı?
    8524 Nizamlar hüquq və əhkam 2011/10/11
    Müqəddəs İslam şəriəti nəzərindən qızla oğlan arasında evləndikdən qabaq olan hər cür əlaqə, (bir- başa və bir- başa olmayan hər cür əlaqə) əgər (cinsi) ləzzət qəsdi ilə ya o əlaqədə günaha düşmək qorxusu olsa, olmaz və iradı var. Amma təhsil, elm, peşə və işlə bağlı olan əlaqə, əgər ...
  • Xərçəngi yemək haramdırmı?
    27655 Nizamlar hüquq və əhkam 2011/07/28
    Fəqihlərin (Allah onlardan razı olsun!) kəlamlarında suda yaşayan heyvanların ətinin halal olması üçün meyar verilmişdir. Onlar buyururlar: “Rəvayətlərdən belə əldə olunur ki, suda yaşayan heyvanların əti yeyilmir, yəni onun yeyilməsi haramdır,[1]yalnız ...
  • Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
    10126 Qədim kəlam 2011/10/03
    İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6563 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • İslam nəzərindən insanın xilqəti necə olmuşdur?
    7408 Qədim kəlam 2011/07/28
    Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində ...
  • Habil və Qabil kim ilə evlənmişdi?
    23551 Təfsir 2011/05/17
    Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164965 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164916 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120005 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114167 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111571 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94374 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55130 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55000 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46529 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46045 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...