Please Wait
6009
Hörmətli işçi:
Bu hadisənin əsli və bu yolla müalicə və onun sayılmaqda olan təsirləri hələ də isbat edilməmişdir. Bir çox bu işdən fərasətlə istifadə edənlər öz- özlərinə xəyallara düşmüşlər. Buna görə bəzi mərcə təqlid alimləri bu suala hələ də gizli və naməlum olduğu üçün cavab verməkdən çəkinirlər.
Amma bəzi mərcə təqlidlərin bu suala cavabı aşağıdakı kimidir:
Həzrət Ayətullah Məkarim Şirazinin dəftəri:
Enerji ilə müalicənin zati cəhətdən eybi yoxdur. Lakin bir haram əməllə əlaqədar olarsa, caiz deyil.
Həzrət Ayətullah Mehdi Hadi Tehraninin cavabı belədir:
Bu işin öz- özlüyndə eybi yoxdur. Lakin haram işlə, məsələn, naməhrəm insanın bədəninə toxunmaqala və s baş verərsə caiz deyil. Əlbəttə əgər belə iddianın irəli sürülməsi ilıə batil əqidə və fikirlərin yaranmasına şərait yaranarsa və bəzi şəxslər bu işi özlərinin kəramət sahibi olduqlarını iddia edərlərsə və bir çox insanların fikirlərinin yoldan çıxmasına səbəb olarsa, bu iş haramdır.
Əlaqəli göstərici:
Göstərici: 4864 (sayt: 5152): Kosmik irfan və fövqəl müalicə.
Bu sualın ətraflı cavabı yoxdur.