Ətraflı axtarış
Baxanların
10064
İnternetə qoyma tarixi: 2010/10/13
Sualın xülasəsi
İslam və şiə nəzərində, insan nə vaxt cəbr və ixtiyar sahibidir?
Sual
İslam və şiə nəzərində, insan nə vaxt cəbr və ixtiyar sahibidir?
Qısa cavab

Dini mənbələrə müraciət etməklə və Quran ayələri və rəvayətlərdən insanın ixtiyar sahibi olması başa düşülür. Bu o demək deyildir ki, insan hər bir işdə ixtiyar sahibidir və heç bir qüdrət onun rəftar və işlərində təsir qoyub hakimiyyət edə bilməz. Bəklə məqsəd budur ki, bütün bu amillər və şərait Allahın qüdrəti və idarəsiylədir, bəşər (insan) bəzi işləri görməyə qadirdir, bu işi görə də bilər və yaxud əksinə, bu işi yerinə yetirməz.

Bəs insan öz iradəsiylə gördüyü işin məsuliyyətini daşıyır və bu işləri görməkdə məcbur deyildir.

Baxmayaraq ki, insan, azadlıq və ixtiyar sahibidir amma öz ruhunu təmizləmək və öz gələcəyini özünün istədiyi o təbii mühitə yönəltmək üçün, çoxlu (məhdudiyyət) hədlər vardır və azadlığı tam azadlıq deyil. Baxmayaraq ki, insan öz rabitəsini vərəsə, təbii mühit, cəmiyyət, tarix və zamanla kəsə bilmir. Amma eləyə bilər bu məhdudiyyətlərə qarşı üsyan edib özünü bu hakimiyyət amillərindən azad etsin. İnsan elmi və ağıl gücü ilə və başqa bir tərəfdən isə iradə və iman gücü ilə bu amillərdə dəyişiklik qoyaraq onları öz istəyi kimi yönləndirib və özünün həyat tərzinə malik olur.

Ətreaflı cavab

Dini mənbələrə, rəvayətlərə və Quran ayələrinə nəzər saldıqda, insanın azad olması başa düşülür. Bu o demək deyildir ki, insan tamamı ilə azad və heç bir amil onun əməl və rəftarında təsir qoya bilməz. Bəlkə məqsəd odur ki, bütün bu amillər və işlər Allahın qüdrəti və iradəsiylədir, bəşər bəzi işləri görməyə qadirdir, bu işi görə də bilər və yaxud əksinə bu işdən imtina edər. Bəs insan öz iradəsiylə gördüyü işin məsuliyyətini daşıyır və bu işləri görməkdə məcbur deyildir.[1]

Bu nəzəriyyənin isbatı üçün islam alimləri və mütəkəllimləri çoxlu təfsirlər açıqlamışlar və onların ən möhkəm və gözəli Sədrül- mütəəllihin yazdığıdır.

O deyir: Bütün varlıqlar fel, zat və sifət nəzərindən bir- biriylə fərqli və cüzi olan ixtilafda da yaradılışda şərikdirlər və o, da budur ki, bir olan Allahın varlığı onları əhatə edir, Allahın bu varlığı bütün aləmə şamil olub və heç bir varlıq onun hakimiyyətindən kənar deyildir. Buna görə də varlığın nizamla olması, hər bir yaradılışın məqamı və varlığı, Allahın məqamı və varlığıdır, hər varlığın gördüyü iş Allahın işidir. Əlbəttə məqsəd bu deyil ki, misal üçün, Zeyd biriş görüb, deyək bu o işi görmədi, məqsəd budur ki, onun gördüyü iş baxmayaraq ki, onun işidir, amma Allahın da işidir.

O cür ki, Zeydin varlığı, hissiyatı və xüsusiyyətləri ona visbət verilir, onun gördüyü hər bir işi də Allaha nisbət verilir, çünki onun varlığı Allahdan feyz almışdır. Onun bütün elm, hərəkət və sakitliyinin mənşəyi odur və ona nisbət verilir və bununla belə Allaha da bağlılığı vardır. Həqiqətən də insan özü bu işləri görən və icra edəndir.

Bəs baxmayaraq ki, insan azad və ixtiyar sahibidir, öz psixologiyasını düzəltmək üçün və mühitini istədiyi mühitə yönəldib, öz gələcəyini istədiyi kimi qurur, və onun azadlığı nisbidir və çoxlu məhdudiyyətləri" yəni bir dairənin içindəki azadlı məhdudiyyət deməkdir. İnsanın məhdudiyyətləri bir neçə tərəfdəndir.

1.     İrs

İnsan öz insanlıq təbiətiylə dünyaya gəlir və çünki ata- anası insandır. İstər- istəməz insan dünyaya gəlir. Başqa bir tərəfdən ata- anada olan bir sıra təsir qoyan sifətlər. Məsələn rəng, dəri, gözlərin rəngi və yaxud başqa nəsilliklə qalan oxşar xüsusiyyətlər ki, bunlardan heç birini özü seçmir bəlkə məcbur olaraq bu irsi özündə daşıyır.

2.     Coğrafiya və təbiət mühiti.

Coğrafiya və təbiət mühiti və insanın yaşadığı yer istər- istəməz onun cismində və ruhiyəsində təsir qoyur. Usta və soyuq və yaxud səhra və dağlıq məntəqələr insanların vücudunda, əxlaqında və ruhiyəsində təsir qoyur.

3.     İctimai mühit.

İctimai mühit insan üçün ən mühüm amillərdən biridir. Və insanın əxlaq və ruhiyyə xasiyyətini, dilini, ictimai və ürfi ədəblərini mükəmməlləşdirir, ictimai edir.[2] (təsir qoyur)

Baxmayaraq ki, Quran cəmiyyət üçün təbiət, şəxsiyyət, niyyət, qüdrət, həyat və ölüm, əcəl, vicdan, itaət və üsyan qaildir, və cəmiyyətin insanın rəftarında təsir qoymasını təsdiqləyir, amma bir başa insanı bu işlərdən boyun qaçırmasını da bildirir.

Nisa surəsinin 97- ci ayəsində, özlərini "Müstəzəfin" zəiflər adlandıran bir dəstəyə buyurur: Heç bir şəraitdə onlar bağışlanmaz; çünki onların ən azı köçməkimkanları vardır. Başqa bir yerdə buyurur: "Ya əyyuhəlləzinə amənu ələykum ənfusəkum la yəzurrukum min zilli iza ihtədəytum."[3]

Ey o şəxslər ki, iman gətirmisiz! Özünüzü qoruyn! Əgər siz hidayət olmusunuzsa, yollarını azmış insanların azması sizə ziyan vura bilməz.

4.     Tarix və keçmiş hadisələr.

Keçmiş zaman və keçmişdə baş verən hadisələrdə insanın həyat tərzində təsir qoyur. Bəs keçmiş və gələcək, hər bir varlığın arasında rabitə yaradır, keçmişdə toxumdursa gələcəkdə isə varlıqdır.

Nəticə alırıq ki, əgər insan öz rabitəsini irs, təbiət, ictimai mühit, tarix və zamanla tamamıyla kəsə- kəsə bilməsə də amma qadirdir ki, bir çox məhdudiyyətlər qarşısında tüğyan edib, özünü bu amillərin hakimiyyətindən azad etsin. İnsan ağıl və elm və yaxud iradə və iman gücüylə və başqa dəyişikliklərlə bu amillərdə təsir qoyub, onların öz istəyi ilə bu amilərdə təsir qoyub, onları öz istəyi ilə yönəldərək gələcəyinin istədiyi kimi qurulmasına sahib olur.[4]

Biz cinsi, ictimai və təbiət amillərinin insanın rəftar və şəxsiyyətində təsir qoymasını inkar etmirik. Amma bütün bu amillərin cinsində, rəftarında və şəxsiyyətində təsir qoymasını inkar etmirik. Amma bütün bu amillərin insanın cinsində, rəftarında və şəxsiyyətində təsir qoyması məntiqdən uzaqdır, və insanı maddi və ruh cəhətindən uzaq tutmaqdır. Nəfsin mücəddəd olmasını isbat etməklə, insanın azadlıq iradəsi onun ruhunun mücərrəd olmasından ibarətdir. Əgər insan ruhunun azadlıq idadəsini nəzərdə tutsaq, cism və təbii amillər təsir qoyması qəbul olunur, amma bu nöqtəyə diqqət yetirmək lazımdır ki, bu amillər, insanın ixtiyarını əlindən almır. Biz bilmirik ki, bu amillər və onların təsiri, öz nəfs və istəklərimizdən qaynaqlanır. Və biz bu amillərin qarşısında müqavimət göstərək? Biz başqalarının və öz həyatımızda bu təcrübələrdən keçirik.

İrs qanunu da buna əsaslı deyildir, bir uşaq bəzi xasiyyətlərini ata- anasından irs aparsın və özünə yol seçməkdə qüdrət sahibi olmasın. İnsan qadirdir bu amillər qarşısında ixtiyar sahibi olub, başqa bir əxlaq sahibi olsun.[5]

Əlavə mütaliə üçün mənbələr:

1-     Məhəmməd Təqi Cəfəri, Cəbr və ixtiyar.

2-     Cəfər Sübhani, sərneveşt ız didqah elmi və fəlsəfə.

3-     Seyyid Məhəmməd Baqir sədr, İnsane məsul və tarixsaz.

4-     Mürtəza Mütəhhəri, İnsan və sərneveşt.

5-     Məhəmməd Təqi Misbah, maarife Quran, Xuda şenas, Keyhan şenasi, insan şenasi.


[1] - Əhməd Vaizi, insan əz didqah islam, səh 12, Qum, dəftəre həmkariye hövze və daneşqah, 1375

[2] - Mürtəza Mütəhhəri, Müqəddimeyi bər cəhanbiniye islami, səh 270- 271, intişarat Sədra, Qum

[3] - Maidə, ayə 5

[4] - Mürtəza Mütəhhəri, Müqəddimeyi bər cahanbiniye islami, səh 272- 330

[5] - Mahmud Rəcəbi, insan şünasi, səh 151, müəssiseyi amuzeşi və pejuheşiye imam Xumeyni, birinci çap, 1379

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163874 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159450 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118820 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112000 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106076 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92666 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54193 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49908 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45047 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44488 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...