Please Wait
6629
Qurani-Kərim son ilahi xəbər olaraq, Allah-Taala tərəfindən Məhəmməd ibn Əbdullahın vasitəsi ilə insanları haqq, səadət və xoşbəxlik yoluna tərəf dəvətdən ötrü göndərilmişdir. Bu Kitab, vəhy vasitəsi ilə 23 il müddətində tədriclə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrini insanlara tilavət edir və bu ayələrin cazibəsi insanları İslama tərəf çəkirdi. Quran 114 surədən təşkil olunmuşdur və bu surələrin cəmində 6925 ayə vardır. Bütün bu ayələr ümumiyyətlə, 77807 kəlmədir ki, bu kəlmələrdən 45653-ü Məkkədə, 32154-ü isə Mədinədə nazil olmuşdur. Qurani-Kərim insanların hidayətindən ötrü sonuncu göndərilmiş səmavi kitab olduğuna görə, Allaha tərəf hidayət yolunda ötrü ən kamil səmavi Kitab sayılır.
Qurani-Kərim son ilahi xəbər olaraq, Allah-Taala tərəfindən Məhəmməd ibn Əbdullahın vasitəsi ilə insanları haqq, səadət və xoşbəxlik yoluna tərəf dəvətdən ötrü göndərilmişdir. Quran, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) əbədi möcüzəsidir. Bu Kitab, vəhy vasitəsi ilə 23 il müddətində tədriclə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrini insanlara tilavət edir və bu ayələrin cazibəsi insanları İslama tərəf çəkirdi. Quran 114 surədən təşkil olunmuşdur və bu surələrin cəmində 6925 ayə vardır. Bütün bu ayələr ümumiyyətlə, 77807 kəlmədir ki, bu kəlmələrdən 45653-ü Məkkədə, 32154-ü isə Mədinədə nazil olmuşdur.[1] Qurani-Kərim insanların hidayətindən ötrü sonuncu göndərilmiş səmavi kitab olduğuna görə, Allah tərəfindən hidayət olunanlar üçün ən kamil səmavi Kitab sayılır.
Quranı tanıtdırmaqdan ötrü ilk növbədə Quranın özünə müraciət etmək lazımdır. Qurana müraciət etdikdə isə görürük ki, Quranda onun əzəmətinə və həqiqətinə aid çoxlu vəsflər vardır. Bu vəsflərdən bəzilərinə işarə edirik:
1.” Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.”[2] Quranın bu ayəsində, Quran özü-özünü elə tanıtdırıb ki, onun nazil olma hədəfində heç bir qaranlıq məsələ qalmır. Əgər tarix səhifələrinə və sənədlərinə müracət etsək görərik ki, tarixdə heç bir kitab bu qədər heyrətləndirici iddianı etməyib. Beləliklə, Quranın ilk vəsflərindən biri budur ki, bu Kitabda heç bir qaranlıq və anlaşılmazlıq tapmaq mümükün deyildir.
2. Sonra Quranda oxuyuruq: “ (Quran) Müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.”
3.”Bu (Qur’an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.”[3]
4. Başqa bir ayədə oxuyuruq: “Bu (Qur’an) insanlar üçün bəsirət gözü, (Axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!”[4]
5. “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Qur’an) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!”[5]
Bu ayələrdə Quranın vəsfinə aid bəzi nöqtələr var ki, Quranı daha açıq tanıtdırır. Onlara belə işarə etmək olar:
a) Bu Kitab, hidayət, rəhmət, bəsirət və nurdur.
b) Hər kəs heç bir qaranlıq və şəkk olmayan bu Kitaba müraciət etsə hidayət olar.
v) Müttəqilərin, iman və yəqin əhlinin bu Kitabın yanında xüsusi məqamları