Ətraflı axtarış
Baxanların
14228
İnternetə qoyma tarixi: 2011/07/02
Sualın xülasəsi
Müxtəlif qismlərdə olan hansı eşq İslamda doğru sayılır?
Sual
Eşq nədir?
Alimlər eşqi üç hissəyə bölürlər:
1. Romantik eşq; yəni o vaxt ki, bir şəxs başqa bir şəxsi (qarşı olan cinsdə) başqalarından daha çox sevsin.
2. Şəhvət eşqi: yəni bir şəxs qarşı tərəfə cinsi eşq tapır.
3. Ailəvi; o vaxt ki, insan bir sıra bağlılıq əsasında istəyir bir nəfərlə qalıb ailə qursun. Bu cür eşqi yaşlı insanlarda ki, uzun illərdir həyat qurmuşdur müşahidə edirik. Aya bir şəxs bilir ki, hansı eşq İslamda düzgün sayılır və aya əvvəlki iki növ eşq Allah tərəfindən yalnız imtahandırlar.
Qısa cavab

Filosoflar və ariflər eşqi bir neçə hissəyə bölmüşdürlər. Amma ümumi olaraq deyirlər eşq iki hissəyə bölünür:

  1. Həqiqi ehq, həmin Allaha, sifət və felərinə aşiq olmaqdır.

  2. Məcazi eşq, bu eşq geniş əhatəyə malikdir ki, demək olar: Məcazi eşq yalnız bir insanın başqa bir insana olan eşqi deyil, bəlkə Allahdan başqa hər bir varlığa olan eşqə məcazi eşq deyilir.

Amma eşqin hökmü nədir? Bu barədə demək olar: Əgər eşqin bir hissəsi həqiqi və başqa bir hissəsi isə məcazi: Misal üçün ağıl eşqi və ruhi eşq kimi olsun ki, qəbul edilməz deyil bəlkə onun ən kamil və tamam mənada olunması qəbul olunur.

Əgər heyvani növündə ola ki, eşqin ən aşağı mərhələsi sayılır. Bu cür eşq də əgər həya və təqva əsasında olub iffət çərçivəsindən çıxmazsa, nöqsansız hesab olunur.

Bu cür eşqlər sürətlə gəlir və sürətlə gedir, ona inanmaq olmaz. Fəzilətləri öldürür. Yalnız iffət, təqva və onun qarşısında təslim olmamaqla insan ondan bəhrələnə bilər; yəni bir tərəfdən əl çatmadıqda başqa bir tərəfdən ki, çətinliklər və sıxıntılar ruha daxil olur; xeyirli və faydalı nəticələr verir. Ariflər bu yerdədir ki, deyirlər: Məcazi eşqin həqiqi eşqə çevrilməsi; yəni eşq Allaha doğru qayıdır və insan bundan faydalana bilər. Bundan əlavə bir çox təsiri və faydaları vardır:

Bunun kimi ki, eşq insana güc və qüvvət verir, qorxunu insanın bədənindən uzaqlaşdırıb insana bir daha cəsarət və şücaət bağışlayır. Eşq paxıl insanlı səxavətli, nəfsi kamil və insanların daxilində olan istedadları aşkar edər.

Eşq insan ruhunu çirkinliklərdən təmizləyər.

Bunun üçün də əgər eşq həqiqi olarsa sevilir və əgər eşq məcazi və təqvayla iffət çərçivəsindədirsə, rədd olunmur.

Ətreaflı cavab

Eşq kəlməsi filosof və ariflərin dilində bu cür tərif olunmuşdur:

Eşq, bir şeyə həddindən artıq meyilli olmaq, yəni sevgidə ən yüksək dərəcə deməkdir ərəb ədəbiyyatında "eşq" kəlməsi "əşəqə" sözündən götürülmüş və o bir bitgidir ki, hər bir ağacın gövdəsinə dolanır və onu qurudur özü isə öz təravətilə qalır.

Bəs hər bir eşq ki, yaranır, öz məhbub və aşiqindən başqa hər bir kəsi zəiflədib məhv edərək ruh və qəlbi münəvvər (nurlu) edir.[1]

Eşq arif insanın ən mühüm və yüksək əhvalı sayılır və irfanın ən mühüm əsl və mənbəyi görülmüşdür. Ariflərin nəzərində, eşq Allahın insanlara olan məhəbbəti və onun böyük bir nemətidir.[2] Nəin ki, bəşər özü ona yol tapmışdır.

Baxmayaraq ki, eşqin əldə olması üçün bəzi müqəddimələrin hazır olması lazımdır.

Şeyxül- Rəis, eşqi bütün varlıqların illəti bilib, inanır ki, eşq bir varlıqdır ki, insana məxsus deyildir və hər bir varlıq bir növ ondan bəhrələnir.[3] Molla Sədra da eşqin bütün varlıqlarda olan bir həqiqət bilir və inanır ki, heç bir varlıq eşqdən bəhrəsiz deyildir.[4]

Ariflər və filosoflar eşqi müxtəlif hissələrə bölmüşdürlər:

Amma ümumi olaraq eşqi iki hissəyə bölmüşdürlər:

A)- Həqiqi eşq: Həqiqi eşq həmin Allaha və onun sifətləri və fellərinə aşiq olmaq deməkdir. Allaha olan həqiqi eşqə o zaman eşq deyilir ki, cəhənnəm qorxusundan və ya behiştə yol tapmaq üçün olmasın, bəlkə eşq yalnız Allahın kamil camalına və kamilliyinə olsun. Allaha kamil eşq odur ki, tamamıyla ona ürək bağlasın və insan Allahdan başqa bütün varlıqları öz qəlbindən silsin.

B)- Məcazi eşq: Məcazi eşq geniş əhatəni özünə ixtisas vermişdir, demək olar: Məcazi eşq: yalnız insanla insan arasında deyil, bəlkə Allahdan başqa bütün varlıqlar arasında olan eşqə məcazi eşq deyilir. Bunun üçün də məcazi eşq müxtəlifdir. Misal üçün insanın təbiətdəki mənzərəyə eşqi, ailə və uşağa eşq, var- dövlətə eşq, gözəlliyə, şan- şöhrətə, sevilməyə və... aşiq olmaq. Bəs məcazi eşq, insanın müxtəlif eşqlərindən ibarətdir; yəni həmişə insan aşiq və qarşı tərəf isə həmişə insan olması lazım görülmür.

Burada məcazi eşqlərin bəzi qismətlərini açıqlayırıq:

1)- Ağıl eşqi (düşüncə üzündən): Ağıl eşqi filosofların nəzərində o eşqdir ki, onun məbdəsi Allah Taala və ona yaxın olmaq üçün olsun. Ağıl eşqi, ağıl aləmi və insan nəfsindən mələkut və ruhu aləmdə yaranır.

Ağıl eşqi, mənəviyyatını gözəlliyinə və kamilliyinə bağlıdır. (İlahi övliyalar və onların fəzilətlərinə, mənəvi aləmdən yetişmişdir). O məhəbbətin mənşəyi o İlahi məqamın gözəlliyi və kamilliyidir ki, onun da yeri insanın mərifət əhlindən silinməzdir.[5]

2)- Ruhani eşq: Tam və kamil gözəlliyə (istər zahirdə istər batində və ya görmək və eşitmək gözəlliyi və... olsun) deyilir o məhəbbətin mənşəyi də kamillik və gözəlikdir ki, həmişə ağıl eşqiylə bərabər olur. burada aşiq, məşuqu gözəlik və kamilliyi üçün istəyir, nəin ki, öz xeyri üçün. bu cür eşq də məxsus insanlara aiddir.

3)- Nəfsin təbii eşqi: Bu eşq, məhbubun camalının gözəlliyinə (məhəbbət eşqini nəzərə almadan) və onun gözəlliyinin tərkibinə bağlıdır.

Şeyxul- Rəis deyir: Bu eşq yalnız insana aiddir və heyvanlarda yapılmır, o deyir: Nəfsin kamilliyə meyli, gözəl sima kimi, iki fərqli cəhətdən əldə olur.

Birinci: Heyvani halda, ikinci: Ağıl çərçivəsi daxilində, Şeyxül- Rəis ağılın təbii eşqi (nəfsin istəkləri) barəsində deyir: Aşiq məşuqu onda olan gözəl surətə və bəzənilmiş gözəllik əsasında sevir və bu cür eşqə heyvani istəklər nəzərdə alınır və dərəcənin yüksəlməsi üçün vasitə kimi hesab olur.[6]

Bu cür eşqin mənşəyi isə, insanın gözəlliyi sevməsidir ki o da insan nəfsində olan atifə və gözəlliyi dərk edən qüvvədən qaynaqlanır. Bu növ eşqdə aşiqin tələb etdiyi şey məşuqdakı gözəllikdir.

Nəraqi Meracus- səadət kitabında deyir: Eşq və məhəbbət hasil olmur yalnız bəzi səbəblər üzündən, əlbəttə bunu nəzərdə almaq lazımdır ki, eşq və məhəbbət bir çox müxtəlif səbəblərdən meydani gəlir. Bəs eşq və məhəbbət də bir çox müxtəlif qismətlərə bölünür: Onun nəzərində məhəbbətin hissələrindən biri də, gözəl sifətlərə aşiq olmaqdır. O deyir: Bu cür hesab olunmasın ki, gözəl çöhrələri sevmək yalnız cinsi ləzzətlər üçündür, bəlkə nəfsin caman və gözəlliyi dərk etməsidir ki, başqa cunsi ləzzətlər nəzərdə tutulmur və bu eşq ruhani- məhəbbətdir ki, özü- özündən yaranır. Bunun üçündür ki, insan yaşıllıq və axar suyu sevir, nəin ki, göyərtini yesin və axar sudan içsin və yaxud onu görüb tamaşa etməklə ondan ləzzət alsın. O deyir: Peyğəmbər (s) su və yaşıllıq gördüyü zaman çox sevinərdi. Onlara tamaşa et məndən ləzzət apar və onları sevərdi, bəlkə də qəm- qüssələrini onlardan təsəlli olardı.[7]

4)- Heyvani təbii eşq: Heyvani eşq, iffət eşqi qarşısındadır ki, ondan məqsəd heyvani şəhvət gözlənilir.[8] Şüyxül- Rəis bu barədə deyir: Bu eşqdə ki, gözəl surəti heyvani ləzzət (cinsi) üçün sevirlər ki, bu da insan nəfsi üçün zərər vericidir; Çünki yalnız nəfsin istəkləri hayəta keçir. Bəs bunun üçün də bu cür eşq bəyənilməyib rədd edilmişdir.[9]

Ustad Mütəhhəri də bu cür eşq barəsində deyir: Bu cür eşqlər surətlə gəlib surətlə də gedir və onlara inanmaq olmaz. Fəzilətləri məhv edər.

Yalnız iffət təqva köməyiylə onun bərabərində təslim olmamaq insan üçün faydalı olur;[10] Yəni ayrılıq və əl çatmamazlıq bir tərəfdən və iffət və paklq başqa bir tərəfdən ruha olan çətinliklər və sıxıntıları artırır.

Nəticədə faydalı və xeyirli səmərə verir. Bu yerlərdir ki, ariflər deyirlər: Məcazi eşq həqiqi eşqə çevrilir; yəni eşq Allaha tərəf qayıdır.[11]

Heyvani eşq, müxtəlif ləzzətlərə misal üçün yeməli və evlilik kimi şeylərə bağlıdır. Onun mənşəyi isə heyvani istəklərdir ki, məzəmmət və bəyənilməz nəfsin istəkləridir. Bu eşqdə, aşiq məşuqu heyvani meylləri və öz xeyiri üçün istəyir. Amma bu eşqin hikməti nədir? Filosoflar arasında ixtilaf vardır ki, aya bu cür eşq bəyənilmişdir, və ya bəyənilməmişdir. O cür ki, bəziləri onu bəyənir və bəziləri isə onu rədd edirlər.

Molla Sədra deyir: bu cür eşq ki, onun nəticəsi onda onda olan gözəllikdən ləzzət aparmaqdır ki, onlara qarşı həddindən artıq nisbət verilir. Bu isə bütün ümmətlərdə demək olar ki, müşahidə olunmuşdur və bu da Allahın bağışladığı bir nemətdir bu cəhətdən gözəl və bəyənilmişdir. Ən çox bu eşqlərin mənşəyi incəlik və atifədir. O deyir: Gözəl simalarda aşiq olmağın mənşəyi evlilik və izdivacdır ki, nəslin davamına səbəb olur.

Bunun üçün də, heyvani təbii eşq ki, eşqin ən son dərəcəsidir və ondan olan məqsəd heyvani istəkləri tamamlamaqdır; baxmayaraq ki, bəzi ariflər və filosoflar tərəfindən rədd olunmuşdur, amma əgər təqva və iffətlə bir yerdə olarsa insan ondan bəhrələnə bilər və əgər şəri həddindən təcavüz etməzsə faydalı ola bilər; çünki Molla Sədranın dediyinə əsasən, nikah və nəslin artmasının mənşəyi sayılır.

Molla Sədra o sıra filosoflar və ariflərdəndir ki, eşqi üç hissəyə bölmüş və deyir: Eşq ya həqiqidir ya da məcazi, həqiqi eşq Allaha və onun sifət və fellərini sevməkdir. Heyvani eşq isə nəfsani və ya heyvani istəklərdən ibarətdir. O insanlar, aləmdəki bütün varlıqlar həqiqi eşq vasitəsiylə Allaha aşiq və ona qovuşmağın aşiqidirlər. Allah Taala aləmdə olan bütün varlıqlara xüsusi eşq nemətini bağışlamışdır.[12]

Eşqin ümumi təsirləri:

Əlbəttə ki, həqiqi eşqin bir çox parlaq və daha çox bərəkətli təsirləri vardır ki, məcazi eşqin faydalarıyla daha çox fərqlidirlər. Amma bir çox eşqlərin bəzi təsirləri bir şəkildədir; yəni eşq, bunu nəzərə olmayaraq ki, hansı növdəndir, həqiqi yoxsa məcazi. Məcazi eşqdə istər nəfsani məcazi və istərsə də heyvani məcazi olsun, bunu nəzərə almadan ki, məşuq nə və kim olsun, bir sıra nəticələri vardır ki, qeyd olunmuş bütün eşqlər arasında şərikdir. Misal üçün:

1.      Aşiq insandan təkəbbür, qürur və özünü bəyənmə hisslərinin aradan getməsi.

2.      Güc və qüvvənin artması.

3.      Məşuqun eyblərini görməmək və onları gözəl cilvələndirmək.

4.      Aşiqdən qorxu hissini aparmaq və ona şücaət və cəsarət bağışlamaq.

5.      Paxıl insanlarda səxavət və bağışlanmaq qüvvəsinin yaranması.

6.      İnsanın kamilləşməsi və onun daxilində olan heyrətləndirici istedadların eşq vasitəsiylə aşkar olması.

Nəticə: Bütün bunlar ki, eşq barəsində ariflərin və filosofların sözlərindən əldə olur budur ki, əgər eşq həqiqi və ondan bəziləri məcazi olarsa: Ağıl eşqi və ruhani eşqi kimi nəin ki, rədd edilmir bəlkə kamillikdən hesab olounur.

Amma əgər onun heyvani növündəndirsə və eşqin ən aşağı dərəcəsidir, bu cür eşq də iffət və təqva daxilində olub iffət çərçivəsindən çıxmazsa, nöqsansız sayılır.



[1] - İlətha nəva, Məhəmməd əla min Əli, Kəşşafi istilahatil- funun, cild 2, səh 1012; Səccadi, Seyyid Cəfər, Fərhənge istilahat və təbirate irfani, eşq kəlməsi; yenə, gərhənge ulume əqli, səh 357.

[2] - Əttar Nişaburi, Təzkirətul- övliya, səh 328.

[3] - İbni Sina, Əl- Rəsail, səh 375.

[4] - Molla Sədra, Əl- hikmətul- mütəaliyə, cild 7, səh 149.

[5] - Rəhimiyan, Səid, Hubb və məqame məhəbbət dər hikmət və irfane nəzəri, səh 152.

6] - İbni Sina, Risaleye eşq, götürülmüşdür Hubb və məqame məhəbbət dər hikmət və irfani nəzəri kitabından, səh 139- 140.

[7] - Nəraqi, Molla Əhməd, eracus- səadət, səh 529.

[8] - Səccadi, Seyyid Cəfər, Fərhənge ulume əqli, səh 139- 140.

[9] - İbni Sina, Risaleye eşq götürülmüşdür Hubb və məqame məhəbbət dər hikmət və irfane nəzəri kitabından, səh 140- 141.

[10] - Mütəhhəri, Mürtəza, Məcmueye asar, cild 16, səh 251

[11] - Mütəhhəri, Mürtəza, Məcmueye asar, cild 16, səh 251

[12] - Səccadi, Seyyid Cəfər, Mustələhate fəlsəfeye Sədruddin Şirazi, səh 153- 155.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) pak cəsədini kim dəfn etdi?
    8074 تاريخ بزرگان 2011/12/25
    Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur: Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    5501 Siyasət fəlsəfəsi 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6867 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    16067 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9194 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6617 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
    10727 تاريخ کلام 2012/03/14
    Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır: a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir; b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6954 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".
    7641 Təfsir 2011/11/19
    Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir. Çünki bu ayələr:Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta ...
  • Bu ibarətdən məqsəd nədur?
    6420 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164002 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160136 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118956 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112213 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106913 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92851 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50566 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45236 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44720 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...