Please Wait
9858
Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə 16 kitab yazılıbdır ki, onların biri, "Əl- iqtisadul- hadi ila təriqir- rəşad" kitabıdır.
Şeyx bu kitabı iki hissədə yazıbdır. Onun birinci hissəsi etiqad və kəlam elminə aiddir. Kitabın ikinci hissəsi təharət, namaz, oruc, zəkat, həcc və cihadın fiqhi məsələlərinə aiddir. Birinci hissədə daha çox əqli dəlillərdən istifadə olunub və nəqli dəlillərdən daha az istifadə olunubdur. Amma ikinci hissədə daha çox nəqli dəlillərdən istifadə olubdur.
Bu kitab müxtəsər formada yazılıb, amma tövhid, ədl, nübüvvət, İmamət və məada aid, kəlamın mühüm məsələlərinə şamil olduğuna görə, ondan çoxlu nüsxələr mövcuddur və dəfələrlə çap olubdur.
Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənil- Tusi (rh), Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, üsulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslamın və İranın elmi fəxrlərinin böyüklərindən biridir. Əllamə Hilli (rh) onu belə tanıtdırır: "Məhəmməd bin Həsən Tusi alimlərin görkəmlisi və onların öndə gedənidir. Böyük mövqeyə malikdir. Şeyx istinad olunan və inanılan bir alimdir. Hədis, rical, fiqh, usul, kəlam və ədəb elmlərində mahir olubdur.
Fəzilətlərin hamısı ona nisbət verilir. İslamın bütün məsələləri barəsində kitab yazıbdır. Şiə əqaidin usul və furuda islah edibdir. Nəfsi qabiliyyətləri elmdə və əməldə bir yerə cəm edibdir".[1]
Şeyx Tusi (rh)- nin elmin müxtəlif sahələrində məharəti olub və dəyərli kitablar yazıbdır. O cümlədən kəlam elmində 16 kitab yazıbdır ki, onun kəlami kitablarından biri, (Əl- iqtisadul- hadi ila təriqir- rəşad) kitabıdır. Mərhum Əllamə Şeyx Ağa bozorg Tehrani Əl- iqtisad kitabı barəsində belə deyir: bu kitab, Şeyx Tusi (rh)- nin təliflərinin gözü sayılır.
Həcmi az olsa da, tövhid, ədl, nübüvvət, İmamət və məad kimi, kəlam elminin mühüm məsələləri və təharət, namaz, oruc, zəkat, həcc və cihad kimi fiqhin çoxlu məsələləri barəsində bəhs edibdir.[2]
Şeyx Tusi (rh) bu kitabı öz zamanının alimlərindən birinin istəyi ilə yazıb[3] və onu iki hissəyə bölmüşdür. Onun birinci hissəsində, kəlam elminə aid məsələlər, ikinci hissəsində fiqhin bəzi fəsilləri yəni təharət fəslindən cihad fəslinə qədər qeyd olubdur. Hər iki hissədə şeyxin nəzəri müxtəsər olmağa olubdur. Kəlam elminə aid məsələləri qeyd edəndən sonra buyurur: Biz bu barədə təlxisus- Şafi kitabında hesabdar formasında bəhs etmişik və...
Şeyx birinci hissədə tövhid mövzusunda aşağıdakı məsələlərə işarə edibdir:
- Yaradanın vücudunun isbatı. O bu barədə buyurur: Təbiət hadisələrinin müxtəlifliyi və varlıqların fərqli olması, dünyanın cism olmayan bir yaradanın olmasından hekayət edir. Çünki, işin və əməlin nəticələrinin müxtəlif olması, əsl başlanğıcın (yaradan) cisimləri alimanə və həkimcəsinə düzəltdiyinə və hər işi öz yerinə uyğun yerinə yetirməsinə sübutdur. Buna əsasən, təbiət və ona aid işlər, varlıqların yaranmasının başlanğıcı deyillər. Çünki, təbiətin zati xüsusiyyəti, nəticənin bir formada olmasıdır.[4]
- Aləmin yaranması. Şeyx (rh) buyurur: Diri, qüdrətli və səbəb nəticə qanunundan uzaq olan alim yaradanın vücudu, başlanğıcsız olub və məhdud deyil. Amma ondan başqa hər şeyin yaranmasının başlanğıcı var. Çünki dünya iradə ilə yaradılıbdır. İradə ilə olan əməlin nəticəsi, əməli yerinə yetirdikdən sonra hasil olacaq. Əməl işi görən mövcud olduqdan sonra başlayır. Ona görə də, Allahın əməli olan aləm, hadis olub (baş vermiş və sonradan yaranmış) və qədim deyil.[5]
- O Əlvahid qanunu «الواحد لا یصدر عنه الا الواحد» (əl- vahidu la yəsduru ənhu illəl- vahid, vahid səbəbdən yalnız bir məxluq yaranar) batil edib və buyurur: Allah mütləq qadir olduğuna görə, onun çoxlu məxluqlar etməsinin heç bir maneçiliyi yoxdur. Əl- vahid qanunu Allah barəsində icra olmaz.[6]
- Uca yaradanın əməlindən cəbri (məcburiyyət) inkar etmək: Şeyx Tusi (rh) deyir: Cəbr qaydasının yaratmaqlıq məqamına yolu yoxdur. Çünki cəbr təbiətə aiddir. Cansız cism öz nəticəsini yerdə qoya bilməz.
Nəticə və səbəb həmişə birlikdədir. Amma diri və qüdrətli varlığın işində heç bir məcburiyyət yoxdur. Müəyyən bir işi yerinə yetirib və ya tərk edə bilər.[7]
Həmçinin ədl mövzusunda aşağıdakı məsələlərə işarə edibdir:
- İşi görəndə insanın qüdrət, bacarıq və ixtiyarı: Çünki onun nəzərində insanın işlərinin düzgünlüyü və qadir olması qanunu, açıq- aydın bir qanundur.[8]
- Təklif: O təklif mövzusunda, təklifin xüsusiyyətləri, mükəlləfin (bəndə) xüsusiyyətləri, mükəlləf bihin xüsusiyyətləri (təklif olunan iş) və təklifin hədəfləri barəsində danışır.[9]
- Lütf qaydası: Şeyx Tusi (rh) lütf qaydasını ümumiyyətlə qəbul edib və çoxlu əsaslı məsələləri bu qaydaya əsaslandırır. O lütf qaydası fəslində neçə məsələni xatırladır:
A). Lütf mükəlləfi vacibi yerinə yetirməyi irəlilədən və pisdən çəkindirən bir şeydir.
B) İmamın lazım olması dəlilini bu qayda ilə bilib buyurur: İmamət və rəhbərlik əqlani vaciblərdə lütf olduğuna görə, vacibdir.
C). Dərdlər və şərlər məsələsi: O şərləri yaxşı və pis qismə bölüb və buyurur: Pis şərlərin üç səbəbi var: 1. Zülm olduğuna görə pisdir. 2. Fəsad olduğuna görə, pisdir. 3. Bihudə olduğuna görə pisdir. Bu üç qismdən qeyrisi olsa, qəbahəti yoxdur, əksinə həsəndir (yaxşı). Buyurur: Allah- Taala zülm, bihudə və fəsad olan dərd və şərii etməz. İlahi dərd və şərin zahiri forması şər olur və əslində çoxlu mənfəətləri var. Hədiyyə və qurbanlıq kimidir ki, Allah bəndəsi üçün bəla adında hədiyyə göndərir.
Ədl mövzusunun davamında, şərii vaciblər, əcəl, ruzi, vəd və vəid, iman və küfr, bərzəx və qiyamətdə mükəlləflərin hökmləri və yaxşılığa əmr və pislikdən çəkindirməyə aid məsələlər barəsində danışır.
Nübüvvət mövzusunda, nəbinin tərifi, Allah tərəfindən Rəsulların göndərilməsi, Peyğəmbərlərin göndərilməsinin zəruriliyi, İlahi Peyğəmbərləri möcüzə yolu ilə tanımaq və Peyğəmbərin işinin möcüzə olmasının şərtləri, sonuncu Peyğəmbər (s)- in möcüzəsi və Qurani- kərimin möcüzə cəhətlərinə aid məsələlərə işarə edibdir.[10]
İmamət mövzusunda, İmamın zəruriliyi, İmamın sifətləri, həzrət Əli (ə)- ın İmamətinə Quran və rəvayətdən olan sübutlar və on iki İmamın isbatına aid sübutlara aid məsələlərdən danışıbdır.[11]
İkinci hissədə də, qısa formada fiqhi məsələlərə işarə edibdir:
Bu kitab neçə dəfə çap olubdur. Onun çoxlu nüsxələri mövcuddur ki, onların bəzisi aşağıdakılardır:
- Məktəbətu came şehlsutun əl- amə Tehran nüsxəsi, Əbdül- Məcid bin Müzəffər bin Həsən... Tubli Kuri.
- Məktəbətul- Əllamə əl- höccəttul- muhəqqiq əs- seyyid Məhəmməd Əli Rovzati İsbəhan nüsxəsi. Seyid Məhəmməd bin Zeynul- abidin Musanın kitablarının toplusu ilə birgə çap olubdur ki, hər iki nüsxədə çoxlu səhifə səhvləri mövcuddur.[12]
- Mktəbətul- İmamil- Həkim fin- Nəcəf nusxətun kətəbəha Məhəmməd bin Tahir Səmavi, 10 Cəmadiul- axər 1336 hicri qəməri ili, nüsxəsi.
- Məktəbətul- İmami Əmirəl- möminin (ə) Nəcəf nüsxəsi ki, köçürülmüşdür və onun çap tarixi məlum deyil.
- Məktəbətul- höccət əş- şeyx Əli Ali Kaşiful- ğita nüsxəsi ki, köçürülmüşdür və onun çap tarixi məlum deyil.
- Məşhəddə, məktəbətul- imamir- Rza (ə) nüsxəsi.
- Tehranın mərkəzi kitabxanasında 1430, 2969, 920 rəqəmləri altında çoxlu nüsxələr mövcuddur.
- Qahirənin Darul- kutubul- misriyyədə mövcud nüsxəsi ki, yalnız ibadət bölümünə aiddir.[13]
- Mərhum hacı Şeyx Məhəmməd Xansari çahar Suqi Rovzatul- cinanın sahibinin qardaşının xətti ilə qiymətli nüsxə.[14]
- Şeyx Məhəmməd Hüseyn bin Məhəmməd Qasim Qumşehi Nəcəfi kitabxanasının nüsxəsi.
- Şeyx Hadi Ali Kaşiful- qitanın nüsxəsi ki, onda etiqadi məsələlərin əvvəlindən edadus- səlatın axırınadək, qeyd olubdur.
- Ayətullah Təbatəbainin nəvəsi Seyid Məhəmməd Baqirin nüsxəsi ki, ibadət bölümünə aiddir.[15]
[1] - Şeyx Tusinin minilliyi, hazırlayan, tərcümə və islah edən, Əli Dəvani, səh 27.
[2] - Həmin, səh 69.
[3] - Əl- iqtisadul- hadi ila təriqir- rəşad, səh 15, kəlimətul- musəhhih.
[4] - Əl- iqtisadul- hadi, səh 34.
[5] - Həmin, səh 20- 24.
[6] - Həmin, səh 34.
[7] - Həmin, səh 32- 34.
[8] - Həmin, səh 32- 34.
[9] - Həmin, səh 61.
[10] - Həmin, səh 151- 182.
[11] - Həmin, səh 183- 231.
[12] - Əl- iqtisadul- hadi, səh 15, Mətbəətul- xiyam, Qum, 1400 hicri qəməri.
[13] - Əş- şeyx Tusi Əbu Cəfər Məhəmməd bin əl- Həsən, yazan Hüseyn İsa Əl- Həkim, Məktəbətul- adab ən- Nəcəful- əşrəf, Əttəbətul- ula 1395 h, səh 579- 580.
[14] - Şeyx Tusi (rh)- nin xatirəsi, Məhəmməd Vaizzadə Xorasani, cild 3, səh 682.
[15] - Əz- zəriə ila təsanifuş- şiə, Şeyx Ağa bozorg Tehrani, Mətbəətul- qərra fin- Nəcəf, 1355 h, cild 2, səh 269- 270.