Ətraflı axtarış
Baxanların
6675
İnternetə qoyma tarixi: 2010/03/07
Sualın xülasəsi
Şiələrin etiqadına görə qiyamət gününün ən mühüm sorgusu, Əhli- beytin (ə) vilayətindən və dostluğundandır?
Sual
Bəharul- ənvar kitabının 27- ci cildinin 79- cu səhifəsində ki, rəvayətə diqqət edərkən, şiənin etiqadına görə qitamət günündə meyyitdən soruşulan birinci şey, Alul- beytin sevgisidir?
Qısa cavab

Peyğəmbər (s) və ailəsiylə dostluq, Quranın təlimatlarından və Peyğəmbərin (s) tövsiyələrindən götürülübdür. Bu şiənin ən mühüm etiqadı əsaslarındandır və heç bir şiənin onda şəkki yoxdur. Bu barədə etuqadımız var ki, ölümdən sonrakı həyatda necə ki, namazdan orucdan və zəkatdan və... sual olar, vilayətdən və Əhli- beyt sevgisindən də sual olacaq. Bəlkə bu qiyamət gününün ən mühüm sualıdır; çünki belə bir məhəbbət Quranın açıq buyurduğuna görə Peyğəmbərin (s) müsəlmanlardan Peyğımbərlik zəhmətlərinin əvəzində təkcə istəyi olubdur.

Əlbəttə Əhli- beyti (ə) sevən şəxs çalışır imkan daxilində günahlardan uzaq olsun. yaxşı əməllərlə özünü Allahına yaxın etsin, öz rəftarını rəhbərlərinin rəftarına oxşadsın. Belə bir şəxs ümidvar ola bilər ki, qəflət üzündən baş verən günahlarıda Əhli- beyt sevgisi və onların şəfaətiylə bağışlansın.

Ətreaflı cavab

Nəzərinizdəki rəvayət ki, Bəharul- ənvar kitabında "Uyuni əxbarir- Riza" kitabından nəql olubdur, mətni bundan ibarətdir:

«قَالَ قَالَ النَّبِيُّ (ص): أَوَّلُ مَا يُسْأَلُ عَنْهُ الْعَبْدُ حُبُّنَا أَهْلَ الْبَيْت»[1]

Peyğəmbər (s) buyurub: Birinci soruşulan şey biz Əhli- beytin dostluğudur.

Bu barədə aşağıdakı nöqtələri müxtəsər şəkildə mütaliə edin və nəticəyə diqqət edin:

  1. Qurani kərimdə bir ayə var ki, ona əsasən Peyğəmbər (s) risaləti üçün Əhli- beytin dostluğundan başqa bir mükafat istəməyibdir:

«قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى»[2]

Şiələrin hamısı bu ayəni Əhli- beytin (ə) dostluğuna təfsir ediblər. Əhli sünnətində bir çox rəvayətlərində belə təfsirə işarə olubdur. Bu rəvayət kimi:

«عن سعيد بن جبير عن ابن عباس قال: لما نزلت هذه الآية قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبى‏ قالوا: يا رسول الله من هؤلاء الذين أمر الله بمودتهم؟ قال: فاطمة و ولدها عليهم السلام»[3]

İbni Abbas nəql edir ki, bu ayə nazil olandan sonra, səhabələr Peyğəmbərdən (s) soruşdular ki, ey Peyğəmbər! Bu şəxslər kimlərdir ki, Allah onları sevməyə əmr edibdir? O həzrət cavab verdi. Fatimə və onun övladları! Bu barədə vilayət və Əhli- beytin məhəbbəti şiələrin bir etiqad sutunu sayılır. Onlar bu rəftarlarıyla Peyğəmbərlərin (s) istəyinə müsbət cavab veriblər.

  1. Allahın, Peyğəmbərin (s) və Əhli- beytin (ə) dostluğu, təkcə dildə olmamalıdır. Bəlkə onların göstərişlərindən tabeçiliklə bir olmalıdır. Allah Peyğəmbərə buyurur ki, camaata çatdır: Əgər Allahı sevirsiz mənə tabeçilik edin ki, Allah sizi sevsin və günahlarınızı bağışlasın və...[4]

Bu cür ayələrə əsasən, məhəbbət itaətə səbəb olur  və onların hər ikisi, günahların bağışlanmasına səbəbdir.

  1. İmam Sadiq (ə) bu barədə buyurur: "Məadda birinci soruşulan sorğular bunlardan ibarətdir: Vacib namazlar, vacib zəkatlar, vacib oruclar, vacib həcc və biz Əhli- beytin vilayəti".[5]

Bu və buna oxşar rəvayətlər göstərir ki, iki mühüm ünsürün "vilayət" və "saleh əməlin" arasında bir növ bağlılıq var və bunları bəyan edir ki:

  1. 3. Bir sıra şəxslər ki, Peyğəmbərin (s) məqamın və dərəcəsin tanıyır və Əhli- beytin (ə) dostluğunun lazım olmasın həm Quranda həm də Peyğəmbərlərin sifarişlərində, bilirlər. Amma buna baxmayaraq bu böyük ailəyə nisbət kinləri və həsədləri var, qəlbləri Əhli- beytin (ə) məhıbbətindən boşdur. Zahirdə yaxşı əməlləridə qəbul olmayacaq; çünki bu cür əməllər pak niyyətlə deyil.
  2. -3. Digər tərəfdən, bir sıra şəxslər zahirdə  özünü Əhli- beyti (ə) sevən tanıtdırıb. Amma əməl məqamında onların göstərişlərindən boyun qaçırırlar. Bunlarda Əhli- beyti (ə) həqiqi sevənlər deyillər. Çünki neçə ki, işarə oldu məhəbbət itaət gətirir.
  3. 3. Baxmayaraq ki, sualınızdakı rəvayətdə Əhli- beytin məhəbbəti, məadda birinci soruşulan mövzu kimi elan olub. Amma başqa rəvayətləri nəzərə alsaq, onun mənası bu deyil ki, başqa əməllərin bir o qədər də əhəmiyyəti yoxdur. Bəlkə əksinə necə ki, İmam Sadiqin (ə) rəvayətində, aşkar şəkildə açıqlanıb məhəbbətdən vilayətdən əlavə, namaz, oruc, zəkat və həcdə Məadın birinci sorğularındandır. Diqqəti cəlb edən nöqtə budur ki, həm bu rəvayətdə həm sualdakı rəvayətdə

«أَوَّلُ مَا يُسْأَلُ عَنْهُ الْعَبْدُ»

ibarəti istifadə olubdur.

Cavabın nəticəsi budur ki, qiyamətdə vilayət və Əhli- beyt (ə)- a sevgi, namaz, oruc, zəkat və... kimi digər mühüm şəri vaciblərin sırasında bəlkə onlarda yuxarı dərəcədə soruşulacaq. Bu övzu Quranın və sünnətin təlimatlarıyla zidd deyil və biz şiələr onu aşkar etməkdən heç bir şübhəmiz və nigarançılığımız yoxdur.

 


[1] - Məclisi, Muhəmməd Baqir Bəharul- ənvar, cild 27, səh 79, h 18, Əlvəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

[2] - Şura surəsi, ayə 23.

[3] - İbni Əbu Hatəm, Təfsirul- Quranil- əzim, cild 10, səh 3277, h 18477, Məktəbə nəzar Müstəfa əlbaz, Səudi Ərəbistan, Məkkə Mükərrəmə, 1419 hicri qəməri.

[4] - Ali- imran surəsi, ayə 31,

«قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُوني‏ يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَ اللَّهُ غَفُورٌ رَحيم»

[5] - Hürr Amuli, Muhəmməd ibnil- həsən, Vəsailuş- şiə, cild 4, səh 124, h 4688, Alul- beyt müəssisəsi, Qum 1409 hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...