Please Wait
6461
Şəriət baxımından ikinci iş (vəzifə) üçün heç bir maneə (qadağa) yoxdur. İslam dini və müqəddəs şəriət tərəfindən məzəmmət olunan dünyapərəstlik, dünyaya bağlılıq, mənəviyyat və axirətdən uzaqlıqdır. Belə bir şeyin bir işdə tapılması mümkündür. Bəzən bir iş və az gəliri olan insanlararast gəlinir ki, dünyaya daha çox bağlı olurlar. Bir halda ki, sərmayəsi çox olan insanların belə bağlılığı yoxdur. Bununla bağlı bunu demək lazımdır ki, insan yaşayışının ehtiyacları (ağıl qəbul edən miqdarda) əgər bir iş vasitəsi ilə ələ gələn gəlirə aradan qalxmaya (təmin olunmaya) və insanın ailəsi bu gəlirlə sıxıntı və çətinliyə düşsə, ola bilər ikinci işlazım bəlkəvacib olsun.
Əlbəttə deyilməlidir ki, iki rəsmi işə sahib olmaq (yəni iki iş yerini tutmaq), qanun baxımından, dövlətin qayda qanunlarına ziddir. Həmçinin əgər ikinci iş, insanın birinci işə nisbət süstlüyünə səbəb olsa, yenədə ikinci işə sahib olmaq cayiz deyil. Buna oxşardır yəni cayiz deyil əgər insan iki növbəli ili ilə övladlarına yetişməkdən və yaxud ailə işlərinə nisbət öz vəzifəsini yerinə yetirməkdən saxlayarsa, yəni həqiqətdə iki növbəli iş ilə ən mühüm və əsil məsələlərdən qafil olar. Təbiidir ki, istəmədən əvəz olunmaz zərər və ziyanla qarşılaşır ki, onu əvəz etmək (aradan aparmaq) rahatlıqla mümkün deyil. Bu yerdədir ki, din başçıları İmam Hüseyn (ə) buyurublar: Atamdan, Allahın Peyğəmbərinin (s) daxili vəziyyəti haqqında soruşdum, buyurdu: Evə getməyi öz ixtiyarında idi və elə ki, evə gedərdi öz vaxtlarını üç yerə bölərdi: Bir hissəsini Allahın ibadəti üçün, bir hissəsini ailə üçün və bir hissəsini özü üçün...[1]
[1] - Əllamə təba təbayi, Sünənu- Nəbi (s), cild 1, səh 15 və 19, Tərcümə: məhəmməd Hadi Feqhi, İslamiyyə kitabxanası, Tehran, növbəti çap, yeddinci, 1378 hicri şəmsi tarixi ilə.
«قال الحسین علیه السّلام: سألت أبی عن مدخل رسول اللّه صلّى اللّه علیه و آله، فقال: کان دخوله فی نفسه مأذونا فی ذلک، فاذا آوى إلى منزله جزّى دخوله ثلاثة أجزاء: جزءا للّه و جزءا لأهله و جزءا لنفسه ...»