Please Wait
8732
Zühuryn əlamətlərindən biri də insanları zəlalətə salan və azdıran “Dəccal” adlı bir mövcudun görünməsidir. Lüğətdə hər hansı bir yalançıya Dəccal deyilir. Dəccal haqqında həddən artıq rəvayətlər var, amma onların çoxunun əhli-sünnə mənabelərində gəldiyinə görə sənəd və etibar cəhətdən dəyəri yoxdur.
Bu mövcudun zəlalətə salan nəfsi o qədər güclüdür ki, hər birimizdən belə bir vəziyyətdə, hər bir fitnə-fəsad amilindən ehtiyatlanmağımızı tələb edir. Görəsən, o, insandır, ya texnoloji vasitə? Yaxud İblis və s..Bütün bu məsələlər səbəb olub ki, belə bir varlığın haqqında çoxlu ehtimallar verilsin. Bizim məsləhətimiz budur ki, belə bir varlığın şərindən amanda qalmaqdan ötrü hər bir hiyləgər və yalançıdan çəkinək və beləliklə, Dəccalın köməkçiləri sırasında olmayaq.
İmam Zamanın (əc) zühurunun[1] əlamətlərindən biri də Dəccal adlı bir şəxsin zühurudur. Lüğətşünaslıq cəhətindən hər bir yalançıya və hər növ hoqqabaza Dəccal deyilir.
Çoxu əhli-sünnə kitablarında gələn rəvayətlərdə Dəccal haqqında çox qəribə halətlər nəql olunmuşdur. O cümlədən onun Allahlıq iddiası&n