Please Wait
6963
Dünyada bir-birinin həyat yoldaşı olan qadınla kişinin axırıncı vəziyyəti ilə əlaqədar bir neçə fərziyyə mümkündür:
1. Qadın və kişinin hər ikisi behişt əhli olsun;
2. Qadın behişt əhli, kişi isə cəhənnəm əhli olsun;
3. Kişi behişt, qadın isə cəhənnəm əhli olsun;
4. Qadın və kişinin hər ikisi cəhənnəm əhli olsun;
5. Qadın neçə ərə gedibsə, hamısı birlikdə behişt əhli olsunlar;
6. Kişi aldığı bir neçə arvad ilə birlikdə əhli behişt olsun.
Birinci halda əgər onlardan hər biri digərini seçsə, yəni kişi yüksək məqama malik olsa və qadını seçsə, yaxud qadın yüksək məqama malik olub kişini seçsə, bu halda bir-birinə qovuşacaqlar. Bu məsələ İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisdən görünür: “Əgər behiştdə kişi qadından yüksəkdə olarsa və onu seçərsə, qadın kişinin həyat yoldaşlarından biri olur. Əgər qadın yüksəkdə olsa və kişini seçsə, qadın o kişinin həyat yoldaşı olur.”[1]
İkinci, üçüncü və dördüncü ehtimalda da ya hər ikisi, yaxud onlardan biri cəhənnəmdədir və behiştdə olmayan bir insan behiştə olan kişi və qadının yanında ola bilməz. Yuxarıdakı rəvayətə diqqət yetirməklə altıncı surətdə də əgər kişi yüksəkdə olarsa, həyat yoldaşını seçə bilər.
Sualda soruşulan beşinci fərz isə, xoşbəxtlikdən rəvayətlərdə qeyd olunur. Bu sualı Ümmü Sələmə (r) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən soruşmuşdu: “Əgər qadın dünyada bir neçə dəfə ərə getmiş olarsa və qiyamət günü qadın və ərlərinin hamısı behiştə daxil olsa, qadın onların hansı birinin arvadı olacaq?” Peyğəmbər (səlləllahu əleyhi və alih) də buyurmuşdu: “Ey Ümmü Sələmə! Onların ən yaxşı xasiyyətlisi və ən gözəl olanını seç. Elə bir şəxsi seç ki, ailəsi üçün hamıdan yaxşı idi. Çünki gözəl əxlaq dünya və axirətin xeyir və səadətini özü ilə gətirib.”[2]
Yəni qadın belə olan halda istədiyi ərlərindən hər biri ilə yaşaya bilər. Bu rəvayət təklikdə bu sualın cavabı ola bilər.