Ətraflı axtarış
Baxanların
4906
İnternetə qoyma tarixi: 2013/08/31
Sualın xülasəsi
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq?
Sual
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Digər tərəfdən Peyğəmbər (s) meraca getdikdə, cəhənnəm içindəki şəxslərdən və örpək məsələləri ilə əlaqədar və həmçinin yaşadığımız bu zamanda qarşılaşdığımız əxlaqi məsələləri gördülər. Bu səbəbdən hətta üzün müddət o həzrətin öz ümmətinə sevgi və məhəbbətindən dolayı üzündə gülüş yox idi. Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq? Ümumiyyətlə Allah əhlibeytə bir haqq əta edib ki, öz həyatında əgər xəta edərsə, Allahdan əvf diləməzsə və yaxud əfv olmasını diləyərsə, bərzəx aləmində əzab olduqdan sonar İmamların şəfaəti ona şamil olacaq? Doğrusunu Allah bilir. Ümumiyyətlə Məsumların şəfaətləri kimlərə şamil olacaq? Düşmənlərdən fərqli olanlara şəfaət olacaq? Hansı ki, həm özlərinə və həmdə Allahın günahkar dostlarına zülm etdilər? Şəfaətin adı belə gələndə insanlarda bir-birlərinə qarşı mehribanlıq və məhəbbət və həyata ümid daha çox olur. Hazırda dünya elə olub ki, zahiri istəyimizlə uyğun olmasa da elə bir işlər görülür ki, ağıl və din onu dinə qarşı göstərilir. Amma nə qədər varıqsa, səbr və xilaskarın gəlməsinə ümiddən başqa bir çarəmizdə yoxdur.
Qısa cavab
Mehriyyə ya sidaq kişi tərəfdən qadına, ona olan sevgisini və sədaqətini göstərmək üçün verilən bir hədiyyədir. Onun tarixçəsi də Həzrəti adəmin və Həvvanın evlənməsinə qayıdır ki, Allah Adəmdən istədi Həvva üçün bir mehriyyə versin. O da Adəm tərəfindən Həvvaya dini hökm və göstərişlərin öyrədilməsi idi.[1]
Həzrəti Fatimə (ə) üçün də digər qadınlar kimi həyat yoldaşı Həzrəti Əli (ə) tərəfindən mehriyyə təyin olunmuşdu. Amma bu qadının əzəmət və alicənablığı səbəb oldu ki, Allah taala da onun üçün bir mehriyyə təyin etsin və özü onu ödəsin. Bununla öz sevgi və məhəbbətini bu varlıq aləminin dürdanəsinə və digər insanlara bildirsin. Bu səbəbdən rəvayətlərin müxtəlifliyinə görə ya dünyanın dörddə birini yaxud beşdə birini, ya Behiştin üçdə birini onun mehriyyəsi və ya sidaqı qərar veribdir.[2]
İmam Baqir (ə) buyurur: “Allah taala yer üzündə dörd çayı Həzrəti Fatimənin mehriyyəsi qərar veribdir. O çaylar Fərat, Nil, Nəhrəvan və bəlx çaylarıdır”.[3]
Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (ə) dan nəql edir: “Həzrəti Fatimənin mehriyyəsi behişt və cəhənnəmdir. O həzrət dostlarını behiştə və düşmanlarını cəhənnəmə göndərəcək”.[4]
Bu rəvayətlərə nəzər saldıqda görürük ki, Allahın o həzrətə mehriyyə ünvanında verdiyi ən əsas məqam şəfaət etməsidir. O həzrətdə dostlarına şəfaət edəcək, amma düşmanlarına şəfaət etməyəcək.
Mümmkündür belə bir şübhə oyansın ki, şəfaət etmək qiyamətdə ancaq həzrəti Fatiməyə məxsus olmayacaq. Yəni digərlərinində şəfaət etmək haqqı və hüququ olacaq. Ona görə mümkündür Həzrəti Fatimə şəfaət etməsin amma digərləri qohumluq və ya dostluq və ya mərhəmət üzündən əhlibeyt düşmənlərini şəfaət etsinlər.
Bu düşüncəyə sahib çıxanların cavabında bu ayəyə istiniad edərək cavab veririk:
«... لايَشْفَعُونَ إِلاَّ لِمَنِ ارْتَضى‏ وَ هُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ»
“Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”.[5]
Buna əsasən şəfaət edənlər təkcə o şəxsləri şəfaət edə bilərlər ki, şəfaət etmələri Allahın razılığına səbəb olsun. Belə deyil ki, şəfaət etmə məqamı olan şəxs istədiyi hər şəxsi şəfaət etsin. Hətta əgər o şəxs Yezid ibn Müaviyə və ya Əmr bin As olsa belə. Əksinə Allahın razılığı o şəxsin şəfaətinə olmadan heç kəs şəfaət edə bilməz. Aydındır ki, Allah öz Peyğəmbərinə və əhli beytinə zülm edənlərin şəfaət olunmasına razı olmayacaq. Məxsusən o şəxslərə ki, zülm etdikdən sonar belə peşiman olmalarını ibraz və izhar etmədilər. Əksinə ömürlərinin sonunadək öz düşmənçilik və inadlarına davam etdilər.
 

[1] - Hürr Amoli, Məhəmməd bin Həsən, Vəsailuş- şiə, cild 20, səh 13, Alul beyt müəssiəsi, Qum, İlk çap, 1409 Hicri Qəməri tarixi ilə
[2] - Məclisi, Məhəmməd Baqir, Həzrəti Zhəhra əleyhissəlamın həyatı, (Bəharul Ənvar kitabının 43-cü cildinin tərcüməsi), Tərcücməçi: Ruhani, ƏliAbadi, Məhəmməd, səh 472, Məham nəşriyyatı, Tehran, İlk çap, 1379 Hicri şəmsi tarixi ilə.
[3] - Həmin
[4] - Həmin
[5] - Ənbiya surəsi, 28-ci ayə
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...