Ətraflı axtarış
Baxanların
5662
İnternetə qoyma tarixi: 2013/12/09
Sualın xülasəsi
Hansı aylarda və günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinin daha çox savabı var?
Sual
Hansı aylarda və günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinin daha çox savabı var?
Qısa cavab
Dini mənbələrdə Məsum İmamların (əleyhimussalam) xüsusilə də, İmam Hüseynini (əleyhissalam) ziyarətinə çox təkid olunub. Üzürsüz olaraq, bu ziyarətləri tərk edən insanlar rəvayətlərdə daha çox məzəmmət olunub.
İmam Hüseynin (əleyhissalam) ziyarəti ilin bütün günündə, hansı gündə olarsa, böyük savabı vardır. İmam Sadiq (əleyhissalam) buyurur: "Yaxşı olar ki, imkanı olan ildə iki dəfə, imkanı az olan isə ən azı ildə bir dəfə İmam Hüseyninin (əleyhissalam) ziyarətinə getsin."[1] İmam Kazim (əleyhissalam) buyurur: "İmam Hüseyn (əleyhissalam) haqqında cəfa etməyin! (yəni,ziyarətini tərk etməyin) Sərvəti və imkanı olan şəxs, hər dörd ayda bir dəfə amma, imkanı olmayanın qüdrəti çərçivəsindən başqa heç bir təklifi yoxdur. Allah-Taala qüdrəti olmayandan təklif istəmir."[2]
Amma, fəzilət cəhətdən, bəzi günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinə daha çox təkid olunub. Onlardan bəzilərini qeyd edirik;
1.Cümə axşamı;  Səffan Cəmmal rəvayət nəql edir: İmam Sadiq (əleyhissalam) Hərrəyə (Kufədə bir məntəqədir) gəldikdə mənə buyurdu: "İmam Hüseynin (əleyhissalam) qəbrini ziyarət etmək istəyirsənmi? " Dedim: Qurban olum Ağa! O Həzrətin qəbrini ziyaət edirsiz? Həzrət buyurdu: "Necə Onu ziyarət etməyim ki, hər cümə gecəsi Allah-Taalanın əmri ilə mələklər, peyğəmbərlər və mövliyaların ruhları yer üzünə enir və O Həzrəti ziyarət edirlər. Əlbəttə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və Biz övsiyaların ən üstünüyük."[3]
2. Ərəfə günü: İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs, haqqını tanıyıb və Ona mərifəti olduğu halda, Ərəfə günü İmam Hüseynin (əleyhissalam) pak qəbrinin ziyarətinə getsə, Allah-Taala ona min qəbul olmuş Həcc və Ümrənin, İslam Peyğəmbərinin (əleyhissalam) və ya adil imamın yanında Allah yolunda olan min cihadın savabını verər. "[4]
3.Rəcər ayı şaban ayı; Əhməd ibn Məhəmməd, ibn Əbi Nəsr Bəzənti nəql edir: İmam Rzadan (əleyhissalam) soruşdum: İmam Hüseyni (əleyhissalam) hansı ayda ziyarət edim? O Həzrət buyurdu: "Rəcəb ayının ortasında və şəban ayının ortasında."[5]
4.Aşura günü  Ərbəin günü; Cabir Cofi nəql edir: Aşura günü İmam Sadiqin (əleyhissalam) xidmətinə yetişdim. O Həzrət mənə buyurdu: "Bu dəstə (Əbə Əbdullahın (əleyhissalam) zəvvarlarını göstərir) Allahın zəvvarları idi və ona (İmama) vacibdir ki, zəvvarlara xidmət etsin. Hər kəs Aşura gününün gecəsi İmam Hüseynin (əleyhissalam) pak qəbrinin yanında olsa, Qiyamət günü Allah dərgahına öz qanına bələşmiş halda gedər. Yəni, sanki, Kərbəla torpağında İmam Hüseynin (əleyhissalam) yanında şahid olubmuş. Hər kəs, Aşura günü İmam Hüseynin (əleyhissalam) pak qəbrini ziyarət etsə və O Həzrətin qəbrinin baş tərəfində olsa, Qiyamət günü o halda gələr ki, sanki İmamın (əleyhissalam) gözü önündə Allah yolunda şəhid olub."[6]
Rəvayətlərdən birində, İmam Həsən Əsgəri (əleyhissalam) möminin nişanələrindən birini, İmam Hüseynin (əleyhissalam) pak qəbrinin ziyarət etməsi kimi qeyd edir.[7]
 

[1]  İbn Quluvey, Cəfər ibn  Məhəmməd, Kamiluz-Ziyarat, təhqiq və düzəliş verən Əmini, Əbdül-Hüseyn, səh.294; Darul-Mürtəzəviyyə nəşriyyatı, Nəcəf Əşrəf, birinci çap, 1356 h. qəməri
[2]  Həmən mənbə;
[3] İbn Quluveyyə, Cəfər ibn  Məhəmməd, Kamiluz-Ziyarat, təhqiq və düzəliş verən Əmini, Əbdül-Hüseyn, səh.113; Darul-Mürtəzəviyyə nəşriyyatı, Nəcəf Əşrəf, birinci çap, 1356 h. qəməri
[4]  Həmən mənbə; səh.164
[5]  Һәмән мәнбә; сәһ. 182
[6]  Həmən mənbə; səh.173
[7] Şeyx Mufid, Məhəmməd ibn Neman, Kitabul-Məzar, təhqiq və düzəliş verən Əbtəhi, Seyyid Məhəmməd Baqir, səh.53; Şeyx Mufidin dünya beynəlxaq yübileyi, Qum, birini çap, 1413 h. Qəməri
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...