Ətraflı axtarış
Baxanların
6417
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsinin mənası nədir?
Sual
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsi barəsində bir qədər izah verin.
Qısa cavab

Allah-taala bu ayədə yetimlərin qəyyumlarına göstəriş verib buyurur ki, onların mal-dövlətlərinə nəzarət edin, sərmayələrini qoruyub saxlayın. Qəyyumluq dövründə yetimləri, həddi-buluğa və ağlı kəsən dövrə çatdıqları zamana qədər sınaqdan keçirin. Onların həddi-buluğa və əqli kamilliyə çatdıqlarını bildiyiniz zaman mal-dövlətlərini özlərinə qaytarın. Bu imtahanın səbəbi budur ki, həddi-buluğa və izdivac həddinə çatdıqları zaman öz mal-dövlətlərindən düzgün istifadə etmək, onları özünün fərdi və ictimai mənfəətlərində sərf etməklə əlaqədar kifayət qədər (əqli) inkişaf etmələri məlum olsun. Yetimin malını mənimsəmək və israf etməkdən çəkinin. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından heç bir şey (əmək haqqı olaraq) özünə götürməsin. Əgər yoxsuldursa, adi qaydada və həyat zərurətinə münasib olaraq onun ixtiyarında olan mal-dövlətdən əmək haqqı götürsün.

Buna əsasən, qəyyumların vəzifəsi budur ki, yetimlərin əql, düşüncə və səlahiyyətlərini yoxlasınlar; əqli cəhətdən kamal həddinə çatdıqları surətdə mal-dövlətlərini və sərvətlərini onların özünə qaytarsınlar.

Ətreaflı cavab

Sualda qeyd olunan ayənin[1] şəni-nüzulu Sabit ibni Rəfaə və onun əmisi barəsindədir. Sabitin atası Rəfaə dünyadan getmiş və Sabit kiçik yaşlarında yetim qalmışdı. Onun əmisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib soruşdu: “Qardaşım oğlu mənim öhdəmdədir. Onun mal-dövlətindən nə qədər istifadə edə bilərəm? Mal-dövlətini nə vaxt ona qaytarmalıyam?”

Bu zaman yuxarıdakı ayə nazil oldu.[2]

Məsələnin hökmünün aydınlaşması üçün əvvəlcə ayədəki əsas kəlmələri bəyan edir, sonra əsas mətləbə qayıdırıq. “İbtəlu” əmr felinin məsdəri olan “ibtila” kəlməsi imtahan mənasınadır.[3] “Nikah buluğu” dedikdə məqsəd insanın izdivac yaşlarına çatmasıdır. Deməli, həqiqətdə “Nikah həddinə çatmaq” əqli məcazdır. “Anəstum” feli də “iynas” kökündən alınmışdır və müşahidə mənasınadır, onda mehr-məhəbbət və ülfət mənası da gizlənmişdir.[4] Onun kökü “üns”dür. “Rüşd” kəlməsi əqli cəhətdən püxtələşmək mənasınadır.[5]

“Dəf edin və qaytarın” cümləsi göstərir ki, yetimin malını onun öz əlinə vermək lazımdır. “Fəə’tu” kəlməsinin yerinə gələn “fədfəu” kəlməsi buna görədir ki, o, həm təhvil vermək mənasını çatdırır, həm də zəhmət və məsuliyyətləri özündən dəf etməyə dair bir kinayədir. Bu ifadə çox aydın bir təbir olmaqdan əlavə, onda incə bir kinayə də vardır.

حَتَّى إِذا بَلَغُوا النِّكاحَ ... “Nikah dövrünə çatdıqları vaxta qədər” cümləsi əvvəldəki “imtahan edin” cümləsinin tamamlayıcısıdır. Mənası budur ki, yetimi müntəzəm surətdə imtahandan keçirin və bu imtahan müməyyizlik dövründən izdivac yaşlarına çatana qədər davam etməlidir. Həmin vaxt əqli cəhətdən inkişaf həddinə çatdığını görsəniz, mal-dövlətini onun öz əlinə (ixtiyarına) verin. Bu təbir imtahanın müəyyən qədər davam etməsini göstərir, habelə bunu da çatdırır ki, yetim uşaq əqli cəhətdən ayırd etmə həddinə çatmaq istədiyi, yəni imtahan olunmağa ləyaqətli bir vaxta çatdığı zaman onu imtahandan keçirin və bu imtahan izdivac yaşlarına qədər davam etməlidir.

Məsələnin təbiəti də bunu tələb edir. Çünki sadəcə bir-iki dəfə imtahan etməklə uşağın əqlinin kamil olmasını təyin etmək olmaz; uşaqda əqli kamillik müşahidə olunana qədər imtahan davam etməlidir. Uşaq müməyyizlik həddindən sonra əvvəlcə “rəhaq” həddinə,[6] sonra isə izdivac yaşlarına və əqli inkişaf həddinə çatır.[7]

Buna əsasən, ayənin məcmusunun mənası belə olur: Yetimi imtahandan keçirin, əgər onda əqli kamillik müşahidə etsəniz, mal-dövlətini onun özünə qaytarın. Kəlamın bu cür düzümü bizə çatdırır ki, izdivac yaşlarına çatmaq yetimin mal-dövlətini özünə təhvil vermək üçün tam səbəb deyil, sadəcə onu tələb edəndir – müqtəzidir. Səbəb o zaman tamamlanar və yetim öz malında müstəqil şəkildə istifadə edə bilər ki, əqli inkişaf həddinə də çatmış olsun. Çünki maddi istifadələrdə yaşca həddi-buluğa çatmaqdan əlavə, əqli buluğ da şərtdir. Buradan aydın olur ki, islam dini həddi-buluğ məsələsini bütün sahələrdə eyni mənaya götürməmişdir. İbadət, cəza qanunları və diyə kimi məsələlərdə buluğu şəri yaş həddinə, yəni izdivac yaşına çatmaq hesab edir. Amma mal-dövlətində təsərrüf etmək, məhkəmədə iqrar etmək və s. məsələlərdə əqli kamala çatmaqdan ibarət olan digər bir şərt də əlavə edilir. Bu, islamın şəriət qanunları barəsində işlətdiyi incəliklərdən biridir. Çünki əgər, mal-dövlətdən istifadə və sair kimi işlərdə əqli kamal məsələsini şərt hesab etməsəydi və mötəbər saymasaydı, yetimlər kimi insanların ictimai həyatında xələl və  pozuntu əmələ gələrdi.[8] İmam Sadiq (əleyhis-salam)-dan sözü gedən ayədəki “rüşd” kəlməsinin mənası barəsində soruşdular, həzrət buyurdu: “Rüşd – mal-dövlətin qorunmasına dair qüdrət və bacarıqdır.”[9]

Deməli, yetimlərin qəyyumlarının vəzifəsi budur ki, onların düşüncə, səlahiyyət, iqtisadi cəhətlərdən və s. əqli kamallarını yoxlasınlar, əqli qüvvələri kamal mərhələsinə çatdığı zaman onların mal-dövlətini öz ixtiyarlarına təhvil versinlər.[10]

Allah-taalanın yetimlərin qəyyumlarına vacib etdiyi məsələlərdən biri də budur ki, onların mal-dövlətini ciddi nəzarət altında saxlasınlar, yetim malını mənimsəməkdən və israf etməkdən çəkinsinlər. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından özü üçün (əmək haqqı ünvanı ilə) heç nə götürməsin, əgər yoxsuldursa, adi qaydada və həyatın zərurəti qədər onun ixtiyarında olan maldan əmək haqqı götürsün.[11] Əlbəttə, əgər yetimin sərmayəsi nəzərə çarpmayacaq dərəcədə cüzi olsa, ondan heç nə götürməsinlər.[12]

Digər məsələ budur ki, yetim ağlı kamal həddinə çatanda əmlakını təhvil verdiyiniz zaman şahid tutun! Allah-taala şahidlik üçün kafi olsa da, bu şahidlik iki cəhətdən diqqət mərkəzində ola bilər: Birincisi budur ki, gələcəkdə yetimin “qəyyumu və kəfili tərəfindən onun özü və sərmayəsindən boş-boşuna xərclənməsi və israf edilməsi” ilə əlaqədar iddiası olmasın. İkincisi budur ki, əgər camaat arasında belə bir şayiə yayılsa özünü müdafiə etmək üçün qəyyumun tutarlı sənədi olsun.

Son məsələ: Yetimlərin necə imtahan olunması barəsində ixtilaf vardır; bəzi alimlər demişlər: Yetim əgər oğlandırsa, onu imtahan etmək üçün qəyyumu bir aylıq, yaxud ondan az miqdar məişət xərclərini yetimə verib necə xərcləyəcəyini desin və onu öz ixtiyarına boşlasın, sonra onu necə xərclədiyinə nəzarət etsin. Əgər düzgün xərcləsə, əqli kamala çatdığı məlum olur və gərək malını özünə qaytarsın. Əgər bunun əksinə olarsa, deməli əqli həddi-buluğa çatmamışdır. Əgər qız olsa, ev işlərini və qadınlara aid olan işləri ona həvalə etsin və necə işləyəcəyini izah etsin, sonra düz işləyib-işləmədiyinə baxsın. Əgər işləri düz yerinə yetirsə, deməli əqli cəhətdən kamala çatıbdır və gərək qəyyum mal-dövlətini ona təhvil versin. Əks halda əqli həddi-buluğa çatıncaya qədər gözləməlidir.[13]

 


[1] “Nisa” surəsi, ayə: 6: “Yetimləri, həddi-buluğa çatıncaya qədər sınaqdan keçirin! Əgər onlarda (əqli cəhətdən kifayət qədər) inkişaf görsəniz, mal-dövlətlərini onlara qaytarın! Onlar böyüməzdən qabaq mal-dövlətlərini israf üzündən mənimsəməyin! Hər kəs ehtiyacsız olsa (yetimi saxladığına görə əmək haqqı almaqdan) çəkinsin. Hər kəs fəqir və yoxsuldursa, layiqli surətdə (yetimə çəkdiyi zəhmətlərə müvafiq olaraq onun malından) götürsün. Mal-dövlətini onlara qaytardığınız zaman şahid tutun! Baxmayaraq ki, Allah mühasibə üçün kifayətdir...”

[2] “Əsbabul-nuzul,” tərcüməçi: Zəkavəti, Əli Riza, səh. 78, “Ney” nəşriyyatı, Tehran , 1-ci çap 1383-cü şəmsi il.

[3] İbni Mənzur, “Lisanul-ərəb”, 14-cü cild, səh. 83, “ibtila” kəlməsi

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 4-cü cild, səh. 274, “İslamı nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan dər təfsiri Quran”, 4-cü cild, səh. 17, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il

[5] İbni Mənzur, “Lisanul-ərəb” 3-cü cild, səh. 175, “rüşd” kəlməsi

[6] Bu, uşaqlıq və cavanlıq arasındakı yaş həddidir və həqiqətdə yeniyetməlik çağlarıdır. “Əbcədi” lüğəti, səh 803, “rəhq” kəlməsi

[7] “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 275

[8] Yenə orada

[9] Hürr Amili, “Vəsailuş-şiə”, 19-cu cild, səh. 369, “Alul-beyt”, nəşriyyatı, Qum, 1409-cu qəməri il

وَ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ قَالَ قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (ع) قَوْلُ اللَّهِ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْداً فَادْفَعُوا إِلَيْهِمْ أَمْوالَهُمْ أَيُّ شَيْ‏ءٍ الرُّشْدُ الَّذِي يُؤْنَسُ مِنْهُ قَالَ حِفْظُ مَالِهِ

[10] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Setudə, Rza, 5-ci cild, səh. 29, “Fərahani”, nəşriyyatı, Tehran, 1-ci çap, 1360-cı şəmsi il

[11] Beyzavi, Əbdüllah ibni Ömər, “Ənvarut-tənzil və əsrarut-tə’vil”, tədqiq: Məhəmməd Əbdür-Rəhman, Əl-mürə’şəl, 2-ci cild, səh. 61, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1-ci çap; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan”, 4-cü cild, səh. 18, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il:

عَنْ زُرَارَةَ وَ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ مَالُ الْيَتِيمِ إِنْ عَمِلَ بِهِ الَّذِي وُضِعَ عَلَى يَدَيْهِ ضَمِنَ وَ لِلْيَتِيمِ رِبْحُهُ قَالَا قُلْنَا لَهُ قَوْلُهُ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ قَالَ إِنَّمَا ذَلِكَ إِذَا حَبَسَ نَفْسَهُ عَلَيْهِمْ فِي أَمْوَالِهِمْ فَلَمْ يَجِدْ لِنَفْسِهِ فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ مِنْ مَالِهِمْ

“Vəsailuş-şiə”, 17-ci cild, səh. 258

[12] Şeyx Tusi, “Ət-təhzib”, 6-cı cild, səh. 341, "Darul-kutubil-islamiyyə", Tehran, 1361-ci şəmsi il:

"... عَنْ مُحَمَّدِ بْنِ الْفُضَيْلِ عَنْ أَبِي الصَّبَّاحِ الْكِنَانِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) فِي قَوْلِهِ عَزَّ وَ جَلَّ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَقَالَ ... إِذَا كَانَ يُصْلِحُ لَهُمْ أَمْوَالَهُمْ، فَإِنْ كَانَ الْمَالُ قَلِيلًا فَلَا يَأْكُلْ مِنْهُ شَيْئاً

[13] Əbul-Futuh Razi, Hüseyn ibni Əli, “Rovzul-cinan və ruhul-cənan fi təfsiril-Quran”, tədqiq, Yahəqqi, Məhəmməd Cəfər və Naseh, Məhəmməd Məhdi, 5-ci cild, səh. 251, “Astani qüdsi Rəzəvi”nin islami tədqiqat qurumu, Məşhəd, 1408-ci qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün qadın müctəhid ola bilməz?
    8389 Nizamlar hüquq və əhkam 2011/04/16
    Din alimlərinin və mütəxəssislərinin qadının müctəhid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının müctəhid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz ...
  • Etiqadlarımı möhkəmləndirmək üçün hansı işləri görməliyəm?
    6294 İrfan fəlsəfəsi 2012/03/14
    Dini tanımaq və mənəviyyat əldə etmək üçün cavanlıq dövrü qızıl bir fürsət hesab olunur. Etiqadlar təkcə elm öyrənməklə hasil olmur; əksinə bu, insanın öz ruhunu, qəlbini saflaşdırmasına, əməli tədbirlərinə də bağlıdır. Etiqadların əsas mehvəri Allahı tanımaqdan ibarətdir. Quranda insanın öz daxilində və kainatda fikirləşib mərifət tapması tövsiyə ...
  • İnsan qeyri adi işlər görə bilərmi və bunun faydası nədir?
    8218 Əməli irfan 2011/05/30
    Sizin işarə etdikləriniz insanın ruhi gücünün nəticələrindəndir ki, bəzən dinin əmrlərinə əməl etmək və şərii nəfsi saxlamaq nəticəsində yaranır. Yəni insan Allaha yaxınlaşmaqla, Allahın "ismi- əzəminə" sahib olur və təkvini vilayətə əl tapır. Onun nəticəsində elə bir güc əldə edir ki, kainat maddəsində dəyişiklik edə bilər və maddi ...
  • Musiqinin haram olmasının dəlillərini açıqlayın?
    37159 Nizamlar hüquq və əhkam 2011/09/18
    Fiqh terminində musiqiylə ğina bir- birindən fərqlidirlər. Ğina o səsə deyilir ki, insan boğazında bir neçə not şəklini alaraq səslənsin və dinləyicidə sevinc və fərəh halının yaranmasına səbəb və oyun və rəqs məclislərinə münasib olsun.Amma musiqi, bir səsdir ki, musiqi alətindən eşidilir.Bir çox ayə və rəvayətlərə və bir ...
  • Kişilər üçün sırğadan istifadə etmək caizdirmi?
    13215 Nizamlar hüquq və əhkam 2011/11/24
    Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda  – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
  • Sultan Məhəmməd Əlişah adı ilə tanınmış Molla Sultanəli Günabadi necə şəxsiyyət olub?
    7849 تاريخ بزرگان 2011/10/24
    SoltanƏlişahadıilətanınmışhacıSultanMəhəmmədGünabadihicriqəməritarixinin sonəsrininarifvə
  • Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?
    17836 Əməli əxlaq 2012/04/19
    Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran ...
  • “Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” sözündə “səqil” sözünün mənası nədir?
    7037 Təfsir 2012/02/13
    إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam  ilqa (nazil) edəcəyik” ayəsində “səqil” – ağır kəlam Qurani-kərimdir. Müfəssirlər bu “ağır kəlam”ın təfsiri ilə əlaqədar müxtəlif bəyanlar versə də, bu nəzəriyyələrdən hər biri məsələnin bir yönünə işarə edir. Belə nəzərə çarpır ki, Quran-məcid müxtəlif yönlərdən ağır ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8490 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...
  • Vəliyi fəqihin seçilməsi üçün lazım olan şəraiti və dəlilləri açıqlayın?
    11401 Nizamlar hüquq və əhkam 2011/06/21
    Şiə məzhəbinin inancına əsasən İmam Zamanın (ə) qayib olduğu zamanda vilayəti fəqih məsum İmamların vilayətinin davamı sayılır. Yəni İmamın qaim olduğu zamanda İslam dininin bütün məsuliyyəti fəqihlərin öhdəsinə düşür. Bu məqam bütün fəqihlər üçün qaçılmazdır. Amma vahid bir İslam dövlətində bütün müctəhidlər vəliyi fəqihlə ictimai və siyasi məsələlərdə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166380 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165388 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120428 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114899 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113048 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95085 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56391 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55313 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47141 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46407 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...