Ətraflı axtarış
Baxanların
16760
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
İmam Əlinin qadınların və kişilərin ağlına münasibəti necədir?
Sual
Həzrət Əli (ə) Nəhcül- bəlağədə buyurmuşdur: "Kişilər zəka və ötəri hisslər baxımından qadınlardan üstündürlər: İmamın bu sözü deməkdə məqsədi nə idi?
Qısa cavab

Həzrəti Əli (ə) heç vaxt deməmişdir ki, "kişilər ağıl və ülfət (ötəri hisslər) baxımından qadınlardan üstündür." Əksinə İmamın sözü xüsusi bir baxışda yalnız "cəməl" döyüşünə aiddir. Bu söz də heç vaxt ümumilik daşıyıb bütün qadınlara aid edilə bilməz. Çünki bəzi vaxtlar kişilər də bəzi məsələlərdə imamın danlağına tuş gəlmişlər. bundan əlavə İslam tarixində elə qadınlar vardır ki, öz əsrinin kişilərindən mətanətdə, zəkada və səbirdə üstün olmuşlar. O cümlədən xanım Xədicəni (s), xanım Zəhranı (s) buna misal gətirmək olar. Əlbəttə İmamın bu sözünə bəzi izahlarda verilmişdir. Misal üçün: Bəzi alimlər izah olaraq demişdirlər: "İmam Əlinin (ə) bu sözdən məqsədi qadınların ictimai və iqtisadi zəkalarıdır, yəni qadınların gündəlik ibadət etdikləri və Allaha yaxınlaşdıqları zəka deyildir. Çünki, bu ağılda qadın və kişi arasında heç bir fərq yoxdur."

Bəziləri isə açıqlayırlar: "Ola bilsin İmamın (ə) bu sözü deməkdə məqsədi bu olsun ki, qadınlar öz psixoloji xüsusiyyətlərinə görə daha tez hissə qapılırlar. Təbii ki, bu da onların ağıllarında öz təsirini qoyur. Əgər belə olmasa onlarda övlada məhəbbət kişilərə nisbətən çox olmaz. Yəni kişilərin ağıl və zəkası öz hisslərinə qalib gəlir. Bu fərq də təbii ki, kişi və qadının ilkin yaradılışından başlayır. Bunu da qeyd edək ki, bu fərqin olması zəruri bir əmrdir. Deməli imam onların ilkin yaradılışına işarə etmişdir. Yəni ümumi zehnimizdə olan tanıdığımız əqil və zəkaya işarə etməmişdir."

Ətreaflı cavab

Sualın cavabını verməzdən öncə aşağıdakı faydalı mətləblərə diqqət yetirək:

1). Qadınların ictimai tərbiyədə, insanların ümumi inkişafında, övlad tərbiyəsində analıq haqlarında, kişilərə həyat yoldaşı olmaqda, kişilərlə birgə həyat yolunda acı və şirini dadmaqda qarşılıqsız zəhmət çəkməkləri inkar olunmazdır.

Belə ki, Qurani kərim Allah- Taaladan sonra valideynə itaət etməyi əmr etmişdir. Amma bu itaətdə qadın və kişinin arasında heç bir fərq qoymamışdır. Həmçinin böyük islam Peyğəmbəri xanım Xədicəyə (s) və xanım Zəhraya olduqca çox məhəbbət bəsləmiş və onlara hörmətlə yanaşmışdır. Həmçinin Ayətullah Xomeyni İran İslam inqilabını quranda bu məsələyə diqqət yetirərək buyurmuşdur: "İslam tarixi Peyğəmbərin (s) xanım Zəhraya (s) nə qədər məhəbbər bəslədiyini bizə xəbər verir. Bu bizə çatdırır ki, qadın ictimaiyyətdə heç də kişidən geri qalmır. Yəni qadının ictimai xidməti kişidən çox olmasa da, heç azda deyil.[1]

2). Müqəddəs Qurani- kərimin ayələrindfə kişi və qadının mahiyyətində (kimliyində) heç bir fərq yoxdur. Həmçinin Qurani- kərim onların bir əsildən Allahın əmri ilə yaradılmasını təsdiq edərək buyurur: "Ey insanlar! Allahınızdan qorxun ki, sizin hamınızı bir insandan yaratdı və onun arvadını da onun cinsindən yaratdı. Sonra ikisindən də yer üxündə çoxlu kişilər və qadınlar törətdi.[2]

"Sizi vahid bir nəsldən yaradan odur."[3]

Qurani kərimin bu ayələrində qadınla kişinin yaradılışının eyni olduğu bildirilir və onların arasında heç bir fərqin olmadığı söylənilir.

İnsanın insanlığınonun ruhu təmin edir.[4]

Deməli insanı tanıtdıran onun qadınlığı və kişiliyi deyil, əksinə onun insanlığıdır. Bundan əlavə qadın, Quranın baxışında kişi kimi yaradılışın təkamül nöqtəsinə yetişə bilər və bu yolda heç də kişidən əskikliyi yoxdur. Hər vaxt Qurani- kərim seyr- sulukdan və təkamüldən söhbət açır, qadını da onunla birlikdə zikr edir.[5] Həmçinin Qurani-kərim qadınla kişinin bərabərliyini israr etməklə yanaşı onları, bir- birlərinə eşq- məhəbbət bəsləməklə asudə yaradıldıqlarını qeyd edir. Yəni qadın və kişi bir- birinə məhəbbət bəsləməklə öz aramlıqlarını əldə edirlər.[6]

Ayətullah Xomeyni yaradılışın bu nişanələrinə istinad edərək qadınla kişinin bərabərliyi haqqında deyir:

"İnsan hüquqları baxımından qadınla kişinin heç bir fərqi yoxdur. Çünki hər ikisi insandır və qadının hazır ki, insan olaraq öz həyatında müstəqil seçim etsin. Amma qadın və kişi arasında olan ümumi fərq, onların iki fərqli cins olmasındandır. Buna baxmayaraq insanlıqları öz yerindədir.[7]

3) Həzrət Əlidən (ə) rəvayət olunan hədislərin və xütbələrin heç birində "kişilərin qadınlardan və zəka və hiss baxımından üstünlüyü" qeyd olunmamışdır. Amma İmamın bəzi kəlamlarında qadının eşq və məhəbbət baxımından kişidən üstün olmasını görmək olar. İmam Əlinin Nəhcül- bəlağınin 80- cı xütbəsində" qadınların ağıl və zəkası" barəsində dediyi sözün araşdırmağa ehtiyac duyuruq:

A) Bu sözün düzgünlüyünü qəbul etsək, gərək deyək:

Birincisi, İmamın bu sözü ümumilik daşımır və bu səbəbdən də bütün qadınlara aid edilmir.

İkincisi əgər tarixə istinad etsək görərik ki, bu söz Cəməl döyüşündən sonra olan xütbədə deyilib. Bildiyimiz kimi bu döyüşün əsas iştirakçıları Təlhə və Zübeyr olsa da, döyüşün əsas sərkərdəsi Peyğəmbərin xanımı Ayişə idi. Təlhə və Zübeyr Ayişənin ictimai nüfuzundan istifadə edib onu imamın əleyhinə üsyana qaldırdılar. Üsyançıların əsas hissəsi Məkkəli olmasına baxmayaraq üsyan Bəsrə şəhərində baş tutdu. İmam döyüşdə qalib gəldikdən sonra qadınlar barəsində xütbə oxuyur. Bu xütbədə bəzi qadınları məzəmmət edir.[8] Bu tarixi fakta istinad edərək deyə bilərik ki, İmamın məqsədi bütün qadınlar deyil, əksinə bir dəstə dinə qarşı çıxmış qadınlardır.

Üçüncüsü: Şəksiz tarixdə elə qadınlar olmuşdur ki, öz zəmanəsinin kişilərindən iradəli, əzəmətli və vəfalı olmuşlar. Bununla yanaşı o qadınlar öz dövrlərində ağıl və zəkaları ilə sayılıb seçilmiş qadınlardan olublar. O cümlədən xanım Xədicə (s) xanım Zəhra (s), xanım Zeynəb və sair xanımlar İslam dininin inkişafında böyük əhəmiyyət kəsbediblər. o qadınlar kişilərlə birlikdə İslam dininin yayılması yolunda daim ictimai mübarizədə olmuş və bu yolda bütün varlıqlarından keçmişlər. deməli, İmamın bu sözündən heç vaxt ümumilik daşıyan nəticə almaq olmaz. Çünki bu qadınlar imamın öz dövründə yaşayıblar. İmamın (ə) bütün qadınlar barəsində belə bir söz deməsi necə mümkündür?

Dördüncüsü: İmam Əli (ə) bəzi vaxtlar Kufə və Bəsrə kişiləri barəsində şikayət etmiş və onların barəsində bəzi sözlər demişdir. Misal üçün: İmam Nəhcül- bəlağənin 14- cü xütbəsində belə buyurur: "Sizin ağlınız yüngül, fikriniz isə axmaqanədir[9] və "of ... siz kişilər ağlınızdan istifadə etmirsiniz,"[10] ey bədənləri burada vəağılları burada olmayan kişilər,[11] ey canları ixtilaf evi, qəlbləri dağınıq, bədənləri burada və ağılları burada olmayan kişilər"![12]

Bu kəlamlara diqqət yetirəndə İmamın (ə) məqsədinin bütün Kufəlilər və Bəsrəlilər deyil, əksinə bəzi insanlar olduğu açıq- aşkar seçilir.

Məlum məsələdir ki, İmam (ə) bütün Kufə və Bəsrə kişilərin nəzərdə tutmaz. Çünki bu şəhərlərdə mömin insanlar və çoxlu din alimləri yaşayırdı.

Başqa sözlə desək, tarixi hadisələr mümkündür bir zaman kimisə yüksəlməsinə və bəzən də alçalmasına səbəb olur.[13] Amma zaman mərhələsi etibarı ilə mümkündür qazanılan ucalıq və alçaqlıq aradan getsin.[14] Bu səbəbdən də İmamın (ə) Nəhcül- bəlağədə qadınlar, Kufəlilər və Bəsrəlilər barəsində söylədikləri şəxsi bir hadisədir.[15]

Beşincisi: İmam (ə) qadınlar barəsində dediyi sözləri başqalarının da barəsində demişdir. Misal üçün, Həzrət Əli (ə) Nəhcül- bəlağədə buyurmuşdur: "Eqoistlik, onun ağlının naqisliyi və zəifliyidir."[16]

Bu və digər hədislərdə[17] eqoistlik, şəhvət, nəfsinin qulu olmaq və sair. sözlərə rast gəlmək olur ki, zəkanın naqislik amillərindən hesab olunur. Deməli, İmamın qadınlar barəsində söylədiyi də bu sıradandır. Məsələyə digər tərəfdən yanaşanda görürük ki, qadınların belə məzəmmət olunması onların insanlığına xələl gətirmir. Çünki kişilərin də belə məzəmmət olunması onların insanlığına xələl gətirmir. Bundan əlavə belə rəvayətlər həmişə tərbiyə ünsurlu olur. Məsələn: Belə hədislər kişiləri qadınların əlvan istəklərinin qarşısında oyada bilər və nəticədə dünya və axirət səadətinə çatmaq üçün daha artıq çalışa bilərlər. həmçinin kişiləri dünya işlərində azad fikirləşməyə vadar edə bilər. Xüsusən də Cəməl döyüşündə olan hadisələr bu sözlərə kamil surətdə nümunə ola bilər. Çünki İmamın bu sözləri Cəməl döyüşünün zamanına təsadüf edir.[18]

B) Zəka iki növdür:

1). İctimai əqil və zəka

2). Dəyər əqli və zəkası.

Mümkündür ki, İmamın kəlamındakı "əql" sözündən məqsəd qadınların ictimai zəkaları olsun.

Başqa sözlə desək, qadın və kişidə olan əsaslı fərq onların ictimai əqilləridir. Çünki dəyər zəkasında (insanın insanlığın sübut edən zəka, ağıl) kişi ilə qadın arasında heç bir fərq yoxdur.[19] Çünki insan bu zəka ilə Allaha ibadət edir və dünya və axirət səadətinə yetişir.[20]

C) Biz bəzi olayları və həqiqətləri gizlədə bilsək də bunu gizlədə bilmirik ki, qadın və kişinin arasında köklü surətdə fiziki və psixoloji fərqlər vardır. Bu barədə çoxlu kitablar yazılıdığı üçün təkrara varmadan bunu deyə bilərik ki, qadın insan artımı və inkişafə üçün böyük bir bazadır. Təbii ki, bu baza bütün yaranmışlardan fərqli olaraq daha çox mehr- məhəbbətə ehtiyacı vardır. Həmçinin onların özündə də bu hisslər digərlərindən fərqli olaraq daha çoxdur. Bu səbəbdən də ailədə təlim- tərbiyə işləri və analıq haqqı qadınlara bəxş olunmuşdur.[21] Bundan əlavə Allah- Taala yaratdıqlarını öz hikmət və məsləhəti üzündən yaratdığı üçün, onları öz vəzifələrinə məsuliyyətli yaratmışdır.

Nəticə: Qadın və kişi fiziki, psixoloji, mehr- məhəbbət bəzi cüzi məsələlərdə bir- birləri ilə fərqlənirlər. qadınların ailəyə məhəbbəti onların özündən aslı olmayaraq kişilərdən çoxdur. Qadın kişilərdən daha kövrəkdir. İmamın sözündən məqsəd yuxarıda qeyd etdiyimiz fərqdir. Yəni qadınlar bəzi cəhətdən kişilərdən zəifdirlər. belə ki, qadınlarda olan ötəri hisslər, mehr- məhəbbət onların ağılına qələbə çalır. Əgər belə olmasaydı qadınlar uşaq tərbiyəsində, onları dünyaya gətirməkdə müvəffəq olmazdı. Həmçinin bütün ailə işləri ona çətin gələrdi. Amma bu sözlər kişilərin barəsində tam əksinədir. Bunu da Allahın bir məsləhəti kimi qərarlaşdırmaq olar. Bu məsləhətin olması da zəruri bir əmrdir.

Deməli imam qadınların insanlığını deyiol, onların hisslərini nəzərdə tutmişdur.

 



[1] - Səhifeyi nur kitabı, cild 14, səh 200.

[2] - Nisa surəsi, ayə 1.

«یا ایها الناس اتقوا ربکم الذی خلقکم من نفس واحدة و خلق منها زوجها و بثّ منهما رجالاً کثیرا و نس»

[3] - Əraf surəsi, ayə 179.

«هو الذی خلقکم من نفس واحدة و جعل منها زوجها لیسکن الیها»

[4] - Cavadi Amuli, Abdullah, zən dər ayineyi cəlal və camal. Kitabı, səh 76.

[5] - Əhzab surəsi, ayə 35, Ali- imran surəsi, ayə 195.

[6] - Rum surəsi, ayə 21.

[7] - Səhifeyi nur kitabı, cild 3, səhifə 49.

[8] - Məadixah, xorşid bi qurub (Nəhcül- bəlağənin tərcüməsi) xütbə 79.

[9] - Nəhcül- bəlağə, xütbə 14.

«خفّت عقولکم و سفهت حلومکم...»

[10] - Nəhcül- bəlağə, xütbə 34.

«افّ لکم... فأنتم لا تعقلون...»

[11] - Nəhcül- bəlağə, xütbə 97.

«أیها القوم الشاهدة أبدانهم الغائبة عنهم عقولهم...»

[12] - Nəhcül- bəlağə, xütbə 131.

«أیتها النفوس المختلفة و القلوب المتشتته الشاهدة أبدانهم و الغائبة عنهم عقولهم...»

[13] - Yəni tərifləmək və ya danlamaq üçün bəzən hər hansı bir şəraitin olması ilə əlaqəli lur.

[14] - Cavadi Amuli, yenədə ora. Səhifə 368- 369

[15] - Məadixah, Əbdullah, yenədə ora, xütbə 14- 13

[16] - Usuli kafi, cild 1, səhifə 27.

[17] - Ğürərül- hikəm, və dərrul- hikəm kitabının şərhi, cild 1, səhifə 311.

«اعجاب المرءِ بنفسه حمق»

[18] - Bax: Cavadi Amuli, Zən dər ayineyi cəlal və camal kitabına.

[19] - Usuli kafi, cild 1, əql və cəhl kitabı, bab 1, haşiyə 3, səhifə 11.

«العقل ما عبد به الرحمن و الکتب به الجنان»

[20] - Cavadi Amuli. Yenədə ora, səh 268, 369.

[21] - Bax: Nümunə təfsiri, cild 2, səhifə 164.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Dinlə elm arasında necə uyğunluq yaratmaq olar?
    7509 İslam fəlsəfəsi 2011/06/27
    Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    7303 Qədim kəlam 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9340 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Mən sübh namazını azandan qabaq qılmışam onun qəzasını yerinə yetirməliyəmmi?
    11124 Zaman 2013/09/19
    Qeyd olunan sualda, lazımdır o miqdarda ki, vaxtından əvvəl namaz qılmışdır, qəzasını qılsın. Əlavələr: Müctəhidlərin bu suala cavabı bundan ibarətdir [i]: Həzrət Ayətullah əl- uzma Xamneyi: Vaxtından əvvəl qılınan namazları lazımdır qəzasını qılsın. Həzrət Ayətullah əl- uzma Məkarim Şirazi: İşarə olunan sualda, o ...
  • Nə üçün Əbu Əli Sina məntiq elminin mövzusunu ikinci dərəcə dərk edilən, tanıtdıran və dəlil olaraq dəyişdirmişdir?
    6939 İslam fəlsəfəsi 2011/05/15
    İbni Sinanın nəzərində hər bir elm məxsus bir anlaşılmayan sirlərin kəşfi üçün səy edir ki, o sirlər və anlaşılmamazlıq; o elmin məsələlərini təşkil edir. Hər elmdə bu məsələlər məxsus bir şey haqqında bəhs edir ki, onu "elmin mövzusu" adladırırlar. Həqiqətdə "bir elmin mövzusu" elmin əsl bəhslərini və onu ...
  • Иман нәдир?
    7275 Təzə kəlam 2010/07/18
    Иман инсан үчүн мүгәддәс олан мәнәви ишләрә сәмими гәлбдән бағланмаға дејилир вә бу јолда өз ешг, мәһәббәт вә шүҹаәт ҝөстәрмәјә һазырдыр.    Гуранда иманын ики ганады вар; елм вә әмәл. Елм әмәлсиз күфрлә нәтиҹәләнә ...
  • Şeytan nə vaxt və neçə dəfə fəryad və nalə çəkdi?
    8239 Qədim kəlam 2011/06/18
    Bu sualın cavabını verməmişdən əvvəl bu nöqtəyə diqqət etmək lazımdır ki, şeytan insanın and içmiş ən böyük düşməni və onun səadətə və Allahın razılığını əldə etməyin qarşısını almaq üçün həmişə insanın pusqusunda əyləşir. Bəs ilk mərhələdə bu varlıqla qarşı- qarşıya durmağın yollarını əldə etmək lazımdır. "Şeytan" lüğətdə "şər" ...
  • Dinin bəlası nədir?
    8035 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Əgər cənnətin dərəcələri varsa, cəhənnəmdə bu cürdür?
    9967 Qədim kəlam 2012/02/09
    O ki Quran ayələrindən və rəvayətlərdən cəhənnəmin təbəqələri və dərəcələri haqqında ələ gəlir; budur ki, cəhənnəmdə cənnət[1] kimi müxtəlif təbəqələrə sahibdir ki, günahkarlar öz günah və cinayətinin dərəcəsinə uyğun olaraq, bu təbəqələrin birində yerlərib və əzaba düçar olacaqlar. İmam ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10362 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166663 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165471 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120501 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115006 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113269 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95227 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56599 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55368 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47256 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46484 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...