Please Wait
16411
Allah Qurani kərimdə naməhrəmə baxmaq barəsində buyurur:
«قل للمؤمنین یغضوا من ابصارهم»[1]
Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər."
«و قل للمؤمنات یغضضن من ابصارهن»[2]
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər".
İmam Sadiq (ə) da bu barədə buyurur: "Naməhrəmə baxmaq, şeytanın zəhərli oxlarından biridir. Çox vaxt bir dəfə baxmaq uzun həsrətə səbəb olur".[3]
Müqəddəs şəriətdə harama baxmaq bunlardan ibarətdir: Kişinin naməhrəm qadının bədəninə baxması (üz və əlin biləyəcən olan yerindən başqa), ləzzət və şəhvət qəsdi ilə olub- olmaması fərq etmir. Həmçinin üz və ələrə baxmaq əgər şəhvət qəsdi ilə ya harama düşmək qorxusu ilə olarsa. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması (üz, boyun, əllər və ayağın bir miqdarından başqa),[4] qəsdlə olub- olmaması fərq etmir və həmçinin qeyd olunan yerlərə, əgər şəhvət qəsdi ilə ya harama düşməklə olsa.
Mövzunun daha aydın olması üçün, qadağan olunmuş və haram baxışların növlərini qeyd edirik:
Haram baxışlar bunlardır: 1. Qadının bəzənmiş üzünə baxmaq. 2. Qadının bər- bəzəyinə (qızıl və...) baxmaq. 3. Tanış qadının hicabsız şəklinə baxmaq. 4. Reybə (harama düşmək qorxusu) ilə baxmaq. 5. Naməhrəm kişinin bədəninə baxmaq (üz və əllərdən başqa). Əlbəttə bu məsələ barəsində mərcələr arasında fikir ayrılığı var ki, 4- cü nömrənin izahında açıqlandı. 6. Naməhrəm qadının bütün bədəninə baxmaq (üz və əlin biləyəcən olan yerindən başqa). 7. Şəhvətlə baxmaq (hərçənd üz, əllər və ya eyni cinsin bədəninə olsa da).[5]
Aşağıdakı iki suala diqqət etmək, məsələnin daha aydın olması üçün əhəmiyyətlidir:
Sual: 1: Evlənmək istəyən şəxs qadınların üz və tüklərinə (məsələn küçədə) onlardan birini bəyənib və sonra elçi göndərmək üçün ləzzət qəsdi olmadan baxa bilərmi?
Cavab: Bütün mərcələr: Belə baxmaq cayiz deyil.[6]
İzah: Qadının bədəninə onunla evlənmək məqsədi ilə baxmağın şərtləri var. Qeyd olunan sual bu məsələdən xaricdir.
Sual 2: Libas və mantonun üstündən naməhrəm qadının bədəninin qabarıq yerlərinə (sinə və arxa kimi) baxmaq cayizdirmi?
Cavab: Bütün mərcələr: Əgər ləzzət qəsdi ilə olsa və ya günaha düşməkdən qorxsa, bu yerlərə baxmaq olmaz.[7]
Yuxarıdakı suallara diqqət etdikdə, anlayırıq ki, evlənmək niyyəti ilə hətta ləzzət qəsdi olmadan qafınların üz və əllərinə baxmaq (məsələn küçədə) və həmçinin naməhrəm qadının bədəninin qabarıq yerlərinə (sinə və arxa kimi) libas və mantonun üstündən baxmaq cayiz olmadığı zaman, naməhrəmin qadağan edilmiş və hətta cayiz yerlərinə cinsi ləzzət qəsdi və şəhvətlə baxmaq, haram olmalıdır.
Amma küçə və iş yerində çarəsiz və məcbur qalıb naməhrəmlə qarşılaşdığınız və naməhrəm qadının münasib bir hicabı olmadıqda, müqəddəs şəriətə əsasən, ilk baxış və qarşılaşmada, günaha düçar olmursunuz.
Amma baxmağınıza davam etdikdə, günaha düçar olacaqsınız.
Bununla belə, mümkün qədər və ehtiyac olmadıqda günah və harama düşməyə şərait yaradan yerlərdən keçmək və elə yerlərə getməkdən çəkinməyinizi məsləhət görürük.
[1] - Nur surəsi, ayə 30.
[2] - Nur surəsi, ayə 31.
[3] - Bihar, cild 101, səh 40.
[4] - Bu barədə təqlid mərcələri arasında fikir ayrılığı var. Aşağıdakı suala diqqət edin: Sual: Qadının naməhrəm kişinin qolunun dirsək və dirsəkdən yuxarı hissəsinə baxmasının hökmü nədir?
Cavab: İmam Xomeyni, Safi; cayiz deyil.
Bəhcət: Ehtiyat vacibə əsasən cayiz deyil.
Təbrizi, Sistani, Fazil, Məkarim, Nuri və Vəhid: Əgər ləzzət qəsdi və günaha düşmək qorxusu olmadan olsa, iradı yoxdur. Baxın: Tələbə risaləsi, baxmağın hökmləri, səh 202.
[5] - Baxın: Tələbə risaləsi: Baxmağın hökmləri, səh 197.
[6] - Məkarim, Təliqətun ələl- ürvə, m 26, və istiftalar, cild 1, səh 816, Fazil, Təliqətun ələl- ürvə, cild 2, ən- nikah, m 26, Safi, Hidayətul- ibad, cild 2, ən- nikah, m 28, İmam, Tıhrirul- vəsilə, cild 2, ən- nikah, m 28, Sistani, Minhacus- salihin, cild 2, ən- nikah, m 28, Təbrizi, siratun- nicat, cild 6, m 948, Dəftər: Vəhid, Tələbə risaləsi, Baxmağın hökmləri, səh 201.
[7] - Baxın, İmam, İstiftalar, cild 3, (hicabın hökmləri), səh 27, Sistani, istani org, (hicab), səh 5, Fazil, Cameul- məsail, cild 1, səh 708, Məkarim, İstiftalar, cild 2, səh 153 və 1023, Nuri, İstiftalar, cild 2, səh 679, Təbrizi, Siratun- nicat, cild 1, səh 907, Safi, Cameul- əhkam, cild 2, səh 1694 və 1729, Xamineyi, İstifta, səh 559- 618, Əl- ürvətül- vüsqa, cild 1, m 16, Dəftər: Vəhid və Bəhcət. Tələbə risaləsi, Baxmağın hökmləri, səh 202.