Please Wait
10296
Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün imam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.[1]
Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər imam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”[2]
[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 35-ci cild, səh. 63-64, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il
[2] “Biharul-ənvar”, 35-ci cild, səh. 51. Əlavə məlumat üçün “Qəzənfər - imam Əlinin ləqəbidir” adlı görünüşə bax: sual 10909 (sayt 11129)