Ətraflı axtarış
Baxanların
12196
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
Sual
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsirini qısa şəkildə bəyan edin.
Qısa cavab

Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1]

Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət və kömək etmək mənasındadır.[4]

“Həmd” surəsinin ilk ayələri Allahın zat və sifətində tövhidi bəyan edir, إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsi isə fellərdə və ibadətdə tövhidi çatdırır. İbadətdə tövhid budur ki, Allahın müqəddəs zatından başqa heç kəsi və heç nəyi pərəstişə və ibadətə layiq bilməyək, yalnız Onun fərmanına itaət edək, Onun zatından başqasının müqabilində bəndəlik və təslimdən uzaq olaq. Fellərdə tövhid budur ki, bütün varlıq aləmində həqiqi mənada təsir edənin yalnız Allah olduğunu bilək. Nəinki səbəblərin ardınca getməyək, əksinə inanaq ki, təsir edən hər bir səbəb yalnız Allahın fərmanı ilə təsir qoyur.[5] Bu təfəkkür və etiqad insanı Allahdan qeyri hər bir şeydən və kəsdən ayıraraq yalnız Allaha doğru yönəldir.[6]

İmam Riza (əleyhis-salam) buyurur: “İyyakə nə’budu kəlməsi bəndənin Allah dərgahına yaxınlaşıb rəğbət bəsləməsinə, əməldə ixlas göstərməsinə səbəb olur, Ondan qeyrisinə yox. “İyyakə nəstəin” daha artıq ibadətə tövfiq tapmağı, verilən nemətlərin davamını və kömək Allahdan istəməkdir.”[7]

Bir neçə təfsir incəliyi[8]

1. Yalnız Allah pərəstişə layiqdir, kömək axtarmağa layiqli olan yeganə həqiqət də Allahdır.[9]

2. Əvvəlki ayələr insanın etiqadlarına aid idi, bu ayədə isə insanın əməli, yəni pərəstiş bəyan olunur. Buna diqqət yetirməklə iki nəticə almaq olar: 1. İnsanın düşüncə və təfəkkürləri onun əməl, rəftar və davranışının əsasıdır; 2. Allah-taalanın bütün varlıq aləminə rübubiyyəti – Rəbb olması, Rəhman və Rəhim olması, qiyamət günündə mütləq hakim və malik olması Onun pərəstişə layiq olmasının ən mühüm dəlilidir.[10]

3. Allahın hüzurunda özünü görməməzliyə vurmaq (heç hesab etmək) Ona ibadətin ədəb qaydalarından biridir. “Mən” kəlməsinin yerinə “biz” kəlməsindən istifadə edilməsi bəzən qarşı tərəfi əzəmətlə yad etmək üçündür, bəzən də xudbinlik və mənəmlik hislərindən uzaq olmaq üçün. Kəlamda mövcud olan şahidlər məqsədin nə olduğunu bəyan edir. Burada bəndəlik məqamına münasib olduğundan məqsəd xudbinlikdən və mənəmlikdən uzaq olmaqdır. Buna görə də “nə’budu” kəlməsi birinci şəxsin cəm formasında gəlmişdir.

4. İnsanın Allaha ibadəti və ibadətdə xalis niyyətdə olması yalnız ilahi köməklər sayəsində mümkündür. “Nəstəin” feli “Həmd” surəsindən əldə oluna bilən bütün vəzifələrdə kömək istəməyə şamildir, onlardan biri də yeganə Allaha pərəstiş lüzumudur ki, “yalnız Sənə ibadət edirik” cümləsindən məlum olur.

5. İnsan Allaha ibadətdə tam ixtiyar sahibi olmaqla eyni zamanda Onun yardımı və köməyi olmadan ibadət edə bilməz.[11] O, bütün işlərdə Allahın kömək və yardımına ehtiyaclıdır.

 


[1] “Fatihə” surəsi, ayə: 5

[2] Aşağıdakı görünüşlərə bax: “İbadətin yolları”, sual 8931 (sayt 9918); “İbadət Allah üçün, yoxsa özün üçün?”, sual 378 (sayt 389), “İbadətin dərəcələri və hüzuri-qəlb”, sual 14743 (sayt 14486).

[3] Bostani, Fuad Əfaram – Məhyar, Rza, “Əbcəd” lüğəti, səh. 60, “istianət” kəlməsi, “İslami” nəşriyyat, Tehran, 2-ci çap, 1375-ci şəmsi il

[4] Fərahidi, Xəlil ibni Əhməd, “Əl-eyn” kitabı, 2-ci cild, səh. 253, “Hicrət” nəşriyyatı, Qum, 2-ci çap, 1410-cu qəməri il; Cavadi Amuli, Əbdüllah, “Təsnim”, 1-ci cild, səh. 425, “İsra” nəşriyyatı, Qum,

[5] Aşağıdakı görünüşlərə bax: “Tövhidin mərtəbələri”, sual 1913 (sayt 3445); “Allah, Onun sübuti və səlbi sifətləri”, sual 2330 (sayt 2858)

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 42 və 43, "Darul-kutubil-islamiyyə", Tehran, birinci çap, 1374-cü şəmsi il

[7] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzurhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 1-ci cild, səh. 310, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il.

[8] Haşimi, Əli Əkbər, “Təfsiri rahnəma”, 1-ci cild, “Həmd”, surəsinin 5-ci ayəsinin izahında, “Quran” mədəni-maarif mərkəzi, Qum (azacıq ixtisar dəyişikliklə)

[9] “İyyakə” məf’ulunun (tamamlıq), “nə’budu” və “nəstəin” fellərindən qabağa keçməsi həsrə dəlalət edir.

[10] “Həmd” surəsinin ilkin ayələrindən bəhs etdiyimiz ayəyə qədər diqqət yetirməklə.

[11] “İyyakə nəstəin”in mənasına diqqət yetirməklə.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən, Şəhidi Saninin (rəhmətullahi əleyh) həyatını müxtəsər şəkildə bəyan edin.
    7193 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam ...
  • Cin surəsinin 9- cu ayəsinin təfsiri
    10142 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayənin habelə buna oxşar digər ayələrin təfsirində, fərqli nəzərlər bəyan ediblər. Qabaqkı təfsirçilərin bir çoxu bu ayənin təfsirində ayənin zahirini qorumağa təkidli olublar. Amma Alusi öz təfsirində bu cür təfsirlərə bir çox iradlar edib və onların cavabında bəyan edibdir. "Təfsiri fi zilalın" yazıçısı ...
  • Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir olunmasına və kişilərin fəxrlənməsinə səbəb olmur?
    19229 Təfsir 2012/09/01
    Qurani- kərimin bir sıra ayələrində kişilərin qadınlara nisbət üstünlük məsələsi bəyan olubdur. Bu mövzunun açıqlanması kişiləri bütün sahələrdə üstün bilmək mənasına deyil. Bir çox alimlərin və təfsirçilərin nəzərinə əsasən kişilərin qadınlara nisbət üstünlüyünün səbəbi kişilərin bir sıra xüsusiyyətlərə sahib olmasıdır ki, onların vasitəsiylə ailəni idarə etmək vəzifəsinə ...
  • Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
    11416 Əməli əxlaq 2012/04/19
    Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək. ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    9559 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8635 İrfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Bəzi Quran ayələrində həzrət Adəm (əleyhis-salam)-ın qara rəngli və dəyişkən torpaqdan yaradıldığı qeyd olunur. Onda demək olarmı ki, o həzrət qara dərili idi?
    7576 Təfsir 2011/05/17
    İnsanın xilqəti ilə əlaqədar Quranda çoxlu müxtəlif təbirlər bəyan olunmuşdur. Bu göstərir ki, insanın yaradılışı bir çox mərhələləri keçmişdir. O cümlədən:1. Torpaqdan yaranış:[1] “Ey insanlar! Əgər qiyamət günü barəsində şəkk-şübhədəsinizsə, (bilin ki,) Biz sizi torpaqdan ... xəlq ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6647 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
    6189 Təfsir 2012/04/18
    Allah Taala, müxtəlif ayələrdə Quranın möminlər üçün şəfa vəsiləsi olduğunu bildirmişdir.[1] Bir çox ayə və rəvayətlərdən və o cümlədən təfsirlərdən istifadə olunur ki, şəfadan məqsəd, çirkin əxlaqların məhv olunması və mənəviyyata doğru qədəm götürüb Allaha yaxın olmaqdır.[2] Amma bir ...
  • Aşura ziyarətində Bəni Üməyyənin hamısına niyə lənət edirik və deyirik:
    9150 Hədis elmləri 2011/06/28
    İlahi dinin aydın hökümlərindən biri budur ki, Allah Taala heç bir dəstə və nəsli başqalarının günahlarına görə dünyəvi və axirət əzabına düçar etməz. Bu şərtlə ki, o günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və o günahdan çəkinsinlər. Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbiləyə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166559 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165438 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120472 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114968 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95185 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56518 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47220 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46463 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...