Please Wait
Baxanların
8981
8981
İnternetə qoyma tarixi:
2014/07/14
Sualın xülasəsi
Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
Sual
Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
Qısa cavab
Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır:
- Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun.
- Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai lillah”
- Əllərini budlarına qoyaraq, barmaqlarını birləşdirsin və öz ayaqlarının üzərinə baxsın.
- Təşəhhüdü bitirdikdən sonar desin:
«وَتَقَبَّلْ شَفٰاعَتَهُ فى أُمَّتِه وَارْفَعْ دَرَجَتَهُ»
Və təqəbbəl şəfaətəhu fi ummətihi vərfəə dərəcətəh.
- Namaz qılan əgər qadın olarsa, öz budlarını bir- birinə yapışdırsın.[1]
- Salam vaxtında bütün peyğəmbərlərə, imamlara, mələklərə, insan və cin nəslindən olan bütün möminlərə salam vermək niyyəti olsun.
- Camaat namazında İmam salamı ucadan və möminlər astadan desinlər.
- Namaz qılan şəxs əgər fürada, yəni tək namaz qılırsa, salam deyəndə üzü qibləyə salam versin. Həmçinin öz iki gözünün küncü ilə sağ tərəfə işarə etsin.
- Camaat namazında, İmam salam verən vaxt üzünü özünün sağ tərəfinə çevirsin. Məmum (iqtida edən) də hər iki tərəfə üzün çevirsin. Əlbəttə əgər onun sol tərəfində başqa bir məmum olarsa, Qeyri təqdirdə elə sağ tərəfə üzünü döndərmək kifayətdir.
- Həmçinin təşəhhüd və salam vaxtı “iqaa” məkruhdur. İqaa budur ki, ayaqlarının sinəsini (üstünü) yerə qoyasan. Bu minvalla ayaqların pəncəsinin üstünü yerə qoysun və dabanı üstə otursun.
[1] - Baxın: Ameli, Bəhauddin, Məhəmməd ibn Hüseyn və Savəci, Nəzzam bin Hüseyn; Camii Abbasi və onun təkmilləşmiş forması, Səh 154, İslam nəşriyyatı ofisi, Qum, ilk çap, 1429, hicri qəməri tarixi ilə; İmam Xumeyni, Seyid Ruhullah, Tövzihul- məsail, səh 239, Məsələ: 1061, ilk çap, Tarixsiz, 1426 Hicri Qəməri tarixi ilə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız