Ətraflı axtarış
Baxanların
10229
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
Sual
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəbə qarşı da sileyi-rəhim sünnətini icra edirdimi?
Qısa cavab

Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə verilmir. Buna görə də Əbu Ləhəb və onun həyat yoldaşının barəsində “Təbbət” surəsi nazil olandan sonra Peyğəmbər onlarla əlaqəsini kəsdi.

Ətreaflı cavab

Sileyi-rəhim qohumluq əlaqələrinin bərqərar olunması, kəsilməməsi mənasınadır. “Rəhim” dedikdə insanın yaxın qohum-əqrəbaları nəzərdə tutulur. Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan bir əməl.

İslamda sileyi-rəhim xüsusi əhəmiyyətə malikdir. Bir nəfər İmam Sadiq (əleyhimus-salam)-dan soruşdu: “Qohumlarımdan bəziləri mənim fikir və məramımdan tamamilə başqa dində və məramdadırlar, (yenə də ) onların mənim üzərimdə haqqı vardır?” Həzrət onun cavabında buyurdu: “Bəli, qohumluq əlaqələrinin bərqərar olunma haqqını heç bir şey aradan apara bilməz. Əgər səninlə həməqidə olmasalar da, sənin üzərində iki haqqı varıdır: birincisi qohumluq haqqı, ikincisi isə müsəlmanlıq haqqı.”[1]

Başqa bir rəvayətdə isə buyurur: “Siz öz qohum-əqrəbalarınız ilə sileyi-rəhim və onlara ehsan (və yaxşılıq) edin, hətta onlar sizinlə əlaqəni kəsmiş olsalar da, siz əlaqələrinizi kəsməyin.”

Həzrət Əli (əleyhis-salam) buyurmuşdur: “Qohum-əqrəbalarınızla qohumluq əlaqəsini bərqərar edin, hətta onlar sizinlə əlaqələri kəsmiş olsalar da belə.”[2]

Sual budur ki, görəsən islam və din ilə mübarizə aparan müşrik və kafir qohum-əqrəba ilə də əlaqələri bərqərar etməyə tövsiyə edilirmi? Misal üçün, Peyğəmbər öz əmisi Əbu Ləhəbə qarşı sileyi-rəhim edirdimi? Təəssüflər olsun ki, o müşrik və öz şirkində çox inadkar idi. Onun Peyğəmbərə və sair müsəlmanlara qarşı rəva gördüyü düşmənçilik və zülmlər inkar olunası deyildir.

Cavab iki dəlilə görə mənfidir:

1. Allah-taala buyurur: “Peyğəmbər və ona iman gətirənlər müşriklər üçün, hətta qohum-əqrəbaları olsa belə – onların cəhənnəm əhli olduğunu bildikdən sonra Allahdan bağışlamaq diləməsi rəva deyildir.”[3]

Aydındır ki, qohum-əqrəba barəsində Allahdan bağışlamaq diləmək və istiğfar edib dua etmək sileyi-rəhimin cüzi bir hissəsi hesab olunur. Rəvayətlərdə sileyi-rəhim üçün ən aşağı sərhədlər təyin olunmuşdur, o cümlədən salam vermək,[4] yaxud bir içim su vermək.[5] Yəni onlara salam verməklə, yaxud bir içim su verməklə qohumluq əlaqələri bərqərar olunur. Bir çox rəvayətlərdə deyilir ki, əgər qohum-əqrəbanızı tapa bilmirsinizsə, onların haqqında xeyir-dua etməklə, istiğfar etməklə onlarla sileyi-rəhim edin. Halbuki şərif ayədən məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəb kimi müşriklər üçün dua etməməlidir – onun hidayət əhli olmadığı və inadkar müşrik olduğu Peyğəmbər üçün sübuta yetdikdən sonra.

2. Quranda buyurulur: “İbrahimin atası (əmisi) Azər üçün istiğfar etməsi yalnız ona verdiyi vədə üzündən idi (ki, bəlkə onu imana doğru cəzb edə bilsin). Amma onun Allahın düşməni olduğu İbrahim üçün aydın olduqdan sonra ondan bezarlıq etdi. Şübhəsiz, İbrahim mehriban və helmli insan idi.”[6]

Bu ayədə aydın şəkildə bəyan olunur ki, İbrahim öz əmisi üçün istiğfar etdi və bununla da sileyi-rəhimin bir maddəsinə əməl etdi, lakin onun Allahın düşməni olduğu məlum olduqdan sonra ondan bezarlıq etdi və onunla əlaqələrini kəsdi.

Besətin üçüncü ilində Peyğəmbərimiz öz dəvətini qohum-əqrəbaları üçün aşkar etdikdə əmisi Əbu Ləhəb onunla düşmənçiliyə qalxdı. Amma Peyğəmbər o dövrdə ondan bezarlıq etmədi. Əbu Ləhəb Peyğəmbərlə düşmənçiliyini aşkar şəkildə şiddətləndirdiyi, onun məramı və dini ilə mübarizəyə qalxdığı zaman onun özü və arvadının barəsində “Təbbət” surəsi nazil oldu və məhz bu zaman Peyğəmbər onunla əlaqələrini tamamilə kəsdi.

3. İmam Səccad (əleyhimus-salam) Peyğəmbərə salavatında belə deyir: “(Pərvərdigara) O həzrət Sənə doğru dəvət yolunda özünün bəzi qohumları ilə düşmənçilik etdi. Sənin razılığın yolunda öz qəbiləsi ilə müharibə apardı. Sənin dinini canlı saxlamaq üçün öz qohumları ilə əlaqələrini kəsib onlardan uzaqlaşdı. Sənin xatirinə Səni inkar edən ən yaxın qohum-əqrəbalarını özündən uzaqlaşdırdı, insanların ən uzağı ilə – Sənin çağırışına müsbət cavab verdikləri üçün –  dostluq bərqərar etdi. Sənin razılığın yolunda  ən uzaq adamlarla dostluq etdi, Özünə ən yaxın olan insanlarla düşmənçilik etdi.”[7]

Mərhum Seyid Əli Xan “Səhifeyi Səccadiyyə”nin şərhində yazır: “Şübhəsiz, o həzrət Allah yolunda bəzi qohumları ilə əlaqələrini kəsdi, onlardan uzaqlaşdı, onlara ağ oldu və başqa sözlə desək, onlarla ünsiyyət və əlaqələrini kəsdi, onlara qarşı yaxşılıq və ehsanı tərk etdi... Peyğəmbərin Qüreyşdən, habelə Əbdül-Müttəlib və Haşim övladlarından olan öz qohum-əqrəbası ilə əlaqələri belə idi ki, onu yalançı hesab edən və onunla müharibə edərək Allahın nurunu söndürmək istəyənlərlə müharibə apardı, Allah yolunda və Onun xatirinə onlardan bir çoxunu “Bədr” və “Ühüd”də qətlə yetirdi, bəzilərini əsir tutdu və onlara qarşı əsla mehribanlıq etmədi.[8]

Şübhəsiz, Əbu Ləhəb də bu şəxslərdən biri idi. Buna əsasən, belə nəticə alırıq ki, islam dini inadkar müşrik və kafirlə heç bir əlaqə yaratmağa icazə vermir, hətta insanın yaxın qohumlarından olsa belə.



[1] Reyşəhri, Məhəmməd Mehdi, “Mizanul-hikmət”, 4-cü cild, səh. 83

[2] “Vəsailuş-şiə”, 11-ci cild, səh. 175:

صِلُوا اَرْحَامَکُمْ وَاِنْ قَطَعُوکُمْ

[3] “Tövbə” surəsi, ayə: 113:

مَا کَانَ لِلنَّبِیِّ وَ الَّذِینَ آمَنُوا أَنْ یَسْتَغْفِرُوا لِلْمُشْرِکِینَ وَ لَوْ کانُوا أُولِی قُرْبَى مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحیمِ

Bax: Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan”, 9-10-cu cildlər, səh. 282, “Zəvil-qurba” nəşriyyatı, bi. ca, bi.ta

[4] Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

صِلُوا أَرْحَامَکُمْ فِی الدُّنْیَا وَلَوْ بِالسَّلاَمِ

“Dünyada qohumluq əlaqələrini bərqərar edin, hətta salam verməklə olsa belə.” “Biharul-ənvar”, 71-ci cild, səh. 104

[5] İmam Sadiq (əleyhis-salam) buyurur:

صِلْ رَحِمَکَ وَلَوْ بِشِرْبَةٍ مِنْ مَاءٍ

“Qohum-əqrəbalarınla əlaqə bərqərar et, hətta bir içim su verməklə olsa belə.” “Biharul-ənvar”, 74-cü cild, səh. 117

[6] “Tövbə” surəsi, ayə: 114:

وَ مَا کَانَ اسْتِغْفارُ إِبْرَاهِیمَ لِأَبِیهِ إِلاّ عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِیَّاهُ فَلَمَّا تَبَیَّنَ لَهُ أَنَّهُ عَدُوُّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ إِنَّ إِبْرَاهِیمَ لَأَوَّاهٌ حَلِیمٌ

[7] “Səhifeyi Səccadiyyə (əleyhis-salam)”, səh. 48, mühəndis Yasir Ərəbin tərcüməsi, 1-ci çap 1380, “Güli” nəşriyyatı:

وَ کَاشِفٌ فِی الدُّعَاءِ اِلَیْکَ حَامَّتَهُ * وَحَارِبٌ فِی رِضَاکَ أُسْرَتَهُ * وَقَطَعَ فِی اِحْیَاءِ دِینِکَ رَحِمَهُ * وَأَقْصَی الْاَدْنَیْنَ عَلَی جُحُودِهِمْ * وقَرَّبَ اْلاَقْصَیْنَ عَلَی اسْتِجَابَتِهِمْ لَکَ * وَ وَالَی فِیکَ الْاَبْعَدِینَ * وَعَادَی فِیکَ الْاَقْرَبِینَ

[8] Hüseyni Mədəni Şirazi, Seyid Əli Xan, “Riyazus-salikin”, 1-ci cild, səh. 465-466, 6-cı çap, “Müdərrislər heyəti”nin çapı

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Mələklərin ömrü nə qədərdir? Yaxın mələklərdə ölürlərmi? Necə?
    8545 Qədim kəlam 2011/09/12
    Rəvayətlərə əsasən mələklər Peyğəmbər (s) və İmamların (ə) ruhlarının yaranmasından sonra yaranıblar. Onların hamısı hətta Cəbrayil, İsrafil və İlahinin digər yaxın mələkləri qiyamətdən qabaq öləcəklər. Mələklərin ölümünün necəliyi barəsində ehtimal var ki, məqsəd onların misali qaliblərindən ruhun əlaqəsinin kəsilməsi yaxud onların davamlı fəaliyyətlərinin işdən düşməsidir. ...
  • Xəcalətin kökü nədir?
    9902 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Kamala yetişmək yolu
    5989 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
    6776 Hədis elmləri 2012/01/08
    İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox ...
  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    5872 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Allahın zatı dedikdə nə başa düşülür? Allahın varlığı onun zatının eynidir nə deməkdir?
    11787 صفات ذاتیه 2013/12/16
    Allahın zatından məqsəd, bəzi vaxt batin və bəzi vaxt isə zarıdır ki, bu zaman demək lazımdır: Allahın batini və zatı hər bir kəs üçün gizlidir. İmam Baqirin (ə) sözlərində açıqlanır: İnsan bir nə qədər yaradılışı haqqında fikirləşsə bir o qədər ona (Allaha) doğru qayıdacaq.[1] ...
  • Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd olunmuş açıq-aydın günahın nümunəsidirmi?
    8420 Təfsir 2015/05/30
    Ərəb dilində "fahişə" sözü çox çirkin günahlara və ya elə günahlara deyilir ki, şəri cəhətdən haram olmağından əlavə, əqli cəhətdən də qəbih sayılır. Əlbəttə, bəzi vaxtlar ərəblər zinakar qadına da fahişə deyirlər. Amma, Quranda gələn bu kəlmə ümumi mənada olub, hər bir günaha aid olur. Bəyyinə kəlməsi ...
  • Allahın necə doğru və yanlış məlumatlara elmi var? Bir halda ki, yanlış məlumatlar elm hesablanmır?
    6951 Qədim kəlam 2012/03/11
    Bir mətləbə elmin olması istər o mətləb doğru olsun istərsə də yanlış, o mətləbi qəbul etmək mənasına deyil. Bilirik ki, Allah elmini xaricdə olan doğru və yanlış məlumatlardan ələ gətirmir, bəlkə Allahın elmi zatıdır. ...
  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12904 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5667 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166025 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165271 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120300 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114710 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112622 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94868 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56069 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55227 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46971 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46303 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...