Please Wait
6965
“Aşura” ziyarətinin axırında imam Hüseyn (əleyhis-salam)-a yüz dəfə salam göndərmək və onun düşmənlərini yüz dəfə lənətləmək üçün kifayət qədər fürsət olmasa, bu ziyarəti başqa cür də oxumaq və onun savabını qazanmaq olar. İmam Hadi (əleyhis-salam)-dan belə nəql olunur: “Hər kəs Aşura ziyarətinin (Əhli-beytin düşmənlərinə) lənətə şamil olan cümləsini – “Əllahumməl’ən əvvələ zalimin zələmə ...” bir dəfə kamil oxusa, sonra 99 dəfə “Əllahumməl’ənhum cəmiən” desə, Əhli-beyt düşmənlərinin lənətlənməsinə şamil olan bu cümlələrin hamısını yüz dəfə oxuyan şəxs kimidir. Həmçinin əgər salam olan hissəsini də bir dəfə axıra kimi oxuduqdan sonra 99 dəfə “Əssəlamu ələl-Huseyn və əla Əliyyibnil-Huseyn və əla ovladil-Huseyn və əla əshabil-Huseyn” desə, salam verilən hissənin hamısını yüz dəfə oxumuş şəxs kimidir.”[1]
[1] “Şifaus-südur fi şərhi ziyarətil-Aşur”, Hacı Mirzə Əbul-Fəzl Tehrani Kəlantər (1273-1316 qəməri illər), tədqiqat və təkmil: Seyid Əli Müvəhhid Əbtəhi İsfahani, Qum, “Seyiduş-şühəda” çapı, 1368-ci şəmsi il (iki cildlik)