Please Wait
23212
“Misbah” adlı Kəfiminin kitabında dünyadan köçmüş insanları yuxuda görməyin qaydaları aşağıdakı kimi bəyan edilmişdir:
“Bəzi (imamiyyə) əshabın kitablarında bir kəsin yuxuda peyğəmbərləri, imamları, ata, anasını yaxud da hər hansı bir şəxsi görmək üçün, dəstəmazlı halda şəms, leyl, qədr, kafirun, tovhid, fələq və nas surələrini oxumalı və sonra yüz dəfə tovhid surəsini oxumalı və Peyğəmbərə (s) yüz salavat göndərməli və sağ tərəfi üstə yatmalıdır. Sonra istədiyi şəxsi yuxuda görür və onlarla söhbət edəcək və onun suallarına cavab verəcəklər.[1]
Bu kitabda digər qaydalar da bəyan edilmişdir ki, ora müraciət etmək olar.
Onu da qeyd etmək lazımdır ki, Allahın Rəsulunu (s) və Məsum imamları (ə) yuxuda görmək üçün digər qaydalar da rəvayət mənbələrində bəyan edilmişdir.[2] Amma digər şəxslərin yuxuda görmə qaydaları misbah kitabından savayı şiə kitablarında sənəd qeyd etmədən bəyan edilmişdir. Sənədli heç bir mənbə tapılmamışdır.
[1] - Kəfimi, İbrahim bin Əli Amili, əl-misbah, səh 48 və 49, rəzi nəşriyyatı, Qum, 1405 h.q.
[2] - Bax: Məclisi, Muhəmmdə Baqir, bəharul ənvar, cild 73, səh 214, əl vəfa müəssisəsi, Beyrut, 1404 h.q.