Ətraflı axtarış
Baxanların
6170
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
Sual
Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
Qısa cavab

Əvvəla, “kamil” kəlməsinin mənasını izah etməyi lazım bilirik. “Kamil” “naqis”in (nöqsanlının) müqabil nöqtəsi və antonimidir. Ümumiyyətlə, islamın kamil bir din olduğunu dediyimiz zaman məqsədimiz budur ki, onda heç bir nöqsan yoxdur. Daha aydın desək, bu din dünya və axirətdə səadətli həyatın tələb etdiyi hər bir şeyə malikdir. Deməli, bu din bütün əsr və zamanlarda, eləcə də insan həyatının bütün yönlərində güclü və qurucu bir proqrama malik olmalıdır.

Yuxarıdakı sualın cavabının əsası “xatəmiyyət” bəhsindədir. Yəni islam dininin kamil olması ilə (əvvəlki ilahi dinlərin) xətm edəni olması bir sikkənin iki üzü kimidir. Çünki, əgər islam dininin bütün dinlərin xətm edəni olduğu sübuta yetərsə, deməli, qiyamətə qədər onların ən kamili də olmalıdır. Belə ki, hamısından kamil olmamasının mənası budur ki, onda nöqsanlı hallar vardır və nöqsanlı halın varlığı ilə insanları səadət və kamala doğru layiqincə hidayət edə bilməz. Bu da ilahi ədalətlə zidd, Allah-taalanın tərəfindən qəbahətli sayılan bir işdir. Deməli, gərək islam dini insanın (kamala doğru) hidayəti üçün lazım olan hər bir şeyə malik olsun ki, bütün insanlar üçün dəlil-sübut və höccət tamamlanmış olsun.

İndi əsas məsələ budur: hansı dəlil-sübutlara əsasən anlamaq olar ki, islam dini kamildir, hər bir zaman və əsrdə insanın kamal və səadəti üçün düzgün proqramları vardır, özü də hər bir zəmində?

Cavab: Mübin İslam dini onun əbədi və kamalda olmasına səbəb olan bir sıra vasitələrdən istifadə etmişdir. Aşağıda bu vasitələrdən bəzilərini ixtisarla qeyd edirik:

1. İslam dini insanların hidayəti üçün bir tərəfdən ümumi və külli qaydalardan istifadə edir. Həqiqətdə bunlar dəyişilməz, sabit qanunlardır, zamanın keçməsi ilə onlarda heç bir dəyişiklik baş vermir. Bu mənbələr aşağıdakılardan ibarətdir:

a) Allah-taala tərəfindən şəri hökmlərin əldə edilməsi üçün höccət sayılan sağlam əqlin hökmü. Misal üçün, zülmün qəbahətli, çirkin, yaxud ədalətin gözəl bir iş olduğunu ayırd etmək.

b) Allah-taala hökmləri məsləhət və fəsad əsasında vermişdir. Deməli, bəşəriyyətin xeyrinə və mənfəətinə olan hər bir şey Şəriət Sahibinin nəzərində sair işlərin hamısından irəlidir.

v) Onda mövcud olan külli qanunlar sair hökmləri məhdudlaşdıra bilər, misal üçün, dində çətinliyin, məşəqqətin və məcburiyyətin olmaması, din hökmlərində çıxılmaz vəziyyətdə yaranan hallar. Deməli, əgər mükəlləf şəxs şəri hökmə əməl etdiyi təqdirdə – öz vəziyyətinə uyğun olaraq həddindən artıq çətinliyə düşərsə, onun barəsindəki şəri hökm başqa bir hökmə çevrilir.

q) İslam elə qanunlardan istifadə edir ki, insani fitrətlə tamamilə uyğundur, onlarda insanın heç vaxt dəyişilməyən təbiətinin tələblərinə riayət olunmuşdur. Həmçinin, Allah-taalanın qanunçuluğunda mötədil və normal vəziyyətə riayət olunmuşdur ki, bunların hamısı da hökmlərin əbədi qalmasına kömək edir.

ğ) İctihad digər bir vasitədir ki, qarşıya çıxan yeni mövzular dində mövcud olan külli qanunlarla uyğunlaşdırılsın.

2. İslamın əbədi qalmaq üçün istifadə etdiyi digər bir vasitə də həyatın çox geniş səviyyəsində müxtəlif hökmlərə malik olmasıdır ki, ən ibtidai işlərə belə – o cümlədən, su içmək kimi – şamil olur. Digər tərəfdən, o, alver, ticarət və hakimiyyətlə əlaqədar hökmləri də əhatə edir.

3. Bu dinin insana öyrətdiyi əxlaq, etiqad prinsipləri, islamın və kamalların sair din və məktəblərə üstünlüyü. Bu da islam etiqad prinsiplərinin və əsaslarının əbədi qalmasına səbəb olan digər yollardan biridir.

Digər dəlillər olaraq aşağıdakı məsələlərə işarə etmək olar:

1. İslam hökmlərinin sair dinlərdəki oxşar hökmlərlə dəqiq şəkildə müqayisə edilib uyğunlaşdırılması islamdakı hökmlərin kamil və mütərəqqi olmasından hekayət edir.

2. Ayə və rəvayətlərin araşdırılması islamın kamil bir din olmasını göstərir. Misal üçün, “Ənbiya” surəsinin 107-ci ayəsində islam “bəlağ” adlandırılır, yəni islam elə bir şeydir ki, siz onun vasitəsi ilə öz arzularınıza çatırsınız. Qədir-xum xütbəsində də Peyğəmbər (səlləllahu əleyhi və alih) aşkar buyurur ki, “sizi behiştdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran şeylərin hamısını bəyan etmişəm.”

Ətreaflı cavab

Əsl bəhsə daxil olmazdan öncə lazım bilirik ki, sualın mətnində gələn “kamil” kəlməsini aydınlaşdıraq. Burada “kamil” kəlməsi zahirdə “naqis” (nöqsanlı) kəlməsinin antonimidir. Ümumi şəkildə “kamil din” dedikdə məqsədimiz elə bir dindir ki, onda heç bir nöqsanlı hal olmasın. Başqa sözlə desək, məqsəd o dindir ki, insanın dünya və axirət səadəti üçün heç bir nöqsanlı hala malik deyildir, insanın həqiqi kamalı üçün lazım olan şeylərin hamısını ona göstərir.

İslam dininin kamil olma dəlillərinin əsası “xatəmiyyət” məsələsindədir. Belə ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in “xatəm” (sonuncu) olmasının mənası, eləcə də ondan sonra peyğəmbər göndərilməsinə heç bir ehtiyac olmamasına etiqad həqiqətdə bunu bəyan edir ki, ümumi şəkildə bu din kamil bir din olmalıdır. Çünki, kamil olmasaydı, onda Allah insanın hidayətinin kamala çatması üçün digər bir din göndərməli idi. Halbuki, əqli və nəqli dəlillərə uyğun olaraq bilirik ki, Allah (İslamdan sonra) heç bir din göndərməyəcəkdir. Deməli, bu din qiyamətə qədər insana lazım olan hər bir şeyə malik olmalıdır. Əks halda, Allahın insanları hidayət etməkdə dəlil və höccəti tamamlamaması lazım gəlir, bu da müqəddəs Şəriət Sahibi üçün qəbahətli bir hal sayılır.

Gördüyünüz kimi, xatəmiyyət məsələsi ilə islam dininin kamil olması bir-biri ilə əlaqəli olmaqla sikkənin iki üzünə bənzəyir.

Bu yazıda yuxarıdakı suala cavab vermək məqamındayıq və həqiqətdə xatəmiyyətin isbatı üçün lazım olan yolları keçməliyik. Lakin həmin məqsədlə islam dininin kamil olması bəhsinə də nəzər yetirəcəyik. Aşağıda qeyd edəcəyimiz dəlillər islam dininin kamil olmasından hekayət edir. İlk öncə qeyd edirik ki: islam qanunları həmişə təzə və təravətlidir, halbuki, digər qanunlardan heç birində belə təravət gözə dəymir. Bu da islam qanunlarını bütün zamanlar üçün münasib etmişdir. Yəni islam qanunlarında hər bir əsr və zamanda, habelə, hər bir əməl üçün bir hökm tapa bilərsiniz. Məhz belə olan halda bu dinin hər bir məsələdə müəyyən hökmə malik olduğunu görürsünüz. İslam dini heç bir məsələyə laqeyd yanaşmamışdır. Bu məsələ də islamın kamil din olma dəlillərindən biri hesab oluna bilər.

İslam dini hər bir zamanda və hər bir məsələ üçün qənaətbəxş cavaba malik olmaqla qanunçuluq sistemində misilsiz olan vasitə və mexanizmlərdən istifadə etmişdir. Aşağıda o vasitələrdən bəzilərinə işarə edirik:

1. İslam dininin külli qanun və qaydalardan istifadə etməsi.

Bu qanunlar həqiqətdə bu ilahi dinin hərtərəfli olması dəlillərindən biridir. Amma külli qanunların həmişə əhatəli olması və hər bir məsələni münasib yolla həll etməsi üçün gərək xüsusi mənbələrdən əldə və həmçinin xüsusi şəkildə istifadə edilsin. Burada o mənbələrdən bəzilərini qeyd edirik:

a) Allah-taala şəri hökmlərin əldə edilməsində sağlam əqlin hökmünü höccət hesab etmişdir. O cümlədən: hökmün əvvəlcədən bəyan olunmadığı halda bir şəxsin cəzalandırılmasının qəbahətli olması, yaxud əqlin zülmün çirkin olmasına, ədalətin gözəl olmasına və s. dair hökm çıxarması. Beləliklə, islam dininin sağlam əql hökmlərinə diqqət yetirməsi bir sıra külli qanunları icad edir. Bu qanunlar geniş səviyyəli və hərtərəflidir, hər bir zamanda və hər bir məsələdə onlardan istifadə edilə bilər.

b) Allah-taala hökmləri məsləhət və fəsad əsasında bərqərar etmişdir. Misal üçün, hər məsələdə daha artıq məsləhət olarsa, yaxud daha artıq əhəmiyyət daşıyarsa, dərəcə etibarı ilə ondan aşağıda olan məsələlərdən irəli çəkir.

v) Külli qanunların varlığı. Bu qanunlar sair ilahi hökmləri məhdudlaşdıra bilər. Misal üçün, Allah-taala buyurur: “Allah dində sizin üçün heç bir çətinlik qərar verməmişdir.”[1] Bu qanun insan üçün məşəqqət yaradan dini hökmləri məhdudlaşdıra və başqa bir növə çevirə bilər, beləliklə bir dini hökm mükəlləf şəxsin vəziyyət və mövqeyinə mütənasib olaraq dəyişdirilib başqa hökmə çevrilə bilər. İztirar və çıxılmaz hal, eləcə də məcburiyyət halına aid olan qanunlar da bu qəbildəndir.

q) İslam qanunları insan fitrəti ilə tam müvafiqdir. Allah-taala islam qanunlarında insanın sabit və dəyişməz təbiətinin tələblərinə riayət etmişdir. Sağlam insan təbiəti ilə uyğun olanlar onun üçün nəzərdə alınmış, qanunçuluq yolunda mötədillik əsas tutulmuşdur. Başqa sözlə desək, mütəal Allah külli qanunları insanın pak fitrətinin tələblərinə əsasən qoymuşdur. Bu qanunlardan biri də qadınla kişi arasında olan qanunlardan ibarətdir: onlardan hər birinə məxsus olan qanun vermişdir.

ğ) İctihad, xüsusilə şiə aləmində qəbul olunmuş danılmaz prinsiplərdən biridir. Onun islam dinində qanun halına salınması ilə bu din lazım olan əhatəlilikdən bəhrələnməyə qadir olur. Belə ki, müctəhid külli qanunları əldə əsas tutmaqla yeni məsələləri onlarla uyğunlaşdırır. Buna görə də din hər bir zamanda qarşıya çıxan yeni məsələlər üçün həll yolu bəyan edir.

Bu külli mənbələrin və yolların varlığı ilə Əllamə Şərani buyurmuşdur: “İslam fiqhi naqis deyildir; bizim elə külli qanunlarımız vardır ki, hər bir zamanda qarşıya çıxan yeni məsələlərin hökmünü ondan çıxarmaq olar. Bu məsələ Şeyx Tusinin dövründən bizim dövrümüzə qədər davam etmişdir.”[2]

2. İslam dininin əhatəli olmaq üçün istifadə etdiyi vasitələrdən biri də hökmlərin növbənöv, çeşidli olmasıdır. Siz islamın fiqh kitablarına baxan zaman görəcəksiniz ki, islam hökmlərindən böyük bir qrupu həyatın ən ibtidai məsələlərini, o cümlədən, yemək-içməkdən tutmuş, ən mürəkkəb ictimai əlaqələrə qədər, o cümlədən alver, hakimiyyət və sair kimi əhatə edir. Deməli, birinci qisimdə qeyd etdiyimiz külli qanunlardan əlavə – bunlar bir çox məsələlərin həllində təsirlidir – insanın fərdi və ictimai həyatında çoxlu cüzi hökmləri vardır. Bu, islam dininin əhatəli olması cilvələrindən digər biri olmaqla eyni zamanda bu ilahi dinin kamil olma dəlillərindən sayılır.

Bura qədər islam dininin kamil olma dəlillərindən birinə – bu ilahi dinin hökmlərinin əhatəli olmasına işarə etdik. Bəhsin davamında bu dinin kamil olma dəlillərindən biri kimi, bir neçə məsələni qeyd edirik:

1. İslam hökmlərinin ayrı-ayrılıqda araşdırılması və onların sair ilahi dinlərdəki oxşar hökmlərlə, yaxud hazırkı hüquqi sistemlərin qanunları ilə müqayisə edilməsi islam dininin hökmlərinin kamil və mütərəqqi olmasını aşkar edən yollardan digər biridir. Nümunə üçün, müamilə hökmlərini qeyd etmək olar. O cümlədən, alver və nikah ilə yəhudi və məsihilikdə mövcud olan bu hökmləri bir-biri ilə müqayisə etdikdə islam qanunçuluğunun nə qədər geniş səviyyəli olması tərifə layiq görülür. Hətta dünyanın hazırda qüvvədə olan qanunları arasında Cəfəri şiə fiqhi əsasında tənzim olunan “İran mədəni qanunları” bu sahədəki müəllimlərin və mütəxəssislərin etirafına əsasən, dünyanın ən mədəni və mütərəqqi qanunudur.

2. İslamın kamil olma dəlillərindən biri də islam əxlaqının, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tutuğu rəftar və davranışın sair əxlaq məktəblərindən üstünlüyüdür (istər zühur etdiyi zaman, istərsə də hazırkı dövrdə). İslam əxlaqının insanın fərdi və ictimai rəftar və davranışları xüsusunda verdiyi göstərişlər dünya və axirət sahəsində nəzərə alınmışdır. Bu da yəhudilik və məsihilikdə mövcud olan qanunların əksinədir: biri dünyaya, digəri isə axirətə diqqət yetirir. Yaxud hazırkı əxlaq məktəblərinə nəzər salaq; onlar insanın birdən artıq yönünə cavab verə bilməmişlər, amma islam əxlaqı insanın bütün yönlərini – maddi və mənəvi yönlərini əhatə etməklə, bu ehtiyacların hamısını cavablandırmaqla yanaşı insan həyatı üçün çox yüksək bir hədəf irəli çəkir. Bu da ilahi qürb məqamından başqa bir şey deyildir.

3. İslam dininin kamil olma dəlilləri arasında aşağıdakı bir çox ayə və rəvayətləri qeyd etmək olar:

a) “Bunda ibadət edən insanlar üçün aydın bir “bəlağ” vardır.”[3]

Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “İblağ (bəlağ) – “kafi olmaq” mənasınadır; eləcə də o şeyə deyilir ki, insan onun vasitəsi ilə öz arzusuna çatmış olsun.”[4] Bu ayəni “Bu gün dininizi sizin üçün kamil etdim”[5] ayəsi ilə yanaşı mülahizə etdikdə başa düşürük ki, islam elə bir kamil dindir ki, insan onun vasitəsi ilə öz arzusuna – Allah dərgahına yaxınlıq məqamına nail olur.

b) “O həmin Allahdır ki, Öz Rəsulunu hidayət və haqq dinlə göndərdir ki, bütün dinlərdən üstün etsin.”[6]

Ayənin məzmunu islamın bütün dünya dinlərinə qələbə çalmasıdır. Ondan sonra da heç bir dinin gəlməməsinə, onun son din olmasına gəlincə, əgər ondan sonra digər bir dinin gələcəyi qərara alınmışdırsa, onda bu ayə nəxs olunub qüvvədən düşməli idi. Digər tərəfdən də, sonuncu din olan bu din kamil olmasaydı, onda insanın hidayəti natamam olardı. Bu iş də Allah-taala barəsində qəbahətli sayılır.

ğ) Sümaə nəql edir ki, imam Musa Kazim (əleyhis-salam)-dan soruşdum: “Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) öz dövründəki insanlar üçün kifayət olan şeyləri gətirmişdimi?” İmam (əleyhis-salam) buyurdu: “Bəli; hətta insanların qiyamət gününə qədər ehtiyac duyduqları şeyləri də onlara gətirmişdi.”[7]

d) Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) həccətul-vidada buyurdu: “Ey insanlar! Sizi behiştə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran elə bir şey yoxdur ki, onu sizə əmr etməmiş olam; sizi cəhənnəmə yaxınlaşdıran və behiştdən uzaqlaşdıran elə bir şey yoxdur ki, sizi ondan çəkindirməmiş olum.”

Bu kimi ayə və rəvayətlər birbaşa islam dininin kamilləşdirilmiş bir din olduğuna dəlalət edir və bu da nübüvvətin xətm olunmasının rəvayət dəlillərindən biri hesab oluna bilər.

Əlavə məlumat üçün mənbələr:

1. Hüseyni, Qəzvini, “İslam qanunları irticaçıdırmı?!”

2. Xərrazi, “Bidayətul-məarifil-ilahiyyə”

3. Sübhani, “Mühaziratun fil-ilahiyyat”

4. Şirazi, “Etiqad əsaslarında tənqid və təftişçilik”

5. Təbatəbai, “Əl-mizan”, 18-ci cild

6. Kuleyni, “Kafi”, 1-ci cild


[1] “Həcc” surəsi, 78

[2] Xərrazi, Möhsün, “Bidayətul-məarifil-ilahiyyə”, 8-ci cild, səh. 270; “Səadət yolu” kitabının nəqlinə əsasən: səh. 214

[3] “Ənbiya” surəsi, 106

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 18-ci cild, səh. 186

[5] “Maidə” surəsi, 5

[6] “Tövbə” surəsi, 33

[7] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 57

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...