Ətraflı axtarış
Baxanların
11518
İnternetə qoyma tarixi: 2010/05/30
Sualın xülasəsi
Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
Sual
Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
Qısa cavab

İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu varlıqların Allahı zikr etməsi barəsində təfsir alimləri iki nəzəriyyəyə bölünmüşdürlər.

  1. Varlığın öz (əhvalı diliylə) ki, tamam vücuduyla deyirlər: "Əgər məndə bir nöqsan görürsənsə, mənim təbiətim bunu tələb edir Allah bu nöqsanlardan pakdır".
  2. Varlığın "danışıq diliylə zikri, əlbəttə onların danışığı insanlar arasında olduğu dialoq kimi deyil bəlkə onların özünə məxsus bir haldadır ki, indiyədək bəşər elmi onun keyfiyyətini öyrənməyə nail olmamışdır.
Ətreaflı cavab

İnsan elmi varlıqlara qarşı həddindən artıq məhdud və azdır. Bizim qarışqa və digər həşəratların bir- biriylə necə danışıb rabitə qurmalarından məlumatımız yoxdur; hətta onların səslərini eşitməyə belə qüdrətimiz yoxdur! Çünki bizim eşitmə qabiliyyətimiz müəyyən ferekansda olan səsləri eşitməyə qadirdir. Lakin həqiqətən onların bir- biriylə rabitələri vardır!

Lakin varlıqların Allahı nücə zikr etməsi, o mövzulardandır ki, bəşər elmi indiyəcən ona yol tapmamışdır; odur ki, biz onun keyfiyyətini təsvir etməyə qadir deyilik. Bir çox ayə və rəvayətlərdə varlığın hər bir hissəsinin zikr etməsini bildirir.[1]

"Təsbih" yəni Allahı hər bir nöqsan çatışmamazlıq və ümumi olaraq bəşər üçün nəzərdə tutulan hər bir şeydən uzaq bilmək.

İmam Sadiqdən (ə) Sübhanəllah barəsində sual olundu. Buyurdu: Yəni bəndənin qeyrət üzündən Allahın paklığına izhar etmək".[2]

Varlıqların (heyvanlar və bitkilərin) necə zikr və təsbeh etmələri barəsində, təfsir alimləri arasında iki nəzəriyyə vardır;

1: Hal diliylə" təsbih

2: "Danışıq diliylə" təsbih.

  1. "Hal diliylə" təsbih

Bəzi təfsir alimləri varlıqların zikrini hal diliylə olduğunu bilir və onu "bütün varlıqların Allah Taalanın kamal sifətlərinə dəlalət etməsi" mənasında təfsir etmişdirlər.

Bu dəstənin nəzərində varlıqların təsbih və zikr etmələri təkvinidir və həqiqətdə öz hallarıyla öz Rəbblərini zikr edirlər.

(Rüxsarının rəngi onun əhvalından xəbər verir) və əlavə edir: Əgər məndə bir nöqsan görürsən, mənim həqiqətimdə olmalıdır, Allah bu nöqsandan uzaqdır. Əbu Nəsr Farabi, Təbərsi, Fəxri Razi, və Alusi varlıqların təsbih və zikrini hal diliylə olduğunu bilirlər. Nümunə təfsirində də bu nəzəriyyə bəyan olmuşdur. Farabi barlıqların namaz və təsbihləri barəsində deyir:

«صلّت السمـــــــاء بدورانها و الأرض برجحانها و المطر بهطلانه»

(Günəş öz oxu ətrafında dövr vurmaqla namaz qılır, yer kürəsi öz hərəkətiylə namaz qılır və yağış damcıları isə yağışın namazıdır).[3]

Bu nəzəriyyəyə əsasən dünyada olan bütün varlıqlar və onun hər bir zərrəsinin təsbih və zikrinin təsəvvürünü asanlıqla qəbul etmək mümkündür, çünki dünyada olan hər bir zərrənin həyata keçirdiyi iş onun zikridir.

  1. "Danışıq diliylə" təsbih

Bu cür təsbih və sitayişdən məqsəd budur ki, bütün varlıqlar dərk edir və (şüura) düşüncəyə sahibdirlər. Bundan əlavə ki, hal diliylə Allaha zikr edirlər, öz dillərində də Allaha sitayiş edirlər. Ümumi olaraq bilirik ki, bu təsbih bu əsasladır ki, bütün heyvanlar və bitkilər öz mən və münasibətlərinə əsasən dərk edir və hər bir varlıq öz məqamında Rəbbini təsbih deyir; odur ki, aləmdə olan hər bir zərrə öz zikrindən geri qalmışr. Əlbəttə onu eşitmək hər bir şəxsə şamil olmur yalnızİlahi şəxslər kainatda təsbih edən varlıqların səslərini eşidirlər.

Mövləvi deyir:

Əgər sənin qeyb gözün açılsa

Dünyada hər zərrə səninlə həmrazdır.

Suyun, daşın nitqini öz daxilində hiss edəcəksən.

Müasir alimlərdən bu nəzəriyyəni qəbul edənlərdən, Əllamə Təbatəbayi və Şəhid Mütəhərriyə işarə etmək olar.

Əllamə Təbatəbayi buyurur: "Bütün varlıqların təsbihi həqiqi və dildədir. Əlbəttə insanlar kimi onlarında zikri söz və dildə olması lazım deyildir.[4]

Bunun üçün də heyvanlar və bitkilərin (canlı və cansız varlıqların) zikri dildə və həqiqidir. İnsanların və mələklərin zikrlərini dildə və digər varlıqların zikrini dildə yox halda nəzərdə tutulması düzgün deyildir. İnsan həqiqət əhli olmalıdır ki, sikkənin o biri üzünü də görsün. Əgər varlığın o biri tərəfini dərk etsək o zaman onların necə Allahı zikr və təsbih etmələrinin şahidi olarıq.

Qurani- kərim həzrət Davud (ə) barəsində buyurur: Yad et bizim sahib qüdrəti olan bəndəmiz Davudu ki, o çox tövbə edən idi!

Biz dağları onun ixtiyarında qoyduq ki, gecə və səhərlər onunla zikr edirlər! Quşları da tamamıyla onun ixtiyarında qoyduq (ki, onunla birlikdə Allahı zikr etsinlər) bunlar hamısı ona doğru qayıdandırlar!"[5]

Bu ayədə iki nöqtə vardır ki, varlıqların dil ilə zikr etməsinə işarə edir: Birincisi dağlar və quşların həzrət Davudla (ə) birlikdə zikr etmələridir:

«معه يسبّحن»

Əgər varlıqların təsbih etməsndən məqsəd, hal diliylə təsbih etmələridirsə, onların Davudla birlikdə olmalarının mənası yoxdur və yaxud digər bir nöqtə müşahidə olunmur. Ayədə başqa bir məna bəyan olunmur. Odur ki, dağlar və quşların zikrini hal dilində olmasını nəzərdə tutsaq və həzrət Davud (ə) üçün isə danışıq və nitq diliylə nəzərdə tutaq. Baxmayaraq ki, həzrət Davudla birlikdə hal diliylə nəzərdə tutmaq mümkündür.

İkinci nöqtə budur ki, ayədə buyurur: Axşam və səhərlər, dağlar və quşlar həzrət Davudla birlikdə Allahı zikr edirlər.

Mümkündür gecə və səhərdən məqsəd gecə və gündüz olsun və nəticə əldə olur zikr əbədidir.

Lakin əvvəlki nöqtəyə nəzər saldıqda (Davudla (ə) birlikdə) demək lazımdır ki, dağlar və quşlar həzrət Davudla (ə) birgə təsbeh və zikr edirdilər. Yəni həzrət Davud (ə) hər zaman zikr etməyə başladıqda dağlar və quşlar onunla həmsəda olurdular. Bəs " عشي" və " ابکار" kəlmələrindən məqsəd həmin sübh vaxtından günəşin batan vaxtı nəzərdə tutulur. Bu zaman dağlar və quşların varlığının hal diliylə Allaha zikr etməsinə dəlaləti mənasız olacaqdır. Qeyd etdiyimiz kimi bu cür zikr həmişə və hər zaman vardır; və heç bir dəlil yoxdur ki, gecə və gündüz və yaxud Davudla (ə) birlikdə olmasına ixtisas verək Davud dağlar və quşların onunla birlikdə zikr etmələrini eşidirdi lakin digər eşitmə qabiliyyətinə sahib idi ki, əşyanın mələkuti və daxilindən xəbəri var idi ki, onları eşidirdi. "Əgər bizim də batini və daxili qulaqlarımız açıq olsa, biz də eşidərik."[6] İslam Peyğəmbərinin (s) əlində cınqıl daşların danışması barəsində[7] şəhid Mütəhhəri deyir: Peyğəmbərin burada olan möcüzəsi daşların zikr etməsi deyil bəlkə o həzrətin möcüzəsi bu idi ki, digər insanların qulaqlarını açdı ki, daşların səslərini eşitsinlər. O daşlar həmişə zikr edirlər və Peyğəmbərin möcüzəsi bu səsi o qulaqlara çatdırmaq idi nəinki, daşları dilə gətirmək".[8]

Bunun üçün də demək olar ki, hər bir varlığın danışıq və nitq vasitəsiylə zikr etməsi mümkündür və onu isə özünü hazırlamış və qəlbi pak insanlar onu dərk edir.



[1] - İsra surəsi, ayə 44.

«تُسَبِّحُ لَهُ السَّماواتُ السَّبْعُ وَ الْأَرْضُ وَ مَنْ فِيهِنَّ وَ إِنْ مِنْ شَيْ‏ءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَ لكِن‏لا تَفْقَهُونَ تَسْبِيحَهُمْ»

yəni: Yeddi göy, yer və onlarda olanları Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların təqdisini anlamırsınız.

[2] - Əl- kafi, cild 1, səh 118, hədis 10

«... هِشَامِ بْنِ الْحَكَمِ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنْ سُبْحَانَ اللَّهِ فَقَالَ أَنَفَةٌ لِلَّهِ»

[3] - Varlığı zikri

[4] - Əl- mizanın tərcüməsi, cild 13, səh 152

[5] - Suad surəsi, ayə 17- 19

«وَ اذْكُرْ عَبْدَنَا دَاوُدَ ذَا الْأَيْدِ  إِنَّهُ أَوَّابٌ(17)إِنَّا سَخَّرْنَا الجِْبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشىِ‏ِّ وَ الْاشْرَاقِ(18)وَ الطَّيرَْ محَْشُورَةً  كلُ‏ٌّ لَّهُ أَوَّابٌ(19)»

[6] - Bax: Əl- mizan fi təfsiril- Quran, cild 13, səh 120- 121.

[7] - Biharul- ənvar, cild 57, səh 169

[8] - Mütəhhəri, Murtəza, Aşnayi ba Quran, cild 4, səh 174.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    7835 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    6586 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...
  • Нәјә ҝөрә Әһли-Бејти (әлејһимуссалам) бир нечә нәфәрә нисбәт верирсиниз?
    7731 Qədim kəlam 2010/11/22
    “Әһли-Бејт” термининин он дөрд Мәсума (әлејһимуссалам) нисбәт верилмәси бәшәрин вә ади инсаларын нәзәријјәси дејилдир. Белә бир инһисар Тәтһир ајәсиндәки илаһи кәламдан вә Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) рәвајәтләриндән әлә ҝәлир. ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7226 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Илаһи истәклә инсанын истәји арасында нә әлагә вар?
    7619 Qədim kəlam 2010/06/13
    Инсан мүмүкүн мөвҹуд олмагла јанашы өз варлығыны тамамилә Аллаһ-тааладан алыр вә Аллаһ-таала өз тәквини (сабит) гануну илә инсаны мүхтар вә ирадә саһиби кими јаратмышдыр. Бу үстүнлүклә дә инсан бүтүн варлаглара үстүн гәрар верилмишдир. Беләликлә, инсан ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10276 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...
  • Haram yeməyi meyl etməyin hökmü nədir?
    8293 Nizamlar hüquq və əhkam 2011/10/13
    Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli ...
  • Kovsər hovuzu nədir?
    11181 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Quranda burucdan məqsəd nədir?
    15664 Təfsir 2012/02/15
    "Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi ...
  • Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
    18734 Nizamlar hüquq və əhkam 2011/06/27
    Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165532 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165128 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120182 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114476 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112099 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94616 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55653 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55123 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46781 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46189 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...