Please Wait
6169
Bütün müctehidlərin rəyinə əsasən, kafir nəcisdir və onun rütubətindən çəkinmək lazımdır. Mərhum İmam Xomeyni (rəhmətullah) bu haqda yazır: “Kafir, yəni Allahı inkar edən şəxs və ya Allaha şərik qoşan insan və ya İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) həzrət Məhəmməd ibn Əbdullahı qəbul etməyən şəxs nəcis sayılır.”[1]
Başqa mərceyi təqlidlərin o cümlədən ayətullah Xamneyinin də nəzəri budur.[2]
Beləliklə, hindilər çoxlu sayda tanrılara sitayiş etdiklərinə görə müşrik, başqa cəhətdən bütpərəst də sayılırlar. Deməli, həm kafir və həm də nəcisdirlər. Həmçinin, sizin mənzilinizdə də hər miqdar əlləri rütubətli halda dəyən əşyalar da nəcis sayılır. Bu rütubət, əşyalara keçmişsə və onları da nəcis edir. Təbii ki, bütün bunları paka çıxarmaqdan ötrü suya çəkmək lazımdır.[3]
Deməli, aşağıdakı hallarda onların rütubətli halda toxunduqları yerləri paklamaq lazımdır:
1. Onun rütubətli bədəninin mənzil əşyalarına toxunması;
2. Ya o şəxsin əli, ya da toxunduğu əşya rütubətli olmalıdır, əks halda quru halda olan əşya nəcis olmur;
3. Əgər nəcisin əşyaya keçib keçməməsində şəkk etsəniz, öz şəkkinizə etina etməyə bilərsiniz.