Ətraflı axtarış
Baxanların
9357
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
“Rəd” surəsinin 31-ci ayəsinin mənası nədir?
Sual
Salam. Bu ayənin təfsiri nədir:
وَ لَوْ أَنَّ قُرْآناً سُیِّرَتْ بِهِ الْجِبالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ کُلِّمَ بِهِ الْمَوْتى‏ بَلْ لِلَّهِ الْأَمْرُ جَمیعا
Bizim əlimizdə olan Quranın tərcümələrində “bu kitabın vasitəsi ilə dağların hərəkətə gətirilməsi” məsələsində mütərcimlərin arasında ixtilaf vardır. Bəzi tərcüməçilər “bu həmin Qurandır ki...” kimi tərcümə edirlər, bəziləri də demişlər ki, bunlar Quranın işi deyildir. Xahiş edirəm ki, izah verərsiniz.
Qısa cavab

Yuxarıdakı ayədə məqsədin nə olması ilə əlaqədar təfsirçilərin arasında iki nəzəriyyə vardır:

1. Ayənin mənası budur: “Əgər aləmdə oxunduğu zaman dağların hərəkətə gətirilərək yer üzərində seyr etməsinə səbəb olan, yaxud onun vasitəsi ilə yer parça-parça edilən, yaxud ölülərin dirilməsinə və danışmasına səbəb olan bir kitab olsaydı, o kitab mütləq Quran olardı. Çünki Quran bütün asimani kitablardan üstündür.”

2. İkinci nəzəriyyədə deyilir: Bu ayə Məkkə kafirlərinin Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən möcüzə tələb etmələri ilə əlaqədar etiraz məqamında nazil edilmişdir. Ayədə işarə edilir ki, bunlar o qədər inadkar, kin-küdurətli insanlardır ki, əgər onların istədiyi kimi, bu Quranın vasitəsi ilə dağlar hərəkətə gəlsəydi, habelə yer Quranın bərəkəti ilə yarılsaydı, ondan çoxlu çeşmələr çıxsaydı, yaxud Quranın vasitəsi ilə ölülər danışsaydı və (ey Peyğəmbər), səni təsdiq etsəydilər, Məkkə kafirləri yenə də iman gətirməyəcəkdilər.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, وَ لَوْ أَنَّ قُرْآناً سُیِّرَتْ بِهِ الْجِبالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ... ayəsinin[1] təfsirindən qabaq onun şəni-nüzuluna diqqət yetirmək mənasını başa düşməkdə daha faydalı ola bilər. Buna görə də əvvəlcə onun şəni-nüzununu araşdırırıq.

Bəzi təfsirçilər deyirlər ki, bu ayə Məkkə müşriklərindən bəzisinin cavabında nazil olmuşdur. O cümlədən, Əbu Cəhl, Əbdüllah ibni Əbi Üməyyə və onların tabeçiləri. Onlar Kəbə evinin arxasında oturmuşdurlar, Peyğəmbəri çağırıb dedilər: “Sən iddia edirsən ki, Allahın Peyğəmbərisən, bu Quran da Allah tərəfindən nazil olan bir kitabdır. Əgər sənə tabe olmağımızı istəyirsənsə, bu Quranın vasitəsi ilə Məkkə dağlarını göyə qaldır ki, bizim bu dar və məhdud ərazimiz bir qədər genişlənsin! Yeri bizim üçün yar, onda çeşmələr və arxlar axıt ki, ağaclarımız cücərsin, əkinçilik edək! Öz gümanına əsasən, sən Davuddan aşağı deyilsən ki! Halbuki, Allah dağları onun üçün müsəxxər (ram) etmişdi, dağlar onunla birlikdə həmsəda olaraq təsbeh deyirdilər. Yaxud küləyi bizim üçün müsəxxər (ram) et, onun üzərinə minək, Şama gedək və öz çətinliklərimizi həll edək, həyat və məişət ehtiyaclarımızı hazırlayaq və həmin gündə də qayıdaq! Necə ki, külək Süleyman üçün müsəxxər idi. Sən öz nəzərinə görə Süleymandan aşağı deyilsən. Həmçinin cəddin Qüsey ibni Kilabı, yaxud digər ölülərdən hər hansı birini bizim üçün dirilt, ondan soruşaq görək sənin dediyin haqdır, yoxsa batil. Çünki İsa ölüləri dirildirdi, sən də Allah yanında İsadan az deyilsən. Sən də bizə bu kimi möcüzələr göstər, iman gətirək.” Bundan sonra “lov ənnə Quranən” ayəsi nazil oldu.[2]

Buna əsasən, sözügedən ayə Peyğəmbərin risaləti üçün möcüzə göstərməyə israr edən, bu yolda inadkarlıq göstərən, habelə Bəni-İsraildə olduğu kimi yersiz bəhanələr gətirən müşriklərlə əlaqədar nazil olmuşdur.

Ayənin şəni-nüzulunu bəyan etdikdən sonra onun nə məqsəd daşıdığını araşdırırıq: “Ayənin məqsədi nədir?” sualının cavabında müfəssirlər iki nəzəriyyə irəli sürmüşlər:

1. Ayənin mənası budur ki, əgər bütün varlıq aləmində elə bir kitabın vücuda gəlməsi qərara alınsaydı ki, onu oxuduğunuz zaman dağlar hərəkətə gəlib yer üzündə seyr elətdirilsin, yer tikə-tikə parçalansın, yaxud onun vasitəsi ilə ölülər dirilərək danışsınlar, o kitab mütləq Quran olardı. Çünki Quran bütün səmavi kitablardan üstündür.

2. İkinci nəzəriyyə budur ki, bu ayə Məkkə müşriklərinin Peyğəmbərdən möcüzə tələb etmələri ilə əlaqədar etiraz məqamında nazil olmuşdur. Ayədə buna işarə edilir ki, bunlar elə inadkar insanlardır ki, əgər bu Quranın vasitəsi ilə dağlar hərəkətə gətirilsəydi, onların istədiyi kimi olsaydı, yer də Quranın bərəkəti ilə yarılsaydı, ondan çoxlu çeşmələr vücuda gəlsəydi, yaxud Quranın vasitəsi ilə ölülər danışsaydı və səni (Peyğəmbəri) təsdiq etsəydilər, yenə də Məkkə kafirləri iman gətirməyəcəkdilər.[3]

Təbərsi, Zəccacdan nəql edərək deyir: Mənim təsəvvür etdiyimə və bəzilərinin dediyinə görə ayənin mənası budur: Əgər belə bir Quran bu kimi səciyyələrlə də nazil olsaydı, yəni dağları hərəkətə gətirsəydi və s. yenə də iman gətirməyəcəkdilər. Çünki:

وَ لَوْ أَنَّنا نَزَّلْنا إِلَیهِمُ الْمَلائِکَةَ وَ کَلَّمَهُمُ الْمَوْتى‏ وَ حَشَرْنا عَلَیهِمْ کُلَّ شَی‏ءٍ قُبُلًا ما کانُوا لِیؤْمِنُوا

“Əgər mələkləri onlara doğru nazil etsəydik, ölülər onlarla danışsaydı, hər şeyi dəstə-dəstə onlara tərəf göndərsəydik, yenə də iman gətirməzdilər.”[4]

Deməli, ayə kafirlərə bunu çatdırmaq istəyir ki, siz haqqı tapmaq istəmirsiniz. Əgər haqqı istəsəydiniz, iman gətirməyiniz üçün Peyğəmbərdən baş verən bu qədər möcüzələr kafi idi. Bunların hamısı bəhanə axtarmaqdan başqa bir şey deyildir.

Ayənin sonundakı “əksinə, bütün işlər Allaha məxsusdur” cümləsi barədə demək lazımdır ki, ondakı “bəl” kəlməsi “lov ənnə” kəlməsindən izrabdır.[5] Yəni elə də deyildir ki, Allah-taala Qurandan başqa möcüzələrə qadir olmasın. Bütün işlər Allahın elm və hikmətinə qayıdır. Bəlkə də məqsəd bu olar bilər ki, mütəal Allah bunların iman gətirməyəcəyini bildiyinə görə, digər möcüzlərin baş verməsinin qarşısını aldı ki, dünyəvi əzablara düçar olmasınlar. Çünki əgər onların istədiyi möcüzələr Peyğəmbərin əli ilə baş versəydi və onlar da iman gətirməsəydilər, dünyada mütləq əzaba düçar olacaqdılar.[6]

“Məcməul-bəyan” təfsirində “bəl lillahil-əmru cəmiən” ayəsinin izahında deyilir: “Yuxarıda qeyd olunan işlərin hamısı: istər dağların hərəkətə gətirilməsi, istər yerin yarılması, istərsə də ölülərin danışması və s. kimi mühüm işlər Allahın əmri ilə və Onun qüdrəti əlindədir. Çünki Ondan başqa heç kəs qüdrət sahibi deyil. Eyni halda bu işləri görmür. Çünki nazil etdiyi ayələr insaf əhli üçün qane edici və kifayətdir.”[7]



[1] “Rəd” surəsi, ayə: 31

[2] Bax Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan fi təfsiril-Quran”, 7-ci cild, səh. 42-43, “Müsəlman qadınlar hərəkatı”, Tehran, 1361-ci şəmsi il; "Təfsiri nümunə", 10-cu cild, səh. 220-221, “Darul-kutubil islamiyyə”, Tehran, 1-ci çap, 1364-cü şəmsi il

[3] “Əgər bu Quranı dağa nazil etsəydik, dağın Allah qorxusundan xaşe (zəlil) olub yarıldığını görərdin.”

لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى‏ جَبَلٍ لَرَأَیْتَهُ خاشِعاً مُتَصَدِّعاً مِنْ خَشْیَةِ اللَّهِ

 “Həşr” surəsi, ayə: 21

[4] “Ən’am” surəsi, ayə: 111, “Məcməul-bəyan fi təfsiril-Quran”, 6-cı cild, səh. 251, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 3-cü çap, 1372-ci şəmsi il

[5] “İzrab”ın mənası bəzən özündən əvvəlki mənanı batil etməkdir. Bəzən də “bəl”in mənalarından biri, bir məqsəddən digər məqsədə yönəlməkdir ki, burada birinci məna nəzərdə tutulur.

[6] “Məxzənul-irfan fi təfsiril-Quran”, 7-ci cild, səh. 42-43

[7] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, 6-cı cild, səh. 451

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163759 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158601 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118631 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111673 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104969 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92432 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54040 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48863 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44798 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44220 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...