Please Wait
12802
«أمر فضرب له فسطاط ، ثم أمر بمسک فمیث فی جفنة، ثم دخل الحسین فاستعمل النورة و"..»
Buna işarə edir ki, xeymələri qursunlar və təmizlik üçün lazım olan əşyaları gətirib bir qabda yerləşdirsinlər, sonra o xeyməyə daxil oldu və artıq tükləri aradan aparmaq üçün "nurə"- dən istifadə etdi. Deyilənlərə görə o həzrətdən sonra iki nəfər arasında rəğabət yaranmışdı ki, hansı biri birinci olaraq o xeyməyə daxil olacaq.
«... وقف عبدالرحمن بن عبدربه و بریر بن حضیرالهمدانی علی باب الفسطاط و ازدحما أیهما یطلی بعده ...»
İmam o xeymədən çıxdıqdan sonra, o təmizlik xeyməsinə daxil olurlar.
«فلما فرغ الحسین دخلا.»
Bəziləri ətraflı olaraq, öz sözlərində deyirlər, imam şəhadət qüslü etdi. Əlbəttə bilirik ki, şəhadət qüslündə (nurə)- yə (tük tökən maddə) ehtiyac yoxdur. Əlbəttə bu təmizliyin dəlilini Abdul Rəhman ibni Əbdərbə və Bureyr ibni huzeyrul Həmədaninin sözlərindən əldə etmək olar.
«بریر یهازل عبدالرحمن فقال له: و الله ما هذه بساعة باطل. فقال بریر: و الله إنّ قومی لقد علموا أنی ما احببت الباطل شابا و لا کهلا و لکنی مستبشر بما نحن لاقون، والله ما بیننا و بین الحورالعین إلا أن یمیل هؤلاء علینا بأسیافهم»
Bureyrlə Əbdul Rəhman bir- birlərinə ağır sözlər deyirdilər. Əbdul Rəhman ona dedi: İndi bu sözlərin yeri deyil. Bureyr dedi: And olsun Allaha ki, mənim qövmüm də bilir, cavanlıqda və qocalığımda pis söz danışmağı sevməmişəm. Amma o ki, bizi gözləyir onun üçün sevinirəm. And olsun Allaha ki, bizimlə behiştin iri gözlü və ağ dərili qadınlarıyla fasiləmiz o qədərdir ki, onlar (Ömər ibni Sədin qoşunu) qılınclarını bizə endirsinlər.
Bir sözlə illət o qədərdə mühüm deyildir bəlkə İmam (ə) və onun səhabələriylə əlaqəsi vardır. Sual yaradan bu məsələdir ki, əzadarlıq mərasimlərində işarə olunan suyun az olması məsələsidir ki, tarixin dediyi ilə müxalifət edir.
Yuxarıdakı ibarətləri "Əl kamil fil tarix" kitabının üçüncü cild, (Beyrut çapı 19- 78 Darul kitab əl elmiyyə) əsər "ibni Əl- əmr- əl cəzəri" hekayət etmişəm.
Digər mənbələr ki, bu dastanı zikr etmişdirlər ibarətdirlər:
- Məqtəlul- Hüseyn və təbəqate asare Vaqedi beşinci cild.
- Tarixul- Təbəri, Məhəmməd ibni Cərir Əl- Təbəri (224- 310 hicri- qəməri), büşinci cild, səh 422- 423, ikinci çap, Qahirə 1967, Darul- məarif.
- Əl- bidayə və əl- nihayə, ibni kəsir, (701- 774 h, q) on birinci cild, səh 534, birinci çap, Dare hicr- 1998.
- Sireye məsuman, Seyyid Möhsin Cəbəle Amuli, tərcüməçi Əli höccəti Kermani, dördüncü cild, səh 152 və başqaları.
Qeyd olunanlara diqqət etdikdə görürük ki, su ən azı aşura gününün səhər vaxtına kimi olmuşdur və kifayət qədər sudan istifadə etmişdirlər ki, imam ən azı iki nəfər səhabələriylə təmizlik etmişdirlər.
Əgər həqiqətən belə bir vəziyətə ehtimal verilsəydi ki, biz onu məclislərdə eşidirik, suda qənaət edib saxlayardılar ki, uşaqlar susuzluqdan taqətsiz düşüb qalmasınlar.
Bu cür müxalif və anlaşılmamazlığı necə açıqlayaq?
Tarix və rəvayətdə imam Hüseyn (ə) və onun əshabının susuzluğu barəsində tədqiq etdikdə və o rəvayət ki, imam və onun əshablarının aşura gününün səhəri verdiyi qüslü verib yuyunma məsələsinə nəzər saldıqda, demək olar ki, tarixdə yalnız bu həqiqətdir ki, İmamın karvanı su əldə etməkdən mühasirəyə salınmış və digəri isə imamın (ə) şəhid olduğu an susuz olmuşdur. Amma başqa xəbərlər ki, digər tarix kitablarında gəlmişdir dəqiq deyil və onların mənbələrinə etimad etmək olmaz. Əgər sənəd və mənbələrdə olan nöqsanları nəzərə almaması və bütün tarixi bir yerdə qəbul etsək lazımdır aşağıdakı nöqtələri də nəzərə alaq:
1. İmam və onun səhabələri yəqin etmişdirlər və özlərinin şəhid olacaqlarını bilib o yolda hazır idilər.
Bunun üçün də imam istəyirdi bu şəhadət istər zahirdə istərsə də batində ən gözəl şəkildə icra olunsun və müqəddəslik və paklıq onun ən kiçik bir hissəsində belə aşkar olsun.
Bilsiyimiz kimi qüsl vermək zahirdə olan paklıqdan əlavə insanın daxilində və batinində də paklığa səbəb olur. bu arada diqqət etmək lazımdır (adətlərimizin əksinə) qüsl vermək yalnız daha çox su olan vaxta məxsus deyildir, bəlkə ən az bir miqdarda suyla belə qüsl verməkdə mümkündür.
2. Su barəsində düşmən tərəfindən mühasirəyə düşmək, havanın istiliyi, zaman keçdikcə daha da çətin olurdu; bəs demək olar o zaman ki, imam (ə) qüsl və təmizlik etmək üçün yerin hazırlanmasına göstəriş verir, demək ki, su hazırlamaq imkanı var idi. Bundan sonra ki, düşmənin məhdudiyyəti, və havanın istiliyi daha da imamın karvanına qarşı çoxaldı günortadan sonra və daha çox susuzluqla üzləşmiş olsun.
3. Ehtimal verilir qüsl üçün istifadə edilən su, içməyə yararlı olan su olmamışdır. Bunun üçün də hər iki dəstə rəvayəti qəbul etmək olar.
Bir çox sənədlər və mənbələr ki, imamın və o həzrətin əshabının susuz olması və suyun onların üzünə bağlanmasını bildirirlər və bizim əlimizə çatmışdır aşağıdakılardan ibarətdirlər:
1- Demək olar bütün tarix bunu bildirir ki, imam (ə)- ın və əshabının şəhadətindən üç gün əvvəl, su onların üzünə bağlanmış idi. İbni Ziyad Ömər Sədə əmr etdi ki, Hüseyn ibni Əliylə su arasında mane olsun və onlara icazə verməsin ki, sudan istifadə etsinlər; Ömər Səd Ömər ibni həccacı 500 nəfərlə suyun qabağını kəsməyə göndərdi:
Deyirlər bu qadağan imamın və əshabının şəhadətindən üç gün əvvəl başlanmışdır.[1]
2- Sünnü[2] və şiə[3] tarixinə əsasən və Peyğəmbərlə (s)[4] əhli beytdən (ə)[5] beləliklə ziyarətnamələrdən[6] istifadə etmək olar susuz və məlum məsələdir, bundan əlavə bir çox xəbərlərdə buna dəlalət edir.
3- Bir çox rəvayətlərdə aşkar olaraq İmamın (ə) əshabının və Əhli- beytinin aşura günündə susuz olmasından söz açmışdır; o cümlədən:
A: O rəvayətlər ki, həzrət Əli Əkbərin döyüş vaxtı susuz olduğundan xəbər verir ki, öz atasına söyləyir: " العطش قد قتلنی" Susuzluq məni öldürdü.[7]
B: O rəvayətlər ki, açıqlayır həzrət Abbas (ə) şəhadətindən əvvəl su üçün və uşaqların susuzluğunu aradan qaldırmaq üçün döyüş meydanına tərəf hərəkət edir.[8]
C: Cənab hürrün (rəh) Kufəlilərə olan sözləri: Hüseynin (ə) qadınlar və uşaqları Fırat suyuna qadağan edirsiniz, o halda ki, Yəhudilər, Nəsranilər və Məcuslar o sudan içirlər və donuzlar itlər o sudan içirlər. Bu səhabə və Hüseynin əhli- beyti susuzluqdan huşsuz düşmüşdürlər.[9]
Amma yuxarıdakı sənəd və mənbələrdən əlavə, bir çox deyilənlər tarix və rəvayət kitablarında vardır ki, müxtəlif açıqlamalarla imamın karvanı mühasirə zamanı su əldə etmə imkanının olmasını bildirir, o cümlədən:
A: Həzrət Abbasın vasitəsiylə su mühasirəsinin yarılması. Çoxları rəvayət edirlər ki, suyun qabağı alpındıqdan sonra, o vaxt ki, onların susuzluğu daha da şiddətli oldu imam (ə) həzrət Abbası (ə) bir dəstəylə göndərdi ki, suyu karvana doğru çatdırsın. O dəstə suya tərəf hərəkət etdi və bu zaman onlarla Ömər ibni həccacın qoşunu arasında döyüş baş verdi.
Bu əməliyyatın nəticəsi barəsində bir çox mənbələr (xüsusiylə də sünni mənbələri) deyirlər ki, onlar xeymələrə doğru qayıtdılar.[10] Amma Ənsabul- əşraf bu mətləbi açıqladıqdan sonra deyir: Deyilənlərə görə Ömər Sədin qoşunu mane olduğu üçün onlar o qədərdə su aparmağa nail ola bilmədilər.[11] Məsirul- əhzan kitabı da imam Hüseyn (ə) tərəfindən bir dəstənin su üçün göndərildikdən sonra yalnız Ömər ibni həccac tərəfində maneə ilə qarşılaşdıqlarından xəbər verir və suyun imamın xeyməsinə çatdırılmasından heç bir xəbər vermir.[12]
B: Bəziləri deyirlər, cu bağlandıqdan sonra, imam xeymələrin arxasına gedib bir neçə yeri qzdı və oradan çeşmə çıxdı ki, bütün əshabı ondan içib məşklərini doldurdular. Amma o vaxt ki, Ömər Səd ondan xəbərdar oldu əmr etdi ki, qarşısı alınsın.[13]
C: O rəvayətlər ki, imamın və əshabın döyüşdən əvvəl təmizlik etməsindən xəbər verir. Şeyx Səduq, İmam Sadiq (ə) (Aşura gününün sübh vaxtı) öz əshabına dedi: Su için ki, bu sizin son qalan suyunuzdur, dəstəmaz alıb qüsl verin, libaslarınızı yuyun ki, kəfəniniz olacaq, sonra isə sübh namazını onlarla birlikdə qıldı.[14]
Əldə olan tarix mənbələrinə diqqət etdikdə ki, onların xülasəsinə işarə olunmuşdur, aşağıdakı nəticəni əldə etmək olar:
1. Məlum olduğu kimi Ömər Sədin qoşunu imam və əshabının şəhadətindən üç gün əvvəl, o həzrətin karvanının suya əl tapmasına mane olmuşdur. Bu da onu göstərir ki. Imamın əshabı su baxımından çətinlik çəkmişdir. Və mühasirə günlərində su əldə etmək üçün döyüşməyə məcbur olmuşdurlar.
2. Hər bir müsəlman və tarixçi bilir ki, imam Hüseyn (ə)- ı Peyğəmbər (s) övladını, behişt əhlinin cavanlarının ağasını susuz şəhid etdilər, ürəyi daş olan heç bir düşmən imamın ömrünün son anlarında icazə vermədi ki,o həzrət suya yol tapsın.
3. Başqa deyilənlərə görə ki, tarix kitablarında gəlmişdir, tamamıyla nəzər vermək olmaz; çünki onların sayı hesabı sanılan həddə deyil və bundan əlavə sənəd və mənbə baxımından da onlara inanmaq və etimad etmək olmaz. Çünki bəzi yerlərdə rəvayətçilər arasında həddən çox fasilə vardır və yaxud rəvayətçilərdən bəziləri tanınmır və yaxud inanmaq olmaz. Bəs belə olduqda onlara ehtimal və nəzəriyyə gözüylə baxmaq mümkündür. Bunun üçün də demək olmur ki, imamın karvanı üç gün susuz qalmışdır və yaxud da demək olmur ki, Əba- Əbdillahın (ə) xeyməsində kifayət qədər su olmuşdur.
4. Əgər rəvayətlərin sənədlərində olan nöqsanlardan üz çevirsək və bütün tarixdə deyilənlərə məna versək bir neçə nöqtəyə diqqət etməliyik:
A: İmam Hüseyn (ə) və əshabı şəhid olacaqlarını yəqin etmişdirlər və özlərini bu yolda şəhid olmağa hazır etmişdirlər. Zahirdə olan dəlillərdə o cür idi ki, birincisi: Döyüşün nəticəsi imam və onun əshabının şəhid olmasından başqa bir şey olacağı gözlənilmir. İkincisi: O dövrdəki qayda qanunlara əsasən döyüş və mübarizə uzun müddətdə olmamalı idi, çünki imamın qoşununda olanların sayı olduqca düşmən qoşunu qarşısında az idi. Az bir sayda insanı minlərlə olan bir qoşun tərəfindən çox bir zaman istəmirdi. O cür ki, tarix də bunu göstərir ki, təqribiylə əlli nəfərə yəni imamın (ə) qoşununun yarısı aşura günün sübh vaxtı birinci hücumda şəhid oldular.[15] Bunun üçün də imam (ə) istəyirdi ki, bu şəhadət istər zahirdə istərsə də batində ən gözəl şəkildə həyata keçsin. Və ən kiçik hissələrində belə müqəddəslik və paklıq öz əksini göstərsin.
Bildiyimiz kimi qüsl vermək zahirdə paklığa səbəb olduğu kimi insanın batini və mənəvi paklığına da səbəb olur.
Əlbəttə bunu da nəzərdən qaçırmaq olmaz ki, bizim düşüncəmizin əksinədir, qüsl etmək suyun daha çox olmasına bağlı deyil bəlkə az bir miqdarda suyla belə qüsl etmək də mümkündür.
B: Diqqət etmək lazımdır ki, su baxımından düşmənin möhkəm mühasirəsi icra olunmuşdu.[16] Başqa bir tərəfdən isə zaman keçdikcə susuzluq daha da öz müddət və təsirini göstərdi, nəticədə vaxt keçdikcə imamın və əshabın suya əl tapması daha da çətinləşirdi və o şəxslər ki, daha gec şəhid olurdular daha çox susuz olurdular. Bəs demək olar o vaxt ki, imam qüsl və təmizlik etməyə göstəriş vermişdi, su hazır etmək imkanı olmuşdur. Amma düşmən tərəfindən suyun qarşısı alındıqdan sonra və gava istiləşdikcə imamın karvanı günortadan sonra susuzluqla üzləşmişdirlər ki, o susuzluğa dözmək mümkün olmamışdır.
Hər halda bunu dərk etmək olar ki, bu nöqtələrə diqqət etməklə mümkündür bu rəvayətlərdə olan anlaşılmamazlığı bir həddə həll etmək mümkündür.
[1] - Bax: Tarixul- Təbəri, cild 5, səh 409, Əl- bidayə və əl- nihayə, cild 8, səh 175, Əl- biharul- tival, səh 255, Ənsabul- Əşraf, cild 3, səh 181; Rozətul- vaizin, cild 1, səh 182; Əl- irşad, cild 2, səh 86; və bu məzmunda, Kəşful- fimət, cild 2, səh 47; Elamul- vəra, səh 235, Əl- imamət və əl- siyasət, cild 2, səh 11.
[2] - Əl- bədə və əl- tarix, cild 6, səh 11; Əl- əxbarul- tival, səh 258.
[3] - Əl- luhuf, səh 117; Biharul- ənvar, cild 45, səh 56.
[4] - Biharul- ənvar, cild 44, səh 245.
[5] - Kamiluz- ziyarət, səh 131; Vəsailüş- şiə, cild 3, səh 282 və cild 25, səh 278; Müstədrək əl- vəsail, cild 10, səh 237 və 239.
[6] - Kamiluz- ziyarət, səh 151- 168 və 131.
[7] - Biharul- ənvar, cild 45, səh 43; Əl- futuh, cild 5, səh 115.
[8] - Biharul- ənvar, cild 45, səh 41.
[9] - Biharul- ənvar, cild 45, səh 10, Əl- irşad, cild 2, səh 100; Elamul- vəra, səh 242. Tarix əl- Təbəri, cild 5, səh 428, Əl- kamil, cild 4, səh 65.
[10] - Tarix əl- Təbəri, cild 5, səh 412; Əl- əxbarul Tival, səh 255; Əl- futuh, cild 5, səh 6 Ənsabul- əşraf, cild 3, səh 181; Bihar, cild 44, səh 387, bu məzmunla: Əl- imamət və əl- siyasət, cild 2 səh 11.
[11] - Ənsabul- əşraf, cild 3, səh 181.
[12] - Məsirul- əhzan, səh 71.
[13] - Biharul- ənvar, cild 44, səh 387; Əl- futuh, cild 5, səh 91.
[14] - Əl- əmali, əl- Səduq, səh 150.
[15] - Biharul- ənvar, cild 45, səh 12.
[16] - Biharul- ənvar, cild 44, səh 388.